Iqtisadiyyatında "Maliyyə-kredit"



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə34/49
tarix17.09.2018
ölçüsü1,29 Mb.
#69027
1   ...   30   31   32   33   34   35   36   37   ...   49

1.4.
 
kredit təşkilatlarının yenidən maliyyələşdirilmə 
si; 
1.5.
 
depozit əməliyyatlarının aparılması; 
1.6.
 
bank əməliyyatının məhdudlaşdırılması; 
1.7.
 
beynəlxalq  təcrübədə  qəbul  edilmiş  pul  siyasətinin 
digər alətləri. 
2. Milli Bank bu Qanunla müəyyən edilmiş məqsəd və 
funksiyalarına uyğun olaraq bu Qanunun 29.1-ci maddəsində 
göstərilənlərdən  özünün  məqbul  hesab  etdiyi  alətləri  tətbiq 
edir. 
3.22.
 
BANK FƏALİYYƏTİNDƏ AKTİVLƏRİN 
TRANSFORMASİYASININ MÖVCUD TİPİ 
Bank  fəaliyyətində  aktivlərin  transformasiyasının  üç 
tipini fərqləndirirlər; miqdar, keyfiyyət və zaman. 
Miqdar
  transformasiyasının  mahiyyəti  ondan  ibarətdir 
ki,  banklar  tərəfindən  göstərilən  xidmətlərin  həcm 
xarakteristikası,  müştərilərin  tələbləri  ilə  uzlaşdırılmalıdır. 
Bunun  klassik  nümunəsi  kimi  ayn-ayrı  əmanətçilər 
tərəfindən  qoyulmuş  nisbətən  kiçik  depozitlərin,  ciddi 
investisiya  layihələrini  kreditləşdirmək  üçün  iri  məbləğlərə 
çevrilməsini misal göstərmək olar. 
Keyfiyyət
  transformasiyası  hər  şeydən  əvvəl,  aktivlərin 
risk  xarakteristikasının  aşağı  salınmasıdır.  Öz  xüsusi 
öhdəliklərini emissiya edərkən və yaxud müştərilərlə depozit 
müqavilələri  bağlayarkən  bunlar  üzrə  bank  hər  hansı  bir 
investisiya 
layihəsinə 
birbaşa 
qoyulan 
vəsaitlərlə 
müqayisədə  daha  əhəmiyyətli  etibarlılığı  təmin  etmiş  olur. 
Bu,  birinci  növbədə,  pul  resurslarının  təmərküzləşməsi 
hesabına aktivlər portfelini diversifika- siya etmək imkanları 
ilə izah edilir. İkincisi, banklar 
133 


informasiya resurslarına malik olmaq üstünlükləri hesabına, 
borcluların hərəkətlərinə nəzarət edə bilir. 
Aktivlərin  zaman  transformasiyasmm  nümünəsi  kimi, 
bankların  bir  tərəfdən  əmanətçilərdən  qısa  müddətə 
depozitlər qəbul etməsi, digər tərəfdən borclulara daha uzun 
müddətə  kreditlərin  verilməsi  imkanlarını  misal  göstərə 
bilərik.  Zaman  transformasiyasmm  həyata  keçirilməsi 
problemi,  uzunmüddətli  aktivlərin  aşağı  likvidliyi 
ucbatından,  depozitlər  üzrə  ödəməmələr  riski  ilə  sıx 
əlaqədardır.  Bu  riski  qısamüddətli  banklararası  kreditlər 
hesabına qismən azaltmaq mümkündür. 
3.23.
 
KOMMERSİYA BANKLARININ 
FƏALİYYƏTİNDƏ MÖVCUD OLAN NƏZARƏT 
FORMALARI 
Kommersiya banklannm fəaliyyətinə nəzarətin bir neçə 
formasını ayırmaq mümkündür: 
Mərkəzi  banklar  tərəfindən  həyata  keçirilən  bank 
nəzarəti; xüsusiləşdirilmiş təşkilat tərəfindən həyata keçirilən 
xarici audit; mülkiyyətçilər (səhmdarlar) və bank rəhbərliyi 
tərəfindən  formalaşdırılan  daxili  nəzarət  sistemi;  daxili 
nəzarət sistemi. 
Bununla  belə  bank  fəaliyyətinin  müxtəlif  aspektləri 
nəzarətə  məruz  qala  bilər,  o  cümlədən:  bank  tərəfindən 
kreditor  və  əmanətçilərin  maraqlarmm  qorunması  və 
qanunvericilik tələblərinə riayət olunması; bankm mühasibat 
(maliyyə)  hesabatının  düzgünlüyü,  doğruluğu  və  səhihliyi; 
bank  fəaliyyətinin  səmərəliliyi,  fəaliyyətin  gəlirliliyi  və 
risklər;  bankda  korporativ  idarəetmənin,  menecment-riskin 
və daxili nəzarət sisteminin vəziyyəti. 
134 


3.24.
 
KOMMERSİYA ƏSASINDA İŞLƏYƏN 
BANKLARIN DİGƏR MÜƏSSİSƏLƏRDƏN 
BAŞLICA FƏRQLƏRİ NƏDİR? 
Bankların  fəaliyyəti  sənaye,  aqrar,  tikinti  və  nəqliyyat 
müəssisələrindən  çox  fərqlidir.  Bunu  aşağıdakı  şəkildə 
sıralaya bilərik: 
1)
 
quruluş yönündən bankların fəaliyyət göstərməsi üçün 
digər 
kommersiya 
şirkətlərindən 
fərqliliyi 
onların 
lisenziyalarının Mərkəzi Bankdan alınması şərtidir. 
2)
 
bankın  qurucularının  şəxsiyyətləri,  vicdan  və 
xarakterləri,  bütün  dünyada  olduğu  kimi,  Azərbaycanda  da 
özəl bir araşdırma mövzusudur
3)
 
öz  sərmayə  və  borc  sərmayə  nisbəti  çox  fərqlidir. 
Ümumiyyətlə,  banklarda  borc  vəsaiti  özəl  sərmayəyə 
nisbətən  çoxdur.  Lakin  bu  çoxluq  hüdudsuz  deyil,  qanunla 
tənzimlənir; 
4)
 
banklar  mal  deyil,  satın  alma  gücü  istehsal  edir. 
Bankçılıq  pul  ticarəti  deməkdir.  Bir  tərəfdən  ucuz  faizlə 
aldığı  pulları,  digər  tərəfdən  nisbətən  daha  yüksək  faizlə 
satmaq  nəticəsində  mənfəət  əldə  etməyə  çalışır.  Bu 
istiqamətiylə  çeşidli  xidmət  müəssisələrindən,  vasitəçi  və 
kommersiya təşkilatlarından fərqlənir
5)
 
banklar digər müəssisələrdən fərqli olaraq, renta- belli 
likvidlik və riskin bölüşdürülməsi prinsiplərinə çox bağlıdır; 
Banklar  mümkün  olduğu  qədər  ucuz  bir  faizlə,  hətta 
yerinə  görə  faizsiz  təmin  edərək,  ən  yüksək  faizlə  ehtiyacı 
olan iqtisadi vahidlərə borc olaraq vəsait verir. 
Bu  borc  müəyyən  bir  təminata  bağlı  olaraq  verilir.  Bu 
təminat maddi olduğu kimi şəxsin etibarına görə də müəyyən 
edilə bilər. 
135 


Banklar  aktivlərinin  müəyyən  bir  hissəsini  nağd  pul 
şəklində saxlayır. 
6)
 
dövlətə  aid  pul  və  fondları  toplamadıqlarından,  eyni 
zamanda  dövlət  orqanları  tərəfindən  çox  ciddi  nəzarət 
altındadır; 
7)
 
qanun,  banklara  kassalarında  borclarına  qarşı  hər  an 
hazır  tutacaqları  likvid  varlıqları  təsbit  etdiyi  halda,  digər 
müəssisələrdə belə bir məcburiyyət yoxdur
8)
 
banklar  pul  yaratmaqla  tədavüldə  pulun  miqdarına 
təsir edərək qiymət mexanizminə təsir edə  bilir, lakin digər 
müəssisələrin belə bir təsir etmə imkanları mümkün deyildir
9)
 
bankların  quruluş  sərmayələrinin  böyük  olması  arzu 
edilir. Hazırda Azərbaycanda yeni bank açmaq üçün 5 milyon 
ABŞ dolları tələb edilir. 
10)
 
bankların  iflası  zamanı  dövlət  tərəfindən  lazımi 
tədbirlər və proqramlar hazırlanır. 
3.25.
 
BANKLARDA MÖVCUD 
OLAN RtSKİN NÖVLƏRİ 
Bankların mənfəətli  sabit bir formada fəaliyyət  göstərə 
bilmələri  üçün  gəlir  yaradılmasına  və  məsrəflərinə  nəzarət 
etməklə  yanaşı  İstənilən  riskə  hazır  olması  çox  mühüm 
məsələdir. 
Risk bankçılıqda qarşısı alınmayan ən problemli amildir. 
Riski  uğurla  yalnız  bir  formada  idarə  etmək  mümkündür. 
Bank sektorunda beş təməl risk növü vardır. Bunlar: valyuta 
riski; faiz nisbəti riski; kredit riski; likvid riski; iqtisadi risk 
olaraq təsnif edilə bilər. 
Banklar  hər  zaman  əmanətə  ödədikləri  faizdən  daha 
fərqli gəlirlilik saxlayan aktivlərə (kreditlər və ya 
136 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə