6
həm də müasirlik baxımından zamanla səsləşir. Məcmuənin nömrələrindəki mətnlərdə oxucular üçün
anlaşılması çətinlik törədə biləcək sözlərin lüğətinin hazırlanmasını müsbət hal hesab etmək olar.
Ziyəddin Məhərrəmov,
filologiya elmləri namizədi , dosent
7
22 Fevral 1914 cü il, ŞƏNBƏ N o 1.
Lək-lək türk dilində həftəlik məzhəkəli məcmuədir.
Hər nüsxəsi 7 qəpikdir.
Mündəricat
Lək-lək. Baş məqalə.
Lək-ləkin salamı.
Məncim Sadiq. Təğvimdən bir bənd.
Hərif . Nifrətnamə.
Kəmbaş. Qaranlıq istiqbal
Qafqaz xəbərləri.
İrənan xəbərləri.
Elanlar.
Abunə haqqı
Qafqazda
İlliyi:_ 3 manat OO qəpik; Altı aylığı,- 2 manat
Xaric üçün İlliyi: - 6 manat; altı aylığı:- 3 manat 50 qəpik
Elan qiyməti – İkinci səhifədə hər sətiri
30 qəpik, səkkizinci səhifədə 20 qəpik. Adres: İrəvan, Leylək jurnalının redaksiyası, M.Mirfətullaye,
telefon No 117.
Məsləkimizə müvafiq və millətimizə mənfəətli olan hər cür xəbər təhrirat üçün məcmuəmuzin
səhifələri açıqdır. İmzasız yazılar dərc olunmadıyı kibi marğasız gondərilən məktublar da qəbul
olunmaz. Yazılar açığ türk dilində olmalıdır. Adres dəyişdirənlər yeddi ədədini ğəpiklik marğa
göndərməlidir. Dərc olunmayan yazılar əldə olunmaz.
Kövrənxananalofun Sağsunski mağazəsində ğabağdakı novruz bayramı
münasibətilə ən ucuz satış davam edir. Malların ğiymətləri çox ucuzdur
BAŞ MƏQALƏ
Məqaləmizin sərlöhəsini (baş məqalə) yazmaqda qarelərə məlum olsun ki, hər məcmuə
və qəzetə nəşrə başladı, əvvəlcə gərək bir baş məqaləsi olsun. Və o məğalə ilə gərək məcmuə öz
məsləkini məlum etsin. Ona görə biz də borcluyuq ki, həmin məcmənin məsləkini qarelərimizə
yazaq, tain ki oxucularımız bu məsələni mükəmməl bilsinlər;
Məsləkimiz Lək-lək olubdur ki, biz Molla Nəsrəddin kimi hər kəsin eybini və iradını
apaçıq söyləməyib və onun kimi sadəcə yazıbsa, anladılıb, tərəfdarı olubsa lək-ləkə şəlalə kimi
əftilərin cini töküşdürüb ən qiymətli soğatlar çıxardacayığ.
Məcmuə yolkəsəndə, müğəddəsdə, ğumarbazda, bəydə, mollada, məşədidə, kərbəlayidə,
mömində, damdələndə, çaxıriçəndə heç rəcuhimiz olmayacağ. Ondan otrü ki, biz mollaya
fətər qədəri olduğumuzdan və şəriyyətmədarlarə təğlid gərək(şərh zahirə hökm eyilər)
məsələsini nəzərə alax. Müğəddəslərimizin və mollanəmalərimizin zahiri ğiyafələrini yaxşi
gördüyimiz kimi, yaxşı da yazağ. Daha nə işimizə doşab içindən ciçan çıxardağ; mərhaba deyüb
hamının ağzını şirin eliyəciyik.
Ğaldı xanlar, bəylər , ağalar; bunları dakı allah özü hörmətli yaradıbdır. Borcumuzdur
ki, hörmət eliyək. Onlarda nə qədər hörmətsizlik , mərifətsizlik, ənayətsizlik görsək gözümüz kor
olacağ, eşidən ğulağımız kar olacağ
8
Danışmağ istəsək dilimiz lal olacağ. Qaldı yol kəsən, damdələn, adam öldürənlərimiz,
bunların hörmətləri necə ki xana, bəyə, dövlətliyə, mollaya, möminə vacibdi, bizə də öylə.
Ğaldı ğumarbaz, tazıbaz, uşağbazlar. Buna da bir sözümüz yoxdur. Çünki hər millətin
içində tərəqqi üçün sənətli ixtirah olunduğu kimi bu sənətlər də müsəlman qardaşlarımızın
tərəğğisindən ötrü ixtirah olunmuş. Gözəl sənətlərdir. İstəmiyənlər kor olsun.
Və qaldı maarif məsələsi. Qızlarımızın oxuması, hicabın atılması, biz bunlara(pasu)deyib
özümüzə küfrdən nicat öyrədəcəyik.
Bizim yazımız (Tofiğ) ğəzitəsi kimi əyanları tərif eyləmək Hacı Səməd xanların dövlət və
ğəzetində əl eyləyib məsiyəxanların qonallarını əldə edib, mollanamələrımızın əmmamələrini,
hənalı sağğallarını, əbalarını, yoğun şallarını, heylə şərlərini, təsəvirlərini tərif edib həmişə
alqışlamağ olacağdır.
Lək-lək
“LƏK-LƏK”IN SALAMI
Salam əlyküm, sənə İrəvan!
Xeyir xəbərçidir , doğru danışan.
Bu gülən (Lək-lək) dir səna mehmandır.,
Uzağı görəndir, uca uçandır.
Gülübdür ki, versin müjdələr sənə
Bir məci ğədimdir ğoyub ki, yekə ,
Məhazifdən versin bir əjir sənə.
Peşvaz ilə etmə peşiman
Tazə müsafirdir, yeni mehmandır.
Bu hər yanə edüb hərəkət,
Bu qaşini meyə bilün ğənimət.
Öyrəcəhim ikən olub bir cənnət.
Beylə ittifağ düşməz hər zaman.
Kayşısı gözəldir, kaşısə edəndi.
Birdi burda var çox molla, ğazi
Eylə hacılar var, heç bilmir yazi.
Həm acı fələsi, həm kefi sazi,
Ğumarbaz var qoçi, oğri, damdələn.
(Bəzisi yaxşıdır, bəzisi yamandır).
Gayidər ğoşulub sizə ğaruşun,
Gəlmiyübdür artığ-əskik dəyüşün
Küsmüşikən sizdən sizlə barışsın,
Şağğılduyub, sizə söyləsun iman,
Hağğı hağ deyəndir, yalanı yalan.
Tərəğğidir fikri elmidir, məktəb,
O peyğəmbər degil gətirə məzhəb.
Vallah, fikrində yox özgə bir mətləb.
Ğəbləni çevürüb ola bit ğiran,
Onunkı da inandığı vallah ğurandır.
Oğuyub çığmamış çıküb cırmayın,