İRƏvan türkləRİNİN ƏDƏBİ MƏtbuat abiDƏSİ



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə3/31
tarix08.07.2018
ölçüsü0,8 Mb.
#53856
1   2   3   4   5   6   7   8   9   ...   31

 

6

həm də müasirlik baxımından  zamanla səsləşir. Məcmuənin  nömrələrindəki  mətnlərdə oxucular üçün 



anlaşılması çətinlik törədə biləcək sözlərin lüğətinin hazırlanmasını müsbət hal hesab etmək olar.       

 

Ziyəddin Məhərrəmov,   



filologiya elmləri namizədi , dosent 

   

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

7

 



22 Fevral  1914 cü il, ŞƏNBƏ  N o  1.  

Lək-lək türk dilində həftəlik məzhəkəli məcmuədir. 

Hər nüsxəsi 7 qəpikdir. 

 

 

Mündəricat 

 

Lək-lək. Baş məqalə.  



Lək-ləkin salamı.  

Məncim Sadiq. Təğvimdən bir bənd.  

Hərif . Nifrətnamə

Kəmbaş. Qaranlıq istiqbal 



Qafqaz xəbərləri. 

İrənan xəbərləri. 

Elanlar. 

 

Abunə haqqı  



Qafqazda 

 İlliyi:_ 3 manat  OO  qəpik; Altı aylığı,-  2  manat  



Xaric üçün İlliyi: - 6  manat; altı aylığı:-  3  manat 50 qəpik Elan qiyməti – İkinci səhifədə hər sətiri 

30 qəpik, səkkizinci səhifədə 20 qəpik. Adres: İrəvan, Leylək jurnalının redaksiyası, M.Mirfətullaye, 



telefon No 117. 

Məsləkimizə müvafiq və millətimizə  mənfəətli olan hər cür xəbər təhrirat üçün məcmuəmuzin 

səhifələri açıqdır.  İmzasız yazılar dərc olunmadıyı kibi marğasız gondərilən  məktublar da  qəbul 

olunmaz. Yazılar açığ türk dilində olmalıdır. Adres dəyişdirənlər yeddi ədədini  ğəpiklik marğa 

göndərməlidir. Dərc olunmayan yazılar əldə olunmaz. 

 

  

Kövrənxananalofun Sağsunski mağazəsində    ğabağdakı novruz bayramı 

münasibətilə  ən ucuz satış davam edir.  Malların  ğiymətləri çox ucuzdur 

 

BAŞ MƏQALƏ 



 

 

Məqaləmizin sərlöhəsini  (baş məqalə) yazmaqda qarelərə məlum olsun ki, hər məcmuə 

və qəzetə nəşrə başladı, əvvəlcə gərək bir baş məqaləsi olsun. Və o məğalə ilə gərək məcmuə öz 

məsləkini  məlum etsin. Ona görə  biz də borcluyuq ki,  həmin məcmənin məsləkini qarelərimizə 

yazaq, tain ki oxucularımız  bu məsələni mükəmməl bilsinlər; 

 

Məsləkimiz Lək-lək olubdur ki,  biz Molla Nəsrəddin kimi hər kəsin eybini və iradını 

apaçıq söyləməyib və onun kimi sadəcə yazıbsa, anladılıb, tərəfdarı olubsa lək-ləkə şəlalə kimi 

əftilərin cini töküşdürüb ən qiymətli soğatlar çıxardacayığ. 

 

Məcmuə  yolkəsəndə, müğəddəsdə, ğumarbazda, bəydə, mollada, məşədidə, kərbəlayidə, 

mömində, damdələndə, çaxıriçəndə heç rəcuhimiz    olmayacağ. Ondan otrü ki,  biz mollaya 

fətər qədəri olduğumuzdan və  şəriyyətmədarlarə  təğlid gərək(şərh zahirə hökm eyilər) 

məsələsini nəzərə  alax. Müğəddəslərimizin və mollanəmalərimizin zahiri ğiyafələrini yaxşi 

gördüyimiz kimi, yaxşı da yazağ. Daha nə işimizə doşab içindən ciçan çıxardağ; mərhaba deyüb 

hamının ağzını şirin eliyəciyik.  

  

Ğaldı xanlar, bəylər , ağalar; bunları  dakı  allah özü hörmətli yaradıbdır. Borcumuzdur 

ki, hörmət eliyək. Onlarda nə qədər hörmətsizlik , mərifətsizlik, ənayətsizlik görsək gözümüz kor 

olacağ, eşidən ğulağımız  kar olacağ 


 

8

 Danışmağ istəsək dilimiz lal olacağ. Qaldı yol kəsən, damdələn, adam öldürənlərimiz, 



bunların hörmətləri necə ki xana, bəyə, dövlətliyə, mollaya, möminə vacibdi, bizə də öylə. 

 

Ğaldı  ğumarbaz, tazıbaz, uşağbazlar. Buna da bir sözümüz yoxdur. Çünki hər millətin 

içində  tərəqqi  üçün sənətli ixtirah olunduğu kimi bu  sənətlər də müsəlman qardaşlarımızın 

tərəğğisindən ötrü ixtirah olunmuş. Gözəl sənətlərdir. İstəmiyənlər kor olsun. 

Və qaldı maarif məsələsi. Qızlarımızın oxuması, hicabın atılması, biz bunlara(pasu)deyib 

özümüzə küfrdən nicat öyrədəcəyik. 

Bizim yazımız (Tofiğ) ğəzitəsi kimi əyanları tərif eyləmək Hacı Səməd xanların dövlət və 

ğəzetində  əl eyləyib məsiyəxanların qonallarını  əldə edib, mollanamələrımızın  əmmamələrini, 

hənalı sağğallarını,  əbalarını, yoğun  şallarını, heylə  şərlərini, təsəvirlərini tərif edib həmişə 

alqışlamağ olacağdır.  

 

Lək-lək 



“LƏK-LƏK”IN SALAMI 

 

 



Salam əlyküm, sənə İrəvan! 

Xeyir xəbərçidir , doğru danışan. 

 

Bu gülən (Lək-lək) dir səna mehmandır., 



Uzağı görəndir, uca uçandır. 

 

Gülübdür ki, versin müjdələr sənə 



  

Bir məci ğədimdir ğoyub ki, yekə , 

  

 

Məhazifdən versin bir əjir sənə. 



Peşvaz ilə etmə peşiman 

Tazə müsafirdir, yeni mehmandır.  

 

Bu hər yanə edüb hərəkət, 



Bu qaşini meyə bilün ğənimət. 

Öyrəcəhim ikən olub bir cənnət. 

Beylə ittifağ düşməz  hər zaman.  

Kayşısı gözəldir, kaşısə edəndi. 

 

 

 



Birdi burda  var çox molla, ğazi 

 Eylə hacılar var, heç bilmir yazi.  

Həm acı fələsi, həm kefi sazi, 

Ğumarbaz var qoçi, oğri, damdələn. 

(Bəzisi yaxşıdır, bəzisi yamandır). 

 

 Gayidər ğoşulub sizə ğaruşun, 



Gəlmiyübdür artığ-əskik dəyüşün  

Küsmüşikən sizdən sizlə barışsın, 

Şağğılduyub, sizə söyləsun iman, 

Hağğı hağ deyəndir, yalanı yalan. 

 

Tərəğğidir fikri elmidir, məktəb, 



O peyğəmbər degil gətirə məzhəb. 

Vallah, fikrində yox özgə bir mətləb. 

Ğəbləni çevürüb ola bit ğiran, 

Onunkı da inandığı vallah ğurandır. 

 

Oğuyub çığmamış çıküb cırmayın, 




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə