İRƏvan türkləRİNİN ƏDƏBİ MƏtbuat abiDƏSİ



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə2/31
tarix08.07.2018
ölçüsü0,8 Mb.
#53856
1   2   3   4   5   6   7   8   9   ...   31

 

4

Müəllif göstərir ki, bütün şüurlu həyatını doğma xalqının azadlıq hərəkatına,  maarifinə, 



mədəniyyətinə, incəsənətinə sərf edən  C. Əsgərzadə öz dövrünün ziddiyyətlərindən baş çıxartmaqla, 

ədəbi fəaliyyətini xalqının gələcəyi naminə mütərəqqi amallara yönəltməyi, yaradıcılığında irəli 

sürdüyü, geniş kütlələrə təlqin etmək istədiyi vacib məsələləri işıqlandırsın. Bunun üçün İrəvanda türk 

dilində  çıxan  ilk mətbuat abidəsi  “Lək-lək”in redaktoru olması, bu məcmuəni “Molla Nəsrəddin” 

jurnalının  ənənələrinə sadiq olan bir tribunaya çüvirmək missiyası onun öhdəsinə düşmüşdü. “Lək-

lək”in xalq qarşısındakı xidmətlərinin tarixi əhəmiyyətindən, ictimai-siyasi mahiyyətindən  söhbət 

açan Z. Əkbərov yazır: “Lək-lək” nəşr olunduğu müddətdə Azərbaycan ictimai-siyasi və ədəbi fikrin 

inkişafına  müəyyən kömək göstərmiş, azadlıq, tərəqqi və demokratiya ideyalarına xidmət etmişdir. 

Məcmuə ictimai-satirik və yumor dili ilə siyasi irticanı, geriliyi, ətaləti, cəhaləti özünə tənqid hədəfi 

seçmişdir. O, anlaşıqlıə dili və demokratik məzmunu sayəsində Zaqafqaziyada , ümumən Qafqazda  

olan azərbaycanlılar içərisində çox yayılmış nəşrlərdən biri olmuşdur”

*

  



Yeri gəlmişkən qeyd edim ki, görkəmli tarixçi-alim, yorulmaz tədqiqatçı, Qərbi Azərbaycan 

ədəbi mühitinin çoxlarımıza istənilən səviyyədə bəlli olmayan müəyyən məqamlarına arayıb-axtardığı  

arxiv sənədlərindən aydınlıq gətirən İsrafil Məmmədov özünün bu yaxınlarda ictimai fikir tariximizin 

qəribsəyən üfiqləri seriyasından  işıq üzü görən  “İrəvan dəftəri” kitabının təkrar nəşri ilə 

oxucularımıza daha maraqlı  məqamları xatırladır.  

Müəllif  burada “İrəvanda Azərbaycan mətbuatı”,  “Kitab nəşri”, “Dövri mətbuat”, “Molla 

Nəsrəddin” və ermənistan,  “Lək-lək”,  “Bürhani-həqiqət”  məcmuələri başlıqları altında XİX  əsrin 

sonu və  XX əsrin başlanğıcında İrəvanda  baş verən ictimai-siyasi olayların xronologiyasını vermişdir. 

Həmçinin o zamankı dünyada hökm sürən hərki-hərkiliyi, dini-xurafat buxovunda əzab çəkənlərin 

çıxılmaz vəziyyətini, “möminlərə” pənah gətirənlərin acı taleyinə, gedən proseslərə biganə qalan 

şəhvət düşgünlərinin heysiyyatsızlığını   oxuculara çatdıran, bu eybəcərlikləri satira atəşinə tutan 

ədəbi-bədii materialları ümumiləşdirməklə  həmin məcmuələrdə öz əksini tapan konkret faktlarla 

səciyyəvi təhlillər vermişdir.  

“Lək-lək”in  bütün nömrələrinin üz qabığında abunə qiyməti və mündəricatı ilə yanaşı, 

redaksiyanın yerləşdiyi ünvanı bildirilir. “Məsləkimizə müvafiğ və millətimizə mənfəətli olan hər cür 



xəbər təhrirat üçün məcmuəmuzin səhifələri açığdır. İmzasız yazılar dərc olunmadıyı kibi marğasız 

gondərilən  məktublar da  ğəbul olunmaz. Yazılar açığ türk dilində olmalıdır. Adres dəgişdirənlər 

yeddi  ədədini  ğəpiklik marğa göndərməlidir. Dərc olunmayan yazılar  əldə olunmaz.”cümlələri ilə 

məcmənin məqsəd və məramı oxucuların diqqətinə çatdırılır. Məcmuə fəaliyyətə başladığı andan onun 

ətrafında cəmləşən qələm sahibləri “Milla Nəsrəddin”  ənənələrinə sadiqliklərini nümayiş etdirməyə 

böyük səylə yanaşırdılar. 

Tədqiqatçı alim İslam Ağayev mətbuat və publisistika problemlərindən apardığı elmi 

araşdırmalarında göstərir ki, “Molla Nəsrəddin” jurnalı Əliqulu Qəmküsarın (1880-1919) redaktorluğu 

ilə daha geniş  ədəbi mübarizə    cəbhəsi yaratdığı bir zamanda jurnalın səhifələrində    Əli Rza 

Şamçızadə(Dabanı çatdağ xala) Gəncədən, Cabbar Əsgərzadə (Aciz) İrəvandan, Salman Mümtaz 

Əsgərov (Xortdan bəy) Aşqabatdan, Zeynal  Məmmədov (Səffəl) Təbrizdən, Sabit Manafzadə ( 

Dastançı) Aşqabaddan,  Əli Nəzmi (Məşədi Sicimqulu) Gəncədən, Məhəmmədəli Sidqi Bakıdan 

jurnala yazırdılar. “Məlik Naqqal” imzası 1914-cü ildə mollanəsrəddinçi  şair və publisist Cabbar 

Əsgərzadə Acizin redaktorluğu ilə  İrəvanda çıxan “Leylək” jurnalında  təsadüf edilir. Sual olunur, 

1914-cü ildə Tiflisdə dərc edilən“Molla Nəsrəddin” jurnalının redaktoru Qəmküsar ilə İrəvanda çıxan  

“Leylək” arasında  hansı cəhətdən  əlaqə ola bilərdi? Bu suala cavab vermək üçün, hər şeydən əvvəl, 

“Leylək” redaktorunun şəxsiyyətinə  diqqət yetirilməlidir. Çünki,  “Leylək”in redaktoru Cabbar 

Əsgərzadə “Molla Nəsrəddin”inin köhnə  əməkdaşlarından idi. O öz jurnalına  dostlarını    dəvət edə 

bilərdi.  Bu məcmuələrdə M.S.Ordubadi (Hərdəmxəyal), Qəmküsar (Məlik Naqqal) imzaları ilə çıxış 

etmişdilər.

1

 Söz yox ki,  məcmuələrdə müxtəlif imzalarla çıxış edən çoxsaylı qələm sahibləri ictimai-



siyasi və  mədəni həyatda baş verən hadisələrə  həssaslıq göstərir, hamı üçün maraqlı  və aktual olan 

həyat həqiqətlərini əks etdirən müxtəlif məzmunlu şeirləri, hikmətli sözləri, İrəvan, Ordubad, Gəncə, 

Mərənd, İstanbul, Təbriz, Tiflis və digər şəhərlərdən əldə olunan xəbərləri və felyeton əvəzi yazıları 

                                                 

*

 Zahid Əkbərov, “Cabbar Bağçaban”, “Yazıçı” Nəşriyyatı, Bakı, 1991. 



1

 İslam Ağayev. “Ədəbiyyat, mətbuat və publisistika problemləri”, səhifə 427, 447.Bakı, “Elm”, 2008.  




 

5

maraq dairəsində saxlamaqla məcmuənin səhifələrini daha oxunaqlı etməkdə bütün imkanlardan 



istifadə edirdilər.  

Məcmuə fəaliyyətə başladığı andan onun ətrafında cəmləşən qələm sahibləri “Milla Nəsrəddin” 

ənənələrinə sadiqliklərini nümayiş etdirməyə böyük səylə yanaşırdılar. Onlar ictimai-siyasi və mədəni 

həyatda baş verən hadisələrə həssaslıq göstərir, hamı üçün maraqlı və aktual olan həyat həqiqətlərini 

əks etdirən müxtəlif məzmunlu  şeirləri, hikmətli sözləri,  İrəvan, Ordubad, Gəncə, Mərənd,  İstanbul, 

Təbriz, Tiflis və digər  şəhərlərdən  əldə olunan xəbərləri və felyeton əvəzi yazıları maraq dairəsində 

saxlamaqla məcmuənin səhifələrini daha oxunaqlı etməkdə bütün imkanlardan istifadə edirdilər.  

Jurnalın səhifələrində mollanəsrəddinçi yazıçılardan C. Əsgərzadə Aciz( Lək-lək, Müqəllid və s), 

Əli Məhzun Rəhimov(Yetim cücə), M.S.Ordubadi(Hərdəmxəyal), M.Mir Fətullayev və başqaları 

iştirak etmişlər. Bədii cəhətdən müəyyən mənada bir qədər zəif çıxmasına baxmayaraq, “Lək-lək” 

oxucuların rəğbətini qazanmışdır. Sonuncu on ikinci nömrədə  mündəricat verilməsə  də, “Axtar” 

başlığı ilə  “Lək-lək” in aqibəti barədə oxucular məlumatlandırılır.  Qeyd olunur ki,  bəzi səbəblərə 

görə məcmuənin  bağlanacağı, müştərilərinə onun əvəzinə daha mükəmməl, daha nəfs, daha parlaq və 

oxunaqlı “Çınqı” adlı satirik jurnal çıxacaqdır. Həmin yeni nəşr  olunacaq “Çınqı” Əli Məhzun Hacı 

Zeynəlabdinzadə  və  “Lək-lək” müdirlərindən Hacı  Əsgərzadənin təht müdiriyyətlərində olub, 

İrəvanın maarifpərvər  cavanlarının maddi və  mənəvi  köməkliyi ilə  nəşr olunacaqdır.  Ancaq 

Marksizm-Leninizm  İnstitutunun Ermənistan filialının partiya arxivindəki 4 nömrəli fondun 26-cı 

siyahısının 172 saylı işinin 10-13 vərəqlərində “Çınqı” adlı jurnalın nəşr edilmədiyi göstərilmişdir. 

“Lək-lək”in 10-cu nömrəsinə  əlavə  şəklində “Lək-lək” can verir” adlı  uşaqlar üçün nəzmlə 

yazılmış alleqorik bir kitabça çap etmişdir. Həmin  əsərdə müxtəlif sinif və  təbəqələrin həyatına 

istehzalı nəzər salınmışdır.

*

 Oğrular, damdələnlər, şərab içənlər, nəşəxorlar, qumarbazlar, yolkəsənlər, 



rəzalət bataqlığında çabalayanlar,  zəhmətkeş insanların imkanlarını öz mənafeləri üçün hər an 

yararlananlar, ictimai-siyasi hadisələrin cəmiyyətdə doğurduğu  əks-səda məcmuənin  əsas 

mövzularındandır. “Molla Nəsrəddin” jurnalının  ənənələrinə sadiq qalmaq yolunda mövcud 

imkanlarından qədərincə istifadə edən “Lək-lək”çilər  sosial mənşəcə  aşağı  təbəqəyə  mənsub olan 

sadə, kasıb, yoxsul, məzlum kütlələrə  rəğbət bəsləməyin, tüfeylilərə qarşı barışmaz mövqedə 

dayanmağın mahiyyətini geniş xalq kütlələrinə çatdıran mütərəqqə ziyalılar olduğunu nümayiş etdirə 

bilmişilər. “Molla Nəsrəddin”də olduğu kimi, “Lək-lək”də  də  ən çox böyük əhəmiyyət və diqqət 

verilən məsələlər, ilk növbədə, müsəlman –islam dünyasındakı  vəziyyət, çatışmazlıqlar, dövlətçilik 

sahəsindəki uyğunsuzluqlar, dini-xurafat, orucluq, məhərrəmlik ayinlərinə verilən rəvac, milli 

münasibətlərin kəskinləşməsi istiqamətində yeridilən siyasət, xeyriyəçilik, maarif, ədəbiyyat, qadınlara 

münasibət  və  bu kimi  məsələlər öz həllini əsasən tapmışdı. “Molla Nəsrəddin” jurnalınım, “Əkinçi” 

qəzetinin yenidən bir bütöv halında transliterasiya  edilməsi ədəbi publisistika sahəsində çöx böyük və 

həm də önəmli hadisələrdəndir.  Şərqdə yayılan bu nüfuzlu mətbuat abidələrinin yenidən  nəşri 

ənənəsinə sadiqlik  nümunəsi kimi qədim Azərbaycan torpağı  İrəvanda nəşr olunan “Lək-lək” 

məcmuəsinin indi nəzərdə tutulan nəşri Azərbaycanın  ictimai-siyasi durumu baxımından bir  mətbuat 

orqanı kimi  mühüm əhəmiyyət kəsb edir.  

Mən “XİX  - XX əsrlərdə  Qərbi Azərbaycan  ədəbi mühiti (1800-1920-ci illər) ” mövzusunda 

elmi-tədqiqat işinin  ərsəyə  gətirilməsi üçün filalogiya elmləri doktorları, professorlar – İsrafil 

Abbasovun və  Şamil Vəliyevin məsləhətlərinə  əsaslanaraq, lazım olan əsas  ədəbi abidələr sırasında 

qədim  İrəvan  şəhərində 1914-cü ildə  “Lyus” mətbəəsində    Türk  dilində  nəşr olunan “Lək-lək” 

məcmuəsinin transliterasiya edilməsi kimi nəcib, həm də olduqca gərəkli bir işin icrasına  əməli 

təşəbbüs edildi. Həmin məcmuənin nömrələrini olduğu kimi əks  əlifbalı qrafikadan müasir latın 

qrafikasına transliterasiya edildiyini nəzərə alaraq, onun nəşrə hazırlanmasını  məqsərə müvafiq 

sayılmışdır. Qeyd edilməlidir ki,  “Lək-lək”in nəşr olunduğu dövrün ədəbi dil normalarına, üslubuna, 

yazılış qaydalarına xələl gətirilmədən verilməsinə böyük əhəmiyyət verilmişdir. Çünki, bu mətinlərin 

bir çoxunun yazılışında o zamanın dialekt və şivələrinin əks olunmasını nəzərə alaraq, onlara heç bir 

düzəliş edilmədən, gələcəkdə tədqiqatç araşdırmalarına zərurət yarana biləcəyi ehtimalının da daha çox 

olduğuna görə  ifadə və cümlələrə  toxunulmamış, olduğu kimi saxlanılmışdır. Lakin demək olar ki, 

bəzi məqamlar istisna edilməklə, mətnlərin əksəriyyəti və şeir nümunələri oxucular üçün həm yenidir, 

                                                 

*

 

Azərbaycan SSR Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanası, Azərbaycanda Dövri Mətbuatı (1832-1920) biblioqrafiyası, Bakı, 



1987, səh., 16,17.

 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə