30
2.1. Ağbaba və Şörəyel
1
Ağbaba mahalında yer-yurd adları arasında İbiş, Öksüz, Dəlisərsəran, Çələb, İlan-
lı adlarına rast gəlinir. Adların mənşəyi burada yaşayan tayfaların adları və inanc-
ları ilə bağlı idi. Qədim türk dilində “Allah” anlamını verən “çələb” sözü Ağbaba
ərazisində türklərin animistik görüşləri ilə əlaqədar olan yer adı idi. Müqəddəs ruhla-
ra və bu ruhların obraz kimi çıxış etdiyi heyvanlara münasibət, eləcə də şaman inan-
cının izləri özünü xalçalarda da göstərirdi. Ağbabada yaşayan türklər islamı qəbul
etdikdən sonra yeni din onların dünyagörüşünə sirayət etməyə başladı. Bölgədə olan
məscidlər və evlər üçün toxunan “Namazlıq”lar burada yaşayan türklərin islam döv-
rü mədəniyyətini əks etdirir. Bu bir daha göstərir ki, Ağbabada tarixən türklər yaşa-
mış və bütün tarixi dövrlərdə öz dünyagörüşlərinin izlərini abidələrə, xalçalara həkk
etdirmişlər. İnanclar xalqın ruhunu yaşadan xalçalarda maddiləşmiş, işarələrə çevril-
miş və bu günümüzədək gəlib çatmışdır.
Xalça ağbabalıların məişəti üçün olduqca vacib atribut sayılırdı. Eyni zamanda pa-
lazlar, çullar, duz torbaları, xurcunlar, məfrəşlər və d. məmulatlar əhalinin məişətini
asanlaşdırırdı. Bu məmulatların toxunma texnologiyası, rəng-kompozisiya həlli yerli
əhalinin estetik dünyagörüşündən xəbər verir. Əsasən, heyvandarlıqla məşğul olan
yerli əhali cins qoyunlar yetişdirmişdir. Dənli bitkilərdən buğda, arpa, zəyərək əkilir
və bu bitkilərdən yağ, bəzir, dağda bitən kollardan və çiçəklərdən müxtəlif dərmanlar,
həmçinin ipləri boyamaq üçün cürbəcür rənglər alınırdı.
Ağbaba bölgəsi qərbdən və şimaldan dağlarla əhatə olunmuşdu. Qışı olduqca
sərt keçən bu ərazi dağ bitkiləri ilə də zəngindir. Mənbəyini Ziyarət, Göy dağ, Ağ-
baba dağlarından götürən gur, bolsulu Qaraxan, Civinli, Seldağıdan, Moküz çayları
dərənin gözəlinə çevrilmiş Arpa gölünə axıb tökülür. Qədim türk torpağı olan Ağba-
bada “Kitabi-Dədə Qorqud”un və digər dastanların izlərini az qala hər kəndin, hər
dərənin, hər dağın adında görmək olar. Dastanda adı çəkilən Ənsə Qoca Oğlu Oxçu
adından Oxçu oğlu kəndi, Qazan xanın adını çəkdiyi Köçkə dağının adından Göy da-
ğın, Dəli Domrulun adından Güllücə kəndi yaxınlığındakı Domrul qalaçasının, Qa-
zan xanın qardaşı Qara Günənin adından Qara Güney təpəsinin adı götürülmüşdür.
Ağbaba bölgəsində yerli adətlər, adlar və onların obrazları xalçalarda da öz
ifadəsini tapırdı.
Təəssüflər olsun ki, indi Ağbabada bircə ilmə belə vurulmur. Xalçanın göy qurşağı
kimi rəngarəng iplərini özünə dost-sirdaş seçmiş, ilmələrdən tumarını əsirgəməyən
əllər bu ərazidən didərgin düşüb. Ermənilər tərəfindən azərbaycanlıların bölgədən
qovulması ilə bərabər, Ağbaba torpağı sanki bütün gözəlliklərini in sanlardan gizlədib
və müqəddəs yurd indi bir xara bazara çevrilib. Uzun qış axşamlarında buradakı qa-
1 Burada və daha sonra İrəvan bölgəsi mahallarının
tarixi-coğrafi, sosial-iqtisadi
vəziyyəti və topo-
nimiyası haqqında aşağıda göstərilən ədəbiyyatdan və müvafiq folklor antologiyasından
istifadə
edilmişdir: Bayramov A.Ə. Qədim oğuz ellərinin – Ağbaba, Şörəyəl
və Pəmbək bölgələrinin
yer-yurd adları. Sumqayıt, 1996; Bayramov İ. Qərbi Azərbaycanın türkmənşəli toponimləri. Bakı,
2002.
Budaqov B., Qeybullayev Q. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti. Bakı,
1998; Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası. Bakı, 1995; Həbib Rəhimoğlu. Silinməz
adlar, sağalmaz yaralar... Bakı, 1997; Ələkbərli Ə. Qərbi Azərbaycan. I c. Vedibasar mahalı (Vedi
və Qarabağlar rayonları). Bakı, 2003; Флоровский Н. Бамбако-Шурагельская дистанция //
Обозрение. ч. II. СПб., 1836.