24
tün bunlar ermənilərin yerli azərbaycanlı əhalisinə qarşı düşmənçilik münasibətinin
yaranmasına və dərinləşməsinə səbəb oldu. İrəvan qubernatorunun çara göndərdiyi
1905-ci il hesabatından məlum olur ki, çar Rusiyasının hakimiyyət orqanları
tərəfindən silahlandırılan və qızışdırılan ermənilərlə dinc azərbaycanlı əhali arasında
ilk toqquşmalar hələ XIX əsrin 80-ci illərində baş vermişdir. Tarixə 1905-1906-cı illər
“erməni-müsəlman davası” kimi daxil olan hadisələr zamanı erməni silahlı dəstələri
azərbaycanlılara qarşı genişmiqyaslı müharibəyə başlamışdılar. Ermənilər Bakı,
Naxçıvan və Qarabağla yanaşı, İrəvan şəhəri və qəzasında, Üçkilsə (Eçmiədzin) və
Zəngəzurda da 1905-ci ilin iyun – 1906-cı ilin avqust aylarında azərbaycanlılara qarşı
açıq
müharibəyə keçmiş, qətllər, qarətlər və soyqırımları törətmişdilər.
1
Fevral inqilabı (1917) nəticəsində çarizmin devril məsi xəbəri İrəvan quberniyasına
martın əvvəllərində çatdı. Quberniyada Müvəqqəti hökumətin yerli haki miyyət or-
qanlarının formalaşdırılmasına başlandı. Mar tın 14 (27)-də təşkil olunan Quberniya
İcraiyyə Ko mitəsi özünü Xüsusi Zaqafqaziya Komitəsinin (rusca OZAKOM - Особый
Закавказский Комитет) yerli orqanı elan etdi. Qəzalarda da icraiyyə komitələri ya-
radıldı. Müvəqqəti hökumət tərəfindən İrəvan quberniyasına və qəzalara komissarlar
təyin edildi.
2
Fevral inqilabından (1917) sonra İrəvan quberniyasında sovetlər də yaranmağa
başladı. Martın 8 (21)-də Aleksandropolda əsgər, sonra isə fəhlə deputatları sovetləri
meydana gəldi. Hər iki sovet tezliklə birləşdi. İrəvan şəhərində də martın 12 (25)-
də əsgər, apreldə isə fəhlə deputatları sovetləri yarandı. Mart ayı ərzində İrəvan
quberniyasının şəhərlərində sovetlər təşkil olundu. Həm Müvəqqəti hökumətin
yerli orqanlarında, həm də sovetlərdə daşnaklar üstünlüyü ələ aldılar. 1917-ci il
sentyabrın sonlarında daşnaklar Tiflisdə “Erməni milli müşavirəsi” çağırdılar.
Müşavirədə Erməni milli şurası (sədr A.Aqaronyan) təşkil edildi. İrəvan şəhərində
və quberniyanın qəzalarında da milli şuraların təşkil olunmasına başlandı. Erməni
milli şurası İrəvan quberniyasının azərbaycanlı əhalisinə qarşı soyqırım siyasətinin
hazırlanması və həyata keçirilməsi, Osmanlı imperiyasında ermənilərin pozucu-
luq fəaliyyətinin təşkili, Qafqaz cəbhəsində vuruşmaqdan ötrü erməni korpusunun
komplektləşdirilməsi üçün tədbirlər görməyə başladı. Oktyabr çevrilişindən (1917)
sonra yaradılan Zaqafqaziya komissarlığı (1917, 15 (28) noyabr) hakimiyyətini İrəvan
quberniyasına da yaydı. İrəvan quberniyasında da Müəssisələr məclisinə (Rusiya)
seçkilərdə daşnaklar və sazişçilər qalib gəldilər. 1918-ci ilin 10 (23) fevralında işə baş-
layan Zaqafqaziya Seymi Cənubi Qafqazın Rusiyadan ayrılmasını təsdiqlədi (1918,
mart). Zaqafqaziya Demokratik Federativ Respublikası elan olunduqda (1918, 22 ap-
rel) İrəvan quberniyası onun tərkibinə qatıldı.
Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) hökuməti İrəvan quber-
niyası və Osmanlı imperiyasında yaşayan ermənilərdən özünün siyasi məqsədləri
üçün istifadə etmək xəttini həyata keçirirdi. 1917-ci il dekabrın 17 (30)-də Millətlərin
işləri üzrə xalq komissarlığında erməni işləri üzrə ayrıca komissarlıq yaradılmışdı.
RSFSR Xalq Komissarları Soveti 1917-ci il dekabrın 27-də (1918, 11 yanvar) “Türkiyə
Ermənistanı haqqında dekret” qəbul etdi. Rus hərbi hissələrinin Qafqaz cəbhəsindən
1
Muradov V. Azərbaycan xalçaları. İrəvan qrupu. Bakı, 2011, s. 22-25
2
Yenə orada. s. 19
25
geri çağırılması (1917, dekabr-1918, yanvar) daşnakların mövqeyini xeyli gücləndirdi.
İrəvan quberniyasında azərbaycanlılara qarşı soyqırımı daha da genişləndirildi.
Zaqafqaziya Seyminin dağılmasından sonra (1918, 26 may) daşnaklar 1918-ci il
mayın 28-də Tiflisdə Erməni (Ararat) Respublikasının yaranmasını elan etdilər. 1918-
ci il mayın 29-da Azərbaycan Milli Şurasının Tiflisdə keçirilən iclasında İrəvan şəhəri
ermənilərə verildi.
1
Azərbaycanın İrəvan bölgəsində erməni dövləti yaradıldıqdan sonra, azər-
baycanlılara qarşı deportasiya və soyqırımlar dövlət səviyyəsində həyat keçirilməyə
başladı. Ermənistan hökuməti bununla kifayətlənməyərək azərbaycanlılara məxsus
yer adlarını da erməniləşdirməyə başladı. Azərbaycanlılara qarşı deportasiya və soy-
qırımlar sovet hökuməti dövründə də davam etdirildi.
2
1980-ci illərin sonlarında isə
azərbaycanlılar Ermənistandan tamamilə deportasiya edildilər.
İrəvan bölgəsinin xalçaçılıq sənəti həmin torpaqların azərbaycanlıların tarixi-etnik
torpaqları olmasını təsdiq edən əsas qaynaqlardan biridir.
1
Muradov V. Azərbaycan xalçaları. İrəvan qrupu. Bakı, 2011, s. 20-21
2
Deportasiya. Bakı,1998; Didərginlər. Bakı, 1990; Erməni cinayətləri. Bakı, 2004;
Ermənistan
azərbaycanlılarının tarixi coğrafiyası. Bakı,1995.
26
II. İrəvan bölgəsində xalçaçılığın tarixi coğrafiyası:
mahallar və onların xarakteristikası
İrəvan şəhəri və onun ətrafında olan mahallar qədim türk-oğuz tayfalarının yaşa-
dığı ərazilər olmuşdur. Bu ərazidə olan saysız-hesabsız yaşayış məskənləri, nekropol-
lar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü
sərdabələr, eləcə də at, qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqlar yerli
əhalinin tarixindən, dünyagörüşündən, etnik mən subiyyətindən xəbər verir. İstər
coğrafi adlar, istərsə də mü asir dövrümüzə qədər gəlib çatmış folklor nümunələri
1
vaxtilə bu ərazidə yaşamış Azərbaycan türklərinin (azərbaycanlıların) keçmişi-
ni, zəngin mədəni irsini özündə təcəssüm etdirir. Buranın yerli əhalisi sənətkarlıq,
əkinçilik və heyvandarlıqla məşğul olmuş, təbiətin bəxş et diyi nemətlərdən səmərəli
şəkildə istifadə etmişdir.
Bu bölgədə ənənəvi türk dünyagörüşünü əks etdirən mif və rəvayətlərdən baş-
qa, hər bir coğrafi adın, müqəddəs yerin tarixçəsini özündə yaşadan hekayətlər də
yaranmışdır. Ağbabadan Vedibasara, Lorudan Zəngəzura, Göyçədən Zəngibasara
qədər olan ərazidə sıx yaşamış əhali tarixi kökləri çox qədimlərə gedən memarlıq,
sənətkarlıq nümunələri ərsəyə gətirmişdir.
İrəvan bölgəsinin ərazisində olan abidə adlarının əksəriyyəti özünün orijinallığı,
eyni zamanda, türk mənşəli semantikası ilə seçilir. Bu bölgənin sakinlərinin mifik
görüşləri, onların yaratdıqları şifahi xalq ədəbiyyatı, o cümlədən nağıl qəhrəmanları
sənət nümunələrində, xüsusən də xalçaçılıq sənətində obrazlı şəkildə əks olunmuş-
lar. Nuhun gəmisi haqqında əfsanənin Gəmiqaya və Naxçıvanla bağlılığına diqqət
yetirilsə, aydın olar ki, bu bölgənin demək olar ki, hər kəndində həmin rəvayətlə
əlaqədar olan toponim və etnotoponimlər vardır. Ağrıdağı və Ağrıdağın vadisi Vad
bütünün adından götürülmüş Vedi, Gögər, Erbi, Zəngi, Gərni, Qamər, Artaş, Saklarla
bağlı yer adları qədim türk tayfaları ilə əlaqədardır. “Kitabi-Dədə Qorqud” dastanın-
dakı əksər yer və tay fa adlarının izləri Qərbi Azərbaycandadır. Bu bölgənin folklor
nümunələrində adına ən çox rast gəlinən məkan Ağrıdağıdır. İrəvan miflərində sak-
ral ele ment kimi ilk məkan Ağrıdağı, ilk zaman isə Nuh əyyamıdır. İrəvan folklo-
runda xalqın dağla bağlı mifoloji görüşləri ilə birləşmiş Agrıdağı obrazı bu bölgədə
yaşayanların təsəvvüründəki dünya modelinin sak ral mərkəzi kimi semantik yozu-
ma malikdir. Bu ərazidə yaşayan xal qın dəyərlər sistemində torpaq, dağ bir simvola
çevrilərək, təkcə yaşayış məskəni kimi deyil, eyni zamanda, dünyaya çıxış obrazı kimi
folklorda təcəssümünü tapmışdır. Qədim türklərin epik nümunələrində Ər gənəkon,
Altay, Altuntuğ, Altunqan və müqəddəs sayılan digər dağ adları kimi Ağrıdağı və
Ələyəz/Alagöz dağı da obraz kimi öz ifadəsini tapmışdır. Bu bölgədə yaranan mif,
əfsanə və nağıllarda dağ əjdaha obrazı ilə assosiasiya olunur. Hunların, bulqarların
mifik görüşlərində dağın ruhu əjdaha obrazı ilə təsvir edilir. Bölgənin dağlıq ərazidə
yerləşməsi isə buranın həm də müdafiə, qorunma timsalı kimi də folklorda özünə
yer tutmasına zəmin yaradır. Yağı bu ellərə ayaq basanda insanların dağa xitabən
1
Azərbaycan folkloru antologiyası. III kitab (Göyçə folkloru). Bakı, 2000; Azərbaycan
folkloru
antologiyası. VII kitab (Qaraqoyunlu folkloru). Bakı, 2002; Azərbaycan folkloru antologiyası. VIII
kitab (Ağbaba folkloru). Bakı, 2003; Azərbaycan folkloru antologiyası. XII kitab (Zəngəzur folkloru).
Bakı, 2005; Azərbaycan folkloru antologiyası. XV cild (Dərələyəz folkloru). Bakı, 2006.