13
Tədqiqat işi ilə əlaqədar olaraq, arxiv sənədlərində və materiallarında, həmçinin
nəşr edilmiş qaynaqlar üzərində sistemli iş aparılmışdır. Lakin həmin mənbələrdə
xalçaçılıq haqqında əsasən ümumi məlumatlar verilmişdir. İrəvan bölgəsi xalçalarının
növləri, çeşniləri, sənətkarlıq xüsusiyyətləri kimi məsələlər bu qaynaqlarda, demək
olar ki, əks edilməmişdir. Bu bir daha problemin məhz həmin dövrə aid orijinal
xalçalar əsasında öyrənilməsinin əhəmiyyətini vurğulayır. Buna baxmayaraq, arxiv
sənəd lərinin və qaynaqların xalçaçılığa dair materialları imkan daxilində tədqiqata
cəlb edilmişdir.
Arxiv materialları içərisində Rusiya Federasiyası Dövlət Tarix Arxivində saxlanılan
İrəvan quberniyası icmallarını qeyd etmək olar.
Nəşr edilmiş qaynaqlar içərisində dövr üzrə ən çox müraciət edilən Şopenin
tədqiqatlarını
1
, «Обозрение»ni
2
, «Материалы»nı
3
, həmçinin müxtəlif statistik toplu
və məcmuələri qeyd edə bilərik.
4
Tədqiqiat işinin əsas məqsədi XVIII əsrin II yarısı-XX əsrin əvvəllərində
Azərbaycanın İrəvan bölgəsində xalçaçılıq sənətinin inkişafını kompleks şəkildə
araşdırmaqdır. Bu məqsədə nail olmaq üçün qarşıya aşağıdakı vəzifələr qoyulmuşdur:
- xalçaçılıq sənətinin inkişafının tarixi zəmininin müəyyənləşdirilməsi üçün XVIII
əsrin II yarısı-XX əsrin əvvəllərində İrəvan bölgəsi tarixinin əsas mərhələləri
kimi İrəvan xanlığı və Rusiya imperiyasının müstəmləkəçilik dövrləri tarixinin
araşdırılması;
- iqtsadi həyatın ümumi vəziyyətinin göstərilməsi və burada xalçaçılığın mövqeyinin
müəyyənləşdirilməsi;
- İrəvan bölgəsinin tarixi mahalları üzrə xalçaçılıq sənətinin ənənələri və vəziyyətinin
göstərilməsi;
- İrəvan bölgəsinin mahalları üzrə toplanmış 100 xalçanın növlərinə görə təsnifatı,
xalçaların xarakteristikası və sənətkarlıq
xüsusiyyətlərinin tədqiqi;
- İrəvan bölgəsinin xalçalarının əsas işarə və simvollarının müəyyənləşdirilməsi və
şərhi.
1
Шопен И. О народах, обитающих в Армянской области // Bulletin Scientifique de l’ Academie
Imperiale des Sciences de St. Petersbourg, t.8. № 1, et.2,СПб., 1840, р.1-40; Его же, Обозрение
Закавказского края // ЖМГИ. СПб., 1841, ч.I, кн.2, с.336-365; Его же, Исторический памятник
состояния Армянской области в эпоху ее присоединения к Российской империи. СПб., 1852; Его
же, Кавказ и его обитатели. СПб., 1866
2
Обозрение Российских владений за Кавказом в стат., этногр., топограф. и финансовом
отношениях. 4 части. СПб., 1836
3
Материалы для изучения экономического быта государственных крестян Закавказского края.
тт.I-VII. Тифлис, 1885-1887
4
Акты собранные Кавказской Археографической комиссией. тт.I-XII. Тифлис, 1866-1984;
Аргутинский –Долгоруков А.М. История сооружения и эксплуатации Закавказской железной
дороги за двадцать пять лет ее существования (1871-1896 гг. ). Тифлис, 1896; Зелинский С.П.
Три магала: Нахичеванский, Ордубадский и Даралагезский. Географически-статистическое и
сельскохозяйственное описание // Сборник сведений о Кавказе. т.VII. Тифлис, 1880; Кондратенко
Е.И. Сборник статистических данных о землевладении и способах хозяйства в пяти губерниях
Закавказского края. Тифлис, 1899; Материалы для статистики Эриванской губернии // Сборник
статистических сведений о Кавказе. т.I. Под. ред. Н.И. Воронова. Тифлис, 1869, Отд.I, разд. III,
с.3-67; Описание Закавказского края. Статья ХLI // Статистические труды. И.Ф.Штукенберга. т.2.
СПб., 1860, с.1-50; Памятная книжка Эриванской губернии. 1902, 1904, 1906, 1912, 1914; Первая
Всеобщая перепись населения Российской империи 1897 г. Вып.LХХI. Эриванская губ. СПб.,
1905; Статистический взглядь на Эриванскую провинцию // ТВ, 1831, №6,7; Статистическое
описание городов Тифлисской и Эриванской губернии // КК на 1866, с.49-90; Статистическое
описание городов Тифлисской и Эриванской губернии. Тифлис, 1894
14
Tədqiqat işinin metodoloji əsasını tarixi inkişafın ümumi qanunauyğunluğuna
əsaslanan nəzəri baxışlar sistemi təşkil edir. Bu nəzəri baxışlar tarixi tədqiqat
metodları vasitəsi ilə araşdırmaya tətbiq edilmişdir. Onların sırasında ümumi elmi
metodlar (sintez, analiz və s.) ilə eyni zamanda tarix elmində geniş tətbiq olunan
konkret elmi metodlar, o cümlədən genetik, tarixi-müqayisə və s. mühüm yer tutur.
Belə bir metodoloji yanaşma tədqiq edilən problemi obyektiv şəkildə öyrənməyə
imkan vermişdir.
Tədqiqatın elmi yeniliyi aşağıdakılardan ibarətdir:
-Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq İrəvan bölgəsində xalçaçılıq
sənətinin inkişafı kompleks
şəkildə tədqiq olunmuşdur;
-İrəvan bölgəsinin XVIII əsrin II yarısı-XX əsrin əvvəllərindəki iqtisadi vəziyyəti,
xüsusilə iqtisadi həyatında xalçaçılığın
yeri müəyyənləşdirilmişdir;
-Azərbaycan tarixşünaslığında və sənətşünaslıq ədəbiyyatında ilk dəfə olaraq
Azərbaycan xalçalarının İrəvan qrupu ayrılmış, onun Azərbaycan xalçaçılığında yeri
və
rolu müəyyənləşdirilmişdir;
-ümumilikdə İrəvan bölgəsi, o cümlədən bölgənin bütün tarixi mahalları üzrə
xalçaçılığın ənənələri
və vəziyyəti tədqiq edilmişdir;
-ilk dəfə olaraq müəyyən edilmiş xronoloji çərçivə üzrə mürəkkəb və sistemli
şəkildə aparılan iş nəticəsində İrəvan bölgəsinin bütün mahallarına aid 100 xalça
toplanmış, onların müasir texnologiyaların yaratdığı imkanlar daxilində fotoları
çəkilmiş və tədqiqat işinə əlavə edilmişdir ki, bu da həmin xalçalar haqqında tam
təsəvvür
yaratmağa imkan vermişdir;
-toplanmış 100 xalçanın
hər birinin tarixi və bədii, texnoloji təhlili aparılmışdır;
-İrəvan bölgəsi xalçaları üzərində tətbiq edilən əsas işarə və simvollar müəyyən
edilmiş, onların semantikası açıqlanmışdır.
İrəvan bölgə sində xalçaçılıq sənətinin inkişafının öyrənilməsi nəticəsində
Azərbaycan xalçaçılıq məktəbləri içərisində yeni İrəvan qrupunun ayrılması ilə
Azərbaycan xalçaçılığının tarixi və sənətkarlıq xüsusiyyətlərinin ümumiləşdirilmə-
sində orijinal istiqamət açılmışdır. Bu baxımdan tədqiqat işindən həm konkret olaraq
İrəvan bölgəsinin xalçaçılığının öyrənilməsində, həm də Azərbaycan xalçaçılığına dair
ümumiləşdirici əsərlər yazılmasında istifadə etmək olar. Azərbaycan xalçaçılığına,
Azərbaycanın iqtisadi, sənətkarlıq və incəsənət tarixinə dair xüsusi kurslarda bu
materiallardan faydalanmaq mümkündür.
Tədqiqat nəticəsində İrəvan bölgəsi xalçalarının müəyyən edilmiş sənətkarlıq
xüsusiyyətlərindən, müxtəlif çeşnilərindən xalça toxunmasında da istifadə edilə bilər.
İrəvan bölgəsinə aid xalçaların muzey və qalereyalarda nümayişi ilə həm bölgənin,
həm də bütövlükdə Azər baycan xalçaçılıq sənətinin yüksək inkişafı haqqında tam
təsəvvür yaratmaq olar.