19
satış üçün xalça-palaz hazırlayırdılar. Boyaqçılığın
inkişafına da diqqət yetirilirdi. Yunun və müxtəlif ev
əşyalarının boyanmasında təbii bitkilərdən istifadə
edilirdi”.
1
Çar hökuməti Azərbaycanın işğal edilmiş Naxçı-
van və İrəvan xanlıqları əsasında 1828-ci il mart ayının 21-də “Erməni vilayəti”
2
yaratdı
(Xəritə 4). Bu vilayət 1840-cı il islahatı zamanı ləğv edildi. Belə bir addım
sübut edir ki, həmin vilayətin yaradılmasının heç bir tarixi zəmini olmamışdır.
Həmin vilayətin əsasında yaradılan İrəvan və Naxçıvan qəzaları Gürcü-İmeret
quberniyasına tabe edildi
(Xəritə 5). Lakin bu da uzun sürmədi, 1849-cu il iyu-
nun 9-da tarixi İrəvan və Naxçıvan ərazisində İrəvan quberniyası təşkil edildi.
İrəvan bölgəsinin tarixi mahalları əsasında, sonrakı dəyişikliklərlə birgə, İrəvan,
Aleksandropol, Eçmiədzin, Naxçıvan, Novobayazid, Şərur-Dərələyəz və Sürməli
1
Ələkbərli Ə. Qərbi Azərbaycan. II c. Zəngibasar, Gərnibasar və Qırxbulaq mahalları. Bakı, 2002, s.46
2
Высочайший указ Сенату об образов Армянской области //
Государственный Исторический
Архив Российской Федерации, ф. 880, оп.5, д. 389, л.1805.
22
dirilməsinə mühüm əhəmiyyət verilirdi.
Nersesin layihəsinə görə, rus ordusunun
tutduğu bölgələrdən - Təbriz, Xoy, Sal-
mas, Marağadan bütün ermənilər Nax-
çıvan, İrəvan və Qarabağ vilayətlərinə
köçürülməli idi. Onun bu tələbi köçürmə
işində canfəşanlıq edən ermənipərəst gü-
ruh tərəfindən ardıcıl şəkildə həyata ke-
çirildi. Yuxarıda adı çəkilən N.Şavrov da qeyd edirdi ki, müharibədən sonrakı iki
ildə (1828-1830-cu illər) biz Zaqafqaziyaya İrandan 40 min, Türkyədən 84 min erməni
köçürmüş və onları ermənilərin azlıq təşkil etdiyi İrəvan və Yelizavetpol quberni-
yalarında yerləşdirmişdik. Oralara 200 min desyatin xəzinə torpağı ayrılmış, onlar
üçün müsəlmanlardan 2 milyon manatlıq xüsusi sahibkar torpağı satın alınmışdır.
Yelizavetpol quberniyasının dağlıq hissəsi və Göyçə gölü sahili həmin ermənilərlə
məskunlaşdırılmışdır.
1
Ermənilərin köçürülməsi nəticəsində Qarabağ, İrəvan və Naxçıvan bölgələrinin
əhalisinin etnik tərkibi əsaslı dəyişikliyə məruz qaldı. Rusiya tərəfindən işğal
edilənədək İrəvan xanlığının əhalisinin 20%-dən bir az çoxunu əvvəllər köçürülmüş
ermənilər
təşkil edirdisə, 1834-1835-ci illərdə bu rəqəm 46%-i ötmüşdü.
2
Ermənilərin Rusiya tərəfindən işğal olunmuş Şimali Azərbaycan torpaqlarına, o
cümlədən İrəvan bölgəsinə köçləri 1853-1856-cı illər Krım müharibəsi, 1877-1878-ci
1
Там же
2
İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi... s.397