Əşrəf RZAYEV:
“Alliance Assist” tibb xidmətlərinin
hansı istiqaməti üzrə ixtisaslaşıb?
Ə.R.:
Adımızdan da bəlli olduğu kimi,
assistant xidmətləri ilə məşğuluq. Xü-
susən tibbi assistantlıq fəaliyyət sferamı-
zın əsas prioritetidir. Nəzərinizə çatdırım
ki, assistantlıq köməkçi, əlaqələndirici
bir missiyadır. Bir sıra beynəlxalq və re-
gional tibbi sığorta şirkətlərinin ölkə-
mizdə tərəfdaşıyıq. Onlar sığortalılarının
sağlamlıqlarını məhz bizə etibar edirlər.
Şübhəsiz ki, bu etimadı uğurlu işimiz və
xidmət ortaqlarımızın peşəkar dəstəyi ilə
layiqincə doğrulduruq. Daim tərəfdaşları-
“Göstərilən tibbi xidmətin keyfiyyəti və təklif olunan
xidmətlərin müxtəlifliyi rəqabət predmetinə çevrilib”
“Alliance Assist” şirkətinin direktoru Əşrəf
Rzayev “EcoVision”un suallarına cavab verir
mızın, müştərilərimizin məmnunluğunu
üstün tuturuq.
Sizcə, ölkəmizdə təklif etdiyiniz xid-
mətlərdən istifadənin dinamikası necə
dəyişir?
Ə.R.:
İnsanlarımız sağlamlıqlarına daha
çox diqqət yetirməyə başlayıblar. Şübhəsiz
ki, bu, ölkədə səhiyyə sektorunun inkişafı,
həmçinin vətəndaşlarımızın maddi durum-
larının ildən-ilə yaxşılaşması ilə bağlıdır.
Artıq göstərilən tibbi xidmətin keyfiyyəti və
təklif olunan xidmətlərin müxtəlifliyi rəqa-
bət predmetinə çevrilib. Bu baxımdan fəaliy-
yətimizin dinamikasında yüksəliş trendi mü-
şahidə edirik. Nəzərinizə çatdırmaq istərdim
ki, rəhbərlik etdiyim şirkət həm də evdə tibbi
xidmətin təşkili ilə məşğuldur. Yəni tibbi xid-
mətlər üçün artıq yolda və növbədə saatlar-
la vaxt itirməyə, məsafə qət etməyə ehtiyac
yoxdur. Hər biriniz uyğun məkanda – evdə
və işdə müvafiq tibbi xidmətdən yararlana
bilərsiniz. Bunun üçün uyğun tibbi personal
və müvafiq portativ tibbi cihazlarımız var.
Xidmətləriniz barədə informasiya-
ları müştərilərinizə necə çatdırırsınız?
Başqa sözlə, hansı metodlardan, infor-
masiya vasitələrindən istifadə edirsiniz?
Ə.R.:
Mətbuatda, televiziya və radioda
mütəmadi reklamlarımız gedir. Sosial media-
da promouşna da üstünlük veririk. Özümüzə
məxsus İnfomed.az tibbi portalımız da var.
Əlimizdən gələni edirik ki, insanlara yeni-
liklər, yeni proyektlərimiz və məhsullarımız
barədə məlumatları zamanında çatdıraq.
Maraqlıdır, müştəri məmnuniyyətini
necə ölçürsünüz?
Ə.R.:
Müştərilərimizin məmnunluğu bi-
zimçün daim ön plandadır. Onlara individu-
al yanaşmağa çalışırıq. Müasir və komfort
xidmət göstərməkçün fəaliyyətimizi daim
təkmilləşdirir, çatışmazlıqların üzərində
çalışırıq. Bizim xidmətlərimizdən istifadə
etdikləri üçün əlavə dividendlər əldə edir,
fərqli seqmentdə olan məhsullarımızdan ol-
duqca sərfəli, endirimli şəkildə faydalanır-
lar. Mütəmadi olaraq pozitiv “feedback”lər
alırıq. Şübhəsiz ki, bu, bizi daha da qürur-
landırır və yeni uğurlara motivə edir.
Şirkətinizin xidmətlərinin genişlən-
dirilməsi sahəsində hansısa planlarınız
varmı?
Ə.R.:
Təbii ki, uzunvədəli biznes planımız
mövcuddur. İdeyalarımıza pillə-pillə addım-
layırıq. Bəzi proyektlərimiz haqqında, inşaal-
lah, həyata keçirməyə başladıqda danışarıq.
İndi deyə biləcəyimsə odur ki, misalçün, tibbi
turizm sahəsində beynəlxalq miqyasda hə-
dəflədiyimiz işlər var. Bəzən müəyyən plan-
larımız bizdən asılı olmayaraq müvəqqəti
təxirə salınır. Çünki biz beynəlxalq iqtisadi
sistemin içərisində yaşayırıq. Qlobal ekono-
mik tendensiyalardan yan qaçmaq mümkün
deyil. Amma bu vəziyyətdən maksimum fay-
dalanmağa çalışırıq. Biznes layihələrimizdə
korrektələr edir, yeni innovativ metodikala-
rın cəlb olunması üçün işlər aparırıq.
Rzayev Əşrəf Faiq oğlu 1978-ci il yanvarın
8-in Bakı şəhərində ziyalı ailəsində anadan
olub. 1985-1995-ci illərdə Bakı şəhəri 260
saylı orta məktəbdə rus bölümündə təhsil alıb.
Orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra
1995-1999-cu illərdə Qafqaz Universitetinin
İşlətmə, 1999-2002-ci illərdə Azərbaycan Döv-
lət Mədəniyyət və İncəsənət Universitetinin
Mədəniyyətin idarəedilməsi fakültələrində,
2002-2004-cü illərdə ADMİU-nun magistratu-
rasında təhsil alıb. 2003-2012-ci illərdə “Spa-
ce” kanalında baş prodüser vəzifəsində çalışıb.
2013-cü ildən bu günə qədər “Alliance Assist”
MMC-nin direktorudur. Evlidir, iki övladı - bir
oğlu və qızı var.
41
say 25 |
EcoVision
ƏSAS MÖVZU: Azərbaycanda səhiyyə
İş adamları stresin
qarşısını necə ala bilərlər
“MediStyle Hospital”ın Psixonevroloji Mərkəzinin
psixoloqu Günel Aslanova:
Müasir həyatda, demək olar ki, hər bir
insan streslə üzləşir. Çünki müasir insanın
həyatının, demək olar, hər sahəsi planlı-
dır və rəqabət əsasında təşkil olunub. Gö-
rüş vaxtına sayılı dəqiqələr qaldığı halda
kimsə tıxacda olursa sevinə, ya da ayın
sonundakı gəlirinin növbəti aya aid ehti-
yaclarını qarşılamayacağını bildiyi halda
xoşbəxt ola bilmir.
Həyat əvvəlkindən daha sürətli, daha
rəqabətlidir. Bədən və psixikamız isə bu
sürət və rəqabətə uyğunlaşa bilmir. Stress
bir çox dəyişikliklərə səbəb olur. Stress
özü xəstəlik olmasa da, əksər xəstəliklər
çox asanlıqla stress nəticəsində inkişaf
edir. Bunun necə baş verdiyi, yəqin ki, ma-
raqlıdır. İmmunitet sisteminiz zəifləyir.
Asılılıq problemi olan insanlarda
məsələ daha mürəkkəbdir. Onlar alkoqol,
siqaret, saqqız və digər sağlamlıq üçün
nəinki faydasız, həm də təhlükəli olan va-
sitələrdən istifadə edirlər. Səbəb nədir?
Təbii ki, gərginliyi azaltmaq.
Aramızda streslə üz-üzə qalmayan
kimsənin olmadığını bilirik. İş adamları
üçün isə məsələ daha fərqlidir. Onlar üçün
stresli həyat iki dəfə daha artıq zəmanət-
lidir. Təyin olunmuş görüş, sürət, gecik-
mək, tıxac, gözləmək... Bu sözlərin oxunu-
şu belə stresi təkrar yaşadır.
İş adamları üçün iş yalnız önəmli ol-
maqla, maddi qazanc olmaqla bitmir, iş
həm də məqsəddir, mənadır, həyat tərzi-
dir, özünəhörmətdir, potensialdan doğru
istifadə etməkdir. İş stresi və tükənmə isə
iş adamı üçün sadalananlardan uzaq düş-
mək, bu yolda risk deməkdir.
İş stresi işin insan üzərində təzyiqidir.
Bu, həm işləyən, həm müəssisə üçün ciddi
problemlərə səbəb olur. Hər cür dəyişik-
lik çətinliyə səbəb olur, çətinlik isə onu
aradan qaldırmaq cəhdini doğurur. Bəzən
insan bu istiqamətdə işləri çatdırma-
yacağını düşündüyündən dolayı məyus
olur, səhvlər artır, yaxın ətrafı da bundan
təsirlənir, enerji sərfiyyatı çoxalır, iş per-
formansı zəifləyir, sağlamlıq problemləri
yaranır və məhsuldarlığı azalır.
Lakin stresdən qaçmaq mümkün deyil-
sə də, onun mənfi nəticələrindən qaçmaq
və öz sağlamlığını qorumaq mümkündür.
42
say 25 |
EcoVision
ƏSAS MÖVZU: Azərbaycanda səhiyyə