Kafedrasi


MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI



Yüklə 19,74 Kb.
Pdf görüntüsü
səhifə21/37
tarix08.10.2017
ölçüsü19,74 Kb.
#3629
1   ...   17   18   19   20   21   22   23   24   ...   37

 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
79 
abidələri ilə tanış olmaq, adət və  ənənələrini öyrənmək Oqtay müəllimə xüsusi 
zövq verirdi. 
Oqtay müəllim, Almaz xanım və Böyükağa Quliyev
 
 
C.İsmayılov, Ə.Babayev və O.Qurbanov 
Son illərdə Oqtay müəllimin səhhətində problemlər yarandığından o işə gələ 
bilmirdi. Mən ona səhhəti bərpa olana qədər evdə qalmağa icazə vermişdim və 
onun dərslərini müəllimlər arasında bölmüşdüm.   
Oqtay müəllim nəvələri Məryəm və Nurlanə ilə 
birlikdə 
2002-ci ilin sentyabrında öz xahişi 
ilə tutduğu vəzifədən azad edilməsi haqda 
ərizə ilə müraciət etdi və  həmin ilin 
oktyabr ayında dünyasını dəyişdi. 
Almaz xanımla görüşümüz zamanı 
o mənə çoxlu sayda albomları göstərərək 
dedi: - İstədiyiniz  şəkli seçə bilərsiniz. 
Mən oradan seçdiyim şəkillərin içərisində 
Oqtay müəllimin son dəfə  nəvələri ilə 
birlikdə  bəzədikləri  şam ağacı yanında 
çəkdirdikləri  şəkli bu gözəl insan haqda 
yazdığım yazıda verməyi qərara aldım. 
Burada Oqtay müəllim yalnız ona məxsus 
olan və  təkrar olunmaz təbəssümü ilə əks 
olunmuşdur. Allah rəhmət eləsin. 
 


 
İbrahim  Həbibov 
 
80 
 
TƏLƏBƏM, HƏMKARIM, DOSTUM 
 
 
Məlikov Rauf Xəlil oğlu 
1977-ci ildə M.Əzizbəyov adına Azərbaycan 
Neft və Kimya institutunda əmək fəaliyyətimə 
başlayarkən, ilk dərs apardığım qruplar içərisində 
tanıyıb, xoş münasibətlər qurduğum tələbələrdən 
biri Rauf Xəlil oğlu Məlikov olmuşdur. 
1979-cu ildə Macarıstana istehsalat 
təcrübəsinə göndərilən tələbə  dəstəsinə  rəhbərlik 
mənə  həvalə  edilmişdi.  Bu  dəstənin  tərkibində   
458 - cı  qrupun  tələbəsi  Rauf da var idi.  O, artıq 3-cü  kursun imtahanlarını 
yüksək qiymətlərlə verərək, 4-cü kursun tələbəsi olmuşdu. Ümumiyyətlə, dəstənin 
tərkibində 10 tələbə var idi, onlardan iki nəfəri qız və 8 nəfəri oğlan idi.  Onların 
hər biri mənə əziz olsalar da məndə Raufa qarşı xüsusi münasibət yaranmışdı. Bu, 
onun sakit təbiətindən, qarşılıqlı münasibətləri yüksək səviyyədə qoruyub saxlama 
qabliyyətindən, tərbiyəsindən və savadından irəli gəlirdi. 
Bu səfər zamanı yaranan münasibətlərimiz  sonradan dostluğa çevrilmişdi. 
Məlikov Rauf Xəlil oğlu 1959-cu il aprelin 12-də Bakı şəhərində ziyalı ailəsində 
anadan olmuşdur.  
Mənim bu ailə ilə yaxınlığım, bizim Macarstan səfərindən sonra olmuşdur. 
Raufun atası Macarstandan Bakıya gələn tələbə dəstəsinin bütün üzvlərini evlərinə 
dəvət etmişdi. Gözəl bir gün yaşanmışdı onda. 
Məlikov Xəlil ixtisasça mühəndis mexanik idi. Uzun müddət Bakıda 
fəaliyyət göstərən bir sıra zavodlarda yüksək vəzifələrdə  işləmiş, sonradan  Bakı 
Energetika texnikumunda «Mexanika» kafedrasına  rəhbərlik etmişdir. Onun həyat 
yoldaşı Asiya xanım həkim — nevropatoloqdur. O görkəmli Azərbaycan yazıçısı və 
folklorşunası Əbülqasım Hüseynzadənin ailəsində anadan olmuşdur. Xəlil müəllim 


 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
81 
və  Asiya xanımın  Raufdan başqa bir oğlu - Hacı  və bir qızı - Gülnarə vardır. 
Övladlarının hamısı mühəndis sənətini seçmişlər.  
Hacı ailənin böyük oğludur. Almaniyanın Drezden Texniki Universitetini 
bitirmişdir, texniki elmlər namizədidir və hal-hazırda bizim akademiyanın dosentidir. 
Gülnarə də Azərbaycan Neft və Kimya  institutunu bitirmişdir. O institutda 
oxuduğu müddətdə  ali təqaüd - Lenin stipendiyası alırdı. Fakültəmizin ən savadlı 
və bacarıqlı tələbəsi idi. Sonradan o, qrup yoldaşı Kamil ilə ailə qurdular.   
Rauf müəllim 1976-cı ildə Bakı  şəhər Nərimanov rayonu 82 saylı orta 
məktəbi bitirmişdir. Məktəb illərində bir neçə rayon, şəhər və respublika 
olimpiadalarında iştirak edib, müxtəlif mükafatlara layiq görülüb.  
O, 1976-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutunun 
«Neft-mexanika» fakültəsinə daxil olmuş və «Maşınqayırma texnologiyası, metal 
kəsən alətlər və dəzgahlar» ixtisasını öyrənməyə başlamışdır.  
Rauf müəllim institutu 1981-ci ildə  fərqlənmə diplomu ilə bitirmişdir.  
İnstitut müəllimlərini xatırlayaraq qeyd edir: «Mən ömrüm boyu mənə dərs deyən 
professorlar - Ramiz Qurbanov, Fuad Vəliyev, dosentlər - Rza Talıbzadə, Arif 
Rəhimov və dekanımız Asif Cərrahov və başqalarına borcluyam 
 
İnstitutda oxuyarkən Rauf müəllim tələbə elmi cəmiyyətinin aktiv 
üzvlərindən biri idi. Onun hazırladığı  məruzələr tələbə-elmi konfranslarında 
diplomlarla mükafatlandırılırdı. Tədris müddətində Macarıstan, Moldova və 
Estoniyanın maşınqayırma müəssisələrində  təcrübə keçmişdir.  
Ali məktəbi bitirdikdən sonra ona aspiranturada qalmaq təklif olunsa da 
əmək fəaliyyətini istehsalatdan başlamağa qərar verdi. Onu gənc mütəxəssis kimi  
«Azərelektroterm» İstehsalat Birliyinə işləməyə göndərdilər və o 1988-ci ilədək bu 
təşkilatda mühəndis vəzifəsində  işləmişdir. Bu zavodda işləmək böyük təcrübəyə 
yiyələnmək demək idi. İşlərin profilinə uyğun olaraq o, Bauman adına  Ali texniki 
məktəbdə, bir sıra elektrotexnika avadanlığı istehsalı ilə məşğul olan müəssisə və 
elmi-tədqiqat institutlarında, Qorki şəhərindəki avtomobil zavoduna və digər 
yerlərə ezam olunaraq, texniki məsələlərin həllində iştirak etmişdir.  
Lakin elmə bağlılıq 1988-ci ildə yenidən onu Azərbaycan Neft və Kimya 
Neft institutuna qaytarır. O, Neft-qaz mədən fakultəsi üzrə aspiranturaya qəbul 


Yüklə 19,74 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə