İbrahim Həbibov
86
xoş rəftara, xoş sözə, heç olmazsa xoş baxışa ehtiyacı var. Mən bu gün məqbul
alacağıma tam əmin idim.
Çəkdiyim eskizi diqqətlə yoxladıqdan sonra Böyükağa müəllim məqbul
kitabçama qeydlər edərək mənə qaytardı. Qiymət almağıma sevinirdim, lakin bu
sevincin içərisində nə isə o zamanlar dərk edə bilmədiyim bir hissi də var idi. Onun
nə olduğunu zaman keçəndən sonra, çox sonra başa düşdüm. Bu, mənim
Böyükağa müəllimə olan minnətdarlıq hissim idi. Mənim məqbullara dəfələrlə
gəlməyim, keçirdiyim gərginliklər və onun ağır təbiəti, daxilində saxladığı və heç
cür büruzə vermədiyi xeyrxahlıq bu hisslərin gerçəkləşməsinə mane olurdu. Bu
müddətdə məndə çertyoj çəkmək vərdişi o dərəcədə yüksəlmişdi ki, istənilən
detalın eskizini avtomatik olaraq tərtib edə bilirdim.
Bunu yazmaqda məqsədim müəllimin tələbkarlığı və prinsipiallığı, tələbənin
isə iradə və çalışqanlığını qeyd etmək, burada digər bir məqsədin və mənanın
olmaması, mövqelərin düzgün qiymətləndirilməsinin gözəl nəticə verəcəyini
açmaq istəyimdir.
Bu gün biz Böyükağa müəllimlə bir yerdə çalışırıq. O, kafedramızın
ağsaqqalı, korifeyidir. Onun məsləhətlərinə və köməyinə hər gün ehtiyac duyuram.
Onun olduqca maraqlı və çoxları üçün örnək ola biləcək bir tərcümeyi- halı vardır.
Böyükağa Rəhman oğlu Quliyev 1934-cü il yanvarın 10-da Bakı şəhərində
dünyaya göz açmışdır. Atası Rəhman Əhəd oğlu mağaza müdiri işləyirdi. Həmin dövr
üçün bu fərqləndirici bir göstərici idi. O, 1949-cu ildə 51 yaşında qəflətən vəfat
etmişdir. Anası İzzət xanım Axund Əliskəndər qızı evdar qadın idi. Həyat yoldaşını
itirəndə cəmi 32 yaşı var idi. Müharibədən sonrakı ağır illərdə iki oğlan və iki qız
uşağını böyütmək İzzət xanımın öhdəsinə düşmüşdü. Ailənin böyük övladı
Böyükağanın 15, Səidənin -14, Ramizin - 12, sonbeşikləri Həlimənin isə 8 yaşı vardı.
İkinci Dünya müharibəsinədək firavan və qayğıkeş həyatlarından danışan
Böyükağa müəllim 4 yaşı olanda valideynlərinin onun hərtərəfli inkişafı üçün
alman əsilli quvernant qadın tutduqlarını yadına salaraq, alman və rus dillərində
danışmağı necə öyrəndiyini yaxşı xatırlayır. Çox danışmağı xoşlamadığına
baxmayaraq, o illərin xoş günləri sırasında bağlarında nənəsinin, əmisinin və
bibilərinin əhatəsində keçirdiyi yay günlərindən, bu böyük ailədəki
mehribançılıqdan söhbətlər aparmaqdan çəkinmir və həmin dövrü ən xoş
MÜHƏNDİS QRAFİKASI KAFEDRASI:
80
illik şərəfli yolun tarixi
87
duyğularla xatırlayır. Məktəb yaşına çatanda rus dilində oxumaq istədiyini bildirdi:
görünür bu, kiçik yaşlarında onunla məşğul olan quvernantkanın təsiri idi.
1942-ci ildə Bakıdakı 29 saylı rus təmayüllü məktəbdə, sonra isə 13 saylı
yeddiillik məktəbdə təhsil almağa başlayır. Təhsildəki və məktəbin ictimai
həyatındakı fəallığını nəzərə alaraq onu 14 yaşı tamam olandan 2 gün sonra
komsomol sıralarına qəbul edib məktəbin komsomol komitəsinin katibi seçirlər.
Maddi və mənəvi çətinliklər, qohum və qonşu ailələrin başçılarının, oğullarının
döyüş cəbhələrinə göndərilməsi, müharibədə yaralanıb şikəst qayıdanların
söhbətləri, hər gün radioda verilən müharibə xəbərləri təsirsiz ötüb keçmirdi.
Müharibə və ondan sonrakı çətin həyat hər an özünü göstərirdi. Uşaqlar vaxtından
tez böyüyür və ciddiləşirdilər. Böyükağa müəllim yaşadığı məhəllədə də, keçmiş
Şors, indiki Bəşir Səfəroğlu küçəsinin Zərgərpalanla kəsişdiyi tindəki uşaqlar da
elə bil 5-10 yaş böyümüşdülər. Hər bir oğlan iş tapmaq, ailəsinə kömək etməyi
ümdə vəzifəsi bilirdi. Belə bir fikir 1950-ci ildə otra məktəbi bitirən Böyükağa
müəllimin də əqlinə hakim kəsilmişdi.
Atasının vəfatından sonra
Bakıdakı
mətbəələrin birində
cildləmə sexində az maaşlı bir işə
düzəlmiş anasının
əziyyətlərini
görmək ona çox ağır gəlirdi. 15 yaşı
olduğundan heç bir yerdə onu
yüksək maaşlı işə qəbul etmirdilər.
Çıxış yolunu o illərdə böyük tələbə
təqaüdü verilən Bakı Neft
texnikumuna daxil olmaqda görərək
oraya qəbul olur və tezliklə əlaçı
təqaüdü almaqla ailələrinə az da
olsa köməklik edə bilir. Həmin
illərdə idmanla da məşğul olmağa
başlayır. Respublikada gimnastlar
arasında birinci yeri tutur.
İbrahim Həbibov
88
1954-cü ildə texnikumu əla qiymətlərlə başa vuran Böyükağa Quliyev
imtahansız M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutuna qəbul
olunur. Texnikumda onunla birlikdə oxuyan yaxın dostu Oqtay Qurbanov da əlaçı
kimi bu instituta qəbul olunmuşdu. Hər ikisi eyni fakültədə və eyni qrupda
oxuyurdular. Oqtayla dostluqları uzun illər davam edərək, həmkar kimi bir
kafedrada işləmək səviyyəsinə çatır.
İnstitut həyatının çox məzmunlu və maraqlı olduğunu, birinçi kursdan
“Qazneftmədən” fakültəsinin komsomol komitəsinin katibi seçildiyini, bu işin
onun ürəyincə olduğunu söyləyəndə Böyükağa müəllim tələbə dostlarını xüsusi bir
duyğu ilə xatırlayır.
Bacısı Səidə də Böyükağa müəllimin yolu ilə gedərək orta məktəbi
bitirəndən sonra Bakı Neftayırma zavodunda işləməyə başlayır və eyni zamanda
M.Əzizbəyov adına Neft və Kimya institutunun qiyabı şöbəsinə daxil olur.
İnstitutu bitirdikdən sonra təqaüdə çıxanadək Neftayırma zavodunda mühəndis
vəzifəsində çalışıb.
Qardaşı Ramiz isə Azərbaycan Dövlət İdman institutunda təhsil almışdır.
Oranı bitirəndən sonra idman müəllimi işləmiş, sonra isə həmkarlar ittifaqında
məsul vəzifələrdə çalışmışdır. Bacısı Həlimə Azərbaycan Xarici Dillər institutunun
ingilis dili fakültəsini bitirib, Azərbaycan Neft və Kimya institutunun “Xarici
dillər” kafedrasında işləmişdir. Atasını itirəndən sonra çətin günlər yaşasalar da
zəhmətləri hədər getməmiş, dördü də ali təhsil almışdır.
Böyükağa müəllim danışır: - “Mən 1959-cu ildə institutu bitirib
Orcenikidzeneft neft-mədən idarəsinə təyinat aldım. Məni 6-cı mədənə 7-ci
dərəcəli operator vəzifəsinə işə götürdülər. Böyük həvəslə, məsuliyyətlə işləyirdim.
Bir neçə aydan sonra məni usta köməkçisi vəzifəsinə keçirtdilər. Bu qabaqcıl bir
mədən idi və kommunist əməyi mədəni adını almışdı. Tezliklə mədənin partiya
təşkilatının katibi seçildim. Mədənin ictimai işlərində fərqlənirdim, mətbuatda
işimiz haqqında məqalələrim dərc olunur, respublika səviyyəsində keçirilən
tədbirlərdə neftçilər adından çıxışlar edirdim.
Dostları ilə paylaş: |