Kafedrasi



Yüklə 19,74 Kb.
Pdf görüntüsü
səhifə23/37
tarix08.10.2017
ölçüsü19,74 Kb.
#3629
1   ...   19   20   21   22   23   24   25   26   ...   37

 
İbrahim  Həbibov 
 
86 
xoş  rəftara, xoş sözə, heç olmazsa xoş baxışa ehtiyacı var. Mən bu gün məqbul 
alacağıma tam əmin idim. 
Çəkdiyim eskizi diqqətlə yoxladıqdan sonra Böyükağa müəllim məqbul 
kitabçama qeydlər edərək mənə qaytardı. Qiymət almağıma sevinirdim, lakin bu 
sevincin içərisində nə isə o zamanlar dərk edə bilmədiyim bir hissi də var idi. Onun 
nə olduğunu zaman  keçəndən sonra, çox sonra başa düşdüm. Bu, mənim 
Böyükağa müəllimə olan minnətdarlıq hissim idi. Mənim məqbullara dəfələrlə 
gəlməyim, keçirdiyim gərginliklər və onun ağır təbiəti, daxilində saxladığı və heç 
cür büruzə vermədiyi xeyrxahlıq bu hisslərin gerçəkləşməsinə mane olurdu. Bu 
müddətdə  məndə  çertyoj çəkmək vərdişi o dərəcədə yüksəlmişdi ki, istənilən 
detalın eskizini avtomatik olaraq tərtib edə bilirdim.  
Bunu yazmaqda məqsədim müəllimin tələbkarlığı və prinsipiallığı, tələbənin 
isə iradə  və çalışqanlığını qeyd etmək, burada digər bir məqsədin və  mənanın 
olmaması, mövqelərin düzgün qiymətləndirilməsinin gözəl nəticə verəcəyini 
açmaq istəyimdir.  
Bu gün biz Böyükağa müəllimlə bir yerdə çalışırıq. O, kafedramızın 
ağsaqqalı, korifeyidir. Onun məsləhətlərinə və köməyinə hər gün ehtiyac duyuram. 
Onun olduqca maraqlı və çoxları üçün örnək ola biləcək bir tərcümeyi- halı vardır.        
Böyükağa Rəhman oğlu Quliyev 1934-cü il yanvarın 10-da Bakı  şəhərində 
dünyaya göz açmışdır. Atası Rəhman Əhəd oğlu mağaza müdiri işləyirdi. Həmin dövr 
üçün bu fərqləndirici bir göstərici idi. O, 1949-cu ildə 51 yaşında qəflətən vəfat 
etmişdir. Anası İzzət xanım Axund Əliskəndər qızı evdar qadın idi. Həyat yoldaşını 
itirəndə  cəmi 32 yaşı var idi. Müharibədən sonrakı  ağır illərdə iki oğlan və iki qız 
uşağını böyütmək  İzzət xanımın öhdəsinə düşmüşdü. Ailənin böyük övladı 
Böyükağanın 15, Səidənin -14, Ramizin - 12, sonbeşikləri Həlimənin isə 8 yaşı vardı. 
İkinci Dünya müharibəsinədək firavan və qayğıkeş  həyatlarından danışan 
Böyükağa müəllim 4 yaşı olanda valideynlərinin onun hərtərəfli inkişafı üçün  
alman  əsilli quvernant qadın tutduqlarını yadına salaraq, alman və rus dillərində 
danışmağı necə öyrəndiyini yaxşı    xatırlayır. Çox danışmağı xoşlamadığına 
baxmayaraq, o illərin xoş günləri sırasında bağlarında nənəsinin,  əmisinin və 
bibilərinin  əhatəsində keçirdiyi yay günlərindən, bu böyük ailədəki 
mehribançılıqdan söhbətlər aparmaqdan çəkinmir və  həmin dövrü ən xoş 


 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
87 
duyğularla xatırlayır. Məktəb yaşına çatanda rus dilində oxumaq istədiyini bildirdi: 
görünür bu, kiçik yaşlarında onunla məşğul olan quvernantkanın təsiri idi. 
1942-ci ildə Bakıdakı 29 saylı rus təmayüllü məktəbdə, sonra isə 13 saylı 
yeddiillik məktəbdə  təhsil almağa başlayır. Təhsildəki və  məktəbin ictimai 
həyatındakı  fəallığını  nəzərə alaraq onu 14 yaşı tamam olandan 2 gün sonra 
komsomol sıralarına qəbul edib  məktəbin komsomol komitəsinin katibi seçirlər. 
Maddi və  mənəvi çətinliklər, qohum və qonşu ailələrin başçılarının, oğullarının 
döyüş  cəbhələrinə göndərilməsi, müharibədə yaralanıb  şikəst qayıdanların 
söhbətləri, hər gün radioda verilən müharibə  xəbərləri təsirsiz ötüb keçmirdi. 
Müharibə və ondan sonrakı çətin həyat hər an özünü göstərirdi. Uşaqlar vaxtından 
tez böyüyür və ciddiləşirdilər. Böyükağa müəllim yaşadığı məhəllədə də,  keçmiş 
Şors, indiki Bəşir Səfəroğlu küçəsinin Zərgərpalanla kəsişdiyi tindəki uşaqlar da 
elə bil 5-10 yaş böyümüşdülər. Hər bir oğlan iş tapmaq, ailəsinə kömək etməyi 
ümdə  vəzifəsi bilirdi. Belə bir fikir 1950-ci ildə otra məktəbi bitirən  Böyükağa 
müəllimin də əqlinə hakim kəsilmişdi.  
Atasının vəfatından sonra 
Bakıdakı 
mətbəələrin birində 
cildləmə sexində az maaşlı bir işə 
düzəlmiş anasının 
əziyyətlərini 
görmək ona çox ağır gəlirdi. 15 yaşı 
olduğundan heç bir yerdə onu 
yüksək maaşlı  işə  qəbul etmirdilər. 
Çıxış yolunu  o illərdə böyük tələbə 
təqaüdü verilən Bakı Neft 
texnikumuna daxil olmaqda görərək 
oraya qəbul olur və tezliklə  əlaçı 
təqaüdü almaqla ailələrinə az da 
olsa köməklik edə bilir.  Həmin 
illərdə idmanla da məşğul olmağa 
başlayır.  Respublikada gimnastlar 
arasında birinci yeri tutur. 


 
İbrahim  Həbibov 
 
88 
1954-cü ildə texnikumu əla qiymətlərlə başa vuran Böyükağa Quliyev 
imtahansız M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutuna qəbul 
olunur. Texnikumda onunla birlikdə oxuyan yaxın dostu Oqtay Qurbanov da əlaçı 
kimi bu instituta qəbul olunmuşdu. Hər ikisi eyni fakültədə  və eyni qrupda 
oxuyurdular. Oqtayla dostluqları uzun illər davam edərək, həmkar kimi bir 
kafedrada işləmək səviyyəsinə çatır. 
İnstitut həyatının çox məzmunlu və maraqlı olduğunu, birinçi kursdan 
“Qazneftmədən” fakültəsinin komsomol komitəsinin katibi seçildiyini, bu işin 
onun ürəyincə olduğunu söyləyəndə Böyükağa müəllim tələbə dostlarını xüsusi bir 
duyğu ilə xatırlayır.  
Bacısı  Səidə  də Böyükağa müəllimin yolu ilə gedərək orta məktəbi 
bitirəndən sonra Bakı Neftayırma zavodunda işləməyə başlayır və eyni zamanda 
M.Əzizbəyov adına Neft və Kimya institutunun qiyabı  şöbəsinə daxil olur. 
İnstitutu  bitirdikdən sonra təqaüdə  çıxanadək Neftayırma zavodunda mühəndis 
vəzifəsində çalışıb. 
Qardaşı Ramiz isə Azərbaycan Dövlət  İdman institutunda təhsil almışdır. 
Oranı bitirəndən sonra idman müəllimi işləmiş, sonra isə  həmkarlar ittifaqında 
məsul vəzifələrdə çalışmışdır. Bacısı Həlimə Azərbaycan Xarici Dillər institutunun 
ingilis dili fakültəsini bitirib, Azərbaycan Neft və Kimya institutunun “Xarici 
dillər” kafedrasında işləmişdir. Atasını itirəndən sonra çətin günlər yaşasalar da 
zəhmətləri hədər getməmiş, dördü də ali təhsil almışdır. 
Böyükağa müəllim danışır: - “Mən 1959-cu ildə institutu bitirib 
Orcenikidzeneft neft-mədən idarəsinə  təyinat aldım. Məni 6-cı  mədənə 7-ci 
dərəcəli operator vəzifəsinə işə götürdülər. Böyük həvəslə, məsuliyyətlə işləyirdim. 
Bir neçə aydan sonra məni usta köməkçisi vəzifəsinə keçirtdilər. Bu  qabaqcıl bir 
mədən idi və kommunist əməyi mədəni adını almışdı. Tezliklə  mədənin partiya 
təşkilatının katibi seçildim. Mədənin  ictimai işlərində  fərqlənirdim, mətbuatda 
işimiz haqqında məqalələrim dərc olunur, respublika səviyyəsində keçirilən 
tədbirlərdə neftçilər adından çıxışlar edirdim.  


Yüklə 19,74 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə