Kafedrasi



Yüklə 19,74 Kb.
Pdf görüntüsü
səhifə26/37
tarix08.10.2017
ölçüsü19,74 Kb.
#3629
1   ...   22   23   24   25   26   27   28   29   ...   37

 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
97 
Zəfər oğlu ilə ailə həyatı qurmuşdur. Əbülfət AzərNeftTikinti idarəsində mühəndis 
vəzifəsində çalışır. Onların iki övladı — bir qızı, bir oğlu vardır. 
 
Əbülfət bəy və Nailə xanım  
Ailənin böyük övladı Ellada  1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. 
ADNA-nın “Qazneftmədən” fakültəsinin bakalavr və magistr səviyyəsini fərq-
lənmə diplomu ilə bitirmişdir. Hal-hazırda həyat yoldaşı Muxtarla Səudiyyə 
Ərəbistanının Bəhreyn şəhərində yaşayır və çalışırlar. Onların iki qızları var. 
 
 


 
İbrahim  Həbibov 
 
98 
Oğlu Həsənov Zaur 1983-cü ildə anadan olmuşdur. O da ADNA-nın 
“İstehsal Proseslərinin Avtomatlaşdırılması” fakültəsini bitirib. Hal-hazırda 
SOKAR  İnformasiya texnologiyası institutunda mühəndis vəzifəsində çalışır. 
Ailəlidir,  bir oğlu, bir qızı var. 
Bu, ideal bir ailədir. Allahlarına şükürlü insanlardırlar. Nailə xanımla bütün 
söhbətlərimiz həmişə onun bir cümləsi ilə tamamlanır:  «Allaha çox şükür edirəm 
ki, mənim belə gözəl ailəm — həyat yoldaşım, qızım, kürəkənim, oğlum və gəlinim 
var». 
Yay tətilindən  əvvəl Nailə xanımla növbəti söhbətlərimizin birində ondan 
soruşdum: «Yadında qalan və sənə əziz olan hadisələrdən hansıları xatırlayırsan?» 
Nailə xanım cavabında söylədi: «Mənim həyatımda yadda qalan hadisələr 
çox olmuşdur.  Ən çox yadda qalan xatirələrim ilk məktəbə getdiyim illərlə 
bağlıdır. Həmin illəri xatırlayanda qəhər məni boğur.  İndi mənim vətənim çirkin 
erməninin tapdağı altındadır. Həsrətlə gözləyirik ki, nə vaxt evimizə, gözəl baxçalı 
isti ocağımıza qayıdacağıq, sevimli atamın qəbrini ziyarət edəcəyik. Bunu bizim 
ailə səbirsizliklə gözləyir. Məktəb illərini yada salmaq üçün hamı şəkillərə baxır, 
uşaqları xatırlayır. Mənim isə o xatirələrim ata ocağımda qalıb. Anam bizimlə 
həmişə  fəxr edərdi, bizim məktəb və institut illərində olan şəkillərimizi özündə 
saxlayardı. Anam şəkillərin orada qalmasından ürək ağrısı, göz yaşları ilə danışırdı. 
Onu sakitləşdirməyə çalışırdım, lakin içimdə  ağlayırdım. Bizim şəkillərdə  əks 
olunan gənclik xatirələrimiz orada qalıb. Buna çox heyfslənirəm». 
Şükür Yaradanın məsləhətinə.  
 
 
 
 
 
 
 


 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
99 
 
MÜBARİZ QADIN, PEŞƏKAR MÜƏLLİM  VƏ SEVİMLİ ANA 
 
 
Cavadova Xalidə Əli Cavad qızı 
1969-cu ilin fevral ayında bizim qrup üçün 
yaz semestrinin ilk dərsi   «Rəsmxət» fənni ilə 
başlamışdı. Həmin ildə «Tərsimi həndəsə» və 
«Rəsmxət» kafedraları müstəqil fəaliyyət 
göstərirdilər. Hər iki kafedrada keçirilən dərslərin 
mürəkkəbliyi və müəllimlərin ciddiliyi bütün 
tələbələr arasında qorxu yaradırdı. Kafedralara 
uyğun olaraq professor V.F.Puzırevski və  dosent 
Q.M.Bağırzadə rəhbərlik edirdilər.      
Həyəcanla bizə kimin dərs deyəcəyini müzakirə edirdik. Zəng vuruldu və 
auditoriyaya cavan, həmin dövr üçün müasir və  dəbdə olan geyimdə müəllimə 
daxil oldu. Özünü təqdim etdi: Cavadova Xalidə. İlk andan məndə ona qarşı inam 
yarandı. Qrupumuzu iki yarımqrupa böldülər və hər birinə ayrı-ayrı müəllim dərs 
aparacağını dedilər — Xalidə Cavadova və Xədicə Babayeva.  
Xalidə müəllimə 1933-cü ilin iyulun 8-də Bakıda ziyalı ailəsində dünyaya 
göz açmışdır.  
Atası  Əli Cavad Məmməd  Əli oğlu 1924 - cü 
ildə Azərbaycan Dövlət Universitetitin tibb fakültəsini 
bitirib.  Əmək fəaliyyətinə  həkim kimi başlayaraq, 
sonradan həmin institutda müəllim vəzifəsində 
çalışmışdır. Anası Firuzə Səlim qızı 1905-ci ildə Bakı 
şəhərində anadan olmuşdur. O, müqəddəs Nina 
gimnaziyasını bitirdikdən sonra, 1936-cı ildə    həkim 
ixtisasına sahib olmuş  və bütün həyatını bu gözəl 
peşəyə  sərf etmişdir.  Əli Cavad bəy II Dünya 
müharibəsinin iştirakçısı olub.  


 
İbrahim  Həbibov 
 
100 
Müharibə illərində anası  Ağdam rayonunda baş  həkim işləyirdi. Müharibə 
qurtardıqdan sonra Əli Cavad bəyi Gəncə şəhərində yerləşən hərbi hospitala müdir 
təyin edirlər. Onların övladları, o cümlədən Xalidə xanım 4 saylı orta məktəbdə 
oxumağa başlayır, lakin bir müddətdən sonra onların ailəsi Bakıya köçürülür. 
Xalidə təhsilini Bakıdakı 134 saylı məktəbdə davam etdirir və 1953-cü ildə oranı 
müvəffəqiyyətlə başa vurur. Həmin ildə Politexnik institutuna daxil olur. O 
zamanlarda inşaatçı mühəndisləri bu ali məktəbdə hazırlayırdılar. Qurmaq, 
yaratmaq həvəsi Xalidə xanımın ilkin arzularından biri idi. Odur ki, o inşaatçı 
ixtisasını seçir,  1958-ci ildə tam təhsilli mühəndis qismində institutu bitirir. Ali 
məktəbi bitirdikdən sonra Xalidə xanım Azərbaycan Dövlət Sənaye Layihə 
institutunda texnik mühəndis və baş mühəndis vəzifəsində işləyir.  
1962-ci ildən onun həyatı M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya 
institutu ilə bağlı olmuşdur. Kiçik elmi işçi kimi fəaliyyətə başlayan Xalidə xanım, 
sonradan «Rəsmxət» kafedrasında assistent, 1968-ci ildən bu günə qədər orada isə 
baş müəllim vəzifəsində çalışır. Gənclik illərini, kafedrada çalışdığı  və yoldaşlıq 
etdiyi insanları tez-tez xatırlayır. 
 
 
Yaşanmış xoş günlərdən biri        


Yüklə 19,74 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə