Kafedrasi


MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI



Yüklə 19,74 Kb.
Pdf görüntüsü
səhifə28/37
tarix08.10.2017
ölçüsü19,74 Kb.
#3629
1   ...   24   25   26   27   28   29   30   31   ...   37

 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
105 
Axşamüstü bağda Sevil xanımım mənə verdiyi dəftərçəni diqqətlə oxumağa 
başladım. O, bu yazısında özündən çox ailəsindən, onların əzab və əziyyətlərindən, 
dünyasını tez  dəyişmiş qardaşlarından, alova qərq olub yanan bacısından ürək 
ağrısı ilə yazırdı. Bu yazıları sakit və həyəcansız oxumaq mümkün deyildi. Sevil 
xanımın tərcümeyi-halından bir neçə anı qeyd etmək istəyirəm. 
O,  1933-cü il 7 avqustda Bakıda ziyalı ailəsində anadan olmuşdur. Onun 
atası - Məlikov Həmid Məmməd Həşim oğlu mədəniyyət sahəsində çalışmış, uzun 
müddət Gənc tamaşaçılar teatrında aktyor işləmişdir. Anası - Mələknisə xanım 
evdar qadın olub, bütün həyatını 8 övladının tərbiyəsinə  və sağlamlığına həsr 
etmişdir.  Mənimlə görüşündə anasından, bacı və qardaşlarından danışarkən,  Sevil 
xanımın dəhşətli bir hadisəni yadına salaraq dediklərini bir daha xəyalımda 
canlandırdım: «İsti yay günləri idi, anam mənə hamilə idi, böyük bacımla Buzovna 
bağından Bakıya qayıdırdıq.  Bizim mindiyimiz «kukuşka» deyilən vaqonların 
birində, yolun Binə-Qala hissəsində qaz borularında  nasazlıq səbəbindən partlayış 
baş verdi. Anamgilin olduqları vaqon relslərdən çıxaraq aşdı. Bu zaman yaranan 
qığılcım səbəbindən qatarlar yanmağa başladı. Alovun içində olan anam ondan 
xilas ola bilməyəcəklərini başa düşdükdə, bacımı  özünə  tərəf çəkərək qucağına 
alır. Anamın sinəsinə sıxılan bacım dəhşətli  dərəcədə yanır və ana bətnində olan 
kiçik bacısını (məni) xilas edir. Bu hadisədə çoxlu sayda ölənlər oldu. Anam və 
bacımı  Mərdəkan xəstəxanasına aparırlar - mən orada dünyaya göz açmışam. 
Bacımla anamın bir üzü və bir əli bərk yanmışdı. Evdəkilər bizi bir neçə gündən 
sonra tapa bilmişdilər». 
Bəli, bu bir həqiqətdir, həmin illərdə bu hadisələr xoşagəlməz olduğundan 
qəzet və radiolarda bu haqda danışmırdılar və yazmırdılar.  Sevil xanım bütün 
həyatı boyu bu hadisənin əsiri olmuşdu. Bəzən bunu bir olacaq kimi qəbul etmiş, 
bəzən özünü yanan bacısının yerində görmüş, bəzən də böyük qınaqlarla özünü 
günahlandırmışdı.   
1941-ci ildə Sevil xanım Bakı  şəhərindəki 25 saylı    məktəbin 1-ci sinfinə 
getmişdi. Bu məktəb 8 illik tədris proqramı çərçivəsində fəaliyyət göstərdiyindən 
oradakı  şagirdlər  sonradan 190 saylı  məktəbə köçürülmüşdü. 1951-ci ildə oranı 


 
İbrahim  Həbibov 
 
106 
bitirdikdə mühəndis olmaq arzusu ilə Azİİ-yə  qəbul olmuşdur. Görüşdüyümüz 
zaman məktəb illərini xüsusi olaraq xatırlayan Sevil xanım həmin illərin 
rəfiqələrindən danışaraq, fotoşəkillərdəki hər bir rəfiqəsini yada salmağa çalışırdı.  
Aşağıdakı  şəkildən göründüyü kimi o zaman qız və  oğlan məktəbləri ayrı-
ayrı idilər. Sevil xanım sinifdəki qızlar arasında yaşanan mehribançılıq və dostluq 
münasibətlərini xatırlayaraq,  şən və gözəl keçirdiyi günlərə görə Allahına 
minnətdar olduğunu bildirdi. 
 
1945-ci  il 5
a
 sinfi 
Həmid müəllimin ailənin hər  üç oğul övladı müharibədə  iştirak ediblər. 
Sevil xanımın böyük qardaşı - Ənvər  həmin illərdə  Bayıl qəsəbəsindəki rus 
məktəbində  tədris hissə müdiri işləyirdi.  Ənvər müəllim dahi şairimiz Mikayıl 
Müşviqlə Bakıdakı 18 saylı məktəbdə birgə oxumuşdudar. Ortancıl qardaşı Bəylər  
Əmircan kəndində riyaziyyat müəllimi idi. Ailənin sevimlisi  kiçik qardaşı Xanlar 
isə Konservatoriyada II kursda oxuyurdu. O, Üzeyir Hacıbəyovun tələbəsi idi. 
Məlikov Ənvər rota komandiri idi, Budapeşt ətrafında həlak olub. O, şəhid olanda 
yeganə oğlu — Rafiqin  3 yaşı vardı.  


 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
107 
Məlikov Bəylər Belorusiyada vuruşubdur. O, itgin düşüb, tapılması üçün 
SSRİ-nin müdafiə nazirliyinin hər bir bölməsinə, strukturuna dəfələrlə müraciətlər 
edilməsinə baxmayaraq, ondan bir xəbər verən olmadı. Bu gün də qohum-əqrəba 
onun yolunu gözləyirlər. Ana və bacılarına əzab verən ən böyük dərd bu qardaşdan 
bir nişanın belə qalmamasıdır. 
Ailənin kiçik oğlu Xanlar müharibədən sonra təhsilini davam etdirərək 
musiqi nəzəriyyəsi sahəsində tanınmış mütəxəssis, professor səviyyəsinə çatmışdır. 
O, Ü.Hacıbəyovun «Arşın mal alan» əsəri üzrə dissertasiya yazıb elmi dərəcə 
almışdır. Hal-hazırda Konservatoriyada işləyir. Onun 2 qızı,  4 nəvəsi, 1 nəticəsi 
vardır. Qızlar da Konservatoriyanı bitirib öz doğma ali məktəblərində çalışırlar.  
Sevil xanımın iki bacısı Tibb universitetini, ən kiçik bacısı isə Bakı Dövlət 
universitetinin “Filolologiya” fakültəsini bitiriblər.  
1951-1956-cı illərdə Sevil xanım Azərbaycan sənaye universitetinin “Neft–
mexanika” fakültəsində  təhsil almışdır.  İnstitutu bitirdikdən sonra təyinat üzrə 
Qarayev adına neftayırma zavodunda əmək fəaliyyətinə başlamışdır. Sonradan 
Dənizlayihə elmi-tədqiqat institutunda  10 il çalışmışdır. 
1957-ci ildə Sevil xanım yoldaşı 
Qurbanov  Əli Kazım oğlu ilə ailə 
qurmuşdur.  Əli müəllim öz doğma 
kollektivində, (Bibiheybət NQÇİ-də) 
avtomatik idarə olunan cihazların işinə 
nəzarət üzrə  şöbədə yüksək səviyyəli 
mexanik kimi böyük hörmət sahibi 
olmuşdur. 1950-ci ildən 2008-ci ilədək bu 
idarədə çalışımışdır. Saatsazçılıq onun 
hobbisdir. Dünyanın   bir çox saat 
firmalarının, tanınmış saatsazların işlərini 
yaxından tanıyır.    


 
İbrahim  Həbibov 
 
108 
 
Əli müəllim səyahət etməyi xoşlayan 
bir insan kimi hər il ailə üzvləri ilə birlikdə 
Azərbaycanın və SSRİ-nin görməli yerlərinə 
istirahətə gedərdi. O, işinin çoxluğundan asılı 
olmayaraq uşaqların tərbiyəsində 
və 
tədrisində  həmişə Sevil xanıma yaxından 
köməklik etməyi xoşlayırdı. Nəvələrini çox 
sevirlər. İkisi Azərbaycandan uzaq olsalar da 
belə,  Əli müəllim və Sevil xanım hər gün 
onlarla internet vasitəsilə  əlaqə    saxlayırlar. 
Kiçik nəvəsi Günel babanın və  nənənin  ən 
sevimli  qızıdır.  Sevil xanım  və Əli müəllim  
Timur və Tamillanın ətrini də ondan alırlar. 
 
Timur və Tamilla 
 
Günel 
1970-ci ilin avqustunda ADNA-ya dəvət  alan Sevil xanım  əvvəlcə  
«Rəsmxət», sonra «Mühəndis qrafikası» kafedrasında ümumilikdə 25 ildən çox 
assistent, baş müəllim işləmişdir. 1995-ci ildə Azərbaycan elmi-tədqiqat neft 
layihə institutuna qayıdaraq təqaüdə  çıxana qədər (2008) böyük elmi işçi 
vəzifəsində çalışmışdır. 
 


Yüklə 19,74 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə