Kafedrasi



Yüklə 19,74 Kb.
Pdf görüntüsü
səhifə27/37
tarix08.10.2017
ölçüsü19,74 Kb.
#3629
1   ...   23   24   25   26   27   28   29   30   ...   37

 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
101 
Xalidə xanım öz qayğıkeşliyi, eyni zamanda tələbkarlığı ilə seçilən 
müəllimlərdəndir. Eyni zamanda o, həm də davranışı  və geyim tərzi ilə seçilirdi. 
Həmin illərin dəbinə uyğun geyinməyi xoşlayırdı. 
1960-ci ildə Xalidə xanım Bəhram  Əmənulla oğlu ilə ailə  həyatı qurur və 
onların yeganə övladları Cəmilə dünyaya göz açır. Cəmilənin uşaqlıq illəri  Qasım 
İsmayılov küçəsində (indiki Zərgərpalan) keçib. 
 
Xalidə və Cəmilə Cavadovalar
 
Bu küçə ilə ondan bir az kənarda 
yerləşən Passaj bazarı arasındakı 
məhəllələrdə tanınmış, öz yaradıcılıq 
istiqamətlərini müəyyənləşdirmiş  gənc 
rəssamlar yaşayırdı. Tahir Salahovu, 
Cahangir Abdullayevi, Əlibəy 
Rzaquliyevi  hər gün görmək,  hərdən  
onlarla salamlaşmaq, danışmaq balaca 
Cəmilənin peşə seçiminin 
formalaşmasına böyük təkan vermişdir. 
Cəmilə orta məktəbdə oxuduğu 
müddətdə artıq profesional səviyyədə 
rəsmlər çəkməyi bacarırdı. Məktəbdə 
və respublika səviyyəli sərgilərdə  iştirak edirdi. Sinifdə kimin hansı ixtisası 
seçəcəyi ilə bağlı söhbətlərdə  Cəmilə birmənalı olaraq İncəsənət institutuna sənəd 
verəcəyini və  rəssam olmaq arzusunda olduğunu bəyan edirdi. O, 1989-cu ildə 
Azərbaycan  İncəsənət institutunun “Rəssamlıq” fakültəsinə daxil olur və 1995-ci 
ildə oranı müvəffəqiyyətlə bitirir. 
 


 
İbrahim  Həbibov 
 
102 
Xalidə xanım peşəkar müəllim, metodist və mütəxəssisdir. Onun tələbələr 
arasında böyük nüfuzu və hörməti vardır. O eyni zamanda öz ictimai fəallığı ilə 
fərqlənir. Uzun müddət fakültəmizin həmkarlar ittifaqının sədri, fakültə Elmi 
Şurasının üzvü və ADNA-nın Həmkarlar  İttifaqının fəal üzvlərindən  olmuşdur. 
Onun gərgin  əməyi SSRİ-in Neft Maşınqayırma və Kimya Nazirliyinin, 
Azərbaycan Təhsil Nazirliyinin və ADNA-nın rektorluğunun Fəxri Fərmanları ilə 
qiymətləndirilmişdir. 
 


 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
103 
 
PEŞƏSİNİN  VURĞUNU, ÖVLADLARININ DOSTU, SEVİMLİ XANIM 
 
 
Məlikova Sevil Həmid qızı 
Xeyli müddət idi ki, mən Sevil xanımın 
ünvanını  və telefon nömrəsini axtarırdım. Hər dəfə 
kafedra 
əməkdaşları 
mənə onun ünvanının 
dəyişdiyini və telefon əlaqələrinin olmadığını 
deyirdilər. Nəhayət 19 sentyabr  2012-ci  il tarixində 
Cahangir müəllim və Xalidə xanım mənə Sevil 
xanımın telefon nömrəsini verdilər. Biz onunla 
əvvəllər «Mühəndis qrafikası»   kafedrasında   birgə  
çalışmışdıq. 1986-cı  ildə  mənim və 1996-cı  ildə isə 
Sevil xanımın kafedradan uzaqlaşması nəticəsində bizim əlaqələrimiz itmişdi. Eyni 
zamanda Sevil xanımın  kafedradan incikliyi bu uzaqlaşmanı bir az da 
dərinləşdirmişdi. Buna baxmayaraq Sevil xanım həmişə mənim xatirimdə peşəsini 
yaxşı bilən mütəxəssis, səmimi insan olaraq qalmışdır və ona böyük bacı, müəllim 
hörməti və məhəbbəti bəsləyirəm.  
Telefonun dəstəyini qaldıraraq ona zəng etməmişdən əvvəl fikirləşdim ki, o  
giley-güzar edəcək və bizə olan inciklikdən danışacaq. Mən yanılmışdım, Sevil 
xanım zəngimdən məmnun olduğunu, onu yad etdiyimizə görə minnətdarlığını 
bildirdi.  Zəngimin səbəbini ona danışdıqda çox sevindi və söz verdi ki, ondan asılı 
olan bütün köməklikləri göstərməyə hazırdır. Bir neçə gündən sonra görüşməyə 
qərar verdik. 
İlahi! Həqiqətən də insanın xoş sözə, münasibətə və diqqətə böyük ehtiyacı 
var. 22 sentyabrda Sevil xanımla görüşdük. Həyat yoldaşı  Əli müəllimi uzun 
müddətə  tək qoya bilmədiyini deyərək evlərinə yaxın bir yerdə görüşməyi təklif 
etdi. Ayna Sultanova parkı kimi tanınan bağda görüşdük. Boş skamyaların birində 
əyləşdik və bir-birimizdən hal-əhval tutduq. Əlbətdə vaxt, zaman öz işini 
görmüşdü, hər ikimizin yaşının üstünə illər əlavə olunmuşdu, lakin Sevil xanım öz 


 
İbrahim  Həbibov 
 
104 
şuxluğunu və yaraşığını saxlaya bilmişdi. Mənə bir dəftər və çoxlu sayda şəkilləri 
uzadaraq dedi: «Bunları  sənə etibar edirəm. Gənclik illərimin, ata və anamın, 
bacılarımın  şəkilləridir. Dəftərdəki yazı isə  həyatda başıma gələnlərin bir 
hissəsidir. Çox dərinə getmək istəmədim. Sənin kitabın üçün kifayət edər».  
 
Məlikovlar ailəsi 
Şəkilləri bir-bir mənə göstərərək hər biri haqda danışdıqca üzünün ifadələri 
dəyişirdi. Bacı və qardaşlarını itirməyindən söhbət açanda gözləri yaşla dolmuşdu. 
Söhbətin səmtini dəyişmək məqsədi ilə Sevil xanımdan övladları haqda  danışmağı 
xahiş etdim. Onun kiçik oğlu - Kamran mənim tələbəm olub. Sevil xanım: «Böyük 
oğlum  Kazım ADNA-nın “Geoloji kəşfiyyat” fakültəsini bitirib. Hal-hazırda 
Kanadada yaşayır və işləyir. Bir oğlu və bir qızı var. Onlar da həm oxuyur, həm 
işləyirlər. Kazımın həyat yoldaşı arxitektordur. Kiçik oğlum Kamranı yaxşı 
tanıyırsan. Onun oxumasında sənin zəhmətin olub. Sən ona həmişə dayaq olmusan. 
İnstitutu bitirərək  əvvəlcə  dənizdə 28 may NQÇİ-də, sonradan isə    Dənizneft 
Layihə institutunda mühəndis işləyir. Evlidir, həyat yoldaşı hidrogeoloqdur, bir 
övladları var. Uşaqlarımdan çox razıyam».  
Söhbətimiz bir saatdan çox çəkdi. Bu müddət  ərzində o heç kəs haqqında  
irad və inciklik bildirmədi. Həyat yoldaşından nigaran olduğunu bildirərək, evə 
qayıtmalı olduğunu söylədi. Xudaafisləşdik, lakin tez-tez zəng edəcəyini bildirdi.  


Yüklə 19,74 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə