Kafedrasi


MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI



Yüklə 19,74 Kb.
Pdf görüntüsü
səhifə24/37
tarix08.10.2017
ölçüsü19,74 Kb.
#3629
1   ...   20   21   22   23   24   25   26   27   ...   37

 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
89 
1961-ci ildə sovet gənclərindən ibarət bir qrup dövlət tərəfindən ingilis 
gəncləri ilə görüşmək üçün İngiltərənin paytaxtı Londona göndərildi. 25 nəfərdən 
ibarət bu qrupda cəmi 5 azərbaycanlı var idi ki, bunlardan biri mən idim. O vaxtlar 
sovet adamlarının kapitalist ölkələrinə  səfərləri nadir hadisə idi və  hər adama  
nəsib olmayan bir xoşbəxtlik idi.”  
Böyükağa müəllim səfər təəsüratlarından danışarkən: «Bu səfər çox təsirli və 
maraqlı keçdi, həyatımda  ən unudulmaz hadisələrdən biri kimi xatirimdə qaldı» 
söylədi. 
 
 
Bir müddətdən sonra Böyükağa müəllim qonşuluqdakı 5 saylı mədənə sahə 
rəisi vəzifəsinə  təyin olundu. Bu mədəndə o, 1963-cü ilədək işləyir.  Ən böyük 
arzusu isə doğma institutda çalışmaq idi. Qəzetdə institutun «Rəsmxət» 
kafedrasında boş olan müəllim vəzifəsinə müsabiqə elan edildiyini oxuyur. 
Tərəddüd etmədən sənədlərini həmin müsabiqəyə  təqdim edir və 1963-cü ildən 
«Rəsmxət» kafedrasında assistent kimi fəaliyyətə başlayır. O, bu sahədə böyük 
hörmət və mənsəb sahibləri olan alimlərlə — dos. A.V. Dmitriyevski, Q.Bağırzadə, 
Ə.Məmmədov, Ə. Mirzəbəyli və b. ilə birlikdə çalışır.  
Böyükağa müəllim xatirələrinin birində qeyd edir ki, 1964-cü ilin 
əvvəllərində, axşam qrupunda dərs keçirdim. Birdən auditoriyaya rektor İsmayıl 
İbrahimov daxil oldu. İnstitutda oxuduğum illərdə o, institutun partiya təşkilatının 


 
İbrahim  Həbibov 
 
90 
katibi, mən isə fakültənin komsomol bürosunun katibi idim. İsmayıl müəllim məni 
yaxşı tanıyırdı. Dərsimlə maraqlanıb getdi. Sabahı günü məni ümumtexniki 
fakültəsinin dekanlığına çağırıb, fakültənin axşam  şöbəsində dekan müavini 
vəzifəsində  işləməyi təklif etdilər. Razı oldum. Həm dekan müavini, həm də 
kafedrada müəllim kimi çalışırdım. 1965-ci ildə  məni baş müəllim vəzifəsinə 
təsdiq etdilər.  
Tələbkarlığı  və  əxlaqi keyfiyyətləri nəzərə alınmaqla Böyükağa müəllimə 
tez-tez məsul tapşırıqlar verilirdi. O, uzun illər qəbul komissiyasında çalışmışdır. 
Həmin illərdə instituta tələbə  qəbulu məsələsində rektor tərəfindən  əsaslı 
dəyişikliklər edilmişdi və bu işin yaxşı nəticələnməsinin kadrlardan çox asılılığını 
nəzərə alaraq Böyükağa müəllimi məsul katibin birinci müavini təyin etmişdilər. 
Bu iş çox çətin və məsuliyyətli idi. Qəbul komissiyasında 10 ilə qədər çalışmışdır.  
Böyükağa müəllimin mədən təcrübəsi, mühəndis peşəkarlığı ilə yanaşı 
tədrisin metodikası sahəsində böyük təcrübəsi vardır. Kafedrada bu gün də öz 
aktuallığını saxlayan metodiki göstərişlərin bir çoxu onun iştirakı  və ya 
məsləhətləri ilə  tərtib olunaraq istifadə edilir. O, kafedra üçün ayrılmış otaqların 
yeni avadanlıqla,  əyani vasitələrlə  təmin edilməsində, detal parkının 
genişləndirilməsində və s. işlərdə yaxından kömək edir.  
1980-81-ci illərdə Böyükağa müəllim Leninqrad universitetində 10 aylıq  
ingilis dili kursunu bitirmişdir
.  
Onun böyük əməyi bir sıra dövlət təltifləri, Fəxri Fərmanlarla 
qiymətləndirilmişdir. Böyükağa müəllim həmişə qeyd edir: «Mənim dünyadan 
aldığım  ən böyük payım valideynlərim, uğurum  — ailəm, qazancım isə 
övladlarımdır».  
Böyükağa müəllim bir az gec ailə həyatı qurmuşdur. Ailələrində hər bir şey 
yerbəyer olandan sonra, o 1976-cı ildə evlənməyə qərar verir. Həyat yoldaşı Safura 
xanım Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına  Ədəbiyyat 
İnstitutunun aparıcı elmi işçisidir, filologiya üzrə fəlsəfə elmlər doktorudur.  


 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
91 
İki qızı və iki nəvəsi vardır. Böyük qızı Nurlana və kürəkəni Emil Quliyevlər 
—  hər ikisi jurnalist, kiçik qızı  Zəhra və kürəkəni Ramil Salayevlər Xarici Dillər 
institutunu bitirsələr də, hər ikisi bank işçiləridir.  
Nəvəsi Saranın beş yaşı, Nigarın isə 2 yaşı var.  
Bir dəfə ondan soruşanda: «Böyükağa müəllim, həyatınızdan razısınızmı?», 
düşünmədən cavab verdi: «Bəli! Qismətimə düşən həyat tərzim, ömür yolum üçün, 
qarşıma çıxan insanların ürəyimcə olduğuna görə böyük Yaradana daim şükürlər 
edirəm!»   
 


 
İbrahim  Həbibov 
 
92 
 
ARZUSU  MÜƏLLİMLİK, KREDOSU ÖYRƏTMƏK OLAN  XANIM 
 
 
Babayeva Xədicə Heybət Qulu qızı 
1968-1973-cü illər  ərzində M.Əzizbəyov adına 
Azərbaycan Neft və Kimya institutunda oxuduğum 
müddətdə yaddaşımda qalan, böyük minnətdarlıq 
hissilə yanaşdığım və hörmət bəslədiyim 
müəllimlərimdən biri də Babayeva Xədicə xanımdır. 
O, mənim xatirəmdə həmişə prinsipial insan və tələbə 
psixologiyasına yaxından bələd olan müəllim kimi 
yaşayır.      
Babayeva Xədicə xanım 1929-cu il 18 yanvar tarixində Bakı şəhərində ziyalı 
ailəsində anadan olmuşdu. O, Azərbaycanda tanınmış maliyyəçi, böyük hörmət və 
ehtiram sahibi olan  Heybət Qulu Babayevin qızıdır.  
Xədicə xanımın atası qısa bir həyat yaşasa da Azərbaycan Dövləti qarşısında 
böyük xidmətləri olmuşdur.  
Heybət Qulu Babayev 1893-cü il dekabrın 10-da Bakı  şəhərində anadan 
olmuşdur. Respublikamızın ilk ali təhsil məktəbi olan Azərbaycan Dövlət 
Universitetinin birincilərindən olan  Heybət Qulu müəllim oranın  “Maliyyə-kredit” 
fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Gənc mütəxəssisin bilik və bacarığı 
nəzərə alınaraq onu təyinat üzrə ölkənin 1 saylı bankına, o zamanlar QOSBANK kimi 
tanınan bir quruma işə göndərirlər.  Burada onu şöbə müdiri vəzifəsinə təyin edirlər. 
Heybət Qulu müəllim bütün həyatını bu bankın möhkəmlənməsinə və inkişafına sərf 
etmişdir və burada müdir müavini vəzifəsinə qədər yüksəlmişdir. Heybət Qulu müəllim 
1937-ci il dekabr ayının 10-da ürək tutmasından vəfat etmişdir. 
Xədicə xanımın anası Tuqra xanım Hacıbəy qızı Mustafabəyli 1906-cı il 
may ayında Bakı  şəhərində anadan olmuşdur. O, Asəf Zeynallı adlı musiqi 
məktəbinin  fortepiano bölməsini bitirmişdir. Həyatını övladlarının tərbiyəsinə, 


Yüklə 19,74 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə