Kafedrasi



Yüklə 19,74 Kb.
Pdf görüntüsü
səhifə31/37
tarix08.10.2017
ölçüsü19,74 Kb.
#3629
1   ...   27   28   29   30   31   32   33   34   ...   37

 
İbrahim  Həbibov 
 
118 
Rəfiqə xanım 1996-ci ildən ömrünün sonuna qədər bizim kafedranın 
müəllimi olmuşdur.  O üç oğul anası  və 6 nəvənin nənəsi idi. Övladlarının hər 
birinə sonsuz məhəbbət bəsləyən bu ana geniş qəlbli, mülayim xasiyyətli və şirin 
dilli olmaqla əzizləri və qohumları arasında xüsusi hörmət və ehtirama sahib idi. 
Kafedradakı söhbətlərimizdə  əsasən Ağa müəllimdən və övladlarından 
danışırdı. Bu mövzu onun həyatda yaşamaq kredosu idi. Ağa müəllim 
tənəffüslərdə tez-tez bizim kafedraya düşərdi, Rəfiqə xanım onu görən kimi ayağa 
durar, üzündə xüsusi bir ifadə yaranardı. Gözə görünməyən bir enerji Rəfiqə  
xanıma şuxluq gətirirdi. Belə epizodları görəndə fikirləşirdim — İlahi, elə bil bunlar 
xeyli vaxtdır ki görüşməyiblər, bir evdə olmayıblar, bir yerdə  işə  gəlməyiblər. 
Qibtə olunası bir məhəbbət, qibtə olunası bir münasibət. 
 
 
 
Rəfiqə xanım kafedrada işlədiyi zaman elmi pedaqoji, elmi metodiki işlərin 
icrasında yüksək erudisiyaya və biliyə malik olduğunu nümayiş etdirərdi. Bir neçə 
elmi məqalə və metodiki işlərin müəllifi olmuşdu. O, fakültənin müəllim heyətinin 
və tələbə kollektivinin böyük hörmətini qazanmışdı.  
Təmiz qəlbli, qayğıkeş insan olan Rəfiqə xanımın  əziz xatirəsi «Mühəndis 
qrafikası» kafedrasının kollektivi və onun tələbələrinin qəlbində  həmişə 
yaşayacaqdır.   
 
 


 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
119 
 
GƏNC ALİM, QAYĞIKEŞ ÖVLAD, SEVİMLİ ANA  
 
 
Bağırova Gülnarə Sadıx qızı 
May ayının ilk günlərinin biri  idi. Gülnarə 
xanımdan özü haqda ətraflı  məlumat yazmağı 
xahiş etdim. Bir müddətdən sonra  o mənə  zəng 
edərək elektron poçtumu yoxlamağı xahiş etdi və 
dedi: «İstədiyinizi yazmışam, imkanınız olsa 
oxuyun. Mən bu yazını birnəfəsə yazmışam. 
Buradakı hər bir kəlmə, hər bir cümlə beynimdən 
keçib, ürəyimdən   süzüldükdən   sonra 
 
yazılmışdır.   Siz  
istədiyiniz ixtisarları edə bilərsiniz, lakin sadəlik və  bəzi açıqlıqlara görə  mənə 
gülməyin». Gülnarə xanımın bu xəbərdarlığı  məndə xüsusi bir maraq 
yaratdığından yazını diqqətlə oxumaqa başladım və oxudum ….   Bu, tərcümeyi-
hal deyildi. Bu yazılarda yaşanmış bir ömrün epizodları, ağrıları, acıları,  şən və 
firavanlıq hissləri, valideyn itkisi, övlad məhəbbəti öz əksini tapmışdı. 
Yazını olduğu kimi saxlamaq və kitabıma daxil etməyi qərara aldım və onu 
oxucularımın diqqətinə çatdırıram. 
Gülnarə xanımın yazısı:   «Mən 1966-cı il avqust ayının 1-də Bakı 
şəhərində anadan olmuşam.  M.F.Axundov küçəsindəki həyət evimizi yağan güclü 
yağışın yaratdığı sel basdığından bizə 4-cü mikrorayonda yeni mənzil verdilər. 
Uşaqlıq illərindən ən çox yadımda qalanlar nənəmlə bağlıdır. O, mənim əziyyətimi 
çox çəkib, anam həmişə deyərdi ki, bu uşağın tərbiyəsini sən pozursan. Nənəm 
səhərlər məni aparıb uşaq baxçasının həyətində qoyub çörək dalınca gedərdi. Mən 
isə sakitcə oturub onun geri qayıtmasını gözləyirdim. Dükandan evə qayıdanda 
onun dalınca düşüb mən də evə dönərdim. Anam məni cəzalandırmaq istəyəndə 
qaçıb nənəmin geniş donunun altında gizlənərdim. 


 
İbrahim  Həbibov 
 
120 
Nənəmin pensiya aldığı gün mən və bacılarım üçün toy-bayrama çevrilirdi. 
O, pensiyasını  qəpiyinə kimi bizə  xərcləyirdi.  Şənbə-bazar günləri mənim üçün 
xüsusi bayram idi. Belə günlərdə atam məni bibimgilə aparırdı. Bibim orada evdən 
fərqli olaraq bizə hər şey etməyə icazə verirdi.  
Məktəbə getdiyim ilk gün, əynimə geyindiyim forma, başıma bağlanan bant 
bu günə kimi yadımdadır. Atam və anam məktəbin həyətində mənimlə idilər. 10-
cu sinif  tələbəsinin və müəllimlərin gözü o qədər birincilərin içində  məni seçdi.  
Dərs ilinin ilk zəngini çalmağı  mənə  həvalə etdilər. 10-cu sinif şagirdi məni 
qucağına aldı, məktəbin həyətində dairə boyunca fırlandıq, mən də  əlimdəki ilk 
zəngi səsləndirdim. Sevincimin həddi-hüdudu yox idi. 
Məktəbdə oxuduğum müddətdə  mənim üçün birinci və ya ikinci dərəcəli 
fənlər yox idi. Bütün dərslərə maraq göstərir və onları  dərindən öyrənməyə 
çalışırdım. Elə bir səsim olmasa da «Nəğmə» dərsində çox fəallıq göstərirdim. 
Ədəbiyyat günləri mənim üçün bayram idi, coğrafiya, riyaziyyat olimpiadalarında 
mütləq iştirak edirdim.  
Müəllimlərim zehnimin iti olmasından, yüksək yaddaşa malik olmağımdan 
danışırdılar. Müəllimin dərsinə qulaq asmaqla keçilən mövzunu tam başa düşüb 
yaddaşımda saxlaya bilirdim.  
Məktəbi bitirəndə diktor olmaq arzusundaydım. Atam bu seçimimi 
bəyənmədi və həm zarafatyana, həm də ciddi dedi: «Bircə artistimiz çatmır».  
Sonuncu sinifdə oxuyanda  azərbaycan bölmələrində rus dili fənni üzrə 
keçirilən olimpiadada iştirak edərək Respublika üzrə ikinci yer tutdum və  qərara 
aldım ki, sənədlərimi  M.F.Axundov adına Azərbaycan Dövlət Rus dili və 
Ədəbiyyatı institutuna (indiki Slavyan universitetinə) verim. O zamanlar 
bölgələrdə rus dili müəllimlərinə böyük tələbat olduğundan üstünlük oradan gələn 
şagirdlərə  verilirdi. Mənim isə  şəhər qeydiyyatım olduğundan sənədlərimi qəbul 
etmədilər. Onda tam əks istiqamətdə peşə seçmək qərarına gəldim və sənədlərimi 
M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna verdim və1983-cü ildə 
həmin instituta daxil oldum. İndiki kimi yadımdadır, son ədəbiyyat imtahanından 
qəbul olanların içərisində tək mən «əla» qiymət almışdım… 


Yüklə 19,74 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə