MÜHƏNDİS QRAFİKASI KAFEDRASI:
80
illik şərəfli yolun tarixi
97
Zəfər oğlu ilə ailə həyatı qurmuşdur. Əbülfət AzərNeftTikinti idarəsində mühəndis
vəzifəsində çalışır. Onların iki övladı — bir qızı, bir oğlu vardır.
Əbülfət bəy və Nailə xanım
Ailənin böyük övladı Ellada 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur.
ADNA-nın “Qazneftmədən” fakültəsinin bakalavr və magistr səviyyəsini fərq-
lənmə diplomu ilə bitirmişdir. Hal-hazırda həyat yoldaşı Muxtarla Səudiyyə
Ərəbistanının Bəhreyn şəhərində yaşayır və çalışırlar. Onların iki qızları var.
İbrahim Həbibov
98
Oğlu Həsənov Zaur 1983-cü ildə anadan olmuşdur. O da ADNA-nın
“İstehsal Proseslərinin Avtomatlaşdırılması” fakültəsini bitirib. Hal-hazırda
SOKAR İnformasiya texnologiyası institutunda mühəndis vəzifəsində çalışır.
Ailəlidir, bir oğlu, bir qızı var.
Bu, ideal bir ailədir. Allahlarına şükürlü insanlardırlar. Nailə xanımla bütün
söhbətlərimiz həmişə onun bir cümləsi ilə tamamlanır: «Allaha çox şükür edirəm
ki, mənim belə gözəl ailəm — həyat yoldaşım, qızım, kürəkənim, oğlum və gəlinim
var».
Yay tətilindən əvvəl Nailə xanımla növbəti söhbətlərimizin birində ondan
soruşdum: «Yadında qalan və sənə əziz olan hadisələrdən hansıları xatırlayırsan?»
Nailə xanım cavabında söylədi: «Mənim həyatımda yadda qalan hadisələr
çox olmuşdur. Ən çox yadda qalan xatirələrim ilk məktəbə getdiyim illərlə
bağlıdır. Həmin illəri xatırlayanda qəhər məni boğur. İndi mənim vətənim çirkin
erməninin tapdağı altındadır. Həsrətlə gözləyirik ki, nə vaxt evimizə, gözəl baxçalı
isti ocağımıza qayıdacağıq, sevimli atamın qəbrini ziyarət edəcəyik. Bunu bizim
ailə səbirsizliklə gözləyir. Məktəb illərini yada salmaq üçün hamı şəkillərə baxır,
uşaqları xatırlayır. Mənim isə o xatirələrim ata ocağımda qalıb. Anam bizimlə
həmişə fəxr edərdi, bizim məktəb və institut illərində olan şəkillərimizi özündə
saxlayardı. Anam şəkillərin orada qalmasından ürək ağrısı, göz yaşları ilə danışırdı.
Onu sakitləşdirməyə çalışırdım, lakin içimdə ağlayırdım. Bizim şəkillərdə əks
olunan gənclik xatirələrimiz orada qalıb. Buna çox heyfslənirəm».
Şükür Yaradanın məsləhətinə.
MÜHƏNDİS QRAFİKASI KAFEDRASI:
80
illik şərəfli yolun tarixi
99
MÜBARİZ QADIN, PEŞƏKAR MÜƏLLİM VƏ SEVİMLİ ANA
Cavadova Xalidə Əli Cavad qızı
1969-cu ilin fevral ayında bizim qrup üçün
yaz semestrinin ilk dərsi «Rəsmxət» fənni ilə
başlamışdı. Həmin ildə «Tərsimi həndəsə» və
«Rəsmxət» kafedraları müstəqil fəaliyyət
göstərirdilər. Hər iki kafedrada keçirilən dərslərin
mürəkkəbliyi və müəllimlərin ciddiliyi bütün
tələbələr arasında qorxu yaradırdı. Kafedralara
uyğun olaraq professor V.F.Puzırevski və dosent
Q.M.Bağırzadə rəhbərlik edirdilər.
Həyəcanla bizə kimin dərs deyəcəyini müzakirə edirdik. Zəng vuruldu və
auditoriyaya cavan, həmin dövr üçün müasir və dəbdə olan geyimdə müəllimə
daxil oldu. Özünü təqdim etdi: Cavadova Xalidə. İlk andan məndə ona qarşı inam
yarandı. Qrupumuzu iki yarımqrupa böldülər və hər birinə ayrı-ayrı müəllim dərs
aparacağını dedilər — Xalidə Cavadova və Xədicə Babayeva.
Xalidə müəllimə 1933-cü ilin iyulun 8-də Bakıda ziyalı ailəsində dünyaya
göz açmışdır.
Atası Əli Cavad Məmməd Əli oğlu 1924 - cü
ildə Azərbaycan Dövlət Universitetitin tibb fakültəsini
bitirib. Əmək fəaliyyətinə həkim kimi başlayaraq,
sonradan həmin institutda müəllim vəzifəsində
çalışmışdır. Anası Firuzə Səlim qızı 1905-ci ildə Bakı
şəhərində anadan olmuşdur. O, müqəddəs Nina
gimnaziyasını bitirdikdən sonra, 1936-cı ildə həkim
ixtisasına sahib olmuş və bütün həyatını bu gözəl
peşəyə sərf etmişdir. Əli Cavad bəy II Dünya
müharibəsinin iştirakçısı olub.
İbrahim Həbibov
100
Müharibə illərində anası Ağdam rayonunda baş həkim işləyirdi. Müharibə
qurtardıqdan sonra Əli Cavad bəyi Gəncə şəhərində yerləşən hərbi hospitala müdir
təyin edirlər. Onların övladları, o cümlədən Xalidə xanım 4 saylı orta məktəbdə
oxumağa başlayır, lakin bir müddətdən sonra onların ailəsi Bakıya köçürülür.
Xalidə təhsilini Bakıdakı 134 saylı məktəbdə davam etdirir və 1953-cü ildə oranı
müvəffəqiyyətlə başa vurur. Həmin ildə Politexnik institutuna daxil olur. O
zamanlarda inşaatçı mühəndisləri bu ali məktəbdə hazırlayırdılar. Qurmaq,
yaratmaq həvəsi Xalidə xanımın ilkin arzularından biri idi. Odur ki, o inşaatçı
ixtisasını seçir, 1958-ci ildə tam təhsilli mühəndis qismində institutu bitirir. Ali
məktəbi bitirdikdən sonra Xalidə xanım Azərbaycan Dövlət Sənaye Layihə
institutunda texnik mühəndis və baş mühəndis vəzifəsində işləyir.
1962-ci ildən onun həyatı M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya
institutu ilə bağlı olmuşdur. Kiçik elmi işçi kimi fəaliyyətə başlayan Xalidə xanım,
sonradan «Rəsmxət» kafedrasında assistent, 1968-ci ildən bu günə qədər orada isə
baş müəllim vəzifəsində çalışır. Gənclik illərini, kafedrada çalışdığı və yoldaşlıq
etdiyi insanları tez-tez xatırlayır.
Yaşanmış xoş günlərdən biri
Dostları ilə paylaş: |