77
Dostu Əlirza Əyyubov
Dostu Əyyubov Əlirza Əhməd oğlunun xatirələrində
Mən Zabit Məmmədov haqqında bir dost kimi deyil, yüksək əxlaqi
keyfiyyətlərə malik əsl azərbaycanlı ziyalısından söz açmaq istəyirəm
Bizim tanışlığımız 1977-ci ilə təsadüf edir. Bu tanışlıq sonralar bizi sanki bir
dayı- bacıoğlu qədər yaxınlaşdırdı. Biz həyətdə bir-birimizə çox yaxın qonşu idik.
Bu qonşuluq, həm də bizim ailəvi dostluğumuza çevrildi.
Həyatda dayımın çoxlu dostları var idi. O, dostlar bir yerde gəzməyi, yeyib-
içməyi çox sevirdi. Elə bir məclis olmazdı ki, dayım orada iştirak etməsin. Dayım
harada olursa-olsun, o ətrafındakılarla xoş münasibət qurmağı və qayğı göstərməyi
bacaran bir insan idi.
Bizim birlikdə keçirdiyimiz günlərdən çoxlu yadda qalan xatirələr vardır.
1992-ci ilin yaz mövsümü idi. Biz bir neçə dost dayımın avtomobilində
“Mərdəkana” istirahətə gedirdik. Hazırki H.Əliyev prospektində “Kosmos”
mağazası adı ilə məşhur olan bir yerdə, qarşımıza bir piyada çıxdı. Dayım tez
əyləci basdı və avtomobil yerindəcə dayandı. Arxadan gələn digər bir avtomobil
bizə çırpıldı. Hamı əsəbi halda düşüb, arxadakı avtomobilin sahibini təqsirləndirdi.
Dayım bizə yaxınlaşıb dedi:
-Sakit olun! Onda təqsir yoxdur. Günahkar mənəm.
Mən təəccüblə dayımdan soruşanda o dedi ki, bacioğlu bu mənim etikamın
ucbatından baş verdi. Hamı gülüşdü, sanki heç nə olmamışdı. Günahkar sürücü
minnətdarlıq edərək ayrıldı.
Bir payız günü mən dayımla İsmayıllı rayonuna getməli oldum. Biz orada
məhşur bir yerdə “Aşıq-Bayram” gölünün kənarında dostlarımızı gözləməli idik.
Hava çox soyuq idi və özümüz də bərk acmışdıq. Soyuq bir yandan, aclıq digər
tərəfdən, dostlarımızın gecikməsi də bizi hövsələdən çıxarmışdı. Mən dayıma
dedim ki, sən get maşında və ya yol kənarında olan yeməkxanada otur, mən yolun
kənarında gözləyim. Bunların heç biri ilə razılaşmayan dayı, tez bir qərar qəbul
etdi. Yeməkxananın sahibindən yolun kənarında bir stol qoyub süfrə açmağı
tapşırdı. Tapşırıq tez bir anda yerinə yetirildi və stola lazım olan hər bir nemət
gətirildi.
Yaxşı qızardılmış balıqları və bir şüşə zoğal arağını bir andaca yox etdik.
Heç nə olmamış kimi yenidən gözləməyə başladıq. Dostlarımız nəhayət gəlib
çıxdılar və biz yolumuza davam etdik. Dayım bizim bu səfərimizi həmişə
xatırlayaraq deyirdi: bacıoğlu belə gün bir də ələ düşməz.
78
Zabit müəllim mənim qəlbimdə xeyirxah, qağıkeş, vətənpərvər və gələcək
nəsillərə
örnək olan, şərəfli ömür yaşamış bir insan, bir ailə başçısı kimi yaşayır.
Məmmədov Zabit Teymur oğlu -
Pedaqoji Universitetin tanınmıĢ pedaqoq –
metodist müəllimi kimi
Məmmədov Zabit Teymur oğlu ilə mən hələ tələbəlik illərindən
ünsiyyətdə olmuşam. Mən tələbə olarkən o V.İ.Lenin adına ADPİ –
nin (indiki ADPU) komsomol komitəsinin sədr müavini idi. Onun
tələbəlik illəri mənim tələbəlik illərimdən əvvəl olmuşdur. Sonralar
Zabit müəllimlə tanışlığım davam etmiş, pedaqoji cəmiyyətdə öz
mehriban münasibəti ilə özünə dərin hörmət qazanmışdır.
1999-cu ildə Universitetin tədris –metodika
şöbəsinin müdiri
işlədiyim vaxtdan Zabit müəllim Pedaqoji fakultənin dekan müavini
kimi fəaliyyətdə olmuş və tez- tez işlə əlaqədar görüşmüşük.
Zabit müəllim çox səmimi, qayğıkeş və sözün əsil mənasında yeyib
– içən, dostlarla səmimi ünsiyyətdə olan bir
əməkdaş kimi bu gün də
xatırlanır. Pedaqoji fakultədə qiyabi şöbəyə rəhbərlik edən Zabit
müəllim haqq- ədalətə
söykənən, tələbə və əməkdaşlarla səmimi rəftar
edən bir gözəl insan idi.
Pedaqoji universitetə rektor təyin olunan AMEA – nın müxbir üzvü,
Əməkdar Elm Xadimi, Şöhrət ordenli
Yusif Məmmədovun rəhbərliyi
dövründə Zabit müəllimlə daha tez – tez rastlaşır və Elmi Şuralarda
birlikdə olurduq.
Həyat olduqca amansız və vəfasızdır. Qəfil
ölüm Zabit müəllimi
pedaqoji universitetdən ayırdı, dostlarından, qohumlarından və
tələbələrindən də ...