Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə156/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   152   153   154   155   156   157   158   159   ...   306

aydındır ki, çoxsaylı ticari və siyasi maneələri aşmaq imkanı yaratmaqla, böyük 

üstünlüklər  təmin  etdiyinə  görə  TMK-nın  formalaşması  ilkin  mərhələdə  xarici 

ticarətlə  bağlı  olmuşdur.  Bu  məqsədlər  üçün  TMK-lar  müdaxilə  etdikləri 

ölkələrin  bazarlarında  daxili  əməliyyat  meydanı  rolunu  oynayan  törəmə 

müəssisələrdən,  uzun  müddətdir  ki,  istifadə  edir.  Qeyd  olunmalıdır  ki,  ilkin 

mərhələdə inkişaf etmiş ölkələrin dövlətləri özlərinin iri korporasiyalarının xarici 

ekspansiyasını dəstəkləməklə, onlara TMK formalaşması üçün şərait yaradırdı. 

Xaricdə  filialların  yaradılması  beynəlxalq  ticarətin  tənzimlənməsi  üçün  tətbiq 

olunan tarif və qeyri-tarif məhdudiyyətlərindən yan keçməyə kömək edir. Dövlət 

ilk  TMK-lar  üçün  bu  üstünlüklərin  inkişaf  etdirilməsini  dəstəkləyirdi.  Dövlət 

başqa  ölkələrlə  ticari-iqtisadi  müqavilələrin  bağlanılması  yoluna  da  qədəm 

qoymuşdu.  TMK-nın  təşəkkülünə  şərait  yaradan  başqa  amil  regional  və 

ümumdünya  nəqliyyat  infrastrukturunun  sürətli  inkişafı,  rabitə  sistemlərinin 

təkmilləşdirilməsi,  müxtəlif  şirkətlərin  və  ölkələrin  elmi-texniki  əməkdaşlığı 

olmuşdur. TMK-nın formalaşmasında güclü sıçrayış 1960-1970-ci illərə təsadüf 

edir. Bunun bir neçə səbəbi vardır və onların ən başhcalarmı sadalayaq: 

 

müharibədən sonra iqtisadiyyatını uğurla bərpa etmiş Qərbi Avropa və 



Yaponiya  korporasiyalarının  və  banklarının  mövqelərinin  möhkəmlənməsi; 

«Böyük triada»: ABŞ - Qərbi Avropa - Yaponiya çərçivəsində amansız rəqabət 

mübarizəsinin başlanması; 

 



Asiya,  Afrika  və  qismən  də  Latın  Amerikasında  müstəmləkə 

imperiyaları  dövrünün  başa  çatması.  Amerika  korporasiyalarını  sıxışdırmağa 

başlayan  Qərbi  Avropa  və  Yaponiya  şirkətlərinin  bütün  qitələrdə  qlobal 

ekspansiyasının  başlanması.  Qovuşmalar  və  birləşmələrə  doğru  meyil  bundan 

təkan  almış  və  nəticədə  TMK-nın  formalaşmasına,  onların  xammal  və  hazır 

məhsullar bazarlarına daxil olması üçün şərait yaranmışdır; 

 

ölkələr arasında rəqabətin güclənməsi labüd olaraq şirkətlərin iriləşməsi 



və 

əməliyyatlarının 

transmilliləşməsinə, 

mövcud 


satış 

bazarlarının 

səmərəliliyinin  yüksəlməsinə  və  genişlənməsinə,  yeni  bazarların  axtarılmasına 

gətirib çıxardı; 

 

qovuşmalar və birləşmələr metodundan istifadə olunması; 2007-ci ildə 



(qlobal böhran başlamazdan əvvəl) TMK-lar 7,5 mindən çox, 1,2 trilyon dollara 

yaxın  transsərhəd  əqdləri  yerinə  yetirmiş,  bunlardan  200-dən  çoxu  dəyəri  1 

milyard dollar olan meqa-əqdlərdir. 

391 



Müəssisələr  (firmalar)  mənfəətin  artırılması  uğrunda  mübarizənin,  yəni 

hər  bir  kapital  sahibinin  əsas  vəzifəsinin  həllinin  gedişində  transmilli 

korporasiyaya çevrilir. TMK beynəlxalq korporasiya kimi, daxili iqtisadiyyatda 

kapitalın  və  istehsalın  təmərküzləşmə  səviyyəsinin  sadəcə  milli  sərhədlər 

çərçivəsinə  sığmamasınm  deyil,  həm  də  dünya  iqtisadiyyatının  güclü  mərkəzi 

dayağı olan beynəlxalq istehsalın formalaşmasının maddi bazasına çevrilməsinin 

real göstəricisidir. 

TMK-nın  fəaliyyətinin  neqativ  nəticələn.  Nəzərəçarpan  pozitiv 

məqamlarla  (iqtisadi  sistemin  dayanıqlığının  möhkəmlənməsi,  büdcəyə  pul 

daxilolmaları,  malların  istehsalı,  tikinti  obyektləri,  məşğulluğun  genişlənməsi, 

nou-hau və s.) birgə, TMK-da mənfi cəhətlərinin olması qaçılmazdır: 

1)

 

TMK-nın  həddən artıq  güclü  olması  bir sıra ölkələrdə hökumətin  bəzi 



planlarının həyata keçirilməsinə mane ola bilər; belə vəziyyətdə onlan qəbul edən 

ölkənin qanunları əksər halda pozulur

2)

 

TMK-lar  çox  vaxt  öz  mallannm  qiymətini  bahalaşdırır,  özlərinə 



əlverişli, yerləşdiyi ölkə üçün qeyri-münasib şərtlər diktə edir

3)

 



TMK-lar  qlobal  maraqları  rəhbər  tutur  və  onların  istehsal  etdikləri 

mallar  yerli  bazarlara  çıxarılmayaraq,  başqa  ölkələrdə  fəaliyyət  göstərən 

filiallarına göndərilir; 

4)

 



TMK-nın  quraşdırma  istehsallarının  çoxu  yerli  şəraitə  uyğunlaşdırıla 

bilmədiyi  üçün,  onları  qəbul  edən  tərəfə,  ümumiyyətlə,  heç  bir  fayda  vermir. 

Buna  görə  də  onları  qəbul  edən  ölkələr  daha  ehtiyatlı  olmalı,  TMK-lar  ilə 

münasibətlərin işlənib hazırlanmasına təcrübəli, milli maraqları layiqincə təmsil 

edən mütəxəssisləri cəlb etməlidir. 

TMK  anlayışının  ən  adekvat  açıqlanması.  Bütün  deyilənləri  nəzərə 

almaqla,  TMK  anlayışının  ən  adekvat  təfsiri  bu  cür  olmalıdır:  transmilli 

korporasiya - ticarət, istehsal-texnoloji (investisiya) və kooperasiya əlaqələrini iki 

və  daha  çox  ölkədə  (bəzi  hallarda  TMK-nın  6  ölkədə  fəaliyyət  göstərməsinin 

zəruriliyi  nəzərdə  tutulur)  quran,  fəalij^ət  göstərdiyi  müəyyən  təsərrüfat 

sahəsində  ölkənin  əsas  göstəricilərinə  əhəmiyyətli  təsir  göstərən,  adətən,  iri 

firmadır. 

Fikrimizcə, göstərilən anlayış formal baxımdan müasir TMK-ya aid edilən 

iri şirkətlərin indi batmaqda olan «British Petroleum» tipli nəhəng olmaması ilə 

bağlı yeni meyilləri nəzərə almağa imkan verir. 1990-cı illərin ikinci yarısından 

başlayaraq və XXI əsrin birinci onilliyində əsasən yüksək 

392 



texnologiyaların  işlənib  hazırlanması,  satışı  və  tətbiqi  ilə  əlaqəsi  olan  çoxsaylı 

«orta»  şirkətlər  mövcud  TMK  sisteminə  və  beynəlxalq  istehsala  qoşulmuşdur. 

Müasir statistika TMK-nın hələ 1970-ci illərdə işlənib hazırlanmış meyarlarına 

əsaslandığına  görə,  bu  yeni  təzahürləri  nəzərə  almır  və  çoxlu  sayda  yeni 

transmilli firmalar təbəqəsi TMK sırasına daxil edilmir. Güman ki, onların sayı 1 

milyondan az deyil və bunun 40%-ə yaxmı birinci və ikinci dalğa YSÖ-nin və 

yeni  kapitalist  ölkələrinin,  60%-i  isə  kapitalizmin  inkişaf  etmiş  mərkəzlərinin 

payına düşür. Özü də, qlobal TMK-lar ilə müqayisədə onların fəaliyyət dairəsi 

xeyli geniş olmaqla, milli iqtisadiyyatın bütün, o cümlədən sosial (MKT, səhiyyə, 

təhsil  və  s.),  kənd  təsərrüfatı,  ekoloji  təmiz  texnologiyaların  hazırlanması  və 

tətbiqi, alternativ enerji  mənbələrinin  yaradılması və başqa sahələri əhatə edir. 

Beləliklə,  TMK  -  iqtisadiyyatın  beynəlmiləlləşməsinin  və  maliyyə-təsərrüfat 

proseslərinin  qloballaşmasının  ən  yüksək  mərhələlərinin  obyektiv  nəticəsidir. 

Onlar öz inkişafında bir-birindən keyfiyyətcə fərqlənən mərhələlərdən keçmiş və 

bütöv beynəlxalq istehsalı formalaşdıran real qüvvəyə çevrilmişdir. 

Beynəlxalq  istehsalın  formalaşması.  TMK-nın  filialları  nəinki  dünya 

təsərrüfatının iqtisadi sisteminin tərkib hissəsinə, həmçinin, formalaşmaqda olan 

beynəlxalq istehsalın mərkəzi həlqəsinə çevrilir. Buna görə də onlardan mənşə 

ölkələrinin (inkorporasiya olunduqları ölkələrin) maraqlan üçün yeridilən iqtisadi 

siyasətin aləti qismində istifadə oluna bilər. İqtisadi siyasət BVF-in prioritetləri 

əsasında  müəyyənləşdirildiyinə  və  bu  sahədə  addımların  atılması  barədə  ən 

mühüm  məsələlər  dövlətlərin  özü  tərəfindən  müstəqil  surətdə  deyil,  TMK  və 

TMB-nin mənzil-qərargahlarında həll olunduğuna görə, onlar iqtisadiyyatın daha 

çox  inkişaf  etmiş  hissəsi  üzərində  və  buna  müvafiq  olaraq  büdcə  üzərində 

nəzarətini  tədricən  itirirlər.  Gələcəkdə  bu  qəbildən  olan  meyillər  yalnız 

güclənəcəkdir. 

Ümumi qəbul edilmiş təfsirlərdən birinə əsasən, TMK - istehsal bölmələri 

bir neçə ölkədə yerləşdirilmiş korporasiya yaxud beynəlxalq biznes əhəmiyyətli 

(fəaliyyətinin 25-30%-i xaricdə həyata keçirilən), iki və daha çox ölkədə filialları 

olan şirkətdir. BMT ekspertlərinin müəyyənləşdirdiyinə görə, əvvəlki illərdə illik 

dövriyyəsi  100  milyon  dollardan  çox  olan  və  filialları  ən  azı  6  ölkədə 

yerləşdirilmiş  fınnalar  TMK-ya  aid  edilirdi.  Son  dövrdə  bu  təyinə  yenidən 

baxılmışdır və indi əsas əlamət TMK-nın rezident olduğu ölkədən kənarda yerinə 

yetirdiyi satışların faizlə həcmi göstəricisidir. Bundan sonra 

393 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə