aktivlərin strukturu, ölkələr üzrə səpələnməsi nəzərə alınır. Məsələn, ən böyük
həcmdə transsərhəd aktivlərinə (maliyyə sektorundan başqa) lider üçlük -
elektron sənayesinin təmsilçisi, xarici aktivlərinin məbləği 400 milyarddan çox
olan «General Motors» (ABŞ), telekommunikasiya korporasiyası, xarici aktivləri
200 milyard dollardan artıq olan «Vodafone» (Böyük Britaniya) və avtomobil
istehsalçısı, xarici aktivləri təqribən 175 milyard dollar olan «General Motors»
(ABŞ) malikdir. Onların hamısı klassik TMK-dır.
Beləliklə, biz TMK-ya daha bir tərif verə bilərik: TMK - istehsal və
ticarət-təchizat fəaliyyətini öz ölkəsinin hüdudlarından kənara çıxararaq,
beynəlxalq istehsalın fonnalaşmasının təməlini quran, beynəlxalq əmək
bölgüsünün obyektiv meyillərindən fəal istifadə edən, istehsalın və kapitalın
beynəlmiləlləşməsi proseslərini sürətləndirən, beynəlxalq iqtisadi fəaliyyət
sistemində yeni əlaqələrin və qarşılıqlı münasibətlərin bərqərar olmasına şərait
yaradan iri firmadır.
UNCTAD-m məlumatlarına görə, dünya ticarətinin 33%-i TMK-nın xarici
filiallarının payına düşür, dünyada ÜDM-in 10%-dən çoxu (6 trilyon dollar) onlar
tərəfindən istehsal olunur, ümumdünya ETTKİ-də oynadığı rol getdikeə güclənir.
Qeydiyyatdan keçmiş patentlərin 80%-dən çoxu onların payına düşür və inkişaf
etmiş ölkələrin özəl sektorunda ETTKİ-nin 80%-ə yaxınını onlar maliyyələşdirir.
TMK-nın strukturu. Transmilli korporasiya, adətən baş şirkətdən və xarici
filiallardan (törəmə şirkətlərdən və bölmələrdən) ibarətdir. Müasir TMK- nın
səciyyəvi xüsusiyyətlərinə aşağıdakıları aid etmək olar:
•
özündə, birincisi, baş şirkəti (bir və daha çox), ikincisi, ölkənin
hüdudlarından kənarda səpələnmiş filialları, bölmələri, törəmə şirkətləri (xarici
aktivlərin payı şirkətin ümumi aktivlərinin dəyərinin 25-30%-i qədər olmalıdır)
birləşdirən təşkilati strukturdur;
•
istehsal vahidlərinin çoxsaylı ölkələrdə yerləşdirilməsinə əsaslanan
beynəlxalq istehsal sistemidir (şirkətin ümumi dövriyyəsinin 1/5 hissəsindən ‘A
hissəsinədək xarici əməliyyatların payına düşməli, yəni TMK-nın baş ofisinin
yerləşdiyi ölkədən kənarda baş vennəlidir);
•
resipiyent-ölkənin nümayəndələrinin mütləq qaydada daxil edildiyi (yerli
şəraitə uyğunlaşmaq üçün) beynəlxalq menecment sistemidir.
TMK-nın növləri və modelləri. Müasir iqtisadi ədəbiyyat korporasiyaları
çoxmillətli, transmilli, millətlərarası, millətüstü, qlobal və s. bu kimi söz
394
birləşmələri şəklində verən terminlərlə zəngindir. TMK-nm dünya
iqtisadiyyatında həyata keçirdiyi fəaliyyətin yeni təşkilati fonnalarmın düzgün
ifadə olunması axtarışlarını əks etdirdiyinə görə, bu terminoloji rəngarənglik
müəyyən dərəeədə qanunauyğundur. TMK-nın ilk tədqiqatçıları olan bəzi
iqtisadçılar (R.Robinson, C.Robinson, L.Teraer, P.Samuelson, R.Barr, K.Savan
və başqaları) onları beynəlxalq, multimilli, supermilli korporasiyalar; başqaları
(C.Helbreyt, X.Perlmutter, S.Braun, R.Vemon) isə etnosentrist, polisentrist,
geosentrist korporasiyalar adlandırır. TMK problemlərinin tədqiqində Kanada,
əsasən də, Toronto universitetinin iqtisadçıları böyük rol oynamışdır. Onların
əsərlərində aşağıdakılar fərqləndirilirdi:
•
ölkəsindən kənarda fəaliyyət göstərən, yerli şəraitə uyğunlaşmaq
məqsədi ilə yerləşdiyi dövlətlərin hökumətlərinin tövsiyələrini əldə rəhbər tutan
milli şirkətlər;
•
adətən yerləşdiyi ölkənin qanunverieiliyini və şəraitini, amma bunu
birinci göstərilənlərlə müqayisədə az nəzərə alan multimilli şirkətlər;
•
qüdrətinə güvənərək, yerləşdiyi ölkənin milli və dövlət xüsusiyyətləri,
qanunvericiliyi və s., yəni qlobal strategiyasına zidd olan, maraqlarına uyğun
gəlməyən heç nə ilə hesablaşmayan transmilli şirkətlər.
Tədqiqatçıların hamısı bunların məhz transmilli (beynəlxalq)
korporasiyalara şamil olunduğu ilə razılaşır.
TMK haqqında bütün müasir konsepsiyalar firmanın malların və
xidmətlərin istehsalı və satışının təşkili üzrə müəssisə olması nəzəriyyəsinə
əsaslanır. Beynəlxalq şirkətlərin əksəriyyəti öz fəaliyyətinə milli bazarlara
xidmət göstəmıəkdən başlamışdır. Sonra isə onlar yerləşdikləri ölkənin
müqayisəli üstünlüklərindən və şirkətin konkret üstünlüklərindən yararlanıb,
məhsullarını ölkədən kənara çıxarmaqla yaxud qəbul edən ölkədə istehsallarını
təşkil etmək məqsədi ilə xaricə investisiyalar qoyaraq, beynəlxalq bazarlarda
fəaliyyətlərini- genişləndirmişlər. TMK-nın əsas xüsusiyyətini - birbaşa
investisiyalar əsasında xaricdə yaradılmasını, malların və xidmətlərin istehsalı və
satışı üzrə xarici fımıalanmn mövcudluğunu qeyd edərək, onun tədqiqatçıları
xarici birbaşa investisiyaların -bir sıra modellərini işləyib hazırlamışlar.
TMK-nın texnoloji modeli. Amerika iqtisadçısı C.Helbreyt TMK-nın
əmələ gəlməsini texnoloji səbəblərlə
əsaslandınmşdır. Onun fikrincə, beynəlxalq
şirkətlərin xarici filiallarının təşkili qəbul edən ölkələrdə müasir.
395
mürəkkəb məhsulların satışı və onlara xidmət göstərilməsi ilə əlaqədar olaraq,
mal və xidmətlərin ötürülməsi üzrə ixtisaslaşan müəssisələr sisteminin
(şəbəkəsinin) mövcudluğunun zərurətindən irəli gəlir. Bu cür texnoloji strategiya
TMK-ya dünya bazarındakı payını artımıağa imkan verir.
İnhisar (unikal) iistiinlükhr modelini amerikalı iqtisadçı S.Haymer
işləyib hazırlamış, sonra professor Ç.P.Kindleberger və başqaları tərəfindən
inkişaf etdirilmişdir. İnhisarçılıq üstünlükləri nəzəriyyəsinə görə, TMK-nı qəbul
edən ölkə öz bazarında «oyun qaydalarını» yaxşı bilən, yerli hakimiyyətlə geniş
əlaqələri olan və tranzaksiya xərcləri çəkməyən, yəni sazişlərin bağlanması üçün
böjdik vəsait sərf etməyən yerli firmalarla müqayisədə, xarici investora
üstünlüklər təmin edilməlidir. Xarici firmalar üçün inhisar üstünlükləri yerli
müəssisələrdə istehsal edilməyən orijinal məhsulların buraxılması; böyük
məbləğdə mənfəət əldə etmək imkanı verən «miqyas effekti»; TMK-nı qəbul
edən ölkənin dövlət tənzimlənməsində xarici investorlar üçün əlverişli şərait
hesabına yarana bilər.
TMK-ya şamil olunmaqla məhsulun həyat dövrü modeli Amerika
iqtisadçısı R.Veron tərəfindən firmanın artımı nəzəriyyəsi əsasında işlənib
hazırlanmışdır. Bu nəzəriyyəyə görə, istənilən məhsul həyat dövrünün 4
mərhələsindən keçir:
1)
bazara giriş;
2)
satışların artımı;
3)
bazarın doydurulması;
4)
satışların azalması.
Daxili bazarda satışların azalması vəzi)^ətindən çıxış yolu ixrac yaxud
məhsulun həyat dövrünü uzatmaq üçün onun istehsalının xaricə köçürülməsidir.
Bu halda fınnanm artımı, bazarın doydurulması mərhələlərində istehsal və satış
xərcləri, adətən ixtisar olunur və bu, malın qiymətinin ucuzlaşması nəticəsində
ixracına və xaricdə istehsal həcmini çoxaltmağa imkan yaradır. Bu strategiyadan
iri korporasiyalar, xüsusilə də TMK-lar istifadə edə bilər.
Qərbin məşhur iqtisadçılarının (C.Helbreyt, Draker, F.Kotler və başqaları)
tədqiqatlarına əsasən, TMK-nm vahid tərifi yoxdur və temıinlərdən ənənəvi
semantik istifadəyə uyğun olaraq, onları beynəlmiləl, beynəlxalq korporasiya
adlandırırlar. Məsələn, çoxmillətli korporasiyalar (ÇMK) bir neçə (ikidən az
olmayan) dövlətin milli şirkətlərini istehsal və elmi-texniki əsasda
396
Dostları ilə paylaş: |