Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə158/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   154   155   156   157   158   159   160   161   ...   306

birləşdirən  iri  firmalar  kimi  nəzərdən  keçirilir.  Bu  korporasiyalara  klassik 

nümunə kimi, adətən 1907-ci ildən fəaliyyətdə olan ingilis-holland «Royal Dutch 

Shell» şirkəti göstərilir. 

F.Kotler beynəlmiləl korporasiyalara xarici aktivləri olan iri firmalar kimi 

baxır; onların istehsal-satış fəaliyyəti birdən çox xarici dövlətdə həyata keçirilir. 

Kotler təşkilati prinsipinə görə beynəlxalq korporasiyaları 4 əsas tipə bölür: 

1)

 

transmilli; 



2)

 

çoxmillətli; 



3)

 

beynəlmiləl; 



4)

 

qlobal. 



Qlobal  korporasiya  tennini  xüsusilə  iri,  aktivləri  100  milyard  dollardan 

artıq olan (bu rəqəm dünya ölkələrinin əksəriyyətinin ÜDM-dən çoxdur) TMK- 

ya  münasibətdə  işlədilir.  Qlobal  korporasiya,  adətən  öz  əməliyyatlarını  dünya 

üzrə səpələnmiş müəssisələr arasında bölüşdürür. Onun üçün ən mühüm meyarlar 

xərclərə  qənaət  olunması,  müxtəlif  ölkələrdə  yüksəkixtisaslı  işçilərdən  istifadə 

etmək imkanı, bazarda satışın qlobal şəbəkələrinin yaradılması və sairdir. XXI 

əsrin  əvvəlinədək  müxtəlif  ölkələrin  TMK-sı  və  çoxmillətli  şirkətlər  arasında 

həm  fəaliyyətin  miqyasına,  həm  də  kapitalının  tərkibinə  görə  beynəlxalq  olan 

çoxlu  strateji  alyanslar  yaradılmışdı.  Müəssisələrin  beynəlxalq  fəaliyyətinin 

dinamik  inkişafı  və  miqyasının  genişlənməsi,  onlann  qarşılıqlı  əlaqələrinin 

güclənməsi  və  rəqabət  ayrı-ayrı  müəssisələrin  birləşməsinə  təkan  verir.  Ancaq 

TMK-lar,  qovuşmaqdansa,  onlara  hüquqi  şəxs  statusunu  saxlamağa,  başqa 

firmalarla  əməkdaşlığı  inkişaf  etdirməyə  imkan  verən  qarşılıqlı  münasibətlər 

mexanizmlərinin yaradılmasına üstünlük verir. Nəticədə şirkətlərin keyfiyyətcə 

yeni növü - bir qrupda birləşən şirkətlərin beynəlxalq birlikləri meydana çıxır. 

Qlobal korporasiyanın ən mühüm əlamətləri bunlardır: 

 

Qlobal korporasiyanın (QK) çoxlu sayda ölkələrin ərazisində fəaliyyət 



göstərməsi; 

 



QK quruluş baxımından şəbəkə təşkilatı kimi fəaliyyət göstərir

 



QK  hüququ  baxımdan  bir-biri  ilə  müqavilələr  və  razılaşmalarla  bağlı 

olan hüquqi şəxslərin məcmusudur; 

 

QK inkişaf etmiş, inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələrin 



şirkətlər qrupundan ibarət olsa da, mərkəzi qrup, adətən ümumi korporativ 

397 


etikaya daha uyğun işgüzarlıq mühiti fonnalaşan inkişaf etmiş ölkədə yerləşir. 

Beynəlmiləl  korporasiya  -  xarici  aktivləri  olan  iri  milli  korporasiyadır. 

Əvvəl  qeyd  etdiyimiz  kimi,  onların  istehsal  və  ticarət-təchizat  fəaliyyəti  bir 

ölkənin  hüdudlarından  kənara  çıxır.  Onların  bəzisi  öz  fəaliyyət  miqyasını  və 

coğrafiyasını  genişləndirərək,  qlobal  beynəlmiləl  inteqrasiya  olunmuş 



müəssisələrə,  yəni  qlobal  korporasiyalara  çevrilmişdir.  Onlar,  əsasən  neft, 

metallurgiya,  kimya,  elektrotexnika,  elektron,  avtomobilqayırma  sənayelərində 

və bank sektorunda fəaliyyət göstərir. 

İstehsal strukturu baxımından bütün TMK-lar aşağıdakı 3 qrupa bölünür; 

1)

 

üfüqi inteqrasiya olunmuş



2)

 

şaquli inteqrasiya olunmuş; 



3)

 

şaxələndirilmiş. 



Üfüqi  inteqrasiya  müxtəlif  ölkələrdə  yerləşən  şirkətlərin  eyni  malı 

istehsal  etmək  yaxud  eyni  tipli xidmətləri  göstəmıək  üçün  birləşməsinə  imkan 

yaradır. 

Şaquli  inteqrasiya  istehsalın  bir  yaxud  bir  neçə  ölkədə 

təmərküzləşməsidir;  bu  halda  istehsal  olunan  məhsul,  həmin  beynəlxalq 

korporasiyanın  tərkibinə  daxil  olan  başqa  müəssisələrə  istehsal  prosesinin 

növbəti mərhələlərində istifadə edilmək üçün göndərilir. 



Şaxələndirilmiş korporasiya özündə ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən 

müxtəlif (üfüqi və şaquli inteqrasiya olunmuş) şirkətləri birləşdirir. 

Bütün  hallarda  müasir  TMK-nın  həlledici  əlaməti  onun  fəaliyyətinin 

əvvəlki onilliklərdə olduğu kimi, kapitalın mənşə ölkəsinə görə deyil, fəaliyyət 

regionuna  görə  beynəlxalq  xarakter  daşımasıdır.  İndi  kapitalın  hansı  ölkədən 

daxil  olması  deyil,  onun  həcmi  və  hara  istiqamətlənməsi,  harada  istifadə 

olunması  və  mənfəətin  nədən  əldə  edilməsi  daha  böyük  əhəmiyyət  kəsb  edir. 

Müasir transmilli korporasiyaların böyük əksəriyyəti ilk vaxtlar milli baxımdan 

çoxmillətli deyil, xüsusiləşmiş kimi təqdim olunsa da, tədricən daha çox ölkədə 

fəaliyyət göstənnəyə başlamış və transmilli xarakter almışdır. 



TMK-nın əsas əlamətləri. TMK-lar aşağıdakı əsas əlamətlərlə xarakterizə 

olunur: 


 

TMK  dünya  təsərrüfatının  inkişafının,  BƏB  proseslərinin  fəal 



iştirakçısıdır; dünyanın qloballaşmasının agentləri məhz onlardır; 

 



TMK üçün kapitalın hərəkətinin milli sərhədlər çərçivəsində baş verən 

proseslərdən nisbətən müstəqil olması səciyyəvidir; 



398 


 

TMK öz əməliyyatlarını dünyanın bir çox ölkələrində həyata keçinnəklə, 



üınumdünya təsərrüfat münasibətlərinin tənzimlənməsində iştirak edir

 



tərkibi  baxımından  TMK  -  idarəçilik  qərarlarının  yerləşdiyi  ölkədəki 

vahid  mərkəzdə  qəbul  edilən  və  filialları  başqa  ölkələrdə  olan  istehsal,  ticarət 

yaxud maliyyə təyinatlı müəssisələrin beynəlxalq kompleksidir; 

 



səhmdar  kapitalı  •  üzərində  mülkiyyət  hüququ  yalnız  təsisçi-ölkənin 

nümayəndələrinə məxsusdur; 

 

filiallar və törəmə müəssisələr müştərək, əsasən milli iştirakçıhqla ola 



bilər; 

 



TMK mərkəzləşdirilmiş idarəçiliyi müxtəlif ölkələrdə yerləşən və onun 

tərkibinə  daxil  olan  müəssisələrin,  struktur  bölmələrinin  -  filialların, 

nümayəndəliklərin,  törəmə  şirkətlərin  müəyyən  dərəcədə  müstəqilliyi  ilə 

əlaqələndirir; 

 

TMK-nm  kapitalının  hərəkəti  korporasiyanın  yerləşdiyi  ölkədə  gedən 



proseslərdən kifayət dərəcədə azaddır; 

 



bu korporasiyalar filialların, törəmə şirkətlərin, bölmələrin dünyanın bir 

sıra ölkələrində yerləşdirilməsinə və əsas məsələlər üzrə vahid mərkəzdən idarə 

olunmasına əsaslanan beynəlxalq istehsal sistemini formalaşdırır; 

 



TMK  onlara  müəyyən  üstünlüklər  təmin  edən  çoxmillətli  səhmdar 

kapitalına malikdir; 

 

TMK  meyarı  qismində  fımıamn  gəlirlərinin  yaxud  satışlarının  zəruri 



minimumun 25% həcmində olması müəyyən edilmişdir; 

 



TMK beynəlmiləl direktorlar şurası tərəfindən idarə edilir

 



TMK resursların müxtəlif növlərini (kapital, işçi qüvvəsi və s.) dünyanın 

müxtəlif  regionlarında  yerləşən  ölkələr  arasında  kifayət  qədər  səmərə  ilə 

yerləşdirməklə, kapitalist müəssisəsinin əsas məqsədi olan 3diksək mənfəətə nail 

olur;  bu  zaman  istehsalın  müxtəlif  ölkələr  və  regionlar  arasında  optimal 

yerləşdirilməsi məsələsi həll edilir; 

 



TMK fasiləsiz surətdə ETTKİ sahəsində fəaliyyəti həyata keçirir, yeni 

malların,  xidmətlərin  və  texnologiyaların  işlənib  hazırlanmasını,  tətbiqini  və 

yayılmasını  təmin  edir,  bu  tədqiqatların  universitetlərdə  həyata  keçirilməsini 

maliyyələşdirir; 

 

TMK  ölkələr  arasında  iqtisadiyyat,  elm  və  təhsil,  texnoloji  sahələrdə 



beynəlxalq əməkdaşlığın genişlənməsini fəal dəstəkləyir. 

399 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə