Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə11/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   7   8   9   10   11   12   13   14   ...   112

çəkir. Amma hiylə yolu ilə göz altı öz yaraxlı-yasaqlı adamlarına him 

elədi ki, Koroğlunu vursunlar. Yaraqlı tacirlər Koroğluya hücum elədilər. 

Elə bil ki, beş-on dənə siçan bir qızmış kərgədanı öldürmək 

istəyirdi. Bu qabaqca Koroğluya gülməli gəldi. Sonra boynunun qatqat 

duran əti qızardı. Koroğlu aşdı, daşdı, aslan kimi coşdu, qaplan kimi 

qeyzə gəldi. Misri qılıncı çəkdi, tərlan kimi Qıratın belinə yatıb meydana 

təpildi. Sağdan vurdu soldan çıxdı, soldan vurdu sağdan çıxdı, 

tacirləri xurd-xəşil elədi. Baxdılar ki, yox bu zarafat eləməli adam 

deyil, silahlarını töküb dayandılar. Koroğlu hamısını Qıratın döşünə 

qatıb Çənlibelə gətirdi. Dəlilər qabağa çıxdı. Malları yerə düşürdülər, 

yerbəyer eləməyə başladılar. Koroğlu baxdı ki, tayların içində bir 

böyük dəmir sandıq var. Fikirləşdi bu yəqin qızıl-gümüşdı. İşarə elədi 

sandığı açdılar. Nə çıxsa yaxşıdı. Baxdılar ki, sandığın içində saçı çiynində 

bir adam uzanıb. Koroğlu qaldı məhəttəl ki, bu nə sirrdi? Döndü 

bəzirganbaşı tərəfə ki, ondan soruşsun, gördü bəzirganbaşı meyit kimi 

tir-tap uzanıb yerə. Yanına yüyürdü, gördü xeyir ha... dünən ölübsən, 

bu gün! Bəzirganbaşı qup-quru quruyub. Dəlilərdən birisi dedi ki, bəs 

sən sandığı açanda o özündən getdi. Sudan-zaddan tökdülər, kişi bir az 

özünə gəldi. Koroğlu soruşdu: “Bu nə sirrdi?”. 

Bəzirganbaşı dedi: 

– Koroğlu, indi ki, belə oldu, düzünü deyəcəyəm. Bu mənim aşığımdı. 

Adı da Aşıq Cünundu. Bu o qədər ayağı yüngül, xeyir bərəkətli 

adamdı ki, mənim yanıma gələndən bəri mal-dövlətim həddini aşıb. 

Sən bizə hücum eliyəndə mən havanı bulut görüb onu sandıqda gizlətdim 

ki, bəlkə malım, dövlətim getsə də, o qalsın. 

Koroğlu fikrə getdi. Bir tərəfdən Aşıq Cünunu öz yanında saxlamaq 

istəyirdi, bir tərəfdən onu bəzirganbaşının əlindən zorla almaq 

istəmirdi. Bir də başını yuxarı qaldıranda Aşıq Cünunu qabağında diz 




çökmüş gördü. 

Aşıq Cünun dedi: 

– Qoç Koroğlu, gözüm, könlüm səni tutub. Ömrümün axırınacan 

sənə qulluq edəcəm. 

Aşıq Cünun o gündən Koroğlunun yanında qaldı. Ömrünün lap 

axır gününəcən onun aşığı oldu. 

Deyirlər ki, Aşıq Cünun həmişə şəhərləri, kəndləri, obaları, oymaqları 

gəzib dolanardı, harda bir iyid, nəcib, ana südü əmmiş oğlan görsə 

gəlib Koroğluya xəbər verərdi. Koroğlu da onları öz dəstəsinə gətirdərdi. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Koroğlu dastanı  

"Koroğlunun Türkman səfəri" qolu 

 

Deyirlər Koroğlunun oğlu yox idi. Nigar xanımı almışdısa da, amma övladı olmamışdı. Koroğlu 

Qarsın ətəklərindəki Alacalar adlı dağda Osmanlı qoşunu ilə toqquşduğu zaman çox bərk dara 

düşüb, yeddi gün, yeddi gecə o mahasırada qalmışdı.  

Bundan çox qorxduğuna görə kişilikdən kəsilmişdi. 

Günlərin bir günü yenə də Çardaqlı Çənlibeldə kef məclisi qurulmuşdu. 

Xanımlar, dəlilər, mehtərlər geyinib-keçinib Koroğlunun, Nigar xanımın sağ-solunda 

əyləşmişdilər.  

Neçə vaxt idi ki, bir yana səfər yox idi. Koroğlunun başı davadan, qalmaqaldan bir az 

ayazımışdı. 

Koroğlunun Cünun aşığı da bu kef məclisində idi. Bir tərəfdə oturub Koroğlunu gözləyirdi ki, 

nədən desə ondan oxusun. Hamı kefdəydi. 

Bunların içində bircə Nigar xanım qəmgin idi. 

Deyirlər Nigar xanım əlini uzadıb cibindən balaca bir güzgü çıxartdı. 

Özünə güzgüdə baxıb dərin bir ah çəkdi. 

Koroğlu bunu görüb soruşdu: 

– Ay Nigar xanım, kef bizdə, damaq bizdə, mal-dövlət bizdə, sən 

niyə belə qəmginsən? 

Koroğlunun cavabından Nigar xanım bir də aynaya baxdı. Genə ah 

çəkib, aldı görək nə dedi: 

Qəm-qüssəm başımdan aşıb, 

Mən tək dərdə dalan yoxdu. 

Qürbət eldə bağrım bişib, 

Necə yada salan yoxdu. 

Necə baxım ev-eşiyə, 

Yaralı könlüm üşüyə. 

Toz bürümüş boş beşiyə, 

Şirin layla çalan yoxdu. 

Çənlibeldə qar görünür, 

Güllər mənə xar görünür, 

Günüm ahu-zar görünür, 

Bir qaydıma qalan yoxdu. 

Tutun məclisdə yasımı, 

Geymişəm qəm libasımı, 

Bu fələkdən qisasımı, 

Nə zamandı alan yoxdu. 

Çənlibeli güllər bəzər, 

Güllər saralsa kim üzər? 

Hər quş balasıynan gəzər, 

Niyə sənin balan yoxdu? 




Koroğlusan hay salarsan

Paşalardan bac alarsan, 

Neçə şəhərlər talarsan, 

Sən tək şəhri talan yoxdu. 

Nə dərd olsa məni tapar, 

Sonsuzluq bir yanım çapar, 

Yarılğan uçar, toz qopar, 

Görəsən ki, qalan yoxdu. 

Nigarı dərdə gətirən, 

Cəsədin qəbrə yetirən, 

Koroğlu namın götürən 

Yurdunda son olan yoxdu. 

Nigar xanımın sözlərindən Koroğlu da qəmləndi. Onu da dərd aldı. 

Aşıq Cünunun işi belə görüb sazı sinəsinə basıb dedi: 

Bürüyüb aləmi şanın, şöhrətin, 

Bir de, qoç Koroğlu, nədən məlulsan? 

Adın çəkiləndə yağı titrəyir, 

Bir de, qoç Koroğlu, nədən məlulsan? 

Dəlilər yeriyir, alaylar bükür, 

Düşmanlar əlindən dad, həzar çəkir, 

Quşlar qanad salır, şahlar tük tökür, 

Bir de, qoç Koroğlu, nədən məlulsan? 

Dağların başından keçəmmir karvan

Ovsarı əlində ağlayır sarvan, 

Tacirlər əlindən çəkirlər aman, 

Bir de, qoç Koroğlu, nədən məlulsan? 

Nərəndən meşədə əsir aslanlar, 

Zərbindən titrəyir xotkarlar, xanlar, 

Sənə baş əyirlər bəylər, sultanlar, 

Bir de, qoç Koroğlu, nədən məlulsan? 

Qıratın üstündə dili-təng olan

Paşalar varına talanlar salan, 

İsgəndər tək sudan bac-xərac alan, 

Bir de, qoç Koroğlu, nədən məlulsan? 

Çənlibeldə ağır məclislər quran, 

Tuncular döşdəyən, əyəşlər qıran, 

Ayaqlarda əsən, başlarda duran, 

Bir de, qoç Koroğlu, nədən məlulsan? 

Yanında əyləşib ala göz Nigar, 

İyidlər, dəlilər bütün hər nə var

Aşıq Cünun şoğa gələr, oxuyar, 

Bir de, qoç Koroğlu, nədən məlulsan? 

Aşıq Cünunun oxumasından Koroğlunun qəlbi coşa gəldi, köhnə 

yaraları təzələndi, sazı aldı, görək nə dedi: 

Sənə deyim, Aşıq Cünun, 

Gözlərimdə yaş inildər, 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə