Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə17/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   13   14   15   16   17   18   19   20   ...   112

Koroğlu səsindən onu tanıdı, ancaq özünü tanıtmamaq üçün səsini 

qısıb dedi: 

– Mən oğruyam. 

Dəmirçioğlu dedi: 

– Elə mən də oğruyam. Gəlmişəm Koroğlunun Qıratını aparam. 

Bir neçə gün bundan əvvəl Koroğlu atını nallatmağa gəlmişdi. Yaxşı 

əlimə keçmişdi hayıf ki, tanımamışam. Əlimdən can qurtarıb gedib. 

Sonra bilmişəm ki, Koroğlu imiş. Ancaq bu dəfə əlimdən salamat 

qurtara bilməyəcək. 

Koroğlu Dəmirçioğlunun gücünü, iyidliyini sınamaq üçün onu töylənin 

qapısına apardı. Dəmirçioğlu töylənin qapısını qıfıllı görüb damın 

üstünə çıxdı. Dəmirçioğlu bir su içim saatda, Koroğlu da onun dalınca 

töylənin belini dəlib yekə bir yer açdılar. Sonra Dəmirçioğlu belindəki 

zənciri Koroğluya verib dedi: 

– Gəl içəri gir, bu zənciri Qıratın döşünün altından salıb bağla, bir 

ucunu da mənə ver. 

Koroğlu töyləyə düşdü. Zənciri Qıratın döşünün altından keçirib 

bağladı. Koroğlu gördü Qırat elə ayağı buxovlu-buxovlu qalxır göyə. 

Koroğlu qışqırdı ki: 

– Əyə, dayan, a zalım oğlu, hələ bağlayıb qurtarmamışam. 

Koroğlu qəsdən zəncirin ucunu Dürata da bağladı. Dəmirçioğlu 

güc vercək Dürat Qıratla qarışıq qalxdı. Koroğlu gördü yox, bu kərgadan 

kimi bir şeydi. Zənciri daşa bağlasa, lap Çənlibeli göyə çəkər. 

Qışqırdı ki: 

– Ayə dayan! 

Qərəz, Koroğlu zənciri bağladı Qırata, özü də yapışdı atın ayağından. 

Bir vaxt gözünü açıb gördü damdadı. Atın ayağından buxovu qırıb 

atdı, sonra Koroğluya dedi: 




– İndi gəl min tərkimə gedək. 

Bəli, onlar Qırata minib düşdülər yola. Koroğlu yol uzunu öz-özünə 

fikir eləyirdi ki, əyər mən birdən qucaqlayıb bunu tutsam, qollarını 

bağlamağa gücüm çatmayacaq. Qılıncla da ki, vursam öləcək. Qalmışdı 

məhəttəl ki, necə eləsin. Çox götür-qoydan sonra axırda bu qərara 

gəldi ki, Dəmirçioğluna bir əmud vursun, yıxılanda tutub qollarını 

bağlasın. Bu xiyal ilə onun təpəsindən bir əmud yendirdi. Dəmirçioğlu 

geri dönüb dedi: 

– Bura bax, bir də belə erkək zarafat eləmə. 

Koroğlu heç bir söz demədi. Bir qədər də getmişdilər. Bir də 

Koroğlu dedi: 

– Aşna, bura bax, şər deməsən, xeyir gəlməz, indi işdi birdən 

Koroğlu Qıratın aparıldığını bilib dalımızca gəldi, onda nə eliyərik? 

Dəmirçioğlu dedi: 

– Nə olar gələndə? Dünənnən gəlsin, bu gün də iki gün olsun. 

Koroğlu dedi: 

– Bəs sən ondan heç qorxmayırsan? 

Dəmirçioğlu dedi: 

– Mən onun nə qılıncından, nə qalxanından, nə əmudundan qorxmuram. 

Amma deyirlər dava eliyəndə onun bir nərə çəkməyi var. Onu 

da eşitmişəm, amma deyirlər çox dəli nərədi. Qorxsam, qorxsam bəlkə 

bircə o nərəsindən qorxam. 

Bir az gedəndən sonra Koroğlu ağızını onun qulağına yapışdırıb bir 

bərk nərə çəkdi. Dəmirçioğlu o saat özündən gedib düz Qıratın ayağı 

altına düşdü. Koroğlu fürsəti əldən verməyib tez atdan düşdü, onun 

qollarını öz zənciri ilə daldan möhkəm-möhkəm bağladı. Dəmirçioğlu 

özünə gələndə qollarını bağlı görüb dedi: 

– Əyə, olmaya elə sən Koroğlusan? 




Koroğlu dedi: 

– Bəli özüyəm ki, var. 

Dəmirçioğlu dedi: 

– Doğrudan da Koroğlusan. Əhsən sənin nərənə. O ad sənə halaldı. 

Qollarımı aç gedək. Bu gündən sonra səninlə dost oldum. 

Koroğlu dedi: 

– Yox, aşna, keçəl suya getməz. Üz vurma, qollarını aça bilməyəcəyəm. 

Dur, elə belə gedək. 

Dəmirçioğlu bir də dedi: 

– Əyə, kişisən, aç qollarımı, deyirəm səninlə dostam. 

Koroğlu qulaq asmadı. 

Dəmirçioğlu işi belə görəndə dedi: 

– Əyə, mən kişiyəm. Söz verdim elədi. Sən deyirsən ki, bəs sən 

açmayanda mən özüm aça bilməyəcəyəm. Aha... 

Dəmirçioğlu bircə dəfə güc verən kimi zəncir parça-parça oldu. 

Bir ucu dəydi Koroğlunun başına. Bayax ha yıxılıb özündən getdi. 

Dəmirçioğlu su-zad səpib onu özünə gətirdi. Sonra dedi: 

– Koroğlu, mənə etibar eləyib qollarımı açmadın. Amma mənim 

sözüm sözdü. Səndən ayrılmaram. Haraya gedirsən gedək. 

Koroğlu ilə Dəmirçioğlu təzədən Qırata tərkləşib Çənlibelə gəldilər. 

Dəlilər, xanımlar yığıldılar. İndi bildilər ki, Koroğlu bu günlərdə 

niyə burnu aşağı imiş. Məclis quruldu. Nigar xanım Dəmirçioğlunu 

beli, başı açıq görüb soruşdu: 

– Yaxşı, bəs belin niyə belə açıqdı? 

Dəmirçioğlu dedi: 

– Bircə toqqam var idi. Koroğlu qollarımı bağlamışdı. Hirslənib 

dartdım qırıldı. 

Koroğlu zəncir əhvalatını danışdı. Hamı onun gücünə və qüvvəsinə 




əhsən dedi. Nigar xanım ona sataşmaq məqsədi ilə bir dəvə gönü 

göstərib dedi: 

– Götür, bir zolaq kəs, bağla belinə. 

Dəlilərdən birisi zarafat üçün bir enli zolaq dəvə gönü kəsib ona 

verdi. Dəmirçioğlu bağladı belinə. Yerə oturanda gön düz ortadan qırıldı. 

Koroğlunun kefi elə idi ki, az qalırdı aya dırmaşsın. Belə bir iyidin 

Çənlibelə gəlib dəlilərə qoşulması onu çox sevindirirdi. 

Dəmirçioğlu da sözünün üstündə durdu. Dəlilərlə dostlaşıb Koroğlunun 

arxası oldu. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




Koroğlu dastanı  

"Koroğlunun Ərzurum səfəri" qolu 

Günlərin bir günü Koroğlunun aşığı Cünun Ərzuruma gəlmişdi. 

Cəfər paşanın məclisində oxuyurdu. Söhbət arasında Cəfər paşa dedi: 

– Ay aşıq, sən söylədin ki, Çənlibellisən. Yəqin ki, başında yeddi min yeddi yüz yetmiş yeddi 

dəlisi olan Koroğlunu görübsən, tanıyırsan. Bir ondan oxu görək. 

Aşıq Cünun Cəfər paşanın cavabında sazı sinəsinə basıb, aldı görək nə dedi: 

 

Qıratın üstündə, ərlər yanında, 



Dağları, daşları, gəzər Koroğlu. 

Hərdən acıqlanıb, nərə çəkəndə 

Yağılar bağrını əzər Koroğlu. 

Meydana girəndə hünər eyləyər, 

Leş qalar bir yanda, kəllə söyləyər, 

Yüz sar gəlsə, bir tərlana neyləyər 

Laçın tək havada süzər Koroğlu. 

Mərd meydandan qaçmayıbdı yaşında, 

Dəlilərin cəm görmüşəm başında, 

Düşməni sındırar tər savaşında, 

Cünun deyər şirə bənzər Koroğlu. 

 

Aşıq Cünunun qoç Koroğlunu tərifləməsi, onun iyidliyindən, mərdliyindən 



oxuması Cəfər paşaya xoş gəlmədi. Ancaq o, məclisdəki 

qonaqlardan keçib aşıq Cünuna bir söz demədi. Aşıq Cünun Cəfər 

paşanın məclisində oxumaqda olsun, sizə Telli xanımdan danışım. 

Cəfər paşanın Telli xanım adlı gözəl bir qızı var idi. O, atasının 

məclisində aşıq oxuduğunu bilən kimi Cəfər paşanın yanına adam 



Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə