L ü Ğ Ə t V ə e n s I k L o p e d I y a L a r



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə6/65
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67592
1   2   3   4   5   6   7   8   9   ...   65

BUL UDLU -  AÇIQ
BULUDLU  -   AÇIQ  Buludlu  qaşqabağı 
birdon  ayazıyıb  açıldı  (S.Rəhimov);  Sonra 
yadına düşdü ki. Zeynəb çəməndə açıq yerdə 
qalmışdı  (S.S.Axundov).
BUMBUZ  -   İSTİ  *3u  doğma  dərdimi 
bumbuz  ürəklər nə  duyar?  (S.Rüstəm);  Tez 
ol,  isti su  və bulud hazır et (S.S. Axundov).
BURMAQ  -   AÇMAQ  Gədələr  Qədim 
dayının  qollarını  burdular  (S.Rəhimov); 
Çərkəz  yorğanı  üstündən  atıb  ayağa  durdu. 
Qollarını açıb gərnəşdi  (İ.Şıxlı).
BÜDRƏMƏK -  DURMAQ Vaxt olub ki. 
büdrəmişəm, yenə durmuşam (T.Şahdağlı).
BÜKMƏK  -   AÇMAQ  Qadın  sualımın 
bir müsahibə şəkli aldığını görüncə əlindəki 
kitabı  bükdü  (S.Hüseyn);  Yenə  Səmayənin 
açılmış  başı;  Qara  hörükləri  titrədir  külək 
(H. Hüseynzadə).
BÜKÜLMƏK  -   AÇILMAQ  Xına  bir 
kağız  parçasına  bükülmüşdü  (C.Məmməd­
quluzadə);  Vəlinin  gətirdiyi  bağlama  açıl­
madı  kı. açılmadı.
BÜKÜLMƏK  -  DÜZƏLTMƏK  Bel 
büküldü,  gətirdi  bəd  hər  işim  (S.Rüstəm); 
Qadın  diksinmiş  kimi,  düzəlib  şax  durdu 
(Mir Cəlal).
BÜRKÜ  -   SOYUQ  Onsuz  da  boğulu­
ram,  bürküdür,  otağa  girəsi  halım  yoxdur 
(M.İbrahimov);  Soyuq,  dəhşətli  bir  soyuq 
Mayanı titrətdi  (M.İbrahimov).
BÜRKÜLÜ  -   SOYUQ  İsti  bürkülü  bır 
gün  idi  (S.Sərxanlı);  İstiyə  də  tab  etdim; 
Soyuğa da alışdım (H.Hüseynzadə).
BÜRÜMƏK  -   AÇMAQ  Laçın  qəfildən 
yapıncısını açıb Gülyazı bürüdü (M.Hüscyn).
BÜZÜŞÜK -  AÇIQ
BÜRÜNCƏKLİ  -   ÇILPA Q   Tüstü 
büriincəkli  qara  saçında;  Üzünü  xəmirlə 
oxlov  ağardır  (Abbasağa);  Buradan  çılpaq 
bir balaca qız çıxdı (S.S.Axundov).
BÜRÜŞMƏK -  AÇILMAQ Quraqlıqdan 
pambığın qozalan bürüşdü.  Sakit açılır qapı; 
Gəlir müəllimimiz (H.Hüseynzadə).
BÜRÜŞÜK  -   AÇIQ  Bürüşük  və  titrək 
əli  ilə  göyün  şimal  tərəfindəki  kiçik  qara 
buludu göstərərək:  -  Baxın -  dedi (A.Şaiq); 
Yarım açıq qapı arasından oğlunun sözlərini 
eşidirdi  (S.S.Axundov).
BÜTÖV  -   YARIMÇIQ  Yarımçıq  bir 
mahnı  gör  nələr  deyir,  Bütöv  bir  aləmdir, 
bır kainatdır (H.Hüseynzadə).
BÜTÜN -   YARI  Bütün  var-yoxum  sənə 
qurbandır  (“Azərbaycan");  Varımı  səninlə 
yarı  bölərəm  (S. Rüstəm).
BÜZMƏK -  AÇMAQ Lyudmila küsəyən 
qızlar  kimi  dodaqlarını  büzdü  (C.Əmirov); 
Açsın  isti  qoynunu;  Doğma  sinif  otağı 
(H. Hüseynzadə).
BÜZÜK  -  AÇIQ  Hər  şeyə  yuxarıdan 
baxan  büziik  gözlərində  hüdudsuz  bir 
təkəbbür çöküb qalmışdı (M.İbrahimov); Açıq 
qapıdan  musiqi səsi  gəlirdi  (S.S.Axundov).
BÜ ZÜ LM Ə K -A ÇILM A Q  Yadımdadır 
indi  də  dodaqlanm  büzüldü  (S.Rüstəm); 
Oyanır yuxudan sevimli  şəhər. Açılır cvlonn 
pəncərolori (H.Hüseynzadə).
BÜZÜŞÜK  -   AÇIQ  Büzüşük  duruşdan 
hiss olunurdu  ki. o çox  osobi  və  narahatdır 
Əyin yuxa, baş açıq.  Bilmədim necə edim?! 
(H.Hüseynzadə).


CƏNNƏT -  CƏHƏNNƏM
CƏNNƏT  -   CƏHƏNNƏM  Cənnətin 
yazlığı, cəhənnəmin  payızlığı (Ata.  sözü).
CƏSARƏT -  QORXU  Soni bu  fəlakət­
dən  yalnız  bilik  vo  cəsarət  qurtaracaq 
(A.Şaiq); Mənim qayedibi kəndim nə qədər 
davam  edərsə;  buranın  qorxusu  yoxdur 
(S.S.Axundov).
CƏSARƏTLƏNMƏK  -   QORXMAQ
Emin  guya  cəsarətlənmişdi  (S.Qədirzadə); 
Ancaq açılmayır o qorxur  ki,  sən;  Onu  bir­
dəfəlik  rədd eləyəsən (S.Vurğun).
CƏSARƏTLİ -  QORXAQ Bilirsinizmi, 
çox  fikri  açıq,  çox  cəsarətli  uşaqdır 
(M.İbrahimov);  Belə qorxaq  başı  saxlamağa 
dəyməz (S.Vəliyev).
CƏSARƏTLİ LİK  -   A CİZLİK  Bu 
yarışda  cəsarətlilik  göstərdi.  Acizlik  adamın 
birinci  düşmənidir,  yadında  saxla  (M.İbra­
himov).
CƏSARƏTSİZ -  ÜRƏKLİ Ancaq cəsa­
rətsiz ağlın da  kəsəri  olmaz (M.İbrahimov); 
Sərvinaz ürəkli cavab verdi  (“Ulduz” ).
CƏSUR -  ACİZ  Dağlara səyahət cəsur­
ların  idmanıdır  (S.Qədirzadə);  Övladlarım, 
bu  işdə  bir qanun  var ki, onu  pozmaqda  biz 
acizik (S.S. Axundov).
CƏSUR  -   QORXAQ  O,  qüvvətli  vo 
cəsur  kişiyə  oxşayırdı  (C.Əmirov);  Böyük 
bır cinayətə göndərilən qorxaq adamlar kimi 
əlim-ayağım  əsirdi  (S.Qədirzadə).
CƏSURLAŞMAQ  -   QÖRXAQLAŞ- 
MAQ  İftixar  hissi  onu  cəsurlaşdırdı 
(“Ulduz");  Bılirom.  adam  evləndikdə  bır 
balaca qorxaqlaştr (M.Hüseyn).
CƏSURLUQ -  QORXAQLIQ Qardaşın 
cəsurluğundan  doğan  iftixar  hissi  Anato- 
linin  qəlbini  doldurdu  (S.Vəliyev);  İlər  bır 
xəsis adamda  olduğu  kimi,  bunda  da  təbiət 
böyük  qorxaqlıq yaratmışdı  (S.S.Axundov).
CİDDİ  -   MÜLAYİM  Xanım  ciddi  vo 
sevincli bir sima ilə Muxtarın qolundan dartdı 
və  təkidlə  dedi  (Çəmənzəminli).  Açıq  vo 
mülayim  hava  Kərəmin  urəyını  oxşadı 
(M  İbrahimov)
CIRNATMAQ -  ŞƏNLƏNDİRMƏK
CİDDİ -  ZARAFAT Onlar ciddi müqa­
vimət  göstonrd lər (M.İbrahimov);  Batmaq 
olarmı  xana? O, top. tüfəng, tapança; Zara­
fatdır,  ya nədir? (S.Vurğun).
CİDDİLƏŞMƏK  -   MÜLAYİMLƏŞ­
MƏK  Aslanın  sifəti  ciddiləşdi,  dərin  fikrə 
getdi  (S. Vəliyev);  Sonra o  bir qədər müla­
yimləşərək:  Əziz,  sən  mənim  yanıma  xəstə 
gətirmisən, özün də şəfa istəyirsən, qoy biz 
də  işimizi görək (A.Məmmədrza).
CİDDİLİK -  YUMŞAQLIQ Əliqulu xan 
həmişə  quru  görünən  sifətinə  bir  qədər də 
ciddilik  artırırdı  (A.Məmmədrza);  O  macal 
vermədi,  mənim  yumşaqlığımdan  istifadə 
edib danışdı (Mir Cəlal).
CIĞAL -  SAKİT Ancaq bu başdan bil ki. 
bizim  arvad  yaman  cığaldır (S.Qədirzadə); 
Təbiət çox sakitdir (M.S.Ordubadi).
CILXA -  QARIŞIQ Mən do adi insanam; 
Nə  başdan-başa  tərif,  nə  də  cılxa  nöqsan 
(R.Rza);  Suyumuz da qarışıqdır.
CILIZ  -   GÜCLÜ  Cılız,  anq  oğlan  idi 
Məhərrəm  (M.Eynullayeva);  Bilirəm  siya­
sət güclüdür səndə  (S. Vurğun).
CINDIR -  TƏ ZƏ   Başında cındır yaylıq, 
əynində  cırıq  köynək  (S.Rüstəm);  Təzə 
yaylığı ilə üzünün tərini sildi ("Azərbaycan").
CİNGİLTİLİ -   KAR  Samitlər səs tellə­
rinin  iştirakına görə cingiltili vo kar olmaqla 
iki  yerə  bölünür.
CİNLƏNM ƏK  -   SAKİTLƏ ŞM Ə K
Əvvəllər  qız  bu  sözü  eşidəndə  cinlənərdi, 
onlardan  heyfim  alardı  (S.Qədirzadə);  Hirsi 
soyuyandan  sonra sakitləşərdi.
CIRIQ  -   TƏZƏ  Deyir  otuz  arşın  təzə 
parça  olsaydı,  yorğan-döşəyi  düzəldərdim 
(Ə.Vəliyev);  Erkək  atın  çulıı  cırıq  gərək 
(Ata.  sözü).
CIRM AQ  -   TƏZƏLƏM ƏK  Bir  döyüş 
vo  bir  zofor  yarpağını  cırıram  (S.Rüstəm); 
Yer  kürəmiz  fəsil-fəsil;  təzələyir  döşəyini 
(R.Rza).
CIRNATMAQ  -   ŞƏNLƏNDİRMƏK
Poladla  Kamran  Muradı  cırnatmaq,  məclisi


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə