14
2.1.2.2. Diğәr çağdaş türkcәlәr
2.1.2.3. Ortaq dünya dillәri kontekstindә vә Avrasiya türkcәlәri müstәvisindә, Türkiyә
türkcәsi vә digәr inkişaf etmiş türk әdәbi dillәri әsasında bir ortaq ünsiyyәt vә әdәbi
uyğunlaşdırma türkcәsi
2.1.2.3.1. Avrasiya ortaq dillәri müstәvisindә türk dillәri arası “Dil-uyğunlaşdırma vә
dil-işlәnilmә” proqramları vә ya E-türkcә
2.1.2.3.2. Ortaq dünya dillәri kontekstindә ümumtürk dilinin vә ya ayrı-ayrı türk әdәbi
dillәrinin ana dili olaraq tәlimi, xarici dil olaraq tәdrisi vә ortaq dil olaraq işlәnilmә modellәri
2.1.2.3.3. Türkoloji dilçiliyә dair koqnitiv-konseptual sәciyyәli vә kompüter linqvistikası
işlәmli üst vә alt qavramlaşdırmalar vә kateqoriyalaşdırmalar korpusu
2.2. Dinlәr vә inanclar
2.2.1. Müsәlman türklәr
2.2.2. Müsәlman olmayan türklәr
2.2.2.1. Xristian, musәvi, şamanist vә s. türklәr
2.2.2.2. Müqәddәs dinlәrә itaәt etmәyәn türklәr
2.2.2.3. Göy Tanrı, totemizm, şamanizm vә digәr qәdim inanclar
2.2.2.4. Ateizm vә ya dinsizlik
2.3 Adәt-әnәnәlәr
2.3.1. Dini vә milli bayramlar, bütün dünyada qeyd olunan günlәr, özәl günlәr
2.3.2. Türklük-Türk dünyası qavramını tәşkil edәn mәdәniyyәt sәciyyәli digәr әsas
faktorlar
2.3.2.1. Mәrasimlәr; davranış vә yaşam şәkillәri; tarixdәn günümüzә Novruz bayramı
2.3.2.2. Şifahi vә yazılı әdәbiyyat; incәsәnәt, xalq sәnәti örnәklәri vә musiqi
2.3.2.3. Geyim, qiyafәt vә mәtbәx
2.3.2.4. Heyvandarlıq, balıqçılıq, ovçuluq, bağçılıq, kәnd tәsәrrüfatı vә s.
3. Türk kimliyi
3.1. XIX yüzilin sonları, XX yüzillin әvvәllәrindә Türk dünyasında “Kimlik
arayışları”
3.1.1. Çar Rusiyasında türk xalqlarının milli kimlik mübarizәsi ( Әli bәy Hüseynzadә vә
“Fyuzat” jurnalı, İsmayıl Qaspıralı vә “Tәrcüman” qәzeti)
15
3.1.2. Azәrbaycan Demokratik Cümhuriyyәti vә Çağdaş Azerbaycan Respublikası
(“Azәrbaycan” qәzeti)
3.2. Tәnzimat dönәmindә milli kimlik problemlәri vә milliyyәtçilik hәrәkatları
(Yusuf Akçura, Ziya Gökalp, Әli bәy Hüseyinzadә vә s.)
3.2.1. Osmanlıçılıq
3.2.2. İslamçılıq
3.2.3. Türkçülük-milliyyәtçilik ust qavramlaşdırması müstәvisindә digәr millәtçilik-
vәtәnpәrvәrlik axınları vә ya Azәrbaycançılıq, tatarçılıq, özbәkçilik, türkmәnçilik, qazaxçılıq vә
ya türk mәdәniyyәtlәri vә nәhayәtdә türk dövlәtlәri vә s. qavramlaşdırmaları
3.2.3.1. Azәrbaycançılıq vә ya “Mәn Azәrbaycanlı olmağımla fәxr edirәm”
qvramlaşdırması (Ulu öndәr Heydәr Әliyev)
3.3. Dünyәvilik, çağdaşlıq; demokratiya vә milli mentalitet
3.3.1. Atatürk, Atatürkçülük vә çağdaş Türkiyә Cümhuriyyәti
3.3.2. Heydәr Әliyev vә çağdaş Azәrbaycan Respublikası
3.3.3. Qloballaşma kontekstindә çağdaş Avrasiya türk dövlәtlәri, muxtar respublikaları,
vilayәtlәri vә topluluqları
3.3.3.1. Avrasiya qavramlaşdırması kontekstindә türk-slavyan milli komponentlәrinin
qarşılıqlı әlaqәlәri
3. 4. Aqrar, sәnaye vә bilgi cәmiyyәtlәri
3.4.1. Bilgi-informatika vә intellektual sәciyyәli informasiya texnologiyaları
cәmiyyәtlәri
3.4.2. Retprosperspektivel vә interospektivel sәciyyәli konseptuallıq kontekstindә insan,
cәmiyyәt vә fәrd qavramlaşdırmaları
3.4.2.1. Qloballaşma, cәmiyyәtlәşmә (toplumlaşma) vә fәrdlәşmә
3.4.2.1.1. Ziyalılıq vә intellektuallıq
3.4.2.2. Türk ailә quruluşu
Sözügedәn koqnitiv-konseptual layihәlәndirmә kontekstindә ümumtürk mәdәniyyәtinә
görә sıra ilә ikinci vә üçüncü qavramlar olaraq müәyyәnlәşdirilәn türk dili vә türkoloji dilçilik
qavramlaşdırmaları vә kateqoriyalaşdırmalarının problemlәri çağdaş dilçilikdәki yeniliklәrin
işığında araşdırılmaqdadır. Problemlәr ümumtürk dilinin fonetik, fonoloji, morfoloji, sintaktik,
16
mәtnlinqvistik
4
, leksik, leksikoqrafik vә frazeoloji materiallarına görә öyrәnilmәkdә vә buna
bağlı olaraq türkoloji dilçiliyә dair yeni araşdırma-öyrәnilmә yönümlәri vә konkret yöntәmlәri
üzәrindә durulmaqdadır. Türkoloji dilçilik qavramlaşdırması, ümumtürk dilinin min illik
inkişafına, qәdim türk dilinin әdәbi dillәr vә dialektlәr sәviyyәlәrindәki dil-işlәnilmә, şifahi vә
yazılı mәtnlәrin әdәbi uyğunlaşdırma işlәkliyinә, ana dilinin tәlim vә tәdrisinә görә
aparılmaqdadır.
Belә bir araşdırma-öyrәnilmә yönümü bir tәrәfdәn ümumtürk dilinә dair indiyә qәdәr
aparılmış olan әnәnәvi tәdqiqatlardan, digәr tәrәfdәn isә çağdaş linqvistik axınların içәrisindә yer
tutan yeni araşdırmalardan (Dilbilim Araştırmaları 1900-2004) fәrqlәnir. Buna görә dә aşağıda
sözügedәn yönüm vә yöntәmlәrin әsaslanıldığı koqnitiv-kompüter dilciliyi vә onların iş
prinsiplәri haqqında konkret olaraq bilgi verilmәkdәdir.
3. Koqnitiv vә kompüter-mühәndis
5
linqvistikası yönümlәri vә yöntәmlәri
XX yüzilin sonlarından başlayaraq dilә dair elmin әsas tәsisatları yenilәnmәkdәdir.
Hәmin tәsisatların dәyişim proseslәrindәn indi paradiqmatik vә sintaqmatik sıralanmaların
yenilәnmsi kimi dә bәhs olunur. Artıq dil digәr intellektual fәaliyyәt formaları ilә birlikdә
öyrәnilmәkdә vә dilçiliyin tәdqiqat obyekti dә mәhz buna uyğun olaraq dәyişmәkdәdir. Araşdı-
rıcıların diqqәti dil daşıyıcılarının şüurlu dil fәaliyәti üzәrindә mәrkәzlәşmәkdә, dilin özü isә әsas
dәrketmә mәnbәyi kimi göstәrilmәkdәdir. Koqnitiv vә kompüter-mühәndis vә ya informasiya
texnologiyaları linqvistikası yönümlәri vә yöntәmlәri dә hәmin kontekstdә müәyyәnlәşdiril-
mәkdәdir.
İnsan biliyi vә ya bilik sәviyyәsinin sistemi necә qurulmuşdur, hansı formalarda vә
mexanizmlәrlә işlәyir? Bütün bunları vә varlıq simvollarının dәyişimlәrinә dair fakt vә
hadisәlәrin vә duyğuların yaratdığı biliklәrin dәrketmә proseslәrinin tәfәkkürdә әks olunmasını
günümüzdә koqnitiv linqvistika öyrәnir. Dil vasitәsilә insan beynindә әks olunan bilik sisteminin
alt vә üst sәviyyәlәri ilә qavramlaşdırılması vә kateqoriyalaşdırılması koqnitiv linqvistikanın
araşdırma prinsiplәrinin cәmi kimi dәrk edilir. Elektronik vә kompüter texnologiyalarının
4
Azәrbaycan türkcәsindә tәrәfimizdәn “mәtnlinqvistik” şәklindә işlәdilәn söz mәtnә aid olan linqvistik özәlliklәri
bildirir. Hәmin söz bir linqvistik termin olaraq ingiliscә Text Linguistics almanca texstlengüistik, rusca лингвиcтикa
тeкcтa, Türkiyә türkcәsindә isә metindilbilimsel sözlәri ilә ifadә olunur.
5
Kompüter-mühәndis linqvistikası anlayışı Azәrbaycan dilindә informasiya texnologiyaları linqvistikası kimi dә
ifadә oluna bilәr.
Dostları ilə paylaş: |