21
ətraf mühitdən təsir edən faktorları dəyişmək deməkdir. Deməlı, insan
faktirların faktorudur.
Orqanizmlərin uyğunlaşmaları mühiti xarakterizə edən obyektiv gös-
təricilərdir. Orqanizmlərin mühitə uyğunlaşması nisbi xarakter daşıyır. İnsan
ətraf mühiti dəyişməklə orqanizmləri yeni-yeni uyğunlaşmalar qazanmağa
məcbur edir: etoloji (davranış) uyğunlaşmaları →ekoloji (həyat tərzi) uy-
ğunlaşmaları→morfoloji uyğunlaşmalar. Budur təkamülün ümumi yolu.
Antropogen faktorun təsiri altında baş verən təkamülə misallar: vəhşı hey-
vanlar- yaylaqda ev heyvanları, quşların yumurtalarının rənginin əlvan
olması (morfoloji qalıq).
A.C.Monçadski təklif edir ki, ekoloji faktor orqanizmdə periodik dəyi-
şikliklər əmələ gətirərək təkamül prosesində irsən möhkəmləndirilməlidir.
B.A.Bıkova görə ekoloji faktor (latınca – factor- yaradan, edən) –
ornizmlərdə və ekosistemlərdə gedən proseslərin istiqamətini və sürətini
müəyyənləşdirən xarici və daxili gücdür.
Orqanizmlərin 3 əsas reaksiya tipini ayırmaq olar:
a)
sadə forma – orqanizmin təsir mənbəsinə görə məkanca dəyişməsi.
Buna misal, həyat fəaliyyətini saxlaması üçün orqanizmlərin yerdəyişməsi;
b) daha mürəkkəb reaksiya tipi – həyat fəaliyyəti səviyyəinin miqdarca
dəyişməsi, bu o zaman baş verir ki, xarici təsirlərə cavab olaraq, orqanizm
məkanca öz yerini dəyişə bilmir; c) cavab reaksiyalarının ən mürəkkəb tipi –
həyat fəaliyyəti xarakterinin dəyişməsidir (diapauzalar, qış yuxuları, ana-
biozlar, fotoperiodik reaksiyalar və s.). Bu reaksiyalar uzunmüddətli və
intensivlikli ola bilər: məsələn, fəsillərin dəyişməsi, parazitlərin təsiri, çirk-
ləndirici maddələr və b.
Canlıların təbii yaşama şəraitinin antropogen ―təkamülü‖ 2 əsas mər-
hələ keçir.:
1.
Modifikasiya mərhələsi- yarımsəhra – çöl - çəmənlik - meşə -
kolluq yerində otlaq - biçənək - torpaq yollar salınması həmin sahələrin
modifikasiyasıdır - şəkildəyişməsi.
2.
Transformasiya mərhələsi – modifikasiya olunmuş sahələr yerində
tarla, bağ, üzümlük, magistral yol, kənd, şəhər və s. salınması təbii yaşama
şəraitinin tamam transformasiyasıdır.
Canlıların yaşama şəraitinə antropogen təsir onların təkamülünə yeni-
yeni istiqamətlər verir.
Ətraf mühitdə ekoloji faktorların rolu haqqında bir neçə mühüm
konsepsiyanı bilmək vacibdir.
1.
J.Libix qanunu (―minimal tələb‖). 1840-cı ildə alman alim-aqro-
nomu evtrofikasiya prosesi, ekoloji partlayış, seliteb sahələrin bioloji çirk-
lənməsini təhlil edərək, qorxulu ekoloji partlayışların profilaktikası üçün
22
onun əmələ gəlməsində əsas rol oynayan ekoloji faktorları bilməyin vacib-
liyini müəyyənləşdirdi.
2. B.Şelford qanunu (dözümlülük qanunu) 1913-cü ildə İsveçrə alimi
orqanizmin ətraf mühitdən ekoloji tələbatını iki qrupa ayırdı: minimal eko-
loji və maksimal ekoloji tələbat. Bu iki şərait arasındakı şərait orqanizmin
dözümlülük həddi adlanır: F
min
< F
opt
< F
max
.
Canlıların ekoloji dözümlülük həddi ilə əlaqədar bir neçə ekoloji
qanunauyğunluqlar müəyyən edilmişdir.
1.
Canlıların döğzümlülük həddi bir faktora qarşı geniş, başqa faktora
qarşı məhdud ola bilər.
2.
Arealı geniş olan növlər bir neçə faktora qarşı dözümlü olur.
3.
Ətraf mühitdən canlıya təsir edən hər hansı ekoloji faktor optimal
olmayanda onun digər ekoloji faktorlara da dözümlülük həddi məhdudlaşır.
4.
Laboratoriya şəraitində əsas olan faktor, təbiətdə başqa faktorların
təsiri altına düşüb, ikinci dərəcəli ola bilər. Deməli, təbiətdə faktorların təsiri
bir - birindən asılıdır.
5.
Orqanizmin dözümlülük həddi onun inkişaf mərhələsindən və
yaşından asılı olaraq dəyişə bilər. Subay fərdlərin dözümlülük həddi nəsil
verənlərə nisbətən geniş olur.
Konkret növ canlıların dözümlülük həddini bildirmək üçün steno(dar)
və evrı (geniş) sözlərindən istofadə olunur.
Orqanizmlərin ekoloji dözümlülük həddini bildirən anlayışlar:
Ekoloji faktorlar Dözüm. həddi məhdud olan Dözüm. həddi geniş olan
1. Temperatur Stenoterm Evriterm
2. Duzluluq Stenoqal Evriqal
3. Yemlənmə Stenofaq, monofaq Evrifaq, polifaq
4. Oksigen Stenoksibiont Evriksibiont
5. Təzyiq Stenobat Evribat
6. Biotopa görə Stenotop Evritop
7. Yaşama şəraiti Stenoykiya Evrioykiya
8. Faktorlar cəmi Stenobiont Evribiont .
Ekoloji faktorlar arasnda həmçinin limitldirici faktorlar da ayrılır. Bu
faktorlar müəyyən növ üçün ekstremal hesab olunan şəraitdə yaşamaq
imkanını məhdudlaşdırır. Limitləşdirici faktorlar haqqında fikri ilk dəfə XIX
əsrin ortalarında alman alimi aqrokimyaçı Y.Libix irəli sürmüşdür. Təlabatla
müqayisədə özünün azlığı və hədsiz çoxluğu ilə orqanizmin inkişafını mə-