www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Bəxtiyar Tuncay
Sakların dili və ədəbiyyatı
200
200
Kaşğarlı Mahmudun yazdığına görə,Türküstandakı
Barsqan,Sayram və Koyaş şəhərlərini Alp ər Tonqa
saldırmışdır.12 illik türk dövri heyvan təqvimini də o icad
etmişdir.Əski fars qaynaqlarında onun Xorəzm,Xorasan.İran
və Azərbaycanda çox sayda şəhər saldırdığı qeyd
edilməkdədir
(84.19).
Məsələn, Sasanilər dövründə pəhləvi
dilində qələmə alınan, müəllifi bilinməyən və elm aləmində
şərti olaraq "İran şəhərləri" adlanan bir kitabda
Aturpatakandakı,yəni Azərbaycandakı Gəncə şəhərinin
əsasının Əfrasiyab, yəni Alp Ər Tonqa tərəfindən qoyulduğu
qeyd edilir.
(83.19).
Zərdüştün "Avesta"sında bu şəhərin adı Qanqxa kimi
çəkilir və onun Turanın
taxt şəhəri olduğu, Turan xaqanının da
bu şəhərdə otuduğu qeyd edilir."Avesta"da bütün
turanlılar,yəni türklər kimi ünvanına təhqir və böhtanlar
yağdırılan Alp Ər Tonqa həmin kitabda Tranqrasyan adı ilə
yad edilir.Qədim yunan mənbələrində onun adı Prototiy kimi
çəkilir və onun iskitlərin, yəni türklərin
xaqanı olduğu bildirilir.
Bu bötük türk xaqanı haqqında
məlumat verən və eradan əvvəl 7-ci əsrə aid olan aşşur mixi
kitabələrində onun adı Partatua kimi qeyd edilib və o, İşkuz,
yəni İç Oğuz hökmdarı adlandırılıb. Maraqlıdır ki, Firdovsi
də "Şahnamə"də onu oğuz-türkmən mühiti ilə bağlayır.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Bəxtiyar Tuncay
Sakların dili və ədəbiyyatı
201
201
201
201
201
201
201
Firdovsiyə görə, Əfrasiyab (Alp Ər Tonqa) dödüncü oğlu
Qara xana oğuzların da daxil olduğu türk odusunun
komandanlığını vermişdir:
"Sərkərdə Qara xan, dördüncü oğul
Əlbisəsini geyinib, atasının yanına gəldi.
Atası ona otuz minlik türk-çiqil atlılarını
Verdi, döyüĢ yerindən qorxmayan
Həmçinin taraz, oğuz, xalac atlıları
Otuz minlik sınaqdan çıxmıĢ atlı."
(85.88-89).
Eyni zamanda Əfrasiyabın (Alp Ər Tonqanın) atası
Pəşəngin başında durduğu otuz minlik qoçaq türkməndən də
söz açmaqdadır:
"Onların sərkərdəsi-təcrübəli qoca Nastul
Qoçaq PəĢəngin himayəsi altında
Otuz min igid türkmən
DöyüĢ baltaları ilə silahlanmıĢ,
Yayla-oxla silahlanmıĢ döyüĢə getdilər."
(85.89).
Təsadüfi deyil ki, oğuz olduqları heç bir şübhə
oyatmayan Səlcuqlular özlərini Alp Ər Tonqanın
(Əfrasiyabın) soyundan hesab etmişlər
(85.28).
"Avesta" Alp Ər Tonqanın bol duzlu Çiçəstə gölü
sahilində qətlə yetirildiyi bildirilir."Bundaxşinin kitabı"nda
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Bəxtiyar Tuncay
Sakların dili və ədəbiyyatı
202
202
söylənilənlərdən isə belə məlum olur ki, Çiçəstə gölü
Aturpatakanda.yəni Azəbaycanda yerləşir.
(83.20).
Bu məlumatlardan göründüyü kimi, Alp Ər Tonqa
Cənubi Azərbaycanda yerləşən bol duzlu Urmiya gölü
sahilində
qətlə
yetirilmişdir.Onun
Azərbaycanda
öldürüldüyünü
Yeni
Türk
Ensiklopediyası
da
təsdiqləməkdədir:
"Alp Ər Tonqa iranlılarla çox uzun bir mücadiləyə
girmiĢ..., Altaylara qədər təqib edilmiĢ, yenə həmlə etmiĢ,
nəhayət, Azərbaycanda... öldürülmüĢdür (m.ö.624)."
(86.Xl,4363).
Deməli, ona həsr edilən ağı da məhz həmin
bölgədə,başqa sözlə,Azərbaycanda yaranmışdır.Təsadüfi deyil
ki,Azərbaycanda yaradılmış digər ağılar kimi bu ağı da təmiz
oğuz türkcəsindədir:
Sel gəldi beldən oldu,
Qan qusdu yeldən oldu.
Vay düĢdü sarayıma,
El gəldi harayıma.
Dirsəkli,dirəkliydin,
Sən aslan biləkliydin.
Hay vergil harayıma,
Vay düĢdü sarayıma.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Bəxtiyar Tuncay
Sakların dili və ədəbiyyatı
203
203
203
203
203
203
203
Oğul hey,
Oğul hey,
Oğul hey,
Oğul hey!
Yas nəğmələrinin mühüm hissəsini ağılar təşkil
edir.Yas mərasimlərində oxunan ağılar bu gün təkcə bayatı
şəklində yayılmış nümunələrlə məhdudlaşmır. Xalq içərisində
onlardan daha əvvəlki dövrlərdə yarananlardan da
dövrümüzədək gəlib çıxanları var:
Mən öldüm ağlamaqdan,
Bağa su bağlamaqdan.
Bağda yarpaq qalmadı,
Yarama bağlamaqdan.
Altımda kilim yandı,
Od düĢdü,kilim yandı.
Canım oğul deməkdən,
Ağzımda dilim yandı.
Alp Ər Tonqaya ağı öz dilinə görə Kaşğarlı
Mahmudun
nümunə
kimi
verdiyi
digər
ağılardan
fərqlənir.Buradakı digər ağılar uyğur dilində,başqa sözlə
xaqaniyyə tükcəsindədir.
Ulsıp ərən börləyü,
Yırtıb yağa urlayu.