MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə59/75
tarix14.12.2017
ölçüsü2,89 Kb.
#15631
1   ...   55   56   57   58   59   60   61   62   ...   75

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
              Bəxtiyar Tuncay           
 Sakların dili və ədəbiyyatı
 
232 
232 
bilavasitə  saklara,  hansının  isə  bilavasitə  kuşanlılara  aid 
olduğunu  müəyyən  etmək  çox  çətindir.  Sözügedən  əsərlərin 
tərcümə  deyil,  orijinal  əsərlər  olduğunu  həm  də  o  fakt  sübut 
edir  ki,  dövrümüzədək    türk  dilində  bir  neçə  buddist 
məzmunlu  orijinal  şer  nümunəsi  də  ulaşmıdır.  Onlardan 
bəzilərinin müəlliflərinin adları (Çisuya Tutinq, Pratyaya Şiri, 
Astanq Kalam Keysi və Kiki) belə məlumdur 
(118.163-238). 
Bu şerlər içərisində Atsanq Kalam Keysinin iki şeri də 
var  ki,  onların  məhz  saklara  aid  olduğu  və  Şakı  Muninin 
(Buddanın)  dövrünə  çox  yaxın  bir  dövrdə  yazıldığı  heç  bir 
şübhə  oyatmır  və  onların  məhz  sak  dili  və  ədəbiyyatı 
nümunəsi olduğunu sübut etmək heç bir çətinlik törətmir. Bu 
işdə  bizə  Buddanın  türk  mətnlərində  rast  gəlinən  gerçək  adı 
olan Burxan adı yardımçı olur və məhz bu antroponim bizə bir 
çox  gizli gerçəkləri anlamağa imkan yaradır. 
                       SAK DİLİNİN ŞƏRQ (XOTAN) VƏ  
                           QƏRB (PARFİYA) ŞİVƏLƏRİ 
V.V.Radlovun  "Qədim  türk"  lüğətində  "Burxan" 
antroponimi haqqında ya-zılıb: 
"ġəxs  adı.  Budda-buddist  təlimin  yaradıcısı.." 
(14.127).
  
Alim  bir  qədər  yuxarıda  "burxan"  terminindən  söz 
açaraq, bu terminin guya çin dilindən türk dilinə keçdiyini və 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
          Bəxtiyar Tuncay        
 Sakların dili və ədəbiyyatı
 
233 
233 
233 
233 
233 
233 
233 
guya  həmin  terminin  əslinin  çincə  "bvyr"  olduğunu  yazır 
(14.127).  
Bəri  başdan  deyək  ki,  geçəkdən  də  çindilli  buddist 
mətnlərdə  "burxan"  əvəzinə  "bvyr"  yazılır.  Hinddilli 
mətnlərdə  isə  nə  "burxan",  nə  də  "bvyr"    kəlmələrinə  rast 
gəlinmir.  Deməli,  termin  ya  türkcədən  çincəyə  keçərək  bir 
qədər təhrif olunmuşdur, ya da əksinə. V.V.Radlov üstünlüyü 
çin dilinə verir. Fəqət "burxan" kəlməsinə gətirdiyi misalların 
əksəriyyətini  buddizmə  heç  bir  aidiyyatı  olmayan  türkdilli 
manixeist  (Xuastanift)  və  türk-müsəlman  mənbələrindən 
(Mahmud  Kaşğarlı  və  Yusif  Balasaqunlu)  misal  çəkir  və  bu 
kəlmənin  dinindən  asılı  olmayaraq  bütün  türklər  üçün 
ümumişlək söz olduğuna, eləcə də Mahnud Kaşğarlı və Yusif 
Balasaqunlunun  həmin  kəlməni  büt,  manixeist  mətnlərin  isə 
peyğəmbər mənalarında işlətdiklərinə göz yumur
 (14.127). 
Maraqlıdır  ki,  eyni  terminə    türk-şaman  mifoloji 
sistemində də rastlanır və o, Tanrı anlamında işlənir. Məsələn 
N.F.Katanovun  yazdığına  görə,  tuvalılar  inanmışlar  ki,  ən 
yuxarı  dünyada  Burxan  (Tanrı)  yaşayır.  İnsanların  sahib 
olduqları  hər  şeyi,  o  cümlədən  övladları  o  verir.  Burxan 
insanlara  pislik  edən  şər  ruhları  məhv  etmək  üçün  orta 
dünyaya  ildırım  və  şimşəklər  göndərməklə  müdaxilə  edir 
(208.47). 
Türkdilli buddist ədəbiyyatının şah əsərlərindən biri 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
              Bəxtiyar Tuncay           
 Sakların dili və ədəbiyyatı
 
234 
234 
olan  "Altun  Yaruq"da  da  Burxan  eyni  səviyyədə  tutulur  və 
"tanrılar tanrısı" adlandırılır: 
"Anta  ötrü  tenqri  tenqrisi  Burkan  inça  tipyarlıkadı 
Ananta..." 
(118.297) 
Tərcüməsi: 
"Ondan  ötrü  tanrılar  tanrısı  Burxan  Ananda  belə 
söylədi..." 
Eyni  zamanda  buddist  və  manixeist  mətnlərdə  rast 
gəlinən  "burxanlıq"  termini  də  olmuşdur  ki,  birinci  halda 
"Buddaya məxsus", ikinci halda isə "müqəddəs" anlamlarında 
işlənmişdir 
(14.127).
  Şübhəsiz  ki,  bu  faktlar,  eləcə  də 
tərcümənin türkcədən çincəyə olduğunu sübut edən yuxarıdakı 
digər  faktlar  kəlmənin  türkcədən  çin  dilinə  keçdiyini  sübut 
edir.  Eyni  termin Buddanın  adı  kimi türk dilindən buddizmin 
şimal  qoluna-lamaizmə  sitayiş  edən  xalqların,  yəni  tibet  və 
monqol  xalqlarının  da  dilinə  keçmişdir  və  bu  xalqlar  da 
Buddaya Burxan deyirlər. 
Yeri  gəlmişkən,  qeyd  edək  ki,  türk  və  çin  dillərində 
ortaq olan kəlmələrdən biri də "ağ" (üzə ağ olmaq mənasında) 
kəlməsidir  ki,  V.Radlov  bu  kəlmənin  də  guya  çincədən 
türkcəyə  keçdiyini  iddia  edir  və  həmin  sözə  nümunə  kimi 
buddist 
məzmunlu, 
türkdilli 
"Kalyanamkara 
və 
Papamkara"dan misal çəkir: 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
          Bəxtiyar Tuncay        
 Sakların dili və ədəbiyyatı
 
235 
235 
235 
235 
235 
235 
235 
"Ol  ödün  qanqi  qan  ayıq  qılınclıq  ağ  oqlin  inça  tep 
saqıntı."  (Eyni  zamanda,  o,  pis  iĢlər  görən  və  üzünə  ağ  olan 
oğlu barədə düĢünürdü) 
(14.48). 
Bəlkə də bu fikirlər Radlovun  öz fikirləri deyil,  onun 
əsərini redaktə etmiş rus-sovet redaktorların əlavəsidir. Doğru 
cavabı gələcək tədqiqatçıların öhdəsinə buraxırıq. 
Eyni kəlmə eyni mənada çin dili ilə heç vaxt təmasda 
olmayan Azərbaycan türkcəsində də işlənir. Ona ərəb dilində 
də  rast  gəlinmişdir.  Ərəb  dili  də  çincə  ilə  heç  vaxt  təmasda 
olmamışdır. Lakin bu iki dilin türk dili ilə təması olub. Bu isə 
o deməkdir ki, kəlmə təmiz türk terminidir və həm ərəb, həm 
də çin dilinə məhz bizim dildən, yəni türk dilindən keçibdir. 
Yeri  gəlmişkən  qeyd  edək  ki,  Budda  buddizmin 
əsasını qoymuş şəxsin gerçək adı deyil, ona verilmiş ləqəbdir. 
Belə  hesab  edilir  ki,  onun  əsil  adı  Qautana  olmuşdur. 
(86.444). 
Türk  mətinlərində  isə  onun  gerçək  adı  Burxandır. 
Astanq  Kalam  Keysinin  şerlərindən  isə  onun  oğlunun  adını 
öyrənirik: 
"Burkan oğlu Tolpı Tüzün Uğan arĢınınq 
Bulunçus yiq ödqilərin üğmiĢ Ģlokda 
Burk-Ģark kılıp on edqüsin mən-Astanq özüm 
Buyan küsüĢ özə köĢmüĢ taksut baĢladı." 
(118.210). 
  
Tərcüməsi: 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə