MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə55/75
tarix14.12.2017
ölçüsü2,89 Kb.
#15631
1   ...   51   52   53   54   55   56   57   58   ...   75

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
              Bəxtiyar Tuncay           
 Sakların dili və ədəbiyyatı
 
216 
216 
Bu  kurqanlardan  birindən,  daha  dəqiq  desək, 
Qazaxıstan  ərazisindəki  İssık  kurqanından  tapılan  türkcə 
yazılar  sakların  zəngin  yazı  və  ədəbiyyat  ənənələrinə  sahib 
olduqlarını  söyləməyə  əsas  verir.  Bu  barədə  Oljas 
Süleymenov yazır: 
"...1970-ci  ilin  yazında  Alma-Atanın  həndəvərində, 
Ġssık  gölünün  yaxınlığında  Altay  tipli  kurqan-qəbir  aĢkar 
edildi;  ilkin  araĢdırmaya  görə,  yeni  tapıntı  Pazırık  kurqanı 
dövrünə (e.ə.Vl-V əsrlər)aid edildi... 
...Ġssık sərdabəsində üzərində horizontal yazı olan qab 
tapılmıĢdı:  26  hərf-dən  ibarət  ilan  bu  əlifba  Orxon-Yenisey 
yazısını xatırladır." 
(48.178). 
Mahmud İsmayıl bildirir:  
"Məlum  olduğu  kimi,  1970-çi  ildə  Alma-Ata  Ģəhəri 
yaxınlığında,  Ġssık  rayonunda  arxeoloqların  açdıqları 
kurqanda bir sak döyüĢçüsünün qızıl geyimi və üzərində yazı 
olan  bir  gümüĢ  cam  aĢkar  edilmiĢdir.  Qazax  alimi 
A.S.Amonjolov cam üzərindəki yazını oxumuĢ və belə qənaətə 
gəlmiĢdir  ki,  bu  qəbrin  sahibi  türkdilli  sak  olmuĢdur." 
(137.14). 
İssık  kurqanından  tapılmış  yazı  ilə  bağlı  Murad  Aci 
yazır: 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
          Bəxtiyar Tuncay        
 Sakların dili və ədəbiyyatı
 
217 
217 
217 
217 
217 
217 
217 
"Arxeoloq  K.A.AkiĢevin  tədqiqatarı  xüsusi  maraq 
doğurur,  o,"  iskit  məsələ-si"  mövzusunda  son  nöqtəni 
qoymuĢdur.  Alim  Yeddisudakı  (Qazaxıstan)Ġssık  kurqanından 
üzərində run əlifbası ilə dəqiq türkcə yazı olan qab tapmıĢdır. 
Tapıntının, eynən kurqanın özü kimi, 2500 il yaĢı var. Beləcə, 
bu  yazı  iskit  və  sakların  ilk  yazılı  abidəsi  oldu,  bu  abidə 
onların dili barədə məlumat verməkdə-dir." 
(32.114).
  
İssık  yazısının  hərflərinin  Orxon-Yenisey  əlifbasının 
daha  qədim  və  xüsusi  bir  variantı  olduğunu  və  onlar 
arasındakı  genetik  bağlılığı  inandırıcı  şəkildə  açıb  göstərən 
Elməddin Əlibəyzadə 
(47.Qeyd 2)
 mövu ilə bağlı deyir: 
"Ġssık  yazısı  nəsr  dili  nümunəsidir.  Öz  yığcamlığı  ilə 
diqqəti  cəlb  edir.  Ġkicə  cümlədə  hər  Ģey  aydın  olur.  Bu  dil, 
təxminən  2500-3000  il  bundan  əvvəl  danıĢdığımız  ümumtürk 
dili və onun yazıda ifadəsidir" 
(19.290). 
Tanınmış qazax alimi A.Amonjolov isə bildirir: 
"Alma-Ata  yaxınlığında  sak  qəbrindən  tapılmıĢ 
runabənər  yazı,  nəticə  etibarilə,  Yeddisu  köçərilərinin 
danıĢdıqları qədim türk dilidir" 
(174.66). 
İssık 
kurqandan 
tapılan 
və 
Orxon-Yenisey 
yazılarından daha qədim olan  yazının əlifbası,  yuxarıda qeyd 
edildiyi  kimi,  türk-run  əlifbasının  variantlarından  biridir  və 
İssık  yazısı  həmin  əlfba  ilə  yazılmış  yeganə  epiqrafik  abidə 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
              Bəxtiyar Tuncay           
 Sakların dili və ədəbiyyatı
 
218 
218 
deyildir. 
Mu-rad 
Acinin 
yazdığına 
görə, 
Termez 
yaxınlığındakı  Kara-Təpədə  aparılan  arxeoloji  tədqiqatlar 
zamanı ll-lV əsrlərə aid qədim bir buddist məbədi tapılmışdır. 
Həmin məbəddən tapılan qabların  üzərində də eyni  əlifba ilə 
qələmə  alınmış  yazılar  aşkar-lanmışdır.  Eyni  yazı  növünə 
Əfqanıstan  ərazisində  fransız  geoloqları  da  rastlamış-lar 
(32.115).  
Murad  Acinin  söylədiklərini  İ.Dyakonov  da
  (28.224), 
B.Livşits 
də 
(189.165-166, 
qeyd 
14; 
190.220) 
təsdiqləməkdədirlər.  Fəqət  bütün  əsərlərində  iskit  və  sakla-rı 
irandilli kimi təqdim etməyə çalışan bu alimlər fakt qarşısında 
qaldıqlarından,  yazıların  dilinin  türk  dili  olduğuna  göz 
yummuş və onu sadəcə "İssık yazısı" adlandırmışlar. Məsələn 
İ. Dyakonov yazır: 
"Lap  bu  yaxın  zamanlarda  Orta  Asiyada  və 
Əfqanıstanda ilk tapıldığı yerin--Alma-Atadan 50 km aralıdan 
tapılmıĢ  kurqanın  (Qazaxıstan;  kurqanın  e.ə.Vl-V  əsrlərdən 
gec  olmayan  dövrə  aid  edilir)  adı  ilə  Ģərti  olaraq  "Ġssık" 
adlandırılan  heca  və  ya  hərf  yazısı  tapılmıĢdır.  Eyni  yazıya 
Mərkəzi  Əfqanıstandan tapılan e.ə. l  əsrə aid trilinqvada da, 
kxaroĢtxi  əlifbası  ilə  hind-prakrite  dialektində  və  yunan 
əlifbasının  bir  növü  ilə  baktriya  dilində  qələmə  alınmıĢ 
yazılarla  birlikdə  rastlanmıĢdır.Eləcə  də  Cənubi  Özbəkistan, 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
          Bəxtiyar Tuncay        
 Sakların dili və ədəbiyyatı
 
219 
219 
219 
219 
219 
219 
219 
Cənubi  Tacikistan  və  ġimali  Əfqanıstandan  tapılan  və  l-Vl 
əsrlərə  aid  edilən  (?)  qab  qırıqları  üzərində  də  eyni  yazı 
nümunələri  ilə  rastlaĢırıq.  Bu  yazının  yaranma  yeri,  ehtimal 
ki,  sovet  Özbəkistanı  və  Tacikistanının  cənub-Ģərq  hissəsi  və 
Əfqanıstan  olmuĢ  və  çox  güman  ki,  oradan  köçəri  saklar 
tərəfindən gətirilmiĢdir." 
(28.224). 
Bir  sözlə,  İ.Dyakonov  təkzibedilməz  fakt  qarşısında 
qalmasına baxmayaraq həmin yazının guya sakların kənardan 
əxz etdiklərini, yəni onların öz kəşfi olmadığını söyləyir, fəqət 
nədən həmin yazının ən qədim nümunəsinə məhz saklara aid 
kurqanda  rast  gəlindiyini  izah  etmir.  Və  bu  onun  yeganə 
ziddiyyətli  fikri  deyil.  O  bir  yandan  yazır  ki,  həmin  yazı 
təqribən  1000  il  işlənmişdir,  bir  qədər  sonra  isə  onun  guya 
birdəfəlik istifadə üçün kəşf edildiyini iddia edir. Daha sonra 
isə  "İssık"  yazısının  başqa  yazı  növləri  ilə,  o  cümlədən 
kxroştxi  və  brahmi  əlifbaları  ilə  əlaqəsinin  olmadığını 
söyləyir, o biri  yandan isə onun qədim hind  yazıları kxroştxi 
və ya brahmidən törəmiş ola biləcəyini iddia edir və dolayısı 
ilə  həmin  əlifbalar  arasında  müəyyən  oxşarlığın  olduğunu 
etiraf  edir 
(28.224), 
amma  nədən  "İssık"  yazısını  həmin 
yazılardan daha qədim dövrə aid olduğunu izah etmir.  
Fakt  isə  budur  ki,  Orxon-Yenisey  əlifbası  ilə  genetik 
qohum  olan 
(47.  qeyd  2) 
İssık  yazısı  adı  çəkilən  iki  hind 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə