MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə54/75
tarix14.12.2017
ölçüsü2,89 Kb.
#15631
1   ...   50   51   52   53   54   55   56   57   ...   75

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
              Bəxtiyar Tuncay           
 Sakların dili və ədəbiyyatı
 
212 
212 
və  Eneolit  dövrlərinin  yadigarıdırsa,  üzümçülük  və 
şərabçılıqla  bağlı  bəzi  terminlər  də,  şübhəsiz  ki  Tunc 
dövrünün məhsuludur.                                                                
Deməli,  qədim  fars  və  yunan  müəlliflərinin  "şərab 
bişirən  saklar"  adlandırdığı  xalq  bayandurlar  imiş. 
Bayandurlaın  isə  bir  oğuz  soyu  olduğu    məlum-dur 
(112.95-
96). 
Gördüyümüz kimi, qədim mənbələr "sak" adını oğuzlara, 
o cümlədən iç oğuzlara da şamil etmişlər. Fəqət gerçək saklar 
özlərini  "şakı"  adlandıran  saklar  idilər  ki,  sonrakı  dövrlərdə 
Şərqi  Avropdan  Hindistana  və  Çin  səddinə  qədər 
yayılmışdılar.  Çinlilər  onlara  "sək",  hindlilər  isə  "şakya" 
deyirdilər 
(7.73).
            
               
  SAKLAR (ŞAKILAR) VƏ MƏRKƏZİ ASİYA 
Ən  qədim  yazılı  mənbələr  saklardan  Azərbaycan  və 
Ön  Asiya  sakinləri  kimi  söz  açsa  da  sonrakı  dövrlərə  aid 
mənbələrdə  onlardan  Şərqi  Avropadan  Hndistan  və  Çinə 
qədər  geniş  ərazidə  yaşayan  xalq  kimi  söz  açılmaqdadır.  Bu 
barədə söz açmamışdan öncə qeyd edək ki, əldə olan mənbələr 
sakların  bu  geniş  əraziyə məhz Azərbaycandan  yayıldıqlarını 
söyləməyə  tam  əsas  verir.  Söhbət  Siciliyalı  Diadorun 
yazdıqlarından  gedir.  Sakları  "iskit"  adlandıran  Diador 
yazmışdır: 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
          Bəxtiyar Tuncay        
 Sakların dili və ədəbiyyatı
 
213 
213 
213 
213 
213 
213 
213 
"Ġndi də (hindlilərlə) qonĢu olan iskitlərə keçək. Onlar 
əvvəllər  o  qədər  də  böyük  olmayan  bölgədə  yaĢayırdı,  lakin 
sonralar  tədricən  özlərinin  artan  qoçaqlığı,  hərbi  gücü 
sayəsində  böyük  ərazilər  zəbt  edib  öz  boylarını  böyük  Ģöhrət 
və  iqtidar  sahibi  etdilər.  Əvvəllər  onlar  azsaylı  idi  və  Araz 
qırağında  yaĢayırdılar, onda Ģöhrətsiz olduqları üçün onlara 
həqarətlə  baxılırdı.  Lakin  hələ  qədim  vaxtlardan  strateji 
bacarığı  ilə  seçilən  baĢçılarının  rəhbərliyi  altında  onlar 
Qafqaza  qədər  dağlarda  ,  okean  və  Meotiy  (Azov)  dənizi 
sahillərindəki  sakillərindəki  düzlərdə  və  sair  bölgələrdə 
özlərinə  ölkə  əldə  etdilər...Xeyli  vaxt  keçəndən  sonra  Tanais 
çayından o tərəfdə Trakiyaya qədərə raziləri də özlərinə tabe 
etdib,  yürüĢlərini  baĢqa  istiqamətə  yönəltdilər.  Nil  çayına 
qədər özlərinin hökmranlığını yaydılar." 
 (7.101).  
Yuxarıdakı  sitatdan  da  göründüyü  kimi,    sonrakı 
dövrlərdə sakların məskun olduqları ərazilər Nil  çayının şərq 
və  Qara  dənizin  qərb  sahillərindən  ən  azı  Hindistana  qədər 
uzanırmış. Sakların  Asiyanın  ən uzaq nöqtələinə  qədər  gedib 
çıxdıqları  barədə  məlumata  Pomponiy  Melada  (l  əsr)  rast 
gəlirik:   
"  Asiya  Ģərqə  doğru  geniĢ  sahil  boyu  uzanır.  Onun 
Ģərqinə  qədər  olan  məsafə  Afrikanın  ən  cənub  nöqtəsindən 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
              Bəxtiyar Tuncay           
 Sakların dili və ədəbiyyatı
 
214 
214 
Avropanın  ən  Ģimal  nöqtəsinə  qədər  olan  və    üstəgəl  Ağ 
dənizin eninə bərabər məsafə  qədər böyükdür... 
Burada  Ģərqdən  baĢlayaraq  ilk  insanlar,  görəcəyimiz 
kimi, hindlilər, serlər və iskitlərdir. Serlər Eoy dənizinin Ģərq 
sahillərinin  tam  ortasında,  hindlilər  və  iskitlər  isə  onların 
ətrafında  yaĢayırlar.    Sonunci  iki  xalq  cöx  geniĢ  ərazilərdə 
yaĢayırlarlar və onların əraziləri təkcə Eoy dənizinin sahilləri 
ilə  yuyulmur.  Hindlilərin  əraisi  oradan  cənuba,  istidən 
yaĢamağın mümkün olmadığı yerlərə və Hind dənizinə qədər 
uzanır.  Ġskitlərin  torpaqları  isə  Ģimala  Ġskit  dənizinə  qədər 
uzanır və soyuqdan yaĢamağın mümkün olmadığı ərazilərdən 
baĢqa Xəzər sahillərinədək əraziləri əhatə edir... 
Buradan  (yerin  Ģimal  sahillərindən  yol  Eoy  dənizinə, 
yəni yerin Ģərqinə tərəf dönür.  Bu yol Ġskit burnundan Kolida 
burnuna qədərdir. Amma ora öncə dözülməz soyuqlara, sonra 
isə  oralarda  yaĢayanlarıın  vəhĢiliyi  üzündən  keçilməzdir. 
Daha  sonra  iskitlər:  androfaqlar  və  saklar  yaĢayır.  Onları 
vəhĢi  heyvanların  yaĢadığı  ərazi    ayırır  və  həmin  ərazdə  elə 
bu səbəbdən də yaĢayıĢ yoxdur" 
(186.176-237).
   
Bu sitatdan belə anlaşılır ki, Pomponiy Melanın təsvir 
etdiyi İskit dənizi Şimal Buzlu Okean, Eoy dənizi Sakit okean
Hind  dənizi  isə  Hind  okeanıdır.  Müəllifin  coğrafi  bilikləri 
gerçəkdən də heyrətvericidir. Onun haqqında söz açdığı saklar 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
          Bəxtiyar Tuncay        
 Sakların dili və ədəbiyyatı
 
215 
215 
215 
215 
215 
215 
215 
isə  belə  məlum  olur  ki,  bugünkü  türkdilli  saxa-yakutlar, 
onların  yaşadıqları  ərazi  isə  bugünkü  Saxa-Yakutiya 
Respublikasının ərazisidir. Melanın yanlış olaraq, iskitlərə aid 
etdiyi,  "androfaqlar"  (adam  yeyənlər)  adlandırdığı,  yəni 
hannibal 
olduqlarını 
bildirdiyi 
xalq 
isə, 
görünür, 
tunqusmancurdilli  evenklərdir.  Evenklər  hazırda  Evenkiya 
Respublikasında  yaşayırlar  və  Xəzərin  şimal  sahillərindən 
yola  çıxıb,  Saxa-Yakutiyaya  getmək  istəyən  şəxs  mütləq 
Evenkiyadan keçməlidir. Evenklərin qədim dövrlərdə tanrılara 
insan  qurban  verdikləri  məlumdur.  Görünür,  müəllif  bunu 
nəzərdə tutmuşdur. 
Deməli, hələ e.ə. l əsrdə saklar Yakutiyaya qədər gedib 
çıxıbmış. Halbuki, belə hesab edilir ki, guya saxa-yakut xalqı 
cəmi  500-600  il  öncə  indiki    Saxa-Yakutiya  ərazisinə 
cənubdan  köçüb  gələn  türkdilli  xalqların  yerli  tunqusman-
curdilli  xalqları  assimilyasiya  etməsi  ilə  ortaya  çıxmışdır 
(179.178). 
Qədim  Çin  mənbələrində  saklardan  e.ə.V  əsrdən 
etibarən  söz  açılmaqdadır.  Çin  arxeoloqlarının  Cunqariyada 
üzə çıxardıqları  və tədqiq etdikləri  sak qəbirləri  də e.ə. V-lV 
əsrlərə aid edilir.  İssık,  İsıkkul  və Altay  (Pazırıq) kurqanları, 
eləcə  də  Urumçi  yaxınlığından  tapılan  kurqanlar  da  sak 
kurqanları hesab edilir və həmin dövrü əhatə edir 
(187.229).  


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə