MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə52/75
tarix14.12.2017
ölçüsü2,89 Kb.
#15631
1   ...   48   49   50   51   52   53   54   55   ...   75

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
              Bəxtiyar Tuncay           
 Sakların dili və ədəbiyyatı
 
204 
204 
                 Sıkrıp üni yurlayu
                 Sıqtab gözi örtülür. 
              Alp  Ər  Tonqaya  həsr  edilən  ağıda  arxaikləşərək 
çoxdan canlı danışıq dilimizdən çıxmış  "isiz","ajun",  "ödlək" 
və "öc" kimi qədim türk kəlmələrinə rast gəlirik.İndi dilimizdə 
həmin 
sözləri 
ərəb 
dilindən 
keçmiş 
"ədalətsiz", 
"dünya","zaman"  və  "intiqam"  kimi  ifadələr  əvəz 
etməkdədir.Təkcə  bu  fakt  ağının  ən  azı  İslamdan  öncə 
yarandığını söyləmək üçün yetərlidir.                                                                
              Elməddin  Əlibəyzadənin  fikrincə,  Mahmud  Kaşğarlı 
"Divan"ının folklor nümunələrinin də fərqli yaranma tarixləri  
olmalı  idi.Çünki  bu  şerlər  bir-birindən  çox  uzaq,mühüm  və 
ibrətamiz tarixi hadisələrlə bağlı olmuşdur. Məsələn,miladdan 
öncə 7-ci əsrdə yaşamış Alp Ər Tonqanın ölümünə ağı  həmin 
əsrdə deyilsə,hansı əsrdə yaranmışdır? Təbii ki,sözügedən ağı 
məhz həmin əsrdə yaranmalı idi və yaranmışdır da 
(47.56). 
 
              
Sözügedən  ağı  Azərbaycan  ədəbiyyatının,  eləcə  də 
ümumoğuz və ümumtürk  ədəbiyyatının şah əsəri sayıla bilsə 
də,  onu  "sak  dili  və  ədəbiyyatı"  kateqoriyasına  daxil  etmək 
doğru deyidir. Çünki işquzlar (iç oğuzlar) və saklar fərqli türk 
etnik  qrupları  olmuş  və  irəlidə  görəcəyimiz  kimi,  fərqli 
ləhcələrdə danışmışlar.  
            Elməddin Əlibəyzadə deyir:                                                                


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
          Bəxtiyar Tuncay        
 Sakların dili və ədəbiyyatı
 
205 
205 
205 
205 
205 
205 
205 
            "Alp Ər Tonqanın ölümünə ağılar dördlüklə və 7 heca 
ilə  kəkk  olunub,bu  ölçüdə  daha  asan  qalıb,yayılıb."    
(47.259).
                                                           
             Şübhəsiz  ki,  bu  ölçülər  və  forma  ozan-aşıq  şer 
formasısır.  Maraqlıdır  ki,  Cənubi  Azərbaycanın  Həsənlu 
məntəqəsindən tapılan və e.ə. lX-Vlll əsrlər Manna incəsənəti 
nümunəsi  hesab  edilən  bir  qızıl  qabın  üzərində  qopuz  çalan 
ozan təsvir edilmişdir 
(29.27 şək. 2). 
Məulmat üçün bildirək ki, iç oğuzlar (işquzlar) mixi 
yazılada  adlarına  rast  gəlinən  yeganə  oğuz  tayfası  deyil.  ll 
Aşurnasirpalın  kitabəsində  oğuz  tayfalarından  baranluların 
(baranların)  da  adına  "barean"  formasında  rast  gəlirik 
(175.50). 
Sonrakı  əsrlərə  aid  yazılı  mənbələrdə  onlardan 
"abaren",  "aparn",  "parn"  adları  altında  Albaniya  sakinləri 
kimi  söz  açılmaqda 
(217.56), 
Parfiya  dövlətini  qurmuş 
Arsaklar  sülaləsinin  həmin  etnik  qrupa  aid  olduğu 
bildirilməkdədir 
(Arşakilər,216.  l.  423). 
Strabon  da  onları 
"parn" adı ilə Xəzərin şərqində qeyd etmişdir
  (55.179). 
XlV-
XV  əsrlərdə  Van  gölü  yaxınlarında  yaşamış  bu  xalq 
Azərbaycan  Qaraqoyunlu  dövlətinin  yaranmasında  yaxından 
iştirak etmişdir. V.Minorski  və Q.Rabinota  görə,  bu türkmən 
boyunun  adı  yer  adından,  F.Sümər  və  İ.Artukun  fikrincə  isə, 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
              Bəxtiyar Tuncay           
 Sakların dili və ədəbiyyatı
 
206 
206 
qədim  türkcədəki  "baran"  (qoç)  sözündən  yaranmışdır
 
(216.ll.25).
 
Mövzu ilə bağlı Xalıq Koroğlu yazır: 
"...BaĢqa  variantlarda  olduğu  kimi,  Oğuzun  6  oğlu, 
hər  oğlundan  da  4  nəvəsi  dünyaya  gəlir.  Böyük  oğluna 
CəmĢid xan adını qoyurlar, o, Baran adlı yerdə yaĢadığı üçün 
Qayı  xan  ləqəbini  alır  və  Osmanlıların  əcdadı  olur.  Ənvəri 
Oğuz eli ilə bağlı bir neçə dəfə Baran adını çəkir.  
Bu  gün  də...Van  gəlünün  cənubu...Daru-Baran 
adlanır." 
(85.59). 
            Mənbələrdən  belə  aydın  olur  ki,  Partatuanın  (Alp  Ər 
Tonqanın)  ölümündən  sonra  oğlu  Madiy  işquzlaın  hökmdarı 
olmuşdur.  O,  Araz  çayını  keçərək,  Midiya  torpaqlarına 
soxulmuş kimmer-sakları bölgədən didərgin salmış, Midiya və 
ətraf  bölgələr  üzərində  28  il  sürən  hakimiyyət  qurmuşdur  ki, 
bu barədə artıq söz açmışıq. Bu hökmdarın adı barədə Firidun 
Ağasıoğlu yazır: 
             "Bu  ad  üzərində  geniĢ  dayanmağa  ehtiyac  yoxdur, 
çünki  onun  Ön  Asiyada  ən  iĢlək  adlardan  olduğunu  görmək 
olur və ən əsası da budur ki, doğu türk boylarının eposlarında 
mənası türkcə aydın olan adlar iĢləndiyi üçün "Maday Kara" 
dastanı da güman ki, həmin gələnəyi saxlamıĢdır" 
(7.109).
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
          Bəxtiyar Tuncay        
 Sakların dili və ədəbiyyatı
 
207 
207 
207 
207 
207 
207 
207 
Mütəxəssislər adları dövrümüzədək çatmış digər sak 
hökmdarlarının  adları  barədə  də  maraqlı  fikirlər  söyləmişlər. 
Bu  baxımdan  adı  aşşur  mənbələrində  "Tuq-damme", 
Herodotda isə "Liqdames" kimi çəkilən sak hökmdarı barədə 
yekdil  fikir  sərgiləyərək  onun adının əslinin  türkcə Toxtamış 
olduğunu  yazmışlar 
(55.319;  7.109). 
İ.M. Dyakonov da buna 
bənzər  fikir  söyləyərək  "Duqdamis"  formasının  üzərində 
durmuşdur
 (132.240). 
Tuqdammenin oğlu Sandakşatrunun adı 
da sonrakı dövrlərdəki mənbələrdən məlum olan türk adları ilə 
müqayisə  edilmişdir.  Məsələn,  Qiyasəddin  Qeybullayev  bu 
adı haqlı olaraq, "Alpamış" dastanındakı Sandaqaç şəxs adı ilə 
(55.320), 
Firidun 
Ağasıoğlu 
isə 
Alp 
Arslanın 
komandanlarından    Sandak  bəyin 
(7.109)
 
adı  ilə 
tutuşdurmuşlar. 
Sak  hökmdarlarından  birinin  daşıdığı  İşpakay  adı 
barədə  də  maraqlı  fikirlər  söylənmişdir.  Həm  Oljas 
Süleymenov, həm də Firidun Ağasıoğlu bu adı türkcə Köpək 
(s-k)  kimi  izah  etmişlər 
(48.223;7.108).
  Təbii  ki,  bu  fikirlə 
razılaşmaq  mümkün  deyildir.  Fikrimizcə,  mixi  yazılardakı 
"İşpakay" adı sonrakı əsrlərdə Göy-türk hökmdarlarının adları 
içərisində  rast  gəlinən  Işbara  (Işbara  xan,  Baqa  Işbara  xan, 
Işbara  Sünişi  şad,  Işbara  Tolis  şad,  İrbis  Işbara  cabqu-xan) 
türk şəxs adının 
(20.524,519,520,522,523) 
aşşur dilindəki cüzi 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə