MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə57/75
tarix14.12.2017
ölçüsü2,89 Kb.
#15631
1   ...   53   54   55   56   57   58   59   60   ...   75

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
              Bəxtiyar Tuncay           
 Sakların dili və ədəbiyyatı
 
224 
224 
Sakların  guya  irandilli  olduqlarını  hər  vəchlə  sübut 
etməyə  çalışan  bəzi  alimlər  Buddanın  sak  olması  və  brahmi 
əlifbasının  məhz  Hindistanın  sak  hakimiyyəti  altında  olduğu 
dövrdə  ortaya  çıxdığını  əldə  əsas  tutaraq  brahmi  əlifbası  ilə 
qeydə  alınmış,  hindavropa  mənşəli  ölü  bir  dildə  yazılmış 
mətnləri "sak dili" elan etmişlər. Bu barədə İ.M.Oranski yazır: 
"Orta  Asiya  və  Çin  Türküstanının  qədim  sak 
dialektlərinə gəlincə, onlar haqqında,  qədim fars yazılarında 
və qədim yunan müəlliflərinin əsərlərində qorunub saxlanmıĢ 
bir neçə Ģəxs və yer adından baĢqa, heç bir Ģey məlum deyil-
dir... 
...XX  əsrdə  təĢkil  edilmiĢ  ekspedisiyalar  zamanı 
Xotandan  və  Çin  Türküstanının  digər  yerlərindən  tapılmıĢ, 
hind  brahmi  əlifbası  ilə  yazılmıĢ  irandilli  mətnlərin  (V-X 
əsrlər) dil hazırdai sak dili hesab edilir." 
(155.90-91). 
Şübhəsiz  ki,  bu  fikirləri  ciddiyə  almaq  mümkün 
deyildir.  Çünki  müəllif  öncə  sak  dili  barədə  bir  neçə 
antrponim  və  toponimdən  başqa  heç  nə  məlum  olmadığını 
yazır, o biri tərəfdən də mənşəyi məlum olmayan hansısa ölü 
dili  sak  dili  elan  edir.  Halbuki,  İssık  yazıları  sak  dilinin 
əslində türk dili olduğunu birmənalı və təkzib-edilməz şəkildə 
ortaya  qoymuşdur  və  bu  üzdən  də  brahmi  əlifbası  ilə  (əks 
istiqamətdə) türkcə yazılmış mətnlərin Hindistan saklarının və 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
          Bəxtiyar Tuncay        
 Sakların dili və ədəbiyyatı
 
225 
225 
225 
225 
225 
225 
225 
ümumən  sakların  dil  və  ədəbiyyat  nümunələri  olduğunu 
çəkinmədən söyləmək olar. Bununla belə, nə qədər qəribə olsa 
da,  irəlidə  görəcəyimiz  kimi,  sakların  dilini  "xotan"  və  ya 
"xotan-sak"  dili  adlandıran  alimlər 
(155.91;156.223),
  bu  dili 
İran dillərinə aid etmələrinə rəğmən, haqlıdırlar. 
Dövrümüzədək  ulaşmış  buddist  məzmunlu  türkdilli 
brahmi mətnlərinin hamısı Çin Türküstanından tapılmışdır. Bu 
da  təbiidir.  Çünki  bir  vaxtlar  sakları  sıxışdıraraq  Hindistana 
köçə  zorlamış  başqa  bir  türk  boyu  kuşanlar 
(188.129)
  e.ə.  ll 
əsrdən  etibarən  hunların  təzyiqi  ilə  güneyə  hərəkət  etmək 
zorunda  qalmış,  sakları  Hindistandan  da  sıxışdıraraq,  onları 
Türküstana,  əsasən  də  Şərqi  Türküstana  (Çin  Türküstanı, 
Uyğurustan) köç etməyə məcbur etmiş, özləri isə onların taxt-
tacına sahib olaraq böyük bir imperiya qurmuşdular. 
Sözügedən  mətnlər  15  fraqmentdən  ibarət  olan, 
müxtəlif  mövzuları  (din,  tibb,  təqvim)  əhatə  edən  və  hazırda 
Berlində  qorunan  mətnləridir   
(191) 
ki.  onların  sak  dili 
nümunəsi olduğuna heç bir şübhə yoxdur. 
Türkdilli  buddist  mətnlərin  böyük  əksəriyyəti 
dövrümüzədək  uyğur  əlifbası-na  çevrilmiş  vəziyyətdə  gəlib 
çatmışdır. Çox  güman ki, dili uyğur dili olan bu mətnlərin heç 
də  hamısı  brahmi  əlifbasından  uyğur  əlifbasına  çevrilmiş 
qədim  sak  mətnləri  deyildir.  Bunların  içərisində  sonrakı 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
              Bəxtiyar Tuncay           
 Sakların dili və ədəbiyyatı
 
226 
226 
dövrlərdə  buddist  kuşanlar  tərəfindən  yazılan  əsərlər  də  ola 
bilər:  
Dövrümüzədək  uyğur  əlifbası  ilə  çatan  buddist 
məzmunlu mətnlər bunlardır: 
1Beşbalıqdan  (Şərqi  Türküstan)  tapılan,  çinli  rahib 
Hüen  Tzanqın  Vll  əsrə  aid  edilən  tərcümeyi-haının 
Sinqqü  Seli  Tutunq  tərəfindən  çincədən  türkcəyə  X 
əsrdə tərcümə edildiyi ehtimal edilən 722 sətirlik mətn 
(192.151-180;193.371-415); 
2.Hazırda Paris Milli Kitabxanasında qorunan, hər biri 
8  sətir  olan  80  səhifədən  ibarət  olan,  X  əsrdə  qələmə 
alındığı  ehtimal  edilən  şahzadələr  Kalyanamkara  və 
Papamkara  haqqında  əfsanənin  türk  versiyası 
(194.225-272). 
3.Buddist  "Saddharmapundarika"  sutrasının  25-ci,  
bodisatv Kuan-şi-im        
Pusar  haqqında  hissəsinin  Şin  versiyasının  çincədən 
türkcəyə tərcüməsi. 224  
sətirlik  nüsxəsi  Sankt-Peterburqda,  60  sətirlik  nüsxəsi 
Berlində, 61 və 11   
sətirlik nüsxələri Maynsda qorunur
 (195); 
4. "Altun Yaruq" (Qızıl şüa) sutrasının 96 sətirlik 3-cü 
kitabı 
(196.193-207); 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
          Bəxtiyar Tuncay        
 Sakların dili və ədəbiyyatı
 
227 
227 
227 
227 
227 
227 
227 
5. 54 səhifəlik buddist məzmunlu mətn 
(196.208-210); 
6.  "Altun  Yaruq".  S.Malov  tərəfindən  Çinin  şimal-
qərbindən Suçjoudan     
1910-cu  ildə  əldə  edilib.  X  əsrdə  Sinqqü  Tutunq 
tərəfindən çincədən   
türkcəyə  tərcümə  edildiyi  iddia  edilir 
(118.297-
315;197);
 
          7. Tişastvustiksutranın türk versiyası. Sankt Peterburqda 
qorunur. Tərcümə  
          olduğu  iddia  edilir,  fəqət  hansı  dildən  tərcümə  olduğu 
deyilmir 
(198); 
8.  Buddist  tövbə  duasının  iki  ayrı  nüsxəsinin 
fraqmentləri 
(199.432-450); 
9. Berlin kolleksiyasında qorunan 133 və 129 sətirlik 2 
fərqli buddist mətn 
(200.323-356); 
10. "Sekiz yükmək" sutrasının 466 və 26 səhifəlik iki 
fraqmenti 
(201.92-192);
    
11. İblis Atavaka haqqında əfsanə. 12 səhifə, 566 sətir 
(202); 
12.Buddist məzmunlu yaı fraqmenti 
(203); 
13. Səkkiz buddist əfsanəsinin fraqmentləri
 (204); 
14.
 
Dörd buddist əfsanəsi.
 
719 sətir
 (205.675-727). 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə