Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə83/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   79   80   81   82   83   84   85   86   ...   110

173 
 
slavyan - rus cəmiyyəti - 4 nəfər, alman ictimai - 1 nəfər. Üzvlərin sinfi tərkibi 
daha maraqlıdır: böyük mülkədar və sərmayədarlar - 85 faiz, ziyalılar - 10 faiz, 
ruhanilər - 5 faiz. 
Parlaman  haqqında  qısa,  tarixi  bir  haşiyə:  imperator  III  Aleksandr 
taxta çıxandan sonra parlaman haqqında proqram düzəltməyi tapşırır. Proqram 
tərtib  edilir  və  bəyənilir.  Məşhur  mürtəce  missionerlərin  başçısı,  müqəddəs 
sinodun  prokuroru,  qaragüruhçu  Pobedanosov  imperatorun  ayaqlarına  düşüb 
səcdə  edə-edə,  ağlaya-ağlaya  yalvarır  və  «dəlillərlə  sübut  edir»  ki,  parlaman 
müzür bir şeydir, parlaman sözü nə rus, nə də slavyan sözüdür, bu, fransız kral 
düşmənlərinin,  avara  allahsızların,  kral  qatillərinin  uydurmasıdır,  -  istehza  və 
zəhərli  bir  əda  ilə  əlavə  edir,  -  parlaman  sözünü  rus  dilinə  tərcümə  edəndə 
mənası  «qavarilnaya»,  küftukuxana,  laqqırtı  evi,  hərzəxanadır.  Bununla  da 
məramına nail olur, proqram yandırılır, onu tərtib edən məclis dağıdılır. 
Parlamanın açılış  mərasimini  bir professor belə  nəql edirdi: dekabrın 
7-də  bazar  günü,  baxmayaraq  ki,  cümə  deyildi,  parlaman  açılışı  münasibətilə 
bütün  dükanları  bağlamışdılar;  məktəblərdə  də  dərs  keçmirdilər.  Bayram  elan 
olunduğundan müəssisələr də işləmirdi. 
Səhər-səhər  parlaman  olan  küçəyə  bir  neçə  zirehli  avtomobil  gəlir. 
Binanın  qabağında,  küçənin  o  tayında,  qarşı  səkilərdə  çoxlu  adam  toplaşıb, 
hərə  bir  söz  deyirdi.  İstiqbaldan,  hürriyyətdən  dəm  vururdular,  keçmiş 
istibdaddan, gələcək istiqlaldan danışırdılar. Arabir belə atmacalar da eşidilirdi: 
«Bu hürriyyətin hamısı Oktyabr inqilabının bərəkətindəndir... Onun qələbəsinin 
nəticəsidir...».  Başqası  təsdiq  edir:  «Əlbəttə,  Leninin  zərbdəstindəndir,  yoxsa 
müsəlman  hara,  parlaman  hara...».  Üçüncü  adam:  «Heç  min  ilə  də  belə  şey, 
nəinki  görə  bilərdik,  heç  arzulaya  da  bilməzdik,  sağ  olsun  Lenin...».  «Bütün 
millətlər  qardaş  olacaq,  müsəlman,  urus...».  Bir  mollanüma  xoruzlanır:  «Ə... 
kəs  səsini,    matişkə-matişkə   danışma,  - istehza    ilə,  -yox a,  millətlər qardaş 
olacaq, ərəseybaz»... Eyham və istehza ilə cavab qaytarılır: «Onda sən də arvad 
tumanı  geymiş  ingilisbaz...».  Adamlar  hırıldayır,  höccətə,  zarafata  keçir. 
Birinci  danışan  təkrar  edir:  «Oktyabr  inqilabı  olmasaydı,  boynumuzun  ardını 
görəndə də parlaman görə bilməzdik». 
Şlyapa  qoymuş  yaşlı  bir  adam:  «Lenin  əsrin  ən  dahi  adamıdır... 
Ümumbəşəri kommuna qurmaq istəyir...». 
Cavan  bir  usta:  «Bakıda  da  kommuna  qurulmuşdu,  dağıtdılar, 
qoymadılar...». Onun sözünü başqa birisi kəsdi: 
«Bakıda  qurulan  kommuna  yaşaya  bilərdi,  bəzi  səhvləri  olmasaydı. 
Daşnaklar,  eserlər  və  menşeviklər    də  böyük      xəyanət      etdilər.  Bütün 
əksinqilabçı  qüvvələr,  o    cümlədən  müsavatçılar  da  xarici      imperialistlərə 
satılıb,  onları  Azərbaycana,  Qafqaza  çağırmasaydılar,  kommuna  yaşaya  bilər 
və qalib gələrdi. Lenin bütün cahangirlərə müharibə  elan  edir. Rusiya fəhlə və 


174 
 
kəndlilərini  səfərbər  edib  rus  mülkədar  və  sərmayədarları  ilə  ölüm-dirim 
mübarizəsi aparır». 
Birdən  gurultu  sala-sala  iki  əlavə  zirehli  avtomobil  gəlib  parlaman 
binasının qabağında bir-birindən aralı, o tin, bu tində dayandı. Hərəsindən bir 
top lüləsi çıxmışdı. 
Səkidə mübahisə, dedi-qodu davam edirdi. Fəhlə deyirdi: «Kommuna 
vaxtı dövlətlilərin, ağaların nəfəsini kəsmişdilər...». 
Fəhlə astadan dedi:    «Kəsmişdilər və kəsəcəklər də...». 
Fəhlə ziyalı ilə nəzəri mübahisədə aciz olsa da daxili bir inamla dedi: 
«Hər halda axırda Lenin nə deyibsə olacaq, fəhlə-kəndli hökuməti». 
«Əlbəttə, Lenin deyən olacaq», - ziyalı razılaşdı. 
Yaşlı  kişi  söhbətə  qarışdı:  «Doğrudur.  Axırda  hamı  Leninin  dalınca 
gedəcək. Kommuna zamanı olan təki olmayacaq.» 
Çox  maraqlıdır ki,  hadisələrin gələcək inkişafı ziyalının  milli  məsələ 
barədə  sövqi-təbii  ilə  duyduğu  həyatda  doğuldu.  1920-ci  il  martın  17-də  İ.  T. 
Smilqaya və Q. K. Orconikidzeyə göndərdiyi teleqramda V. İ. Lenin yazmışdı: 
«Bakını  almaq  bizə  olduqca  və  olduqca  zəruridir.  Bütün  səyinizi  buna  verin, 
həm  də  bəyanatlarda  son  dərəcə  diplomatik  olmaq  və  möhkəm  yerli  Sovet 
hakimiyyəti    hazırlandığını  tamamilə  yəqin  etmək  lazımdır.  Qüvvələr 
yeridilməsi haqqında Baş komandanla şərtləşin».
*
 
İki həftə sonra 1920-ci il aprelin 2-də «Q. K. Orconikidzeyə teleqram 
və L. D. Trotskiyə qısa məktub» teleqramında V. İ. Lenin yazmışdı: «Bir daha 
xahiş  edirəm,  ehtiyatla  hərəkət  edəsiniz  və  müsəlmanlara,  xüsusən  Dağıstana 
girəndə,  ən  böyük 
xeyirxahlıq  göstərəsiniz.  Müsəlmanlara,  onların 
muxtariyyətinə,  istiqlaliyyətinə  və  sairəyə  hər  vasitə  ilə  hüsn-rəğbət  nümayiş 
etdirin,  həm  də  ən  təntənəli  bir  surətdə  nümayiş  etdirin.  İşin  gedişi  haqqında 
daha dürüst və daha tez-tez məlumat verin».
**
 
Dahi rəhbərin bu göstərişi 1918-ci ildə buraxılan səhvlərin, əyintilərin 
bir daha təkrar olmaması üçün xəbərdarlıq idi. 
...Birdən  səs-küy  qopdu,  camaat  parlamana  fəxri  qaraula  aparılan 
əsgərlərə baxmağa başladı. 
Hadisənin  şahidi  professor  deyirdi:  «Bazar  (Hüsü  Hacıyev) 
küçəsindən  Persidski  (Poluxin)  küçəsinə  qədər  ingilis  və  Azərbaycan 
əsgərlərindən,  binanın  qabağında  isə  ancaq  Azərbaycan  əsgərlərindən  ibarət 
mühafizə 
dəstələri 
durmuşdular. 
Şəhadətnaməsi 
olmayanları 
içəri 
buraxmırdılar.  Damda  ucalan  üç  rəngli  -  al,  yaşıl,  firuzəyi,  aypara  və  səkkiz 
guşə  ulduzlu  bayrağı  külək  oynadırdı.  Dəvətnamə  vərəqəsini  göstərib  içəri 
                                                           
*
 
V.İ.Lenin.    Əsərlərinin  tam  külliyyatı,  51-ci  cild,   səh. 192.
 
**
 Yenə orada. səh. 204. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə