Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə85/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   81   82   83   84   85   86   87   88   ...   110

177 
 
Belə  bir  şəraitdə  komitə  mayın  12-də  tətili  dayandırmağı  qərara  alır. 
Tətil bolşeviklərin kütlələr içərisində böyük nüfuza malik olduğunu göstərdi. 
Daxili  İşlər  Nazirliyi  bolşevikləri  həbsə  almağa  başlayır.  Mədənlərdə 
və  şəhərdə  çoxlu  adam,  bəzən  bütün  ailəni  tutub  həbsxanaya  salırlar.  Tətil 
komitəsindən  43  nəfər  həbsə  alınır.  21  nəfərdən  ibarət  yeni  tətil  komitəsi 
yaradılır;  onları  da  tuturlar.  64  nəfər  fəal  fəhlə  nümayəndəsi  iki  həftədən  çox 
mərkəzi həbsxanada saxlanır... 
Mayın  13-də  fəhlələr  işə  başlayırlar.  Təkcə  Tağıyev  fabrikinin 
fəhlələri tətili davam etdirirlər, həbsxanaya salınmış yoldaşları buraxılmadıqca 
işə  başlamayacaqlarını  inadla  söyləyir  və  istədiklərinə  nail  olurlar;  fabrik 
fəhlələrini may ayının 16-da həbsdən azad edirlər. 
Hümmətçilər  may  ayının  25-dən  «Bakı  fəhlə  konfransının  əxbarı»nı 
Azərbaycan dilində nəşr etməyə başlayırlar. 
Müsavatçılar  may  ayının  28-də  milli  Azərbaycan;  dövlətinin  bir 
illiyini  bayram  etməyi  qərara  alırlar.  (1918-ci  ildə  may  ayının  25-də  Tiflisdə 
Zaqafqaziya  Seymi  Gürcüstan,  Azərbaycan  və  Ermənistan  respublikalarının 
«azadlığını» elan etmişdi). Müsavat hökuməti bu bayrama böyük ümid bəsləyir 
və güman edirdi ki, bolşeviklər razılaşmayacaq, bayramı boykot edəcəklar, bu 
yolla da müsəlman əhalisi arasında özlərini ifşa edib, nüfuzdan düşəcəklər. 
Lakin belə olmadı. 
Bolşeviklərin  hələ  1919-cu  il  may  ayının  əvvəllərində  Bakıda 
keçirdikləri partiya konfransında «Biz müstəqil Sovet  Azərbaycanı  uğrunda» 
şüarını irəli sürmək qərara alınır. 
«İstitlal»  şənlikləri.  Bayram  münasibətilə  şəhər  bəzədilmişdi.  Hər 
yerdə aypara  və  səkkiz  guşə  ulduzlu  üç rəngli  - al,  yaşıl və  firuzəyi bayraqlar 
dalğalanırdı.  Eyvanlarda  xalı-xalçalar,  əlvan  qumaşlar,  cecim,  şal  salınmışdı. 
Dükanlardakı  əlvan  fanarlar  və  çıraqlar  diqqəti  uzaqdan  cəlb  edirdi.  Hələ 
mayın  27-dən  faytonlara,  avtomobil  və  arabalara  üç  rəngli  xırda  bayraqlar 
sancmışdılar. Meydanlarda, bulvarda yaşıl şax, budaq və gül-çiçəkdən, xalça və 
parçalardan ala qapılar düzəldilmişdi. 
Səhər  tezdən  küçələr  adamla  dolu  idi.  Şəhər  əhalisi  -  qulluqçular  və 
müəllimlər,  şagirdlər  və  sənətkarlar  bayram  şənliyinə  qoşulmuşdular.  Elə  bil 
evlərdə  adam  qalmamışdı.  Çalıb-oynayanlar  aləmə  səs  salmışdılar.  Hər 
tərəfdən şüar eşidilirdi: «Yaşasın Azərbaycan!», «Yaşasın istiqlal!». 
Ədiblər,  şair  və  bəstəkarlar,  səhnə  ustaları,  incəsənət  xadimləri  də 
şənliklərdə iştirak edirdilər. 
Bayraqlarla  bəzədilmiş  iki  yük  avtomobilinin  birində  zurna-balaban, 
digərində Qərb musiqisi çalınırdı. 
Bütün 
firqələr 
məramnaməsinə,  proqramına 
uyğun  minlərlə 
müraciətnamə  nəşr  edib  camaata  paylayırdılar.  Hümmətçilərin  çağırışlarında 


178 
 
yadelli  imperialistlərə  lənət  yağdırılırdı.  Demokratiya  pərdəsi  altında  kiçik 
xalqları əsarət zənciri ilə buxovlayanlara qarşı etiraz sədaları eşidilirdi. 
«Metropoldan»  (Nizami  muzeyi)  bələdiyyə  idarəsinə  keçmək 
mümkün  deyildi.  Damlar,  eyvanlar,  pəncərələr  adamla  dolu  idi.  Eyvanların 
birində Qurban Pirimov tar çalır, Cabbar Qaryağdı oğlu oxuyurdu. 
Toxuculuq  fabrikinin  fəhlələri  əllərində  qırmızı  bayraqlar  və  şüarlar 
«Hürriyyət» (26 komissar) meydanına girirlər... Əllərdə dalğalanan bayraqlarda 
«Füqərayi  cahan  kasibəsi,  birləşin!»,  «Yaşasın  sosial  demokrat  fəhlə  firqəsi, 
hümmət!», «İmperializmə ölüm!» sözləri yazılmışdı. 
Qara çadralı, ayaqyalın bir müsəlman arvadı ağlaya-ağlaya danışmağa 
başlayır:  «Öz  südümüzlə  bəslədiyimiz,  böyütdüyümüz  kişilər,  ərlər  bizi 
zindana salmışlar. Yaşasın övrətlər inqilabı!». 
Fəhlə  dəstələri  parlamana  yollanır,  ordan  da  Mərkəzi  fəhlə  klubuna 
gedirlər. 
Bu  dəstə  səhər  tezdən  fabrikin  həyətinə  yığılmışdı.  «Hümmət» 
təşkilatının  nümayəndəsi  qısa  nitq  söyləyib,  fəhlələrə  Bakı  Komitəsinin 
bayrağını təqdim etmişdi. Onlar da musiqi təranələri altında Qaraşəhərə, ordan 
da pay-piyada şəhərə gəlmişdilər ki, öz hüquqlarını tələb etsinlər... 
Çadralı  müsəlman  fəhlə  arvadının  bu  çıxışı  bütün  Bakıya  vəlvələ 
salmışdı,  bütün  ictimai  təbəqələri  həyəcana  gətirmişdi,  hamının  «Hümmət»ə 
hörmətini artırmışdı. 
Əliheydər  Qarayev  bu  nümayişin  Fransada  Jonsen  cənazəsinin 
müşayiət  mərasimini  xatırlatdığını  yazıb  əlavə  edirdi  ki,  bizə  tərəddüdlə 
yanaşan  fəhlələr  də  bu  nümayişdən  sonra  bizə  qoşuldular  və  «Yaşasın 
Azərbaycan  Sovet  Sosialist  Cümhuriyyəti!»,  «Yaşasın  III  internasional!» 
şüarlarını  təkrar-təkrar  qışqırdılar.  Birdən  hamı  səs-səsə  verib  internasional 
oxumağa başlayır: 
 
Qalx! Ey lənətlə damğalanmış,  
ac və çılpaq, məzlum dünya!  
Zülmə qarşı vicdanlar yanmış,  
alovlanmış qanlı dava.  
Yıkalım bu köhnə cahanı,  
quralım bir yeni aləm.  
Ərzin səfil, məhkum insanı  
Ərzə hakim olur o dəm. 
 
Bu qovqa son və ən qəti  
Şanlı bir hərb olur,  
İnternasionalla  
İnsanlıq can bulur. 


179 
 
 
Qəzetlərdən.  Təəssüf  ediləsi  bir  xəbər:  1918-ci  il  mart  hadisələri 
əsnasında dağılmış «İsmailiyyə» sarayının gündən-günə xarab olmasını nəzərə 
alaraq,  onu  sökmək  və  zərərsiz  hala  salmaq  qərara  alınmışdır.  Bu  məsələyə 
Musa Nağıyevin varisləri də etiraz etmirlər. Bina taxta hasara alınıbdır. Qabil 
bənnalar  axtarılır  ki,  «İsmailiyyə»ni  söksünlər.  Bünövrədən  çıxarılacaq 
zəxirəni satmağa komisyon intixab edilmişdir. 
 
XƏSTƏ BİR MƏHƏLLƏNİN AZARI VƏ DƏRDLƏRİ 
 
«Kübarlar,  bankirlər,  maliyyə,  ticarət  maqnatlarının  və  neftxudaların 
yaşadıqları  məhəllələr  istisna  ediləndən  sonra,  qalan  məhəllələr  çox  cəhətdən 
bir-birinə  oxşayır.  Haqqında  söhbət  gedən  məhəllə  şəhərin  mərkəzindədir. 
Tatarski  (Krupskaya),  Gimnaziya  (Lev  Tolstoy),  Karantini  (Həzi  Aslanov), 
Aziatski (Pyotr Montin), Kamenisti (Şors) küçələrini əhatə edən bu məhəllə və 
onun  ətrafı  şəhərdən  tamamilə  ayrılmışdır,  bu  aralar  özgə  bir  aləmdir;  bu 
məhəlləyə  kimsə  etina  etməz,  buralar  kimsəni  tanımaz.  Burada  adamlar 
anarxiya  halında  yaşayar,  kim  nə  istəsə  onu  edər.  Şikayətə  qulaq  asan  yox, 
camaatın  halına  yanan  yox.  Hər  addımda  cavanların  həyatını  zəhərləyən  bir 
görüş  evi,  onun  yaxın  səmtində  bir  şərabxana  var...  Axşam  düşəndə,  şəhərin 
başqa yerlərində görünməyən məxluqat burada peyda olar. Axşamdan bir qədər 
keçdikdən sonra hər tində bir neçə sərxoş, hər bucaqda iki-üç nəfər şübhəli şəxs 
görünər. Və səhərə qədər qovğa, qeylüqal ara verməz, heç kim evində istirahət 
edə  bilməz.  Bakının  görkəmli  cavanları  bu  qapıdan  çıxıb,  o  birisinə  girərlər. 
Az-çox huşyar gələnlər dəli-divanə olub gedərlər. 
Şikayətə  baxan  yox.  Polis  tapılmaz.  Tapılanda  da  hər  dəqiqə  ucalan 
nalə və qışqırığa qulaq verməz, baş verən hadisələrə gözucu  belə baxmaz, hər 
şeyə laqeydlik, etinasızlıq... 
Nikolay  vaxtı  şərabxana,  məscid,  kilsə  və  məktəbdən  50  sajen 
(təxminən  130  metr  -  M.  S.)  uzaqda  olmalı  idi,  indisə  şərabxana  məktəblə, 
məscidlə yan-yanadır. Şərab satmaq mədaxil mənbəyinə çevrilib. 
Şəhərin  bu  məhəlləsi  Şerlok  Holms  hekayələrini  və  macəralarını 
xatırladır.  Əski  London  və  Nyu-York  məhəllələri  buranın  yanında  sönük  bir 
şey... Canilər məskəni, meyxanələr məhəlləsi... 
Təbibsizlikdən  nəzafət,  zibil,  çirk,  xəstəliklər  bu  məhəllədə  tuğyan 
edir.  Bunlar  heç  kəsi  maraqlandırmır,  narahat  etmir.  Üfunət  məskəni  və 
cəfalətlər məhəlləsi. 
Polis caniləri, sərsəriləri tutub, cinayətin qarşısını almır, buralara qəti 
nəzər salmır. Cinayət şaxələri və rişələri buralardan bütün şəhərə yayılır. 
Qaçqınlar və dilənçilər. Birinci dünya müharibəsinin dəhşətləri, 1918-
ci  il  mart  hadisələri,  Denikin  qaragüruhçularının  şimaldan  hücumu,  aclıq, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə