Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə84/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   80   81   82   83   84   85   86   87   ...   110

175 
 
girdim.  Qapıdan  salona  qədər  pillələrdə  gözəl  geyimli  azərbaycanlı  əsgərləri 
fəxri qaraulda durmuşdular. Lojalara xırda bayraqlar sancılmışdı. 
İçəridə  kübar  xanımlar  da  vardı.  Diplomatik  elçilər  üçün  ayrılmış 
yerdə İran, Dağıstan və Gürcüstan nümayəndələri əyləşmişdilər. 
Hümmət  təşkilatından  Səmədağa  Ağamalı  oğlu,  Əliheydər  Qarayev, 
Camalbəyov, Əbilov, Şeyxülislamov və başqaları sol tərəfdə oturmuşdular. 
Saat  ikinin  yarısında  Azərbaycan  parlamanının  ilk  iclası  açıldı;  bu 
münasibətlə əfvi-ümumi elan edib siyasi məhbusları azad etmək təklif olundu. 
Hamı  əl  çaldı,  təklif  qəbul  edildi.  Nümayəndələrdən  bir  nəfər  təbrik 
teleqramlarını  oxudu.  Milli  şuralar  və  təşkilatlar  tərəfindən  də  bu  tarixi  günü 
qeyd edib sevinc duyğuları izhar olundu, parlamana xalq və millətlər mənafeyi 
naminə  müvəffəqiyyətli  fəaliyyət  arzulandı.  Çıxışlarda  cari  və  vacib 
məsələlərdən danışıldı. 
Saat beşdə parlamanın iclası qurtardı. 
Mərkəzi  fəhlə  konfransı  -  fəhlə  parlamanı.  İngilislər  Bakıya  ikinci 
dəfə  gələndə  gəlir  Tomson  demokrat  olduğunu  söyləyib  daxili  işlərə 
qarışmayacağını vəd etmişdi. Lakin o özündən əvvəlki ingilis gəliri Denstervili 
kölgədə  qoydu.  Bakıda  elan  etdiyi  ilk  qərarda  yazılırdı:  «Bütün  tətilçilər, 
bolşevikləri  və  fəhlələri  tətilə  təhrik  edənlər,  çaxnaşma  salanlar  cəzaya 
məhkum  ediləcək.  Mənim  yazılı  rüsxətim  olmadan,  nə  məqsəd  üçün  olursa-
olsun on nəfərdən artıq adamın bir yerdə yığılması qadağan olunur». 
Bu  sözlərdən  belə  çıxırdı  ki,  bolşeviklər  heç  yerdə  gözə 
görünməməlidirlər. 
Menşeviklərə fəhlə konfransı keçirməyə icazə verilmişdi. 
Madam  ki,  konfrans  fəhlələrindir,  orada  bolşeviklərin  iştirakı 
zəruridir. Çünki fəhlələrin yeganə hamisi onlardı; baxmayaraq ki, onları Bakıda 
dörd  tərəfdən,  dörd  gözlə  -  ingilislər,  müsavatçılar,  menşevik  və  eserlər 
izləyirdilər. 
Bolşeviklər belə bir şəraitdə işləməli idilər. 
Bütün mədən, zavod və fabriklərdən göndərilən nümayəndələr 1918-ci 
ilin  dekabr  ayında  ilk  konfransı  keçirdilər.  Üstünlük  menşevik-eserlərin 
tərəfində idi. 1919-cu ilin mart ayında bolşeviklər təşəbbüsü öz əllərinə aldılar. 
Mərkəzi 
fəhlə 
konfransı  Haşımov  (Gənclər)  meydanındakı 
ikimərtəbəli  binada  olurdu.  Azca  yuxarıda  Hacı  Hacıağanın  «Təbriz» 
mehmanxanası,  bir  qədər  aralı  «Kaspi»  mətbəəsi,  onunla  yanaşı  «İsmailiyyə» 
binası yerləşirdi.  Çox vaxt fəhlə  klubuna həm həqiqi, həm də  məcazi  mənada 
«fəhlə parlamanı» və «Sovdep» deyirdilər. 
1918-ci  il  dekabrın  18-də  keçirilən  Fəhlə  konfransı  tətil  elan  etməklə 
aşağıdakı siyasi tələbləri irəli sürürdü: 
1. Siyasi məhbuslar həbsxanadan azad edilsin. 2. Mətbuat azadlığı. 3. 
İclas keçirmək azadlığı. 4. Söz azadlığı və s. 


176 
 
Şəhər rəisliyinin binası qarşısında iki avtomobil dayanmışdı. Şoferlər 
ingilis hərbi libasında idilər. Girəcək qapının hər iki tərəfində əli silahlı əsgərlər 
durmuşdu. 
Binadan  çıxan  ingilis  zabitləri  maşına  minib  Marinski  qız 
gimnaziyasına yollandılar. Polkovnik Volton orda otururdu. Fəhlə və həmkarlar 
ittifaqı  hərəkatına  nəzarət  ona  tapşırılmışdı.  Casuslardan  aldığı  məlumatları 
hökumətin  daxili  işlər  nazirliyinə  verirdi.  Həmkarlar  və  fəhlə  hərəkatı 
fəallarının  evlərində  axtarış  apartdırıb,  dörd  nəfəri  tutub  sürgün  etmişdilər. 
Bundan  fəhlələr  qəzəblənib,  tətil  elan  etdilər.  Günorta  bütün  mədən,  zavod, 
fabrik, dəmir yolu və körpülərdə iş dayanmışdı. 
Həbsdə olanlar azad edilib, sürgün edilənlər yarı yoldan qaytarılandan 
sonra həyat əvvəlki axarına düşür. 
Tətil  yeni  il  qabağı,  dekabrın  29-da  qələbə  çalır.  Lakin  həmin  gün, 
tətilə  qoşulduqlarına  görə  Tağıyevin  fabrikində  14  fəhlə  işdən  kənar  edilir. 
İşdən çıxarılanları yerlərinə qaytarmaq üçün Mərkəzi fəhlə konfransının xitabət 
kürsüsündən  ardıcıl  çıxışlar  edilir  və  mübarizə  aparılır.  Fəhlələr  bir  aydan 
sonra,  1919-cu  il  yanvarın  30-da  işə  qaytarılır.  Bu  qələbə  hümmətçilərin 
nüfuzunu müsəlman fəhlələri arasında artırdı. 
Bakı  proletariatının  güclü  tətil  hərəkatına  aprel  ayında  hazırlıq 
görülürdü; tələblər həm iqtisadi, həm də kəskin siyasi xarakterdə idi. 
Aprelin  30-da  qərar  çıxarılır  və  Mərkəzi  tətil  komitəsi  yaradılır. 
Tətilçilərin başlıca tələbi Sovet Rusiyasına neft göndərmək idi. 
Elə  bu  vaxt  Denikin  hücuma  keçib,  Dağıstanı  işğal  edir.  İngilislər 
Denikinə  Xəzər  yolu  ilə  hərbi  ləvazimat  göndərmək  üçün  dəridən-qabıqdan 
çıxanda, dəniz nəqliyyatı işçiləri tətil edirlər. Gəmilərin uğuldayan fitləri şəhərə 
vəlvələ salır. 
İngilislər hərbi ləvazimatı vaqonlara doldurub yola salmaq istəyəndə, 
bütün  parovozların  və  dəmir  yolu  emalatxanalarının  fitləri  səs-səsə  verib  tətil 
elan etdiklərini aləmə xəbər verir. 
May  ayının  6-da  mədənlərdə,  zavod  və  fabriklərdə,  elektrik 
stansiyalarında,    ictimai  müəssisələrdə  fit  səsləri  ucalır...  Hər  yerdə  hərəkət 
dayanır. Əlli minlik Bakı proletariatı ümumtətilə başlayır. 
Fitnəkar ingilislər həmişə etdikləri kimi Müsavat hökuməti ilə birlikdə 
hiylə  işlədirlər.  May  ayının  7-də  dəniz  qırağına  qoşun  töküb,  bulvarı 
mühasirəyə  alırlar.  «Belaya»  barjından  körpüyə  hərbi  sursat  -top,  pulemyot, 
qutular  dolusu  tüfəng,  patron,  bomba,  qumbara  və  barıt  dolu  qutuları 
boşaldırlar və elan edirlər ki, bütün bu silahları Həştərxandan üsyan hazırlayan 
bolşeviklər  üçün  göndəriblər.  Guya  bolşeviklər  fəhlələri  silahlandırıb 
«müsəlman  hökumətini  devirmək»,  «Azərbaycanın  istiqlaliyyətini  məhv 
etmək» istəyirlər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə