129
Neçə vaxtdı nigarandım xəstə düşən
anamdan,
Yenə məktub təsəllidi, yenə bir az
ovundum.
Doğma yurdun daşının da sevgisi var
canımda,
El-obadan xəbərlər yaz, tez-tez məni
ovundur.
Yazırsan ki, «O yerlərdə hələ şaxtadı,
qışdı»,
_Üşümərəm, ürəyimdə neçə qəlbin odu
var.
Bu yerlərin soyuğunda saçlarıma qar
düşüb,
Aylar, illər ötüşsə də unudulmaz o diyar.
Bilirsən ki, şeriyyətdir varlığıma can
verən,
Məktubunda bir səmimi şer də
göndərmisən.
Bəzən adi bir hiss olur təbimə fərman
verən,
Sən bu gün könül bağımı gülşənə
döndərmisən.
130
Yaz! gözlərim yollardadır hər gələn
səhər, axşam,
Ümid dolu, sevgi dolu ürəklərdir
həmdəmim.
İlhamına sarılanın ürəyində yanar şam,
Burda şirin xatirədən özgə nəyim var
mənim.
Bu ötəri ayrılığı dərdinizə qatmayın,
Gələcəyəm o yerlərin həsrət rəngli
çağına.
Gələcəyəm yatağına qor ələyən,
yatmayan,
Gecə-gündüz yol gözləyən bir ana
qucağına.
Mən bu şeri bitirirəm, əlimdədir
məktubun,
Dil açıbdı şirin-şirin xatirələr könlümdə.
Yaza-yaza ürəyimi sübh yelinə oxudum,
Şahə qalxdı ümid, inam, daha nələr…
könlümdə.
131
ÖMÜRLÜK
Yurd yeri! Sozalan bir ocaq sönür,
Mənim ağrı günüm, mənim dağ günüm!
Bir gün bir dəlisov küləyə dönüb,
Qovaydım dumanı, çəni ömürlük.
İllər tufanında, illər qarında
Sarı sim dil açıb könül tarımda.
Bərkiyib inamlı vuruşlarımda,
Olaydım kədərə qənim, ömürlük.
Ömrümdən bu yana, o ocaq mənim,
Ölümdən bu yana, olacaq mənim.
Yaşadar, sönməsə o ocaq məni,
Yanmasa sinəmdə qəmim, ömürlük.
Bir kimsə bu dərdi duymadı görəm,
Mən niyə günahı dünyada görrəm.
Bu qəmli, əbədi dünyada görən,
Nəyim qalacaqdı mənim ömürlük?..
132
YOLLAR, A YOLLAR
Ömrün günləritək calanıb gedir,
Neçə dağ başına dolanıb gedir.
Kimsəsiz olanda talanıb gedir,
Əzəldən həyandı yollara yollar.
Görünməz əvvəli, axırı harda!
Qoymaz yolçusunu çətində, darda.
Gedəni səfərə, gələni yurda
Bu yollar, bu yollar, yollar, ha yollar…
Məqsədim mayaqdı dumanda, çəndə,
Dünənki övladam, elə bu gün də.
Arzumun zirvəsi o ulu kəndə
Siz məni yetirin, yollar, a yollar.
133
A KƏNDİM
Qucağına qayıtmağa üzüm yox,
Sənə layiq əməlim yox, sözüm yox,
Yaşasam da bu yerlərdə gözüm yox,
İlk məkanım, son gümanım, a kəndim.
Uzaqdayam, demə yadam, özgəyəm,
Arzulardı səbr et, deyən, döz deyən.
Hələ həyat dəryasında üzdəyəm,
Həqiqətdi niyə danım, a kəndim.
Mən demişdim… ömür belə, gün belə,
Qasırğaya ürcah oldu kim belə?
Həsrətimdən dağlarına çən gələr,
Yetər sənə ah-amanım, a kəndim.
Dərd əliylə qolazlanmış daşınam,
Kədər yağır, qəm ələnir başıma.
Misra-misra qucağına daşınnam,
Ol, ümidim, ol, həyanım, a kəndim.
Ağrıların ürəyi yox, qanı yox,
Arzuların, diləklərin sonu yox.
Yol gedirəm, gecə uzun, danı yox,
Günəş olub, gərək yanım, a kəndim.
134
ÖZÜMƏ
Daha bir kimsədən umub- küsməyim,
Daha bir kimsəyə söz deməyim yox.
Bir umid, bir işıq sehrinə düşüb,
Onu «candan artıq» istəməyim yox.
Gördüm vəfasını ulu dünyanın,
Ömür-gün deyilən ağrı-acıymış.
Bəxtimə yazılan günlərdə, demə
Dərd çəkən kimsənin ehtiyacıymış.
Hərdən inciyəndə, hərdən küsəndə,
Sirrimi bulağa, daşa demişəm.
Məni ürəyində öldürən kəsə,
“Ömürlük sinəmdə yaşa”,- demişəm.
Taledi, qurtarmaz bu təzadlardan,
Başa nə gəlirsə sevgidən gəlir.
Sevənlər sevilmir, sevilən sevmir,
Sevgi qəlbə ağrı, saça dən gəlir.
Hərdən üz-gözümdə görünən sevinc,
Yaxşı adamların nurundan düşüb.
Yorğun ürəyimin yorğun dərdləri
Görmüşəm, günbəgün tarımdan düşüb.
135
Ümidsiz yaşamaq ölümdən betər,
Qəmli gecələrin səhəri yoxdu.
Anam da dünyadan köçüb gedəndən
Elə bil, dünyanın məhvəri yoxdu.
Bir dolan bulud var bu göy üzündə,
Göz yaşı qan olan bulud, ay bulud!
Bir çiçək istəsən çölün düzündən,
Bir az dərdləri unut, ay bulud!
Uğursuz səfərdən könlün üzükdü,
Taleyin hardasa yubanıb-yatmış.
Əynini qalın gey, əynin nazikdi,
Bu axşam yelidi, ay başıbatmış!
136
***
Bu axşam anamdan ayrıldım yenə,
Məni zamın verdi görünməzlərə…
Titrəyən qolların saldı boynuma.
Arxamca atılan suya bənzəyən
Yaş axdı gözündən, ələndi yerə;
Göz yaşı yandırar daşı, torpağı,
Bu gecə ürəyim nanə yarpağı.
Yolum buludların üstündən düşüb,
Arzumun çoxdankı yoludur bu yol.
Yaxından ulduzlar «keçir», «ötüşür»,
Bu gecə aramla yağışlar yağır.
Yadıma kədərli o görüş düşür,
Güllər də kövrəlir hər axşam çağı,
Bu gecə ürəyim nanə yarpağı.
Çöküb pəncərənin ağzına gecə,
Almışıq əlindən sakitliyini.
Yerlərə baxıram görürəm orda
«Arxaya axışan işıq selini»
Uzaqda bərq vurur, deyirəm bəlkə
Yanar ümüdlərin sayıdır onlar.
Mənə elə gəlir, elə gəlir ki,
Yerinə-yurduna qayıdır onlar.
Dostları ilə paylaş: |