Mehdi Calal



Yüklə 1,94 Kb.
Pdf görüntüsü
səhifə16/20
tarix20.10.2017
ölçüsü1,94 Kb.
#6019
1   ...   12   13   14   15   16   17   18   19   20

129 
 
 
Neçə vaxtdı nigarandım xəstə düşən 
anamdan, 
Yenə məktub təsəllidi, yenə bir az 
ovundum. 
Doğma yurdun daşının da sevgisi var 
canımda, 
El-obadan xəbərlər yaz, tez-tez məni 
ovundur. 
 
Yazırsan ki, «O yerlərdə hələ şaxtadı, 
qışdı», 
_Üşümərəm, ürəyimdə neçə qəlbin odu 
var. 
Bu yerlərin soyuğunda saçlarıma qar 
düşüb, 
Aylar, illər ötüşsə də unudulmaz o diyar. 
 
 
Bilirsən ki, şeriyyətdir varlığıma can 
verən, 
Məktubunda bir səmimi şer də 
göndərmisən. 
Bəzən adi bir hiss olur təbimə fərman 
verən, 
Sən bu gün könül bağımı gülşənə 
döndərmisən. 


130 
 
 
Yaz! gözlərim yollardadır hər gələn 
səhər, axşam, 
Ümid dolu, sevgi dolu ürəklərdir 
həmdəmim. 
İlhamına sarılanın ürəyində yanar şam, 
Burda şirin xatirədən özgə nəyim var 
mənim. 
 
Bu ötəri ayrılığı dərdinizə qatmayın, 
Gələcəyəm o yerlərin həsrət rəngli 
çağına. 
Gələcəyəm yatağına qor ələyən, 
yatmayan, 
Gecə-gündüz yol gözləyən bir ana 
qucağına. 
 
Mən bu şeri bitirirəm, əlimdədir 
məktubun, 
Dil açıbdı şirin-şirin xatirələr könlümdə. 
Yaza-yaza ürəyimi sübh yelinə oxudum, 
Şahə qalxdı ümid, inam, daha nələr… 
könlümdə. 
 
 
 


131 
 
 
ÖMÜRLÜK 
 
 
Yurd yeri! Sozalan bir ocaq sönür
Mənim ağrı günüm, mənim dağ günüm! 
Bir gün bir dəlisov küləyə dönüb, 
Qovaydım dumanı, çəni ömürlük. 
 
İllər tufanında, illər qarında 
Sarı sim dil açıb könül tarımda. 
Bərkiyib inamlı vuruşlarımda, 
Olaydım kədərə qənim, ömürlük. 
 
Ömrümdən bu yana, o ocaq mənim, 
Ölümdən bu yana, olacaq mənim. 
Yaşadar, sönməsə o ocaq məni, 
Yanmasa sinəmdə qəmim, ömürlük. 
 
Bir kimsə bu dərdi duymadı görəm, 
Mən niyə günahı dünyada görrəm. 
Bu qəmli, əbədi dünyada görən, 
Nəyim qalacaqdı mənim ömürlük?.. 


132 
 
 
YOLLAR, A YOLLAR 
 
 
Ömrün günləritək calanıb gedir, 
Neçə dağ başına dolanıb gedir. 
Kimsəsiz olanda  talanıb gedir, 
Əzəldən həyandı yollara yollar. 
 
Görünməz əvvəli, axırı harda! 
Qoymaz yolçusunu çətində, darda. 
Gedəni səfərə, gələni yurda  
Bu yollar, bu yollar, yollar, ha yollar… 
 
Məqsədim mayaqdı dumanda, çəndə, 
Dünənki övladam, elə bu gün də. 
Arzumun zirvəsi o ulu kəndə 
Siz məni yetirin, yollar, a yollar. 
 


133 
 
A KƏNDİM 
 
 
Qucağına qayıtmağa üzüm yox, 
Sənə layiq əməlim yox, sözüm yox
Yaşasam da bu yerlərdə  gözüm yox, 
İlk məkanım, son gümanım, a kəndim. 
 
Uzaqdayam, demə yadam, özgəyəm, 
Arzulardı səbr et, deyən, döz deyən. 
Hələ həyat dəryasında üzdəyəm, 
Həqiqətdi niyə danım, a kəndim. 
 
Mən demişdim… ömür belə, gün belə, 
Qasırğaya ürcah oldu kim belə? 
Həsrətimdən dağlarına çən gələr, 
Yetər sənə ah-amanım, a kəndim. 
 
Dərd əliylə qolazlanmış daşınam, 
Kədər yağır, qəm ələnir başıma. 
Misra-misra qucağına daşınnam, 
Ol, ümidim, ol, həyanım, a kəndim. 
 
Ağrıların ürəyi yox, qanı yox, 
Arzuların, diləklərin sonu yox. 
Yol gedirəm, gecə uzun, danı yox,  
Günəş olub, gərək yanım, a kəndim. 


134 
 
ÖZÜMƏ 
 
 
Daha bir kimsədən umub- küsməyim
Daha bir kimsəyə söz deməyim yox. 
Bir umid, bir işıq sehrinə düşüb, 
Onu «candan artıq» istəməyim yox. 
 
Gördüm vəfasını ulu dünyanın, 
Ömür-gün deyilən ağrı-acıymış. 
Bəxtimə yazılan günlərdə, demə 
Dərd çəkən kimsənin ehtiyacıymış. 
 
Hərdən inciyəndə, hərdən küsəndə, 
Sirrimi bulağa, daşa demişəm. 
Məni ürəyində öldürən kəsə, 
“Ömürlük sinəmdə yaşa”,- demişəm. 
 
Taledi, qurtarmaz bu təzadlardan, 
Başa nə gəlirsə sevgidən gəlir. 
Sevənlər sevilmir, sevilən sevmir
Sevgi qəlbə ağrı, saça dən gəlir. 
 
Hərdən üz-gözümdə görünən sevinc, 
Yaxşı adamların nurundan düşüb. 
Yorğun ürəyimin yorğun dərdləri 
Görmüşəm, günbəgün tarımdan düşüb. 


135 
 
 
 
Ümidsiz yaşamaq ölümdən betər, 
Qəmli gecələrin səhəri yoxdu. 
Anam da dünyadan köçüb gedəndən 
Elə bil, dünyanın məhvəri yoxdu. 
 
Bir dolan bulud var bu göy üzündə, 
Göz yaşı qan olan bulud, ay bulud! 
Bir çiçək istəsən çölün düzündən
Bir az dərdləri unut, ay bulud! 
 
Uğursuz səfərdən könlün üzükdü, 
Taleyin hardasa yubanıb-yatmış. 
Əynini qalın gey, əynin nazikdi, 
Bu axşam yelidi, ay başıbatmış! 


136 
 
*** 
 
Bu axşam anamdan ayrıldım yenə, 
Məni zamın verdi görünməzlərə… 
Titrəyən qolların saldı boynuma. 
Arxamca atılan suya bənzəyən 
Yaş axdı gözündən, ələndi yerə; 
Göz yaşı yandırar daşı, torpağı, 
Bu gecə ürəyim nanə yarpağı. 
 
Yolum buludların üstündən düşüb, 
Arzumun çoxdankı yoludur bu yol. 
Yaxından ulduzlar «keçir», «ötüşür», 
Bu gecə aramla yağışlar yağır. 
Yadıma kədərli o görüş düşür
Güllər də kövrəlir hər axşam çağı, 
Bu gecə ürəyim nanə yarpağı. 
 
Çöküb pəncərənin ağzına gecə, 
Almışıq əlindən sakitliyini. 
Yerlərə baxıram görürəm orda 
«Arxaya axışan işıq selini» 
Uzaqda bərq vurur, deyirəm bəlkə  
Yanar ümüdlərin sayıdır onlar. 
Mənə elə gəlir, elə gəlir ki, 
Yerinə-yurduna qayıdır onlar. 


Yüklə 1,94 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə