Mehdi Calal



Yüklə 1,94 Kb.
Pdf görüntüsü
səhifə18/20
tarix20.10.2017
ölçüsü1,94 Kb.
#6019
1   ...   12   13   14   15   16   17   18   19   20

146 
 
 
Yüz ağrılı günahla, 
Nə sev, nə də günahla! 
Mən kirisəm…sən ağla, 
Yavaş-yavaş qardaşım! 
 
Ağla, göz yorulunca
Gözdə yaş durulunca, 
Dərdinə vurulunca, 
Ay qəlbidaş qardaşım! 
 
Bu dünya bir loxmadı, 
Loxma-tikə-boğmadı. 
Ta biz deyən olmadı, 
Yad ol, yadlaş, qardaşım. 


147 
 
DOST HƏSRƏTİ 
 
 
A möhnəti varlığımı sıxan dost! 
Dərdi, qəmi ürəyimə axan dost, 
Xəyalımdan gözlərimə baxan dost, 
İlham  çeşməm coşar səndən ötəri. 
 
Xatirələr ürəyimin qəmidir, 
Düşən şehlər gözlərimin nəmidir, 
Bu qəm məndə son mənzilə kimidir, 
Elə bilmə ötəridir-ötəri. 
 
Kədərimdən qara saçım ağarar, 
Güllərimi meh yerinə çən darar, 
İstəyirəm bir ah çəkəm, dağyaran, 
Dolananda sən dolanan yerləri. 
 
Günlərimi calamısan oda sən, 
Könlüm kədər dənizdi, ada sən, 
Gümanımda tikdiribsən oda sən, 
Azalarmı ürəyimin dərdləri. 
 
Aramızdan gör neçə ay ötüşər, 
Hər an damla-coşqun birçay ötüşər, 
Bu həsrətdən ürəyimə xal düşər, 
Könlüm sənsiz qəribsənmiş yurd yeri. 


148 
 
*** 
                                      Qardaşım Elxana 
 
Qardaş, ağlar gözlərinin
Yaşı-gözümün yaşıdı. 
Qəfil tufan ömürlərin, 
İtirilmiş yaddaşıdı. 
 
Elə bilirdik yaz idi. 
Bu nə şirin muraz idi. 
Ömür - taledi, yazıdı, 
İnsanlar bir az naşıdı. 
 
Gördük vədəsiz təşvişi, 
Xeyri-şəri dəyişik. 
Ağlamaq da bəndə işi, 
Yaddaşıynan savaşıdı. 
 
Sən innən belə ağlama, 
Kim gözün silər, ağlama! 
Gəl, Allah bilər.., ağlama, 
Dünyamız da yavaşıdı. 
 
Bu dünyanın dərdi böyük
Gedən bir yük, qalan bir yük. 
Biz hamımız birevliyik, 
Dur gəl! yüz ilin başıdı 


149 
 
                       *** 
 
                                              Bacım Rizvana 
 
Toxdaq ağla qulaq asım, 
Səsinə, amandı, bacım. 
Perik düşən ömürlərin 
Dərdləri yamandı, bacım. 
 
Göz açsam da mən baharda, 
Yazım həsrət məzarlarda. 
Doğulmuşduq de biz harda, 
Bəs bura hayandı, bacım? 
 
Yaxın susdu, yad başladı, 
Nə miskin həyat başladı. 
Dəli bir gurşad başladı, 
Bu necə tufandı, bacım. 
 
Od tökdülər yandıq dağ-dağ. 
Hey sızlayar anam torpaq. 
Təşnə idim, bəxtimə bax
Səsin də anamdı, bacım. 


150 
 
 
Cəm olmaz doğmalar, yadlar, 
Hayıf saralan umudlar. 
Ağlasa dolan buludlar, 
Hərə bir ümmandı, bacım. 
 
Ömür, tale-əmanətdi, 
Biz duyunca gəlib-getdi. 
Göz yaşı da bir qismətdi, 
Ağla ki, imkandı, bacım. 


151 
 
TAPILMAZ 
 
 
Dərd məndə üz gördü, kədər doğmalıq, 
Sərsəri ruhları didər doğmalıq. 
Hər gün qəribliyə gedər doğmalıq, 
Yoldan saxlamağa qolum tapılmaz. 
 
Bir kökün üstündə budaqlayanlar
Sevib, arsız-arsız günahlayanlar, 
Ömrü ağlayana gün ağlayanlar, 
Yol oldum; getməyə yolum tapılmaz. 
 
Dünyam qövr elədi, dözümdən düşdü, 
Bu yanğın sinəmin közündən düşdü. 
Min cür sifətiynən gözümdən düşdü, 
Ta mənə bir şirin ölüm tapılmaz. 
 


152 
 
 
NECƏDİ 
 
Qardaşım İsmixana 
 
Vəfasız dünyadan vəfa 
Uman qardaşım necədi? 
Səməndərtək yolumuzda 
Yanan qardaşım necədi? 
 
Haqq deyəni gördü dünya
Haqq üzülən yerdi dünya. 
Özüynən al-verdi dünya, 
Sənin daş-başın necədi? 
 
Yollarıntək yolubağlı, 
Qollarıntək qolubağlı, 
Ürəyintək çarpaz dağlı 
Yurdun, yurddaşın necədi? 
 
Anam yoxdu dinə dilnən, 
Atam getdi ağır elnən. 
Bu ömürnən - aynan, ilnən 
Bitməz savaşın necədi? 
 
 
 


153 
 
Yol gəlirdik Başaratdan, 
Yollar, izlər çıxdı yaddan. 
Bir xəbər ver qazamatdan, 
İndi yaddaşın necədi? 
 
Bu dünya bir tavar sazdı, 
Kim dərindi, kim dayazdı. 
Hər havaya ağlamazdın, 
Axan göz yaşın necədi? 


154 
 
GÖZLƏRƏM 
 
 
Məndən başqa bu döngədə duran yox, 
Heç bilmirəm haçanacan gözlərəm. 
Hələ neçə dərdli günüm, ayım var, 
Dan sökülər, axşamacan gözlərəm. 
 
Qaçılmazdı bəxtə düşən ömür, gün, 
Açılmazdı ömrə düşən bu düyün. 
Yel qanadlı tez ötüşən ömrümün 
Qönçələri açanacan gözlərəm. 
 
Ömür dedim ən kədərli günə də
Dövran sürdüm bir məkansız kümədə. 
Demişdim ki, gözləyəcəm, yenə də, 
Ay Atacan, ay Anacan gözlərəm. 
 
Eləbil ki Günəşi yox bu yerin, 
Mənzil uzaq, yerlər qatı, göy dərin. 
Bir yenilməz Sahibi var göylərin, 
Yollarımı açanacan gözlərəm. 


155 
 
*** 
 
 
Əl uzatsam əlim sizə yətərdi, 
Sıranızdan uzaq düşdüm, yad oldum. 
Gözüm yaşı məndən uzaq düşmədi
Sirli dünyam ocaq oldu, od oldu. 
 
Ölən eşqim dərdinizə dirildi, 
Günüm, ayım yolunuza sərildi. 
Ömür dedim,- ömürlərə verildi, 
Mənə qalan bir quruca ad oldu. 
 
Üzü dönük, eşqi yalan adamlar! 
Göz önündə günüm, halım, adamlar! 
Ölüm haqdı zalım-zalım adamlar, 
O da vaxtsız uzaq düşüb, yad oldu. 


Yüklə 1,94 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə