Mehdi Calal



Yüklə 1,94 Kb.
Pdf görüntüsü
səhifə15/20
tarix20.10.2017
ölçüsü1,94 Kb.
#6019
1   ...   12   13   14   15   16   17   18   19   20

120 
 
 
Dəyişib torpağın bildirki halı, 
Elə bil daşlar da təzələniblər. 
Bu güllər gözümün nurunu alır, 
Hər yala, yamaca səpələniblər. 
 
Kimi qarşılayır Novruz gülləri? 
Nərgizi qoynuna alıbdı meşə. 
Yenə də uzalı qaldı əllərim, 
Yenə də boynunu bükdü bənövşə. 
 
Gəzirdim sinəmdə bahar havası, 
Könlüm istəyirdi bir çiçək dərəm. 
Bəs niyə üzməyə əlim gəlmədi
Bəlkə yol gözləyir bir çiçəkdərən?  


121 
 
 
BİR DƏ DÜŞƏ… 
 
 
Bir də düşə o yerlərə güzarım, 
Salamlaya oba məni, el məni. 
Taleyimə qarşı gələ baharım, 
Ovsunlaya çəmən məni, gül məni. 
 
Ürək açam qayasına, daşına, 
Dönəm elin yaddaşına, huşuna, 
Ata kimi sığal çəkə başıma, 
Qarşılaya yoxuşlarda yel məni. 
 
 Zirvələrdən-zirvələrə adlayam, 
Dağ döşündə neçə gəvən odlayam, 
Kol-kos basan cığırları artlayam, 
Çaşdırmaya sıxlıqlarda yol məni. 
 
«Qara daş»dan «Top ağac»a keçəndə, 
Yola çıxa o yağış da, o çən də, 
Buz dodaqlı bulaqlardan içəndə, 
Buraxmaya zümzüməli dil məni. 
 
 
 
 


122 
 
Bayram ola, şənlik, büsat qurula, 
Subaylığım ürəklərdə qor ola
Bu hisslərdə gizli-gizli qovrulam, 
Çulğalaya ilham adlı sel məni. 
 
Bəxt oyada ulu yurdun yazını, 
Atam kəsə o «qurbanlıq» quzunu, 
Mən kökləyəm «Yurd yeri»nə sazımı, 
«Başa düşə» mizrab məni, tel məni. 
 
Harayıma bir qəlbi saf yetişə, 
Anam bilə, o gözələ «Ad» düşə, 
Gözlərindən sinəm üstə od düşə, 
Məşəl ola, eyləməyə kül məni. 


123 
 
ATAM  CALALIN  
XATİRƏSİNƏ 
 
 
Adına bir şer yaza bilmədim
Taleyin bir şerə, beş şerə sığmaz. 
Bizə sığınacaq məzar qoymusan, 
Eşqin bu dünyada heç yerə sığmaz. 
 
Gözlərdə üzünün əksi qalıbdı, 
Dünyamız o vaxtdan bom-bozdu elə. 
Bir ana məzarı fikrə dalıbdı, 
Bizim ürəyimiz bum-buzdu hələ. 
 
Bizi gözü-könlü tox saxlamısız, 
Ayrı bir təmənnam yoxuydu mənim. 
Məni xəyallarda çox «saxlamısız», 
Sonrakı həqiqət…yuxuydu, neynim! 
 
Siz mənim ömrümə bir şirin  nağıl,  
Nə yaxşı nağıllar az yaşamayır… 
Daha öz çölündən yığışan oğul 
Yazda doğulmuşdu, yaz yaşamayır. 
 
 
 
 


124 
 
 
Aldanıb dünyanın etibarına, 
Batman dərdlərini çözələmədim. 
Düşdüm halal ömrün boran-qarına, 
Ulu duyğuları söz eləmədim. 
 
Bir sərkərdə ömrü, bir kişi ömrü
Bir qəhrəman ömrü yalandı, ata! 
Adam var yarınır, irişir ömrü, 
Dünya yanlışlarda talandı, ata.  
  
Qarlı dağlar kimi, uca ömürlüm, 
Bu eşqi qəlbim tək daşa yazmışam. 
Qəbrindən başlayan küləyə dönüm, 
Adını adımla qoşa yazmışam. 


125 
 
 
AY ANA 
 
 
Bu zalım dünya məni 
Səndən eylər, ay ana! 
Çiçək həsrətli könlüm 
Çəndə neylər, ay ana! 
 
Məkanın zamanı var, 
Sevginin zamanı yox! 
Bu dərdin amanı yox; 
Nələr söylər, ay ana! 
 
Tufan çəkən bu ömrü 
Yer də, göy də səsləyir; 
Cismim torpaq istəyir, 
Ruhum göylər, ay ana! 


126 
 
 
 
YAMAN DARIXMIŞAM, ANA, 
SƏNİNÇÜN 
 
                                                    (M.İsmayıl) 
 
 
Bu gecə könlümdə tufan, yel olub, 
Bu gecə gözümdə kədər göl olub
Bu gecə ürəyim dinən dil olub, 
Darıxdım, ana. 
 
Arzular məşələ dönüb bu gecə, 
Bir övlad qəmlərdə yanıb bu gecə, 
Könlüm pəncərənə qonub bu gecə, 
Darıxdım, ana. 
 
Bir qaynar bulağın gözü sinəmdə, 
Dilinin nəğməsi, sözü sinəmdə, 
Həsrətin alovu, közü sinəmdə,  
Darıxdım, ana. 
 
 
 
 
 


127 
 
Gözümdə, dünyanın anası sənsən, 
Ömrümün, günümün mənası sənsən, 
Çətində halıma yanası sənsən,  
Darıxdım, ana. 
 
Gəlir xəyalıma yoxsul bir otaq… 
Biz orda sevincə, kədərə ortaq. 
Dərdlərin sinəmdə yanan gur ocaq,  
Darıxdım, ana. 
 
Qara saçlarında dən də görmüşəm, 
Ömrümü dumanda, çəndə görmüşəm, 
Dünyamın sevincin səndə görmüşəm
Darıxdım, ana. 
 
Ruhum xatirələr röyasındadır, 
Surətin gözümün qarasındadır, 
«Əcəl qaşla-gözün arasındadır»,  
Darıxdım, ana. 


128 
 
 
*** 
 
                       İndi haqq dünyasına 
                             qovuşmuş əziz Səmərqənin  
   məktubuna 
 
 
Mən bu şeri yazan vaxtı qarşımdaydı 
məktubun, 
Oyanmışdı neçə şirin xatirələr könlümdə. 
Hisslərini duymaq üçün neçə dəfə 
oxudum 
Şahə qalxdı arzu, istək, daha 
nələr…könlümdə. 
 
Yazırsan ki,-«Gözəllikdən don geyibdi 
bu yerlər,» 
«Yağlı yurd»un sinəsində saldığın iz 
göyərib.» 
-Ay bacı, qaradinməzi dərd danışqan 
eyləyər, 
Ürəyimdə bu həsrətdən nə qədər söz 
göyərib. 


Yüklə 1,94 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə