Mehdi Calal



Yüklə 1,94 Kb.
Pdf görüntüsü
səhifə17/20
tarix20.10.2017
ölçüsü1,94 Kb.
#6019
1   ...   12   13   14   15   16   17   18   19   20

137 
 
 
Gecəyə baxıram, gecə sirlidi, 
Elə bil tutulub göylərin tağı. 
Bu gecə ulduzlar çox fikirlidi
Bu gecə ürəyim nanə yarpağı. 
 
Sərhədsiz  göylərdən gəlsə də xoşum, 
Vurğunu olsam da bu kəhkəşanın. 
Elə aşağıya dikilir gözüm, 
Sevirəm dərəni, düzəni, dağı. 
Torpağa bağlıdır əməlim, sözüm, 
Bu gecə göylərdə qəribsəmişəm. 
Bu gecə ürəyim nanə yarpağı. 


138 
 
 
*** 
 
Bir ana könlündə yandı laylalar, 
Torpaq bircə ovuc borcunu umdu. 
Atanın gözündə dondu xəyallar, 
Bir körpə bu borca gözünü yumdu. 
 
Çıxdı arzu kimi heçə könüldən, 
Torpağa yol saldı, keçər könüldən. 
Yığdı sevincini neçə könüldən, 
Kədəri ox kimi atdı, yayındı. 
 
Körpə diləkləri çəkib özünə
Tutaş kiprikləri tutub gözünə. 
Üz qoydu torpağın soyuq üzünə, 
İndi arzular da oyum-oyumdu... 
 
 


139 
 
 
KİM ÇƏKƏCƏK DƏRDİMİ 
 
 
Nə uşağam, nə cavanam, nə qoca, 
Çiçək könlüm tufanlara oyuncaq. 
Hey qaçıram hisslərimin boyunca, 
Aman Allah! Kim çəkəcək dərdimi?! 
 
Bu dünyanın gurşadları sinəmdə, 
Küləkləri, boran-qarı sinəmdə. 
Ürəklərin ahu-zarı sinəmdə, 
Aman Allah! Kim çəkəcək dərdimi?! 
 
Dəli ilham şahə qalxan dalğadı, 
Kədər məni, sevinc onu ağladır. 
Varlığını varlığıma bağladı, 
Aman Allah! Kim çəkəcək dərdimi?! 
 
Yaşa doldum, ağrı-ağrı ucaldım, 
Ağ saçları  ağrılardan bac aldım. 
Anam idi dərdçəkənim, necə oldu?! 
Aman Allah! Kim çəkəcək dərdimi?! 


140 
 
 
BAĞIŞLA, ANA! 
 
 
Nə səni yolundan saxlaya bildim, 
Nə dərdi dil ilə ağlaya bildim
Nə öz məhvərimdən laxlaya bildim, 
Bağışla, ana! 
 
Mənim qönçələrim açmadı, neynim, 
Ömrünə bir şəfəq saçmadı, neynim, 
Kim isə üstünə qaçmadı, neynim, 
Bağışla, ana! 
 
Son günlər dəyişdin niyə, bilmədim, 
Düşərdim bu yerə, göyə,-bilmədim! 
Bir şirin yalanı deyə bilmədim, 
Bağışla, ana! 
 
Deyirlər yaz gəlib, bəs bu nə yazdı? 
Qəbrini qazanlar, qəlbimi qazdı. 
Sanardım yoxluğun səbrə sığmazdı, 
Bağışla, ana! 
 
 


141 
 
 
BAŞDAŞI ÖNÜNDƏ 
 
 
Gözlərin gözümə dikilər elə
Ana, mən yorullam, sən yorulmazsan. 
Dərdimə, sərimə təşnəydi könlün, 
İndi mən qovrullam, sən qovrulmazsan. 
 
Burda qərib ollam, dərdi dağ ollam
Bu dağın köksündə lal bulaq ollam, 
Qəfil tufanında boğanaq ollam, 
Göylərə sovrullam, sən qorumazsan. 
 
Bənzərdin bu yurdda yanan çırağa, 
Döndün küləklərdə düşən yarpağa. 
Bu oda, havaya, suya, torpağa, 
Daha mən vurullam, sən vurulmazsan. 
 
Əlçatmaz günəşsən, ya aysan, ana! 
Qulağım səslənər-haraysan, ana. 
Dərd qarışıq axan bir çaysan, ana, 
Göz yaşım durulur, sən durulmazsan. 
 


142 
 
 
GEDƏRƏM 
 
 
Bu dünyada bir yelkənsiz gəmiyəm, 
Tufan qopar dərdli yana gedərəm. 
Dərd ömrümü, ömrüm dərdi seçəndən, 
Bilə-bilə burulğana gedərəm. 
 
Gözüm görməz, yaş gözümü yandırar, 
Dilim dinməz-söz özümü yandırar. 
Bir alov var, qaş-gözümü yandırar, 
Yollar boyu yana-yana gedərəm. 
 
Anam! daha ömrə-günə tabım  yox, 
Əzizləri itirmək var, tapım yox. 
İnnən belə yön tutmağa qapım yox, 
Yalan olan bir gümana gedərəm. 
 


143 
 
 
 
GƏLLƏM GÖRÜŞÜNƏ 
 
 
Orda, o məzardan əziz nəyim var? 
Gəlləm görüşünə, ay ana, gəlləm. 
Çilərəm üstünə göz yaşlarımı, 
Bəlkə yatan baxtım oyana, gəlləm. 
 
Günlərin əlində incələr qəlbim, 
Hər gecə şəhərdən köç elər qəlbim. 
Qəbrinin üstündə gecələr qəlbim, 
Onda dinə gəlləm, imana gəlləm. 
 
Uzalı əllərim yetişməz göyə, 
Mən elə təşnəyəm səni görməyə. 
Sinəmin ahından oyanar deyə
Bir qərib, bir yalan gümana gəlləm. 
 


144 
 
*** 
 
Zirvəsi dumanlı dağlar, 
Ay ahlı-amanlı dağlar, 
Umudlu, gümanlı dağlar, 
Anamı sizdən istərəm. 
 
O talesiz bəndə mənəm, 
Dağ da mənəm, çən də mənəm, 
Gəlişimə kəndə yenən, 
Dumandan sisdən istərəm. 
 
Olmaz belə qərar onda, 
Təklənnəm qaş qaralanda, 
Son mənzilə aparanda
Salınan izdən istərəm. 
 
Bir kənd yığıla başıma, 
İnanmaram göz yaşına, 
Üz sürtərəm hər daşına, 
Onu dəhlizdən istərəm. 
 
Qınaram daşı, torpağı, 
Ahımla yanan çırağı, 
Gözlərəm hər axşam çağı, 
Dönməsə tezdən istərəm, 
Anamı sizdən istərəm. 


145 
 
*** 
 
                                         Qardaşım Məhərrəmə 
 
 
Üzündə qəm görmüşük, 
Gözündə yaş, qardaşım! 
Ömrün ağrılarıynan, 
Bağrıbadaş qardaşım! 
 
Taxtın didərgin düşüb, 
Baxtın didərgin düşüb. 
Günün-halın dəyişib, 
Bir az tablaş, qardaşım! 
 
Barış tale payınnan, 
Boğanaqlı yayınnan. 
İlin qəmli ayıynan, 
Mənim, addaş qardaşım! 
 
Bir əylənməz köç gedər
Ara, axtar, seç, gedər. 
Ömür-Allah eşqidir, 
Azca dalaş, qardaşım! 
 
 
 


Yüklə 1,94 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə