Mehdi Calal



Yüklə 1,94 Kb.
Pdf görüntüsü
səhifə13/20
tarix20.10.2017
ölçüsü1,94 Kb.
#6019
1   ...   9   10   11   12   13   14   15   16   ...   20

103 
 
 
 
NECƏ KEÇİM 
 
 
Qeylü-qalların üstündə, 
Düşüb qollarım üstündən. 
Dərdli yolların üstündən
Necə keçim? 
 
Bəs bu Yerin ahı kimin? 
Savabı, günahı kimin? 
Bu dünyanı çoxu kimi, 
Gecə keçim, necə keçim? 
 
Gecə - torpağın kölgəsi, 
Sinəm - dərdin könəlgəsi. 
O yurd - gözümün giləsi, 
Necə keçim? 
 
Könlümdə qəm, saçımda dən, 
Cavidlərdən, Müşfiqlərdən, 
İçimdən keçən dərdlərdən, 
Necə keçim? 


104 
 
 
YURDUM 
 
Hərəmiz bir yuva tapdıq, 
Sığındıq, səndən uzaqda. 
Guya sənə əzəlkindən, 
Yaxındıq, səndən uzaqda. 
 
İl gəldi illərin üstə, 
Gün gəldi günlərin üstə, 
Qan yağdı güllərin üstə, 
Yayxandıq, səndən uzaqda. 
 
Nə gələnnən gələ bildik. 
Nə ölənnən ölə bildik
Nə bir dərdi bölə bildik, 
Dolandıq, səndən uzaqda. 
 
Cadarlanmış torpaq kimi, 
Düymə kimi, yarpaq kimi, 
Kökdən ayrı budaq kimi, 
Talandıq səndən uzaqda. 
 
Dərdinə yığılan ağlar, 
Özündən yıxılan ağlar, 
Ocağı dağılan ağlar, 
Qalannıq səndən uzaqda... 


105 
 
 
                       AŞIQ 
 
                                      Sazı  dinləyərkən 
 
İllərin yanğısı yaşar bu səsdə, 
Məni saz harayı yandırır, Aşıq. 
Nisgilli arzular var sinəm üstə
Ürəyimi kədər dindirir, Aşıq. 
 
Çal, çal şahə qalxsın saz havaları, 
Ərisin tellərdə arzumun qarı. 
Odlanan qəlbimdə gur alovları, 
«Sarıtel», «Dilqəmi» söndürür, Aşıq. 
 
O, qəm çanağıdı, gizlidi sirri, 
Qorqudun qopuzu - bizlərin piri. 
Dədə Ələsgəri, dədə Şəmşiri, 
Yanıqlı xalların andırır, Aşıq. 
 
Min hikmət baş qoyub saz sinəsinə, 
Nədən dolaşmasın saz sinə-sinə? 
Kədərdənmi düşüb iz sinəsinə? 
Bəlkə duyanları yan durur, Aşıq! 
 
 
 


106 
 
Od aldı vüsala yetən zamanda, 
Xan Kərəm bir yanda, Əsli bir yanda. 
Xalqın dastanları xatırlananda 
Elə bil könlümə qan dolur, Aşıq. 
 
Çal, çal damarımda qan kimi çağla, 
Elləri sənətin sehrinə bağla. 
Dərdimi tellərin diliynən ağla, 
Sevənlər qəlbini tən bölür, Aşıq. 


107 
 
 
 
SƏNİ 
 
 
                                                  S.Vurğuna 
 
Şair, bir gün yolum dağlara düşdü, 
Necə əzizlərmiş o dağlar səni. 
Min ağrı-acıyla, min həsrət ilə
Sordu yaşıl-yaşıl budaqlar səni. 
 
Yol çaşan çığırlar üstümə gəldi, 
Bükülən çiçəklər qalxdı, dikəldi. 
Bir bayatı çəkdi, səbrimi dəldi, 
Dilinən ağladı bulaqlar səni. 
 
Qayalar dinmədi, sirri var kimi, 
Xəyalım qarışdı buludlar kimi. 
Gah günəş, gah yağış, gah da qar kimi 
Gözlərmiş gəzdiyin oylaqlar səni. 
 
Gəldim məzarının önünə bu gün, 
Sinəmdə arzular düyündür, düyün. 
Qayğıyla bəzəndi narahat ömrün
-Axtarır «Şəmşirlər» çıraqla səni. 
 


108 
 
 
 
Hər gün tər çiçəklər dəstəbədəstə 
Gəlirələr, ölülər qəbrinin üstə. 
Elə səbir gəlir səbrinin üstə, 
Bürüyüb saralmış yarpaqlar  səni. 
 
Könlüm gumuldanar xan Araz kimi, 
Gumanım yaralı bir muraz kimi. 
Bil dəli istəklə susan saz kimi, 
Sıxıbdı köksünə torpaqlar səni. 
 
Köçmüsən qəlbinə yayın, payızın, 
Hər şaxtalı qışın, çiçəkli yazın. 
Təbiət dilində danışar sazın, 
-Zaman fəsil-fəsil varaqlar səni. 
 


109 
 
 
VURULMUŞAM MƏN 
 
Əzizdir  hər ağac, hər daş könlümə
Ömrün bu çağına vurulmuşam mən. 
Eşqilə döyünən qəlblərə əhsən, 
Doğma qucağına vurulmuşam mən. 
 
Bir az sevincim var, xeyli qəmim var, 
Tufanlar qoynunda ümüd gəmim var. 
Döyüşə həm süngüm, həm qələmim var, 
Uca bayrağına vurulmuşam mən. 
 
Ömrümüz fərəhdən arzular əkə, 
Xoşbəxt günlərimiz qəmləri sökə. 
Sısqanı özüylə çaylara çəkən 
Neçə bulağına vurulmuşam mən. 
 
Ürəkdən sevənlər tən bölər eşqi
İlqarsız çıxanı silkələr eşqi. 
Yaşaram könlümdə zirvələr eşqi, 
Hər uca dağına vurulmuşam mən. 
 
Sıxaram sinəmə yamacı, düzü, 
Qaynayan təbimdir çeşmənin özü. 
Mehdi Calal deyir, eşqimin gözü, 
Vətən torpağına vurulmuşam mən. 


110 
 
 
 
*** 
 
                                      Şair Lətif Hüsenliyə 
 
Dostlar! Mən olmayan yerdə, 
Deyirsiz «Yerin görünür». 
-Elə sizin aranızdan  
Ömrüm-qədərim görünür. 
 
Dünyam elə yır-yığışda… 
Harda bitər, hardan başlar? 
İzim vardı, qar-yağışdı, 
-Bir çıxım görüm görünür.. 
 
Ayım belə çaxnaşmadı, 
İlim, belə çaxnaşmadı! 
Ölüm belə çaxnaşmada, 
Arazım - Kürüm görünür.. 
 
Ömür dərdə bürünməsə, 
Pərdə - pərdə bürünməsə, 
Harda yerim görünməsə, 
O yerdən qəbrim görünür. 


111 
 
*** 
 
Tarix elmləri doktoru, professor  
       Dərgah Humay oğlu Qüdrətovun 
xatirəsinə. 
 
 
Qəlbimə dammışdı, çin oldu bu gün, 
Ağır günlərində bilə, bilmədim. 
Dondum bir gecikmiş, qəfil xəbərdən, 
Dərdi də kimsəylə bölə bilmədim. 
 
Həzin söhbətlərin şimşəyi çaxdı 
Bu axşam kütləşən qulaqlarımda. 
Məni xatirələr yandırıb-yaxdı, 
Qaldım doğmalığın boran-qarında. 
 
Səndən dərs alanlar qürur duyardı, 
Eşidən bu dərddən qan ağlayacaq. 
Elə mənqarışıq çox dostun vardı, 
Bilənlər ayrıca yas saxlayacaq... 
 
Əzəldən gərəkli, halal adamı 
Niyə özgələrdən soraqlarıq biz. 
Nədən sağlığında biganə qalıb, 
İtirəndən, sonra qəm bağlarıq biz. 
 


Yüklə 1,94 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə