Mehdi Calal



Yüklə 1,94 Kb.
Pdf görüntüsü
səhifə10/20
tarix20.10.2017
ölçüsü1,94 Kb.
#6019
1   ...   6   7   8   9   10   11   12   13   ...   20

74 
 
 
İLAHİ 
 
Yetən məni aldadır 
Sən də aldat, İlahi! 
Şirin yalanlar ilə 
Başımı qat, İlahi 
 
Yaşamaq olmur daha 
Qıyma batam günaha; 
Bir ümid ver sabaha, 
Dadıma çat, İlahi. 
 
Yarı iblis, yarı şıx, 
Ya qaranlıq, ya işıq. 
Ömrüm kimi qarışıb 
Bu kainat, İlahi. 
 
Bir az da gəl yaxına, 
Yetişim dərgahına. 
Bax könlümün ahına 
Bir də yarat, İlahi. 
 
Olduq bixəbər səndən
Düşdük dərbədər səndən. 
Gözlərik xəbər səndən; 
Sağ-salamat, İlahi!... 


75 
 
 
 
                GECİKMİŞ ETİRAF 
 
 
Biz ki, inam öldürürdük.... 
Bizi də sən öldürürsən; 
Biraz şaxta, bir az tufan, 
Biraz da çən, öldürürsən. 
 
Qayıtmağa güman varmı? 
Gün doğa, ay bədirlənə, 
Sənsiz dünya gülzar ola 
Çəmən-çəmən öldürürsən. 
 
Elə verdik faniliyə 
Uca-uca Sevgiləri... 
Kərəmin var: - çün ayrılır 
Ruh və bədən, öldürürsən. 
 
Dərgahından qovulanın 
Əriş-ağacı kəsilməz... 
Hanı gözü doymayanlar? 
Çətən-çətən öldürürsən. 
 
 
 


76 
 
Olsa da qul-qaravaşın 
Bilibən tutduğu, günah, 
Öz yoluna cəfakeşdi, 
Biçir kəfən, - öldürürsən. 
 
Asilərin küfründəyik, 
Sahibi - Zamanım gəlməz. 
Diyar-diyar, ölkə-ölkə
Vətən-Vətən öldürürsən. 
 
Dünya qəmli möminlərin 
Pərvərişdi pənahında. 
Haqq bulunmur; geci-tezi 
Bağrı zədən öldürürsən. 
 
Suya, oda, yerə, göyə 
Bağışla qadir Allahım! 
Bizə-bizdən sən yaxınsan 
Dərib dən-dən öldürürsən. 
 
Diri-diri şəhidlərik 
Fəryadımız eşidilməz... 
Cümləsidi Mehdi Calal, 
Deməz nədən öldürürsən. 


77 
 
         GÖRƏNDƏ Kİ… 
 
 
Görəndə ki, uzaqlara baxıram, 
Görəndə ki, danışmıram, dinmirəm, 
Onda bilin şimşək olub çaxıram, 
Onda bilin səmalardan enmirəm. 
 
Görəndə ki, qəm oxunur üzümdə
Görəndə ki, od parlayır gözümdə, 
Görəndəki, halım deyil özümdə, 
Tək buraxın! bəri başdan deyirəm. 
 
İlham gəldi baş qoymaram balınca. 
Sözüm qalsın mən dünyada qalınca.  
Yollar boyu ürəyimin dalınca 
Bir ömürdü ha yüyürrəm-yüyürrəm 
 


78 
 
*** 
 
 
İlahi nə yaşadım ki, 
Ömür belə ötüşdü... 
Gözümü yumub - açınca 
Saçlarıma qar düşdü. 
 
Mən iyirmi, otuz yaşda 
Necəydimsə eləyəm... 
Fəqət yenə ötər illər 
Neyləmişdim, neylərəm... 
 
Elə bil ki, bu illərin 
Hamısında birəm mən, 
Əmi, dayı çağırırlar; 
Demək dəyişirəm mən. 
 
Bir az görkəmim dəyişib
Bir az da baxışlarım. 
Çox cavabsız suallardan 
Çatılıdır qaşlarım. 
 
Ərimir illərin qarı, 
Bu açar, bu kilidim. 
Allah, nakam arzuları 
Kömək eylə, - kiridim. 


79 
 
 
 
 
GÜNƏŞ OLAN 
ZAMAN-ZAMAN BÖLÜNMƏZ 
 
 
 
Dilimin  ucundan dönüb qayıdan, 
İçimdə qıvrılan səda-Vətəndi. 
Sevgisi sinəmdə tufan oyadan, 
Qəmlərdə çırpınan ada- Vətəndi. 
 
 


80 
 
 
BÖLÜNMƏZ 
 
 
Dədəm Qorqud! Budaq kökün dandımı? 
Dəli Ozan! Çiçəklərdən qan damır. 
Bəlkə bu od ruhunuzu yandımır?! 
Günəş olan zaman-zaman bölünməz! 
 
Bu topağın qan yaddaşı dərində, 
Ulu dərdi qibləsində, pirində… 
Gör kim qaldı sənin ocaq yerində? 
Yerdə qalan bu nahaq qan bölünməz! 
 
Biz dünyanı vaxta-ana bölmüşük. 
Dəli eşqə, şirin cana bölmüşük 
Oylağını qana-qana bölmüşük 
Canda ürək, damarda qan, bölünməz! 
 
Son anında qəlpələrim ağlayar, 
Ucalarım, təpələrim ağlayar, 
Bu tufanda ləpələrim ağlayar, 
Bölünməzdi Azərbaycan, bölünməz! 
 


81 
 
 
SƏNİ DƏ 
 
 
Səni də salırlar «Ölçü-biçi»yə 
Sən də hər gün, - «Salam, sağ ol» 
-deyirsən 
Gedib ana yurdu yağıya verib 
Gəlib öz adına oğul deyirsən? 
 
Nə atan, nə baban kölə olmayıb, 
Çərçivə ömrünlə sən kimə çəkdin? 
Deyirsən o dövran belə olmayıb; 
Guya  kişi olub görünəcəkdin? 
 
Bir qismət çörəyin, bir içim suyun 
Bir odun, ocağın yoxdu, nə olar? 
Demə ac olanda kişilik-oyun, 
Kişilik bir uca taxtdı, nə olar. 
 
İçində Nəsimi inadı yoxdu, 
Füzuli deyilsən, Sabir deyilsən. 
Könlün-sarı bülbül, qanadı yoxdu, 
Az olar cisminə «qəbir» deyilsə. 
 
 
 


82 
 
Belə korun-korun yanmağın da boş, 
Qalmısan təzadlı ömrün əlində. 
Tufana dönməyin Yaradana xoş
Eşqi ürəyində, Adı dilində. 
 
İçinlə çölünün mənzili uzaq, 
Nəsə heç özünə oxşamadın sən. 
Bir gün ürəyində qurd ulayacaq 
İndi haraylayan səsə dönməsən. 
 
 
 
 


83 
 
 
AĞLAMA 
 
Göz yaşın sinəmdə yandı, 
Ağlama, anam, ağlama! 
Dərdmi ruhuna ayandı, 
Ağlama, anam, ağlama! 
 
Bu ömrum - dualı ömrüm, 
Bəlalı, havalı ömrüm. 
Uyuyur davalı ömrüm, 
Ağlama, anam, ağlama! 
 
Bu dünya sevgi görküdü, 
Bu ömür çəndi, bürküdü. 
Bu qəbir də mənimkidi, 
Ağlama, anam, ağlama! 
 
Mən bu ömürdən usandım, 
Sinəmdən daman al qandı. 
Üstümdə bir çıraq yandır, 
Ağlama, anam, ağlama! 
 
Özüm daşlar sırasında, 
Dərdim gözün qorasında. 
Yernən-göyün arasında, 
Ağlama, anam, ağlama! 


Yüklə 1,94 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə