Mehdi Calal



Yüklə 1,94 Kb.
Pdf görüntüsü
səhifə11/20
tarix20.10.2017
ölçüsü1,94 Kb.
#6019
1   ...   7   8   9   10   11   12   13   14   ...   20

84 
 
 
 
TƏCNİS – 4 
 
                                     Ustad Aşıq Qaracana 
 
Elə alov tutub yandı barmaqlar; 
“Nə qaldı atəşdən - qaracan”- dedi 
İqlimlər dəyişdi tellərin üstə 
Təşnə ürəyimiz qara can,- dedi 
 
Zülməti göylərə qalxan pər dələr, 
Kim Qorqud sehrini pozar, pərdələr? 
Dəmirci kürəsi oldu pərdələr,  
Qopuza qurbandı, - qara can,- dedi 
 
Ay Mehdi, sənətdə Söz Ündən olmaz 
Zaman sərçəsinə sözün dən olmaz 
Doğruluqda elin sözündən olmaz; 
El də yerbəyerdən “Qaracan”- dedi 


85 
 
DƏRDİMİ 
 
 
Duyğusuzdan a yurddaşım, 
Eylərəm haşa, dərdimi. 
Dərd bilib, dərd anlayana 
Deyim birbaşa dərdimi. 
 
Hər günüm mənə il oldu. 
Oda düşdüm, dil-dil oldum. 
Dərd üstdə Anadil oldum
Yetir qardaşa dərdimi. 
 
Ürəyimi neyləmişəm, 
Yellərə qul eyləmişəm. 
Yaxın bilib söyləmişəm. 
Qayaya, daşa dərdimi. 
 
Bir gör kimlərə bəndəyəm, 
Əkindəyəm, səpindəyəm… 
Taleyi yaman gündəyəm, 
Bölüblər yaşa dərdimi. 


86 
 
 
Bu ömür dolan buluddu, 
Qalınca yükünü tutdu. 
Yayı, payızı ovutdu, 
Saxladı qışa dərdimi. 
 
Daha daşıya bilmirəm. 
Sevib-oxşaya bilmirəm, 
Mən ki, yaşaya bilmirəm, 
Bacarsan yaşa, dərdimi. 


87 
 
*** 
 
Həqiqət ayrıldı öz məhvərindən
Od qalxdı tarixin səhifələrindən. 
Bir həsrət yol saldı Xudafərindən 
Oldu taleyindən narazı dağlar. 
 
Bu yurdun dərdləri  aşdı başından, 
Ta nə çarə qılar daşlı başına. 
Bir arzu fırlanar başlı-başına 
O tayı, bu tayı Arazı dağlar. 
 
Ellərin ömrünə bu nə yazıydı? 
Kimlər imzaladı, niyə yazıldı? 
Məgər ürəklərin qəmi az idi? 
Pozulmaz yazımı bu yazı, dağlar?! 


88 
 
*** 
 
Öldü xəbərini  gec eşitdiyim Qərbi    
       Azərbaycanın Şəki kəndindən olan  
Ustad Aşıq Elmana
 
Bu gün elə o gündü... 
Ölmüsən, Aşıq Elman! 
Demək ömür yazını 
Silmisən, Aşıq Elman. 
 
Sənsiz qan ağlar güllər, 
Susmaz daha bülbüllər. 
Ölümünü deyirlər 
Bilmisən, Aşıq Elman. 
 
Dinib qəmli avazla, 
Minbir nakam murazla, 
Dərdini qara sazla 
Bölmüsən, Aşıq Elman! 
 
Heyf o eşqə, havaya, 
Dönmüşdü yiyəvaya. 
Bu ölümnən dünyaya 
Gülmüsən, Aşıq Elman! 
 
 


89 
 
 
Deyirlər ilin çıxıb, 
Üstündə gülün çıxıb 
Bu gülnən könlün çıxıb, 
Gəlmisən, Aşıq Elman! 


90 
 
BU DAĞLAR 
 
 
Yaranışdan möhnət, kədər qalalı, 
Ah! bu dağlar, ah! bu dağlar, bu dağlar! 
Başı qarlı, məhəbbəti bəlalı, 
Gecə-gündüz qardaş deyər, od ağlar. 
 
Aralıqdan bir qüssəli çay keçər
Gumuldanar, neçə dərdli ay keçər, 
Bəs bu çayın sularından kim içər, 
Nədən içməz çadarlanmış dodaqlar?! 
 
Zirvələrdən həsrət axıb, çaylanır, 
Ümman-ümman könüllərə paylanır, 
Arzulardan elə nisgil boylanır, 
Ürəklərdə bu yanğılar, bu dağlar… 
 
Bu yerlərin daşları da kövrəkdir, 
İki sahil -iki yarım ürəkdir, 
Ürəkdirsə, ürək bütöv gərəkdir, 
Könülləri bu yandırar, bu dağlar. 


91 
 
AĞLAYAM GƏRƏK 
 
 
Gözlərimə bulud enib, 
Mən «mən»i ağlayam gərək. 
Sabahımı saxlamağa 
Dünəni ağlayam gərək. 
 
Ya səbrdi, ya qəbirdi, 
Ürək yarı, ömür birdi. 
Kövşənə bir nadan girdi
Mən «dən» i ağlayam gərək. 
 
Nəsiminin inadını, 
Babəkin «qol-qanadı»nı, 
Füzulinin fəryadını, 
-Min qəmi ağlayam gərək. 
 
Yazı, tale, satan, alan, 
Ömrüm ruhum olub talan. 
İllərnən düymədə qalan 
Qönçəni ağlayam gərək. 
 
Yad əllərdə parçalandı, 
Vüsal bilməz gör haçandı. 
Yarısı da yarımcandı, 
-Vətini ağlayam gərək. 


92 
 
*** 
  
         
        Şair  Z.Qafarlıya 
 
 
Bu il yenə başlanıbdı 
Axın, dağlara-dağlara. 
Gərək mən də ürəyimdə 
Baxım dağlara-dağlara. 
 
Bir cüt gözdə gilə bizik, 
Zirvə yönlü düşən izik. 
Gen düşsək də elə bizik 
Yaxın dağlara-dağlara. 
 
Ötən günlər dönə, çətin! 
Mehdi Calal, nə sus, nə din! 
Eh, sənin də, ay Zirəddin! 
«Ahın dağlara-dağlara». 


93 
 
 
SAZ ÇALIRAM 
 
 
Pəncərə önündə dayanmışam tək. 
Gəzir barmaqlarım tellərin üstə. 
Xəyalım köç çəkir keçmişə doğru. 
Min yanğı duyuram bu qədim səsdə. 
 
Dolur babaların ruhu sinəmə. 
Elə bil qaya tək sərtləşirəm mən. 
Uğursuz günlərim düşür yadıma, 
Sazla xısın-xısın dərdləşirəm mən. 
 
«Ruhani» çalıram tellərə baxın! 
Təbrizə uzanan yolu andırır. 
Sanıram ilahi varlığa dönüb 
Bu səs sərhəd aşır, çay dayandırır. 
 
Yenə «Kərəmi»lər, «Gözəlləmə»lər 
Yel olur sinəmin köz qalağına. 
«Şərili» üstündə xoş xatirələr 
Gözlərim önündə dönür axına. 
 
 
 
 


Yüklə 1,94 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə