Mehdi Calal



Yüklə 1,94 Kb.
Pdf görüntüsü
səhifə19/20
tarix20.10.2017
ölçüsü1,94 Kb.
#6019
1   ...   12   13   14   15   16   17   18   19   20

156 
 
DÖNƏCƏYƏM O YURDA 
 
Yamac qalxdım, düzən keçdim, yal 
aşdım, 
Könlüm uman çox yerləri dolaşdım. 
Hər ötən gün sinəm üstdən yol açdı, 
Dönəcəyəm, dönəcəyəm o yurda. 
 
…Üç qara daş nağıl başlar, nə başlar
Ulu yurdda qəm xalıdı o daşlar. 
Xatirələr! ay ağaclar! a daşlar! 
Dönəcəyəm, dönəcəyəm o yurda. 
 
Çəkmək olmur bu yolları göz ilə, 
El-obadan gen düşən can üzülər. 
O gəldiyim cığır ilə, iz ilə 
Ya tez, ya gec dönəcəyəm o yurda. 
 
Savabıyla günahımı yuyanlar! 
İstəyimi, ürəyimi duyanlar! 
Yurd yerində daş üstə daş qoyanlar! 
Dönəcəyəm, dönəcəyəm o yurda. 
 
Ya arzumun al libası əynimdə, 
Ya yubanmış Vətən eşqi beynimdə. 
Ya qayğıkeş insanların çiynində, 
Dönəcəyəm, dönəcəyəm o yurda. 


157 
 
 
 
GÖZ YAŞINDAN  
ÇİÇƏK BİTMƏZ 
 
Şer həvəsində, söz həvəsində, 
Duruldum yüz bulaq zümzüməsində. 
Bir lalə saraldı dağ sinəsində, 
Ürəyim göynəyə-göynəyə qaldı… 
 


158 
 
 
BAĞIŞLA 
 
 
Sənin göz yaşlarını 
Gözüm gördü, bağışla! 
Göz yaşına göz yuman 
Göydü, yerdi, bağışla! 
 
Alçaldıqca ucaldı, 
Böyüdükcə kiçilən. 
Ömrümüzə ölçülən 
Qəmi, dərdi, bağışla! 
 
Mənim qazancım - itki, 
İtkilərim qazancdı. 
Ruhum ac – yalavacdı, 
Səni yordu, bağışla! 
 
Dünya - ruhlar ağrısı, 
Ömür - tale yarası. 
Eşqim - dilim arası 
Bir ömürdü, bağışla! 


159 
 
SƏS 
 
 
Nədən geçikmisən bu vaxta kimi, 
Min ilin başından keçib gələn səs! 
Xəfif titrəyişlə, incə gülüşlə 
Ağrımı, acımı yarı bölən səs. 
 
Bir qönçə dərdimlə gəldin yanaşı, 
Səsim yandırırkən torpağı - daşı. 
Danış, dünənimin dilsiz sirdaşı, 
Danış sabahımla qoşa gülən səs. 
 
Ahım ağardacaq gur saçlarını, 
Tapsam yaylığında barmaqlarımı. 
Dönür göz yaşına yanaqlarımı, 
Ağlaya-ağlaya hər gün silən səs. 
 
Dinib yüyrüyümdə, başdaşımda da... 
Haçansa qalıbdı yaddaşımda da, 
Tapacaq dünyanın o başında da, 
Yerimi hamıdan yaxşı bilən səs. 
 
O mənim şəkərim, balım dünyada, 
Gərək ömrü qədər qalım dünyada. 
Yaşadar, sevdirər zalım dünyada, 
Məni öldürən səs, mənnən ölən səs. 


160 
 
*** 
   
 
             Keçdiyim daşlı yollara 
Gürşad yağardı, yağardı. 
Bu yolların o başından 
Bir qız baxardı, baxardı. 
 
Qulağımdan səsi getməz, 
Əl uzatdar, əl yetməz. 
Göz yaşından çiçək bitməz, 
Qəmi suvardı, suvardı. 
 
Səngiməz taleyin qarı, 
Yaxar, odlu baxışları. 
Bəxtim tək qara saçlarım 
Daha ağardı, ağardı… 


161 
 
 
GƏLİR 
 
 
Hələ ürəyimdə arzudur o qız, 
Bəlkə də ömrümə yazıdır o qız. 
Yəqin bu istəyə razıdır o qız, 
Əyninə güllərdən don biçib… gəlir. 
 
Həya yanağını ha yandırıbdı, 
Görkəmi laləni utandırıbdı. 
Əyilən ömrümə həyan durubdu, 
Mənim dərdlərimdən «pay» seçib gəlir. 
 
Bir bulaq suyunda baxıb əksinə, 
Sudan xoş duyğular axıb köksünə. 
Bir cüt şamamanı sıxıb köksünə, 
Qızlar bulağından su içib gəlir. 
 
 
 
 


162 
 
O GÜN Kİ… 
 
 
O gün ki, eşqinin əsiri oldum
Könlümü titrətdi məhəbbət yeli. 
Arzular qoynunda çağladım, doldum, 
Bu il o sevdanın beşinci ili. 
 
Bulaq duyğularım axdı, selləndi, 
Duymadın, - gözümdə yaş gilələndi. 
Od oldu, sinəmə elə ələndi 
O süzgün baxışın, ellər gözəli. 
 
Düşdüm ayrılığa zaman ötüşdü, 
Sənsiz ömür yaşım yaman ötüşdü. 
Gəldim, gendən gördüm, bu nə görüşdü?! 
Eşqindən ürəyim sözlü, nəğməli… 
 


163 
 
GÖRÜŞƏK 
 
 
Sənin səbrin, mənim səbrim gen oldu, 
Yenə sevən könüllərdə görüşək. 
Axır gəlib yadlar deyən gün oldu, 
Əyilməyək qəmə, dərdə görüşək. 
 
Gəl Günəş ol atəşpərəst ömrümə, 
Günü, ayı didərgin səs ömrümə. 
Ömür bağla bu müqəddəs ömrümə
İlqar bağla, gəlim pirdə görüşək. 
 
Mən gözlədim, demədim ki, ilə dön, 
Taleyimə elə qayıt, belə dön. 
Mən saz olum, sinəm üstə telə dön, 
Havalanıb pərdə-pərdə görüşək. 
 
Sən səhərin, sən axşamın aşiqi, 
Mən həsrətdən yanan şamın aşiqi. 
Çox gözləmə, qaranlıqla işığın 
Qovuşduğu qərib yerdə görüşək. 
 
Göylər qərib, bəndə qərib, din qərib, 
Zaman qərib, ömür qərib, gün qərib. 
Bu qisməti Allah özü göndərib,- 
Adımı tut, bu ömürdə görüşək. 


164 
 
KEÇƏR 
 
 
O şaxtalı, qarlı gündən 
Neçə-neçə zaman keçər. 
Sevgilim, sənin həsrətin 
Ürəyimdən hər an keçər. 
 
Bu çaylar hicran səslidi, 
Küləklər qəm nəfəslidi. 
Heç bilmirəm nə fəslidi, 
Ömrüm, günüm yaman keçər. 
 
Möhnətim saz çanağında, 
Ruhum tellər qucağında. 
Gecə-gündüz xəyalımda 
Tufan qopar, boran keçər. 
 
Sənsiz ayım dönüb ilə, 
Qayıt! ömrüm-günüm ilə. 
Gəncliyimi silə-silə 
Vaxt dolanar, dövran keçər. 
 


Yüklə 1,94 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə