Mehdi Calal



Yüklə 1,94 Kb.
Pdf görüntüsü
səhifə12/20
tarix20.10.2017
ölçüsü1,94 Kb.
#6019
1   ...   8   9   10   11   12   13   14   15   ...   20

94 
 
«Sarıtel» çalıram sarı tellərə… 
Gözümə könlümdən damla sürüşüb. 
Bir budaq başını yaman yelləyir. 
Yəqin ki, könlünə «Sarıtel» düşüb. 
 
«Qürbəti» çalıram qərib axşama, 
Üstümə qəriblik çökür elə bil. 
Bir uzaq ulduza dikilən gözüm 
Keçdiyim yolları  çəkir elə bil. 
 
Dəli istəklərim başımdan aşdı, 
Göynədi siənmdə qəm adaları. 
Mənmi havalandım, sazmı danışdı? 
Sirdi, möcüzədi saz havaları. 


95 
 
EYLƏR 
 
 
 «Duman gəl-get bu dağlardan»! 
Yenə dağlar ah-zar eülər. 
Dağı dumanlı görəndə 
Qəmli könlüm qubar eylər. 
 
Yellər əsər dörd bir yandan, 
Sinəm qurtarmaz tufandan. 
Qar bir yandan, çən bir yandan, 
Kədərimə tumar eylər. 
 
Tutulmuşam dağlar kimi, 
Könlüm viran bağlar kimi. 
Kimi gülər? ağlar kimi? 
Kim dünyanı bazar eylər? 
 
Axtarıram dostu, yarı; 
Çək köçünü düzə sarı. 
Gül açmayan arzularım 
Ürəyimi tar-mar eylər. 
 
Nə bir dinclik var qəlbimdə 
Daş çatlamazmı səbrimdən? 
Bu yolda ölsəm qəbrimdən 
Yurdum təzə «nübar» eylər. 


96 
 
 
GÖZLƏYİR 
 
 
Bir vaxt çəkinərdim Müşfiq yaşından, 
İndi də Nəsimi yaşı gözləyir. 
Belə ölümləri bəlalı yurdun 
Torpağı gözləyir, daşı gözləyir. 
 
Bu dərd ürəyimə yaxından yaxın, 
O gün ki… mən oldum uzaqdan baxan. 
Gecəni, gündüzü qəlbinə sıxan 
İntizar gözlərin yaşı gözləyir. 
 
Nə torpaq diksinir, nə dağ dillənir. 
Qannan rəng alırsa, bayraq dillənir. 
Haqq deyib durmuşam nahaq gülləni  
Təşnə ürəyimin başı gözləyir. 
 
Yazım yaz oldumu, yayım yaylana, 
Payızım barlana, barım saylana. 
Laylasız darıxdım, Vətən,- laylana, 
Arsız ömrə nə var, qışı gözləyir.  


97 
 
*** 
 
                                  Şair Sabir Yusifoğluna 
 
 
Ürəyim qanadlanır, 
Dostların görüşünə. 
Olduq illər ayrısı, 
Bax, dünyanın işinə. 
 
Göylər bulud-buluddu
Könlümüz yara-yara. 
Bu qədər həsrət hardan! 
Durub çıxaq yollara... 
 
Yollara yağış yağar, 
Aranı təmizləyə. 
Bəlkə bir az yubandım 
Kaş ki, dostlar gözləyə 
 
İllər yel qanadında 
Ötər, boşuna qalmaz! 
Ümidnən keçdi ömür, 
Belə yaşamaq olmaz! 
 
 


98 
 
 
 
SALAMAT QAL 
 
 
Miskin oba, miskin otaq, miskin yurd. 
Küləklərdən yorğun ocaq, küskün yurd. 
Mən unutdum, sən də məni ta unut. 
Salamat qal, salamat qal, salamat. 
 
Mərdi sevdim qınaqlarım çoxaldı, 
Dərdi sevdim sınaqlarım çoxaldı, 
Səni sevdim günahlarım çoxaldı, 
Salamat qal, salamat qal, salamat. 
 
Yurd mənimdi, dərd mənimdi, dil deyim 
Namərd mənim, mərd mənimdi, bil, 
deyin! 
Ocağını düz ürəyim bildiyim, 
Salamat qal, salamat qal, salamat. 
 
Ömrüm-günüm qış günəşim, yaz qarım, 
Əsən yellər sirli  təbim, yazarım. 
Ay, anamın yetim qalan məzarı! 
Salamat qal, salamat qal, salamat. 


99 
 
 
XOCALIM 
 
 
Gör neçə ildir ki, sağalmır yara, 
Hələ yollar, izlər qandı, Xocalım! 
Donan doğmalarla, yanan yurdlarla 
Ömrümüz-günümüz yandı, Xocalım. 
 
Gördük; nə şimşəklər çaxdı Vətəndə... 
Kəsilməz nalələr - ahdı Vətəndə. 
Ölənim, itənim ruhdu Vətəndə, 
Can içrə çırpınan candı, Xocalım! 
 
Dərdidir dərmanı böyük millətin, 
Tarixdə misli yox bu müsibətin. 
Göz də gördüyünə inanır çətin, 
Dünya bu dəhşəti dandı, Xocalım! 
 
Vətən - qibləmizdi, dərd - pirimizdi, 
Hər şəhid övladın - mərd birimizdi... 
Bu torpaq əbədi and yerimizdi
Kim pozar müqəddəs andı, Xocalım! 


100 
 
 
*** 
 
                                      Kərəm müəllimin    
                                                  xatirəsinə 
 
Eyninə almazdın şəhəri, kəndi, 
Dünyanı bir gözlə görən qardaşım. 
Ömrünü-gününü qayğıya verib 
Yerinə qəm-kədər dərən qardaşım 
 
Qaçqınlıq, köçkünlük payına düşdü, 
Göz yumub açdın ki, əlli ötüşdü. 
Dəyişən dünyada demək, dəyişdin, 
Mənim türk qardaşım, ərən qardaşım. 
 
Könlün şərə düşmən,doğruya dostdu, 
Ömrünün bağında nə yellər əsdi! 
Vətən yaraları səbrini kəsdi 
Axır dözəmmədin Kərəm qardaşım. 


101 
 
 
 
*** 
 
İstədim səni çağıram, 
Ünüm ağladı, ağladı. 
Ömrümü Günəşə tutdum, 
Günüm ağladı, ağladı.  
 
Könül verdiyim ağılar, 
Duyub, gördüyüm ağrılar. 
Çox uzaqdan çağırırlar. 
-Dinim ağladı, ağladı.  
 
Yorduğum yollar qar idi, 
Bəlkə elə hamar idi… 
Yaşasam ömür yarıdı, 
Dönüm, ağladı, ağladı.  
 
Mən dərdi daşdan qorudum
Yardan-yoldaşdan qorudum, 
Gözümü  yaşdan qorudum, 
Könlüm, ağladı, ağladı. 


102 
 
              *** 
Şəlalə İnqilabqızına 
 
Yamaca çən gəlir, dağa qar düşür, 
Saralan gümanım - payız ötüşür, 
Könlümə əlçatmaz arzular düşür, 
Didərgin ruhların duasını çal! 
 
Toplar dillənəndə nağıl yerinə, 
Sən qəlpə topladın noğul yerinə. 
İndi yağılarnan oğul yerinə 
Döyüşən yurdumun davasını çal! 
 
Bir gülsən, açmısan qışın qarında. 
Qəlbimə doğmadı ağrıların da. 
Təzə qanad açan misralarınla 
Qırılan sazının nəvasını çal! 
 
Belə ki çalırsan,-min dərd könlümün, 
Dərdin çəkilməzi bu mərd könlümün 
Bir qərib sevgiyə həsrət könlümün 
Bir ömür çalınmaz havasını çal! 
 
Adınla çağlayıb aşıb-daşarsan, 
Adımı çəkərsən, nəğmə qoşarsan. 
Bu incə duyğunla, əgər başarsan 
Laylasız dünyamın laylasını çal! 


Yüklə 1,94 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə