Mehman ağayev



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/105
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#21931
1   ...   12   13   14   15   16   17   18   19   ...   105

 
53
duzlar kristal halında çöküntüyə keçir (məsələn, sidik turşusu pH-
6,0-dan az olduqda həll olmuş haldan kristal halına keçir). 
Sidikdə zülalın təyini. Normal halda sidiklə gün ərzində 30-150 
mq-a qədər zülal ifraz edilir. Hazırda bu miqdarda zülal sidiyin 
ümumi müayinəsində aparılan keyfiyyət sınaqları ilə  aşkar edilmir 
və ancaq bu sınaqlarda sidikdə zülalın miqdarı 0,033 q/l və ondan 
çox olduqda təyin edilir ki, bu da proteinuriya adlanır.  
Proteinuriya böyrək və yaxud qeyri-böyrək mənşəli ola bilər. 
Böyrək mənşəli proteinuriya funksional və üzvi olmaqla iki yerə 
bölünür. Funksional proteinuriya böyrək filtrinin keçiriciliyinin 
artması  nəticəsində meydana çıxır. Bura yürüş, emosional, soyuq, 
ortostatik proteinuriyaları aiddir.  
Üzvi böyrək proteinuriyası böyrək filtrinin iltihabı, damar poz-
ğunluqları və başqa struktur dezorqanizasiyası nətiçəsində keçiricili-
yinin artması zamanı baş verir. Bu zaman böyrək yumaqcığında olan 
dəyişikliklər az olduqda ondan yalnız kiçik molekullu zülallar (albu-
minlər) keçir və sidikdə görünür və bu albuminuriya adlanır. Ancaq 
kiçik molekullu zülalların sidikdə ifraz olunması selektiv (seçici) 
proteinuriya adlanır. 
Yumaqcıq filtrinin ağır dərəcədə  zədələnməsi nəticəsində kiçik 
molekullu zülallarla yanaşı iri molekullu zülallar da (qlobulinlər) 
ifraz olunur. Buna qeyri-selektiv (qeyri-seçici) proteinuriya deyilir. 
Proteinuriyanın növünün təyin edilməsinin böyük diaqnostik və 
proqnostik əhəmiyyəti vardır. 
Əmələ  gəlmə yerinə görə böyrək proteinuriyası yumaqcıq və 
kanalcıq mənşəli ola bilər. Bundan başqa proteinuriya həqiqi və 
yalançı da ola bilər. Yalançı proteinuriya sidikdə qan formalı ele-
mentlərin parçalanması nəticəsində aşkar edilir. Bəzi hallarda hərarət 
yüksək olan şəxslərdə, qan dövranında durğunluq olduqda (durğun-
luq proteinuriyası) və yaxud gərgin fiziki işdən sonra (gərginlik 
proteinuriyası) sidikdə zülal müşahidə olunur. 
Sidikdə zülalın olmasını qaynatma və sulfasalisil turşusu sınağı 
ilə təyin etmək olar. 


 
54
Kəmiyyət sınaqlarından Brandberq - Roberts - Stolnikov üsulu, 
turbidimetriya əsasında sulfasalisil reaksiyası və ekspress-diaqnostik 
üsulu (xüsusi indikator kağızları ilə) tətbiq edilir. 
Sidikdə ifraz olunan zülalın miqdarının bir l sidikdə xaric olan 
zülalı qramlarla göstərir. Bu bədəndən itirilən zülal haqda həmişə 
tam məlumat vermir. Odur ki, bir gün ərzində sidikdə itirilən zülalın 
miqdarının təyini proteinuriya dərəcəsini daha dolğun ifadə edir. 
Bəzi patoloji hallarda (mieloma xəstəliyi, Valdenstrem makroqlobu-
linemiyası) qanda yüngül (L) polipeptid zəncirləri  əmələ  gəlir və 
molekulların kiçik olması nəticəsində böyrək filtrindən sidiyə keçir. 
Bu zülal Bens-Cons uroproteini adlanır, sidiyin termopresipitasiyasi 
və elektroforetik müayinəsi ilə təyin olunur. 
Sidikdə qlyukozanın təyini. Sağlam adamın sidiyində qlükozanın 
miqdarı çox azdır - 0,03-0,15 q/l-dir. Sidikdəki bu miqdarda olan qlü-
koza adi keyfiyyət sınaqları ilə  təyin olunmur. Sidikdə qlükozanın 
olması qlükozuriya adlanır, bu da fizioloji və patoloji olmaqla iki yerə 
ayrılır. Böyrəklərin normal fəaliyyəti zamanı qanda qlükozanın qa-
tılığı yüksəldikdə, yəni hiperqlikemiya olduqda qlükozuriya baş verir. 
Qanda qlükozanın böyrəkqapısı 9,9 mmol/l-ə  bərabərdir, bundan 
yüksək səviyyə müşahidə olunduqda qlükozuriya müşahidə olunur. 
Fizioloji qlyukozuriya qida ilə çoxlu miqdarda karbohidratlar qəbul 
etdikdə (alimentar), emosional gərginlikdən sonra (emosional), bəzi 
dərmanların qədulu (kofein, kortikosteroid hormonları) zamanı baş 
verir. Az hallarda böyrək qlyukozuriyası (renal) müşahidə olunur ki
bunun da səbəbi böyrək kanalcıqlarında qlyukozanın rezorbsiyasının 
pozulmasıdır. Bu hal hətta qanda qlyukozanın normal konsentra-
siyasında baş verir. Böyrək qlyukozuriyası birincili xəstəlik kimi renal 
diabetdə rast gəlir. Xroniki nefritlərdə, nefrotik sindromda, ikincili 
renal qlyukozuriya əmələ gələ bilər. 
Patoloji qlyukozuriya çox vaxt şəkərli diabetdə  (diabetik), tiro-
toksikozda (tirogen), İtsenko-Kuşinq sindromunda (hipofizar), qara-
ciyər sirrozunda meydana çıxır. 


 
55
Qlyukozuriyanın düzgün təyin edilməsi üçün (xüsusən  şəkərli 
diabetdə) gün ərzində yığılan sidikdə şəkər təyin olunmalı və sidikdə 
gün ərzində itirilən şəkər hesablanmalıdır. 
Sidikdə qlyukozanın təyini Qaynes və Nelander sınağı, qlyuko-
zooksidaza sınağı və Altqauzenin kolorimetrik üsulu ilə aparılır.  
Keton (aseton) cisimlərinin təyini. Sidikdə keton cisimlərinin 
(aseton, asetosirkə turşusu,  β-oksiyağ turşusu) tapılması ketonuriya 
adlanır. Ketonuriya əsasən  şəkərli diabetdə rast gəlir, həmçinin o, 
karbohidrat aclığında, cərrahi əməliyyatdan sonrakı dövrdə müşahidə 
olunur.  
Bilirubinin təyini. Normal halda sidikdə demək olar ki, bilirubin 
olmur. Bilirubinin sidikdə artıq miqdarda ifrazı (bilirubinuriya) 
qaraciyər və qaraciyəraltı sarılıqlarda meydana çıxır ki, bunun da 
səbəbi qanda birləşmiş bilirubinin (bilirubinoqlyukoronid) artması 
ilə izah olunur. 
Bilirubinuriya Rozin və Fuşe sınaqları ilə təyin olunur. Bu üsullar 
oksidləşdiricilərin təsirindən bilirubinin yaşıl biliverdinə çevrilməsi-
nə əsaslanır. 
Urobilinoidlərin təyini. Urobilinoidlərə urobilin, urobilinogen, uro-
bilinlər, sterkobilin, sterkobilinogen, sterkobilinlərin cisimləri aiddir
bunların sidiklə artıq miqdarda ifrazı urobilinuriya adlanır. Urobilinu-
riya çox zaman qaraciyər xəstəliklərində (hepatit, sirroz), hemolitik 
anemiyalarda, bağırsaq xəstəliklərində (enteritdə) müşahidə olunur. 
Urobilinoidlər Neybauer, Florans, Boqomolov keyfiyyət sınaqları ilə 
təyin olunur. 
Urobilinoidlərin miqdarının təyini onların R-dimetilaminobenzalde-
hid ilə çəhrayı rəngə boyanması əsasında aparılır. Onlar hidrogen-xlorid 
turşusu ilə qarşılıqlı təsirindən bu rəngə boyanırlar. Sonra alınmış məh-
lul kolorimetriya edilir. İndikator kağızlarının köməyi ilə ekspress-diaq-
nostik üsulla ketonuriya, bilirubinuriya və urobilinuriyanın təyini yuxa-
rıda qeyd olunmuş kimyəvi reaksiyaya əsaslanır.  
Sidik çöküntüsünün mikroskopik müayinəsi.  Müayinə üçün götü-
rülən sidik, yaxşıca qarışdırıldıqdan sonra 10 ml sentrifuqa sınaq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə