Mehman ağayev



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/105
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#21931
1   ...   19   20   21   22   23   24   25   26   ...   105

 
76
Nefrolitiaz. Diametri 0,5 sm-dən çox olan konkrementlər çətinlik 
yaratmadan aşkar edilirlər. Ayrılıqda daş dəqiq konturlu, exopozitiv 
törəmə kimi, kasacıq-ləyən sistemində  aşkarlanır. Onun arxasında 
akustik kölgəliyin olması diaqnozun doğruluğuna  şübhə yeri qoy-
mur. Daşın kimyəvi tərkibi USM nəticələrinə təsir etmir, bu üsul onu 
aydınlaşdıra da bilmir. Bəzən yastı daşlar pis vizualizasiya olunduğu 
üçün belə  xəstələr polipozision vəziyyətlərdə müayinə olunurlar. 
Bəzən hətta USM apardıqdan sonra poliuriya yaratmaq məqsədi ilə 
xəstəyə maye və hətta saluretik verilir, sonra yenidən müayinə tək-
rarlanır. Bununla belə bəzi hallarda böyrəkdaşının hiperdiaqnostikası 
da müşahidə olunur, böyrəkdə olan kristallar, damar divarının bərki-
məsi və s. daş kimi qəbul olunur, halbuki akustik dalğanın olmaması 
belə  nəzərə alınmır. Mərcanvari daşların USM vasitəsi ilə  aşkar-
lanması bəzən kəskin emfizematoz pielonefritlə səhv salına bilər. 
Sidik axarı daşları USM-nin köməyi ilə asan aşkar edilirlər, amma 
sidik axarının yuxarı, xüsusən orta 1/3-də olan daşlar bağırsaq ilgək-
lərindəki havanın maneə törətdiyinə görə pis vizualizasiya olunurlar. 
Sidik axarının intramural hissəsində olan daşlar sidik kisəsini maye 
ilə doldurduqda yaxşı görünürlər və akustik «cığır» aşkarlanır. Kasa-
ləyən sistemi ilə sidik axarının genişlənməsi böyrəkdaşının dolayı 
əlamətlərindən sayılmalıdır. 
Hidronefroz. USM zamanı alınan nəticələr prosesin ağırlıq dərəcə-
sindən və kasacıq-ləyən sistemində sidiyin passajının pozulmasının 
davamiyyətindən, böyrək parenximasının atrofiya dərəcəsindən asılı 
olur.  İlk mərhələlərdə pieloektaziyadan başlayaraq müxtəlif dərəcəli 
dilatasiyalar və hətta ureterohidronefroz aşkar edilir. Bu zaman böyrək 
parenximasının qalınlığı proqressiv azalır, kasacıq-ləyən sisteminin 
retension dəyişikliklərini parapelvikal kista və ya böyrək sinusu kistası 
ilə differensasiya etmək lazım gəlir. «Lal böyrək» zamanı USM 
diaqnozu dəqiqləşdirməyə çox kömək edir, çünki başqa üsullarla 
informasiyaların alınması çox təsadüflərdə nəticəsiz qalır. 
Bəzi hallarda medikamentoz poliuriyadan (vena daxilinə 10 mq 
furosemid) funksional yüklənmədən istifadə olunaraq yuxarı sidik 


 
77
yollarının ehtiyat imkanları funksional qiymətləndirilir. Bunun üçün 
böyrəklərin ilkin müayinəsi, kasacıq-ləyən sisteminin ölçülərinin təyin 
olunmasından sonra furosemid bədənə yeridilir. Sonrakı dövrdə hər 5 
dəqiqədənbir müayinə  təkrar olunur. Bu zaman poliuriyaya cavab 
olaraq kasacıq-ləyən sisteminin dilatasiyası müşahidə oluna bilər və 
onun dərəcəsi təkrar ölçmələrlə  təyin edilir. Normal halda dilatasiya 
olmur, ya da 10 dəqiqədən artıq davam etmir. Farmakosonoqrafiya 
zamanı kasacıqların, ləyənin uzunmüddətli dilatasiyası sidik yollarının 
proksimal hissəsində maneənin olmasını göstərir. Hidronefroz zamanı 
farmakosonoqrafiya apardıqda kasacıq-ləyən sisteminin dilatasiyası və 
ağrının  əmələ  gəlməsi böyrəklərdə  yığılma qabiliyyətinin tam itmə-
məsini göstərir. 
Beləliklə, texniki cəhətdən sadə görünən USM bəzən interpretasi-
yası  çətin olan çox mürəkkəb dəyişiklikləri aşkar edir. Odur ki, bu 
diaqnostika üsulunun nəticələrini xəstələrin kliniki-laborator və baş-
qa instrumental üsullarla müayinə parametrləri ilə bir yerdə  qiymət-
ləndirmək lazımdır. 
                                   
Ultrasəs dopleroqrafiyası 
Bu metod 1842-ci ildə  İsveçrə alimi İ. Doppler tərəfindən kəşf 
edilmiş və onun şərəfinə ad almış fiziki fenomenə əsaslanır. Doppler 
effekti ondan ibarətdir ki, ultrasəs siqnalı  hərəkət edən obyektdən 
siqnalın yayılma oxu boyunca əks olunduqda hərəkət sürətinə mütə-
nasib olaraq dəyişir. Ultrasəs dalğalarını generasiya edən obyekt ötü-
rücüyə doğru hərəkət etdikdə  əks olunan siqnalların tezliyi artır və 
əksinə, uzaqlaşan obyektdən əks olunduqda – azalır. 
Qan dövranının müayinəsi. Böyrək arteriyalarının vizualizasiyası 
və doppler informasiyasını almaq üçün müxtəlif yollardan istifadə 
olunur: ön (transabdominal), arxa (translumbal), yan (dekubital). 
Böyrək arteriyasının bütün boyunu müayinə etmək üçün polipozision 
üsuldan istifadə olunur. Qarın boşluğunda mayenin toplanması, 
damarların kalsifikasiyası, xəstənin artıq bədən çəkisi müayinəyə 


 
78
mane olan faktorlardır. Böyrək qan dövranı keyfiyyət və kəmiyyətcə 
qiymətləndirilir. 
Böyrək qan dövranının keyfiyyətcə qiymətləndirilməsi üçün aşa-
ğıdakı göstəricilər nəzərə alınır: 
- böyrək damarlarının keçiriciliyi (keçiricilik var, tutulub); 
- damarların ölçüsü (norma, daralma, dilatasiya); 
- damar divarının hərəkətliliyi (rigid, artıq hərəkətli); 
- intima-mediya kompleksinin vəziyyəti (bərkliyi, qalınlığı, səthin 
forması, eyniliyi); 
- damardaxili dəyişikliklər (aterosklerotik düyünlər, tromblar, 
intimanın patoloji aralanması, anevrizmalar); 
- perivaskulyar toxumanın vəziyyəti. 
Qan dövranının kəmiyyətcə qiymətləndirilməsi üçün müxtəlif 
indekslər hesablanır. Bu üsulun köməyi ilə böyrək arteriyaları vi-
zualizə olunur, onun diametri ölçülür, qan dövranı keyfiyyət və kə-
miyyətcə öyrənilir və lazım olduqda yükləyici farmakoloji sınaqlar 
da aparılır, müalicənin təsirini yoxlamaq üçün müayinələr dinamika-
da təkrarlanır, alınmış  nəticələr kontralateral böyrəyin müayinəsin-
dən alınan nəticələrlə müqayisə edilir. 
 
Rentgenoloji müayinələr 
İcmal uroqrafiya. Rentgen müayinəsi zamanı böyrəklər görünmür. 
Amma arıq adamlarda icmal uroqrammada böyrəklərin oval kölgə-
sini onurğa sütununun hər iki tərəfində XI döş  və III bel fəqərələri 
səviyyəsində görmək olar. Eyni zamanda böyrək və sidik yollarında-
kı daşların kölgəsi də ayırd edilə bilir. Adi rentgen şəkildə oksalat və 
fosfat duzlarından olan daşlar yaxşı görünürlər, amma sidik turşu-
sundan ibarət olan daşlar görünmürlər. Bəzi hallarda retroperitoneal 
və böyrəkətrafı sahələrə oksigen yeridilir və alınan rentgen şəkillər 
pnevmoren, yaxud pnevmoretroperitonium adlanır. 
Ekskretor uroqrafiya. Ən çox istifadə olunan ekskretor uroqrafiya 
(venadaxili uroqrafiya) klinikada böyrək və sidik yollarının morfoloji və 
funksional vəziyyətini öyrənməyə kömək edir. Bunun üçün vena daxilinə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə