Mehman ağayev


Diaqnostik biopsiyaya göstərişlər



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/105
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#21931
1   ...   22   23   24   25   26   27   28   29   ...   105

 
85
Cədvəl 1 
                         Diaqnostik biopsiyaya göstərişlər 
Xəstəliklər Böyrək biopsiyasına göstərişlər 
Nefropatiyalar 
Nefrotik sindrom, 
Proteinuriya 1q/l /gün-dən çox, 
Dayanıqlı və ya residivverici qlomerulyar 
hematuriya, 
Naməlum mənşəli böyrək parenxim hipertenziyası, 
Naməlum mənşəli kanalcıq disfunksiyası. 
Renal KBÇ 
KBÇ naməlum mənşəli, 
KBÇ sistem əlamətlərlə, 
KBÇ qlomerulonefrit simptomları ilə, 
KBÇ anuriya ilə (3 həftədən çox davamedici). 
 
Böyrək biopsiyasının metodikası. Böyrəyin bağlı  biopsiyası me-
todikasına görə (1954-cü ildə R.Kark) böyrəyin aşağı qütbünün 
rentgen nəzarəti altında tapılması  nəzərdə tutulurdu. 80-ci illərdən 
sonra ultrasəs nəzarəti altında böyrəyin bağlı biopsiyası istifadə olu-
nur. 
Bədən çəkisi artıq olan şəxslərdə kompyuter tomoqrafik nəzarətin 
istifadəsi daha üstün sayılır. Bioptatın alınması punksion iynənin 
quruluşuna  əsaslanır. Hazırda manual üsulla yanaşı avtomatik biop-
siya iynələrindən istifadə olunur və  ağırlaşmaların tezliyini 3 dəfə 
azaldır. Dəridən punksion biopsiyaya əks göstəriş olduqda (ümumi 
ağır vəziyyət, güclü hemorragik sindrom, poliorqan çatışmazlığı) 
açıq və ya transyuqulyar böyrək biopsiyası istifadə olunur. Böyrək 
transplantantının biopsiyası üçün avtomatik iynədən istifadə olunur. 
Ağırlaşmaların profilaktikası üçün xəstə 3 saat ərzində buz 
qovuğu üzərində uzanır, sonrakı 2 gün ərzində ciddi yataq rejimində 
olur. Hemostatik  vasitələr (vikasol, kalsium xlorid) və antibiotiklər 
(eritromisin, yarımsintetik penisillinlər) təyin olunur. 


 
86
Biopsiyanın effektivliyini öyrənmək üçün lupa ilə  həmin bioptat 
nəzərdən  keçirilir. Bioptatda  8-10 yumaqcıq olmalıdır, çünki  ancaq 
bu miqdar dolğun morfoloji  nəticə almağa kifayət edir, bu  bağlı 
biopsiya üsulu ilə sektorial ultrasəs skanlanmasına əsasən 95-100% 
hallarda əldə edilə bilər. 
Punksion biopsiyanın ağırlaşmaları.  Ən çox təsadüf olunan 
ağırlaşmalardan yüngül dərəcəli kapsulaaltı və böyrək ətrafı hemato-
maları göstərmək lazımdır. Bu ağırlaşmalar xüsusi müalicə  tələb 
etmir. Amma 0,5-1,3% halda hematomalar massiv ola bilər ki, bu da 
böyrəyin filtrasiya funksiyasını  aşağı salır, hematoma infeksiyalaşa 
bilər. 20-30% təsadüflərdə 2-3 gün davam edə bilən mikrohema-
turiya, 0,8-7% halda makrohematuriya qeyd oluna bilər. 
Son illər biopsiya iynəsinin ultrasəsin köməyi ilə istiqamətlən-
dirilməsi proseduranın  təhlükəsizliyini artırmışdır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


III  FƏSİL  
 
ƏSAS  KLİNİKİ  SİNDROMLAR 
 
Ödem 
 
Böyrək xəstəliklərinin ən xarakter əlamətlərindən biri – ödemdir. 
Böyrək mənşəli ödemlər başqa xəstəliklər zamanı (ürək xəstəlikləri
hipotireoz) meydana çıxan ödemlərdən boş birləşdirici toxuma çox 
olan yerlərdə  təzahür etdiyinə görə  fərqlənir. Bu zaman ödem ilk 
növbədə üzdə, gözqapaqları və ayaqlarda meydana gəlir. Əksər hal-
larda böyrək mənşəli ödem bədənin bütün hissələrində  bərabər 
yayılır, tez bir zamanda həddən artıq arta bilir və anasarka halına 
çatır. 
Bu zaman nəinki dəri, dərialtı toxuma və həmçinin daxili orqanlar 
da şişir. Amma qaraciyərin şişməsi ürək ödemindən fərqli olaraq az 
nəzərə çarpır. Eyni zamanda seroz boşluqlara maye (transsudat) 
yığılır: hidrotoraks, hidroperikard, assit baş verir. 
Böyrək mənşəli ödemləri Mak-Klyur-Oldric suluq sınağının 
köməyi ilə də təyin etmək olar. Dəri içinə, saidin iç səthinə, 0,2 ml 
xörək duzunun izotonik məhlulu yeridilir və suluq əmələ  gətirilir. 
Toxumaların «ödem hazırlığından» asılı olaraq suluğun sorulma 
müddəti sağlam  şəxslərdə bir saata qədər baş verir, amma xəstəlik 
zamanı sürətlənir. 
Müalicənin gedişində ödemin dinamikasını  təyin etmək üçün 
xəstənin bədən kütləsi, ətrafların, gövdənin dairəsi ölçülür, içilən su, 
gündəlik diurez nəzərə alınır, serroz boşluqlarda olan transsudatın 
artıb-azalmasına diqqət edilir. Böyrək mənşəli ödemlərin səbəbləri 
aşağıdakılardır: 
1.
 
Kapillyarların divarının keçiriciliyinin artması  əsas amillərdən 
biridir. Buna səbəb böyrək xəstəliklərində qan zərdabında hialuro-
nidazanın aktivliyinin artmasıdır. Hialuronidaza kapillyar divarının 
əsas (bazal) membranın və hüceyrəarası maddənin (endotelarası 
 
87


 
88
«sement») əsasını təşkil edən hialuron kompleksi – mukopolisaxarid-
lərin depolimerizasiyasını gücləndirir ki, bu da kapillyar divarının 
keçiriciliyini artırır. Bu halı gücləndirən vasitələrdə kalsiumun azal-
masının rolu böyükdür, çünki hüceyrəarası «sementin» tərkibinə 
kalsium proteinat daxildir. Eyni zamanda qanda pH-nın azalması, 
asidozun inkişafı da rol oynayır. Kapillyar keçiriciliyinin generalizə 
olunmuş şəkildə artması nəticəsində su, suda həll olmuş maddələr və 
çoxlu miqdarda zülal damar mənfəzindən toxumalara keçir. Bundan 
başqa, toxumaların ara maddəsinin mukopolisaxaridlərinin depolime-
rizasiyası toxumaarası mayedə molekulların artmasına və onun 
kolloid-osmotik təzyiqinin artmasına səbəb olur. Toxumaarası maddə-
nin hidrofilliyi artdığı üçün o özündən suyu çətin «buraxır». Beləliklə, 
kapillyar divarının keçiriciliyinin artması  nəticəsində baş verən öde-
min bərk olmaması onu hipoproteinemik ödemlərdən fərqləndirir. 
Kapillyar keçiriciliyinin artması  nəticəsində baş verən ödem za-
manı su təkcə dəri altına yox, damarla zəngin bütün toxumalarda yı-
ğılır, hətta seroz boşluqlarda da maye toplanır. Böyrək yumaqcıqları-
nın kapillyarlarının keçiriciliyinin artması proteinuriyaya səbəb olur 
və bu da hipoproteinemiyaya gətirib çıxarır. Belə ödemlər təkçə 
böyrək xəstəliklərində deyil, başqa xəstəliklərdə də müşahidə oluna 
bilər, belə ki, allergik mənşəli xəstəliklərdə (angionevrotik ödem – 
Kvinke ödemi), arının sancması və s. nəticəsində baş verə bilər. 
2. Qanda kolloid-osmotik təzyiqin azalması (hipoproteinemiya 
nəticəsində) nefrotik sindrom zamanı ödemin əmələ gəlməsində əsas 
rol oynayır. Bu zaman böyrəklər tərəfindən zülalın itirilməsindən, 
yaxud zülalın damar mənfəzindən toxumalara keçməsi nəticəsində 
hipoproteinemiya qanın onkotik təzyiqinin azalmasına səbəb olur. 
Hipoproteinemik ödemlər hidrostatika qanunlarına tabe olaraq, 
gəzən xəstələrdə ilk növbədə ayaqlarda, uzanan xəstələrdə isə bel 
nahiyəsində əmələ gəlir. 
Adətən hipoproteinemik ödemləri qanda zülalın səviyyəsi 35-40 
q/l-dən aşağı düşdükdə, albuminlərin 10-15 q/l-dən çox azalması 
zamanı baş verir. Böyrək xəstəlikləri zamanı ilk növbədə qanda 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə