Mehman ağayev



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/105
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#21931
1   ...   21   22   23   24   25   26   27   28   ...   105

 
82
antiseptik dərmanlarla yumaq üçün) tətbiq edilir. Sidik kisəsi yum-
şaq rezin kateterlə, yaxud metal kateterlə kateterizasiya edilir. Bu 
zaman aseptika-antiseptika qaydalarına əməl edilməlidir.  
   
Sistoskopiya 
Sistoskop vasitəsilə sidik kisəsinə baxılmasına sistoskopiya deyilir. 
Bu üsul sidik kisəsinin selikli qişasının, sidik axarlarının mənsəbinin 
vəziyyətini öyrənməyə, daşı,  şişi görməyə  və eyni zamanda sidik 
axarlarına kateter salmağa imkan verir. Bundan əlavə bu üsul böyrək-
lərin fəaliyyətini öyrənmək, xromosistoskopiya aparmaq üçün tətbiq 
olunur. Xromosistoskopiya aparmaq üçün vena daxilinə 5 ml 0,4%-li 
indiqokarmin məhlulu yeridilir, sidik axarının mənfəzindən indiqokar-
minlə boyanmış sidiyin xaric olmasına əsasən böyrəklərin funksiyası 
qiymətləndirilir. Sağlam böyrəklər indiqokarmini 3-5 dəqiqəyə xaric 
edir. Böyrəyin fəaliyyəti aşağı düşdükdə xəstə böyrək tərəfdə sidiyin 
indiqokarminlə  rənglənməsi intensivliyi azalır, yaxud da gecikir, 
bəzən də heç xaric edilmir. 
 
Böyrəyin biopsiyası 
Böyrəyin biopsiyası (BB) – diaqnostik manipulyasiya olub, böy-
rək toxumasının (qabıq və beyin maddəsindən) bir fraqmentinin 
morfoloji cəhətdən müayinə üçün əldə edilməsidir. Dəridən keçmək-
lə böyrəyin punksion biopsiyası XX əsrin 40-cı illərin axırından 
başlanmışdır. 70-ci illərdə yeni texniki imkanların (elektron və im-
munoflyuoresent mikroskopiyası) istifadəsi bu metodun imkanlarını 
artırmaqla diaqnostik əhəmiyyətini yüksəltdi.  
Böyrək toxumasının morfoloji müayinəsi nefropatiyaların diffe-
rensial diaqnozunu aparmağa, ilkin xroniki qlomerulonefritin 
(XQN) variantını təyin etməyə, qırmızı qurd eşənəyinin (QQE) və 
başqa ikincili xəstəlikləri aşkar etməyə, böyrəklərdə immun iltihabı 
və sklerotik prosesin dərinliyini açmağa, böyrək ara toxumasının və 
arteriolalarının zədələnmə  dərəcəsini qiymətləndirməyə xidmət 
edir. Bu informasiyalara əsasən xəstəliyin proqnozu, aktiv immuno-


 
83
supressiv müalicənin məqsədəuyğunluğu, yaxud başqa müalicə 
imkanlarının seçilməsini təmin edir. Əsaslandırılmamış müalicə 
vasitələrinin xəstələrə yetirdiyi ziyan punksion biopsiyanın həyata 
keçirilməsi nəticəsində ola biləcək ağırlaşmaların riskindən qat-qat 
çoxdur. 
Biopsiya birincili XQN, QQE, sistem nekrozlaşdırıcı vaskulitlər-
də, böyrək amiloidozunda, kanalcıqların kəskin nekrozunda, tubulo 
interstisial nefritdə, antifosfolipid sindromla əlaqəli olan nefropatiya-
larda, bəzi irsi nefropatiyalarda diaqnozu qoymaq üçün əvəzedilməz 
metod sayılır.  
XQN-ın müasir morfoloji diaqnozu qoyulur və klassifikasiyası 
biopsiyaya  əsasən dəqiqləşdirilir. Bu zaman alınan nəticəyə  əsasən 
müalicə texnikası seçilir, proqnoz dəqiqləşdirilir. 
Bu zaman tubulointerstisial komponentin aşkarlanması, immun 
iltihab prosesinin aktivlik dərəcəsini göstərən  əlamətlərin aşkarlan-
ması, damar sklerozunun olması böyrək çatışmazlığının proqress 
sürətini proqnozlaşdırmağa imkan verir, müxtəlif terapiya rejimlə-
rinin məqsədəuyğunluğunu əvvəlcədən təyin edir. 
Böyrək amiloidozu zamanı biopsiya nəticələrinin həssaslığı diş 
ətinin və düz bağırsağın selikli qişasının biopsiyasından alınan 
nəticələrdən daha artıq, nəticələri daha dəqiq olur, çünki amiloidin 
tipini, lokalizasiya və yayılmasını dəqiqləşdirir. 
Tubulointerstisial dəyişikliklərin, kəskin kanalcıq nekrozunun 
mahiyyətini açmağa, yəni dərman preparatlarının təsirindən və başqa 
səbəblərdən baş verməsini dəqiqləşdirməyə imkan verir. 
Böyrək transplantatının biopsiyası onun funksiyasının kəskin və 
xroniki proqressiv azalmasının səbəbini dəqiqləşdirməyə imkan 
verir. 
Böyrək biopsiyasına göstərişlər. Vacib  göstərişlərdən biri renal 
KBÇ sayılır, çünki morfoloji müayinə 70% xəstələrdə diaqnozu və 
müalicə taktikasını  dəyişir. Böyrək funksiyalarının (filtrasiyanın) 
sürətli aşağı düşməsi, yəni son 3 ayda kreatininin qanda səviy-
yəsinin 2 dəfədən çox artması sürətli proqress edən qlomerulo-


 
84
nefritin (SPQN) aşkarlanmasında həlledici rol oynayır. Bu zaman 
erkən və aktiv immunodepressiv terapiya (yüksək doza kortikos-
teroidlər və sitostatiklər) nəinki xəstəliyin stabilləşdirilməsinə xid-
mət edir, hətta böyrək funksiyasını bərpa etməyə imkan verir. Digər 
xəstəliklərdə isə kliniki aşkarlığa baxmayaraq immunodepressiv 
terapiya xəstənin vəziyyətini və böyrək funksiyasını pisləşdirir. 
Renal KBÇ zamanı SPQN-a yaranan şübhələr aşkar sidik əlamət-
lərinin, kəskin nefritik və nefrotik sindromların olmasına  əsasən, 
həmçinin böyrəkdən xaric əlamətlərin aşkarlanmasına görə baş 
verir. Bu əlamətlər də sistem vaskulitləri və QQE zamanı da mü-
şahidə olunur. 
Biopsiyaya  qədər KBÇ olan xəstələrdə onun pre – və postrenal 
genezi inkar olunmalı, apostematoz nefrit, böyrək arteriyasının 
trombozu və emboliyası, sidik turşusu blokadası, mieloma xəstəliyi 
və sistem sklerodermiya, böyrək zədələnmələri inkar olunmalıdır. 
Qeyd olunan xəstəliklərdə böyrək biopsiyasının böyük diaqnostik 
əhəmiyyəti yoxdur. Dərman mənşəli kəskin interstisial nefriti 
(müalicəsində steroidlər istifadə olunmalı) qeyri-iltihabi dərman 
mənşəli KBÇ-dən ayırmaqda böyrək biopsiyasının rolu böyükdür. 
Sonuncular sırasına kəskin kanalcıq nekrozu, kanalcıqdaxili blo-
kada, kortikal nekroz aid edilir. 
Böyrək parenximasının xroniki diffuz xəstəliklərində biopsiyaya 
göstəriş  kəskin nefritik və ya kəskin nefrotik sindromlar, həmçinin 
güclü sidik sindromu (proteinuriya 1q/gün çox, yaxud hematuriya), 
arterial hipertenziya, mötədil sidik sindromu, böyrək damarlarının 
patoloji dəyişiklikləri  hesab olunur (cədvəl 1). 
Böyrək biopsiyası sistem autoimmun xəstəliklərdə, QQE, anti-
fosfolipid sindromunda, amiloidozda, səbəbi məlum olmayan XBÇ 
(böyrək ölçüləri normal olduqda) olduqda məqsədəuyğundur, çünki 
bu zaman immunosupressiv müalicəyə qarşı müsbət cavab almaq 
olur. Böyrək transplantantının biopsiyası onun zədələnmə  dərə-
cəsinin dinamikasını qiymətləndirməyə imkan verir.                                         
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə